Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

53
süzərək, sözünə davam etdi. Çünki qadınsız keçən ömür heç­
dir. Qadındır ömrümüzü zinətləndirən. Qadındır kişiyə xoş 
hiss, xoş duyğu bəxş edən. Qadındır dünyamızın bəzəyi. Mən 
öz hiss və duyğularımın əksəriyyətinin cavabının çoxunu qa­
dınlarda tapıram. Hər kəs qadınlara bir kişi gözü ilə baxsa, bu 
fikrin doğruluğuna inanar. Mən qadınsız bir evi çiçəksiz gül 
kolu kimi təsəvvür edirəm. Əlbəttə ki, gül kolunun üzərində 
çiçəkləri  olsa,  o,  daha  ruhoxşar,  gözlə  də  təravətli  görünər. 
Qadın olan ev də, qadın iştirak edən hər hansı bir məclis də 
belə gözəl və təravətli görünür. Məclisimizə baxanda adamın 
ürəyi açılır. Elə bil Klara ilə Seara bir dəstə ətirli çiçəkdir ki, 
rayihəsindən məst oluruq. Elə bil ki, onlar məclisimizin qo­
nağı  olmaqla  dünyanın  bütün  gözəlliklərini  yığıb  gətiriblər 
bizim bu kiçik, lakin gözəl məclisimizə. Yenə də təkrar edirəm 
içək qadınların, o cümlədən Klara və Searanın sağlığına. 
Onlar  badələrini  xoş  bir  əhvali­ruhiyyə  ilə  axıra  qədər 
içirlər. Araya yenə də bir qədər sükut çökür. Qrant və Senti öz 
siqarlarını hərisliklə sümürürlər. Klara və Seara isə ətrafdakı 
hadisələri mexaniki surətdə izləyə­izləyə xəyala dalmışdılar. 
Yenə də sükutu Klaranın işvəkarcasına dediyi sözlər poz­
du.  O,  Qranta  ani  və  ehtiraslı  bir  nəzər  salıb,  onun  kişilərə 
məxsus hisslərini bir qədər oyatdı və odlu bir qadın səsi ilə: 
– Qrant, unutmayın ki, siz də bizim məclisimizin bəzəyisi­
niz.  Bizsiz,  sənin  etiraf  etdiyin  kimi,  sizin  məclisiniz  öz 
təravətini itirirsə, sizsiz də bizim məclisimiz ürəkaçan olmur. 
Hər bir qadın və kişini bir­birinə bağlayan hisslər bizi də yəqin 
ki,  biri­birimizə  bağlamışdır.  Odur  ki,  biz  belə  bir  məclisdə 
mehribanlıq  və  səmimiyyətlə  bir  stol  arxasında  əyləşmişik. 
Nə qədər ki, həyatda yaşayırıq, hələ sağıq, dünyanın bütün 
nemətlərindən,  həyatın  bizə  bəxş  etdiyi  bütün  nemətlərdən 
istifadə  etmək  lazımdır.  Mənim  həyat  devizim  belədir.  On­


54
suz da ömür payımız gec­tez bir gün qurtaracaq. Heç olma­
sa ondan öz istədiyimiz kimi istifadə edək. Bax, necə ki, öz 
ürəyimizin istəyincə bu məclisdə əyləşib şadlanırıq – deyə sö­
zünü bitirdi. 
Onlar yeni­yeni sağlıqlar deyib içirdilər və içdikcə də xu­
marlanır, məstləşir, həyat onlar üçün daha ruhoxşar və gözəl 
görünürdü. 
Axşamdan xeyli keçirdi. Lakin buna baxmayaraq, hələ də 
qonşu otaqlardan şən musiqi, gülüş, danışıq səsləri kəsilmirdi. 
Qraf B… malikanəsi geniş idi. O dörd bir tərəfdən uca daş 
hasarla əhatə olunmuşdu. Qraf B… evinin tutduğu sahə ha­
sar  çəkilmiş  ərazinin  təxminən  dörddə  bir  hissəsini  tutardı. 
Yerdə qalan dörddə üç hissə isə qraf B… evini daha gözəl və 
yaraşıqlı göstərən çarhovuzlu bağdan ibarət idi. Çarhovuzun 
içərisində rəngbərəng balıqlar oynaşır və çarhovuz bağı daha 
da gözəl göstərirdi. Ümumiyyətlə, bu bağ Parisdə bəlkə də bi­
rinci səliqə­səhmanlı bağlardan biri idi. Elə buna görə də bala 
gələnlərin çox hissəsi bağı da seyr etməyi unutmurdular. 
Burada öz məşuqəsi ilə xumarlanan kim, öz gizli fikirlərini 
sakit bir küncdə bir­birinə açan kim, oynayan kim, gülən kim. 
Ümumiyyətlə, bağda hər kəs öz istirahətini bir cür keçirirdi 
və başqa otaqlardan gələn səslərə nisbətən bağ tərəfdən gələn 
səslər daha çox idi. Elə bu bağa olan axınla əlaqədar Sentigilin 
əyləşdiyi otaqda da bir qədər sakitlik yaranmışdı. 
Xidmətçilər  gözlüklü  pəncərələrin  gözlüklərini  açaraq 
otağın havasının bir qədər dəyişməsini də təmin etmişdilər. 
Ümumiyyətlə,  içəridə  əyləşmək  hələ  o  qədər  də  darıxdırıcı 
deyildi.  Xüsusilə  də  öz  məşuqənlə  yeyib­içmək,  şadlanmaq 
sənin üçün heç də bezikdirici olmaz. 
Senti  öz  hisslərini  artıq  cilovlaya  bilmişdi,  onun  fikirləri 
aydın,  nəzəri  açıq  idi.  O,  yenə  də  badələrə  şərab  süzüb,  öz 
badəsini qaldırdı və yarı sərxoş halda sözə başladı: 


55
– Bu badələri də içək yaxınlığımızın sağlığına. Bəli, yaxın­
lığımızın. Mən özüm qəsdən təzə tanışlıq sözünü işlətmədim. 
Çünki  biz  görüşdüyümüz  bu  az  müddət  içərisində  biri­
birimizə  o  qədər  ünsiyyət  bağlamışıq  ki,  o  qədər  yaxın  ol­
muşuq ki, təzəcə tanışlıq sözün dilə gətirmək mən deyərdim 
ki, bizim bu məclisimiz üçün xələl gətirərdi. Mən hansısa bir 
instinktin nəticəsində hiss edirəm ki, bizim bu tanışlıq hansı 
bir dostluğunsa, yaxınlığınsa bünövrəsini qoyur. Əminəm ki, 
bu yaxınlığımız və dostluğumuz bizim öz dünyamızda yaşa­
dıqca pozulmayacaqdır. 
O,  bu  sözləri  deyərkən,  heç  kəsə  hiss  etdirmədən  gözaltı 
Searanı  süzdü.  Onun  usta  bir  əl  ilə  qıraqları  alınmış  qələm 
qaşları, alma yanaqları, eşq və ehtirasdan alışıb yanan gözləri 
Sentini  valeh  etdi.  Hələ  üstəlik  Seara  ona  mehriban  bir 
gülüşlə sürpriz hədiyyə göndərdi. Bu, Senti üçün dünyanın 
ən qiymətli hədiyyələrindən biri idi. Sevdiyin bir kəsin sənə 
hələ nə cür münasibət bəslədiyini tamamilə aydınlaşdırmadı­
ğın halda onun qəflətən sənə xoş münasibət göstərməsindən 
də böyük xoşbəxtlik olarmı? Qətiyyən yox. İndi Senti də belə 
bir vəziyyətdə idi. Seara ona dünyaları bəxş edə biləcək meh­
riban bir gülüş göndərmişdi. Elə bir gülüş ki, o gülüşün təsiri 
altında əcəlin gəlişi belə insanı vahiməyə sala bilməz. Elə bir 
gülüş ki, o gülüş Sentini ölümün düz üzərinə getməyə məcbur 
edə bilər. Bəli, Senti artıq həyatın ona bəxş etdiyi xoşbəxtliyin 
astanasında idi. Bircə yüngülcə bir hərəkət lazım idi ki, asta­
nadan otağın içərisinə daxil olasan. Bütün bunlar isə insandan 
həyatla mübarizə, mübarizə etmək tələb edir. O kəs həyatda 
öz xoşbəxtliyinə nail ola bilər ki, öz arzu və əməllərini həyata 
keçirmək  üçün  mübarizə  etməyi  bacarır.  Mübarizə  etməyin 
yeganə yolu isə insanın öz hisslərinə qalib gələ bilməsindən 
ibarətdir. Öz hisslərinə qalib gələ bilən insan sonda mübarizə 
apardığı  məqsədə  çata  bilər.  Senti  də  öz  hisslərinə  qalib 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə