Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

64
pulun  yoxdur  və  sən  kapitalizm  cəmiyyətinin  yoxsul  bir 
nümayəndəsi kimi şəxsiyyətcə özündən yüksək dairəli şəxs­
lər  üçün  çoxdan  itmiş  hesab  edilirsən.  Pulsuz  insan  –  sən 
artıq  cəmiyyət  üçün  daim  gündəlik  bir  parça  çörəyə  möh­
tac  olan,  daim  acından  ölməmək,  işsiz  qalmamaq  təhlükəsi 
izləyən ac­yalavac bir ünsürsən. Sənin həyatda, bax belə bir 
cəmiyyətdə yaşamağın mənası nədir? Sən özündən varlı olan 
insanlar qarşısında daim işləmək, əylənmək üçünmü dünyaya 
gəlmisən? Bax, məni maraqlandıran bunlardır, Qrant. Bəlkə 
də cəmiyyətimizdə olan bəzi yoxsulların, işsizlərin pulu, bol 
sərvəti  olsa,  onlar  bizim  yüksək  dairəli  şəxslərin  çoxundan 
şəxsiyyətli,  mənlikli,  namuslu  və  vicdanlı  olduqlarını  sübut 
edərlər. 
Qrant bir siqaret çıxarıb alışdırdı. Otaqda var­gəl edə­edə 
siqaretindən dərin bir qullab aldı. O, bir az dalğın görünür­
dü. Görünür, Sentinin verdiyi suallar onu da düşündürməyə 
məcbur  etmişdi.  O  da  çox  yaxşı  anlayırdı  ki,  insan  öz  şəx­
siyyətini,  mənliyini,  namusunu  həmişə  uca  tutmalıdır,  vic­
danını  təmiz  saxlamalıdır,  lakin  hansı  şəraitdə.  Hər  hansı 
bir sinifli cəmiyyətin daxilində, istismarın hökm sürdüyü bir 
şəraitdə bunları etmək olarmı? Olar, lakin nə cür? O, burada 
öz xəyallarından ayrıldı və Sentiyə müraciətlə dedi: 
–  Senti,  verdiyin  sual  çox  haqlı  bir  sualdır.  Bizim  cəmiy­
yətimizdə  əsas  rolu  pul  oynayır,  sərvət  oynayır,  bu  doğru­
dur, çox doğrudur. Sərvətdir səni hörmətə layiq bir şəxsiyyət 
edən də, hörmətdən salan da. Get hər hansı bir ali məclisə, 
orada sənin qarşılanmağın da, oradakıların sənə münasibəti 
də,  səninlə  bağlanan  sazişlər  də,  sövdələşmələr  də,  hamısı, 
hamısı  sənin  sərvətindən  asılıdır.  Sinifli  cəmiyyətdə  yalnız 
sərvətdir sənin şəxsiyyətinin ölçü meyarı. Əgər sərvətin çox­
sa, sən hörmətli bir şəxsiyyət kimi məclislərdə həmişə başda 


65
olacaqsan.  Hamı  səni  bir  dost  kimi  qarşılayacaq,  hamı  sənə 
hörmət etməyə çalışacaq. Ümumiyyətlə, sən cəmiyyətimizin 
gözü olacaqsan. Ancaq bir şərtlə, yeri gələcək öz namusunu, 
vicdanını  satmalı  olacaqsan.  Sərvətini  əldə  saxlamaq  üçün 
daimi  çalışacaqsan;  kiməsə  hiylə  gələcəksən,  kiminsə  var­
dövlətinə zorla sahib olacaqsan, kiməsə qılıqlanıb mövqeyin­
dən  istifadə  edəcəksən.  Ümumiyyətlə,  öz  vicdanını,  namu­
sunu,  şəxsiyyətini  təmiz  saxlaya  bilməyəcəksən.  Əgər  na­
musunu,  vicdanını,  mənliyini,  şəxsiyyətini  təmiz  saxlamaq 
istəyirsənsə, şəraitdən və imkanlardan asılı olaraq kapitalizm 
cəmiyyətində sən hökmən yoxsul olmalısan. Çünki varlı ol­
maq üçün bayaq sadaladığımız kimi hiyləgər, ikiüzlü, yaltaq 
və s. bu kimi cəhətləri özündə cəm etməyi bacarmaq lazım­
dır ki, varlı bir şəxsiyyət kimi cəmiyyətdə öz rolunu oynaya 
biləsən.  Bütün  bunları  etmirsənsə,  öz  namusunu,  vicdanını, 
mənliyini qoruyursansa, o zaman dövlətli olmaqdan əlini üz 
və öz bir parça halal zəhmətinlə tapıb­tapmadığın çörəyinlə 
kifayətlən. Bu bizim cəmiyyətdə yaranan şəraitin nəticəsidir. 
Bu  cəmiyyətin  qarşıya  qoyduğu  tələbləri  yalnız  bu  yolla 
istədiyin  şəkildə  ödəyə  bilərsən.  Cəmiyyətin  daxilində  baş 
verən  ziddiyyətlər  elə  bu,  iki  əks  yol  seçənlərin  ayrı­ayrı 
tərəfdarları arasındadır. 
Senti xəyala dalmışdı. Görünür, Qrantın cavabı, onun açıq 
etirafı onu qane etmişdi. Demək, kapitalizm cəmiyyətində ya­
şamaq üçün iki yol var. Ya at öz abrını, həyanı, hər kəsə fırıl­
daq gəlməklə varlanmağa doğru gedən yolu seç, ya da ki, öz 
mənliyini, şəxsiyyətini, namusunu, vicdanını pis hisslərdən, 
duyğulardan qoru, yoxsul ol. Bəli, budur cəmiyyətimizin öz 
daxilində yetişən insanlara qoyduğu müxtəlif fərq. Hər əməl­
dən çıxan, çirkin fırıldaqlarla müəyyən mənsəb sahibi olan­
lar  yuxarı  başa  çəkilsinlər,  müəyyən  mənsəb  və  mərtəbəyə 


66
qalxsınlar,  öz  zəhməti  hesabına  yaşayanlar,  biclik,  fırıldaq 
işlətməyənlər,  namuslu,  əxlaqlı  vətəndaşlar  daimi  əzab­
əziy yət  içərisində  yaşasınlar,  alçaldılsınlar.  Yox,  belə  olmaz. 
Feodalizm  cəmiyyəti  kapitalist  sinfinin  nümayəndələrinin 
xoşuna  gəlmədiyi  kimi,  bu  cəmiyyət  də,  yəni  kapitalizm 
qu ruluşu  da  sadə  əməkçi,  zəhmətkeş  xalqın  heç  cürə  ruhu­
nu  oxşaya  bilməz.  Bəşəriyyətin  əsrlərindən  bəri  arzuladığı 
yeni bir quruluş yaratmaq lazımdır. Elə bir quruluş ki, ora­
da yalnız bərabərlik, qardaşlıq, sülh bərqərar olsun. İnsanın 
insan tərəfindən istismarına əbədi son qoyulsun. Hər kəs öz 
çəkdiyi  zəhmət  müqabilində  əmək  haqqı  alsın.  İşləməyən 
dişləməz prinsipinə əməl olunsun. Cəmiyyətin hər bir üzvü 
öz ölkəsinin quruculuq işlərində fəal iştirak etsin. Bax belə bir 
quruluş yaratmaq lazımdır. Elə bir quruluş ki, orada yalnız 
bərabərlik olsun. 
FƏSİL 5
Günəşli  bir  payız  səhəridir.  Təbiət  insanı  vəcdə  gətirə 
biləcək  qədər  gözəlliyi  ilə  gözümüzün  qarşısında  canlanır. 
Həyət­bacada  qulluqçuların  özlərinə  məxsus  səsləri  eşidilir. 
Bura qraf Şokun malikanəsidir. Malikanə heç də Parisin bu tip­
li başqa malikanələrindən fərqlənməsə də, malikanənin sahibi 
bütün onu tanıyanların içərisində həmişə ən varlı, ən dövlətli 
bir şəxs kimi qarşılanır və hörmət edilir. Bu malikanənin sa­
hibi Fransa dövlət aparatında öz tutduğu mövqeyə görə də 
həyatından gileylənməməlidir. O, Fransanın milli banklarının 
nüfuzlu başçılarından biri kimi də məşhurdur. Lakin bütün 
bunlarla yanaşı, onun zahiri görünüşünə nəzər salan hər bir 
diqqətli şəxs təyin edə bilər ki, o, heç də öz həyatından, görün­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə