Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

44
Bütün bunlar gənc Sentini cəlb etməyə bilməzdi. Hələ onun 
necə ürəyə yatan qəşəng səsi, hərəkətlərində nəzakətlilik oldu­
ğunu söyləməkdə bir qədər çətinlik çəkirəm. Ümumiyyətlə, o, 
gözəl və incə bir xanım kimi hər hansı bir məclisin bəzəyi ola 
bilərdi. Bunu onun elə bu balın özündə belə həddindən çox 
pərəstişkarlarının olması ilə də bilmək olardı. 
Searaya nisbətən bədəncə bir az arıq olan Klara da cəlbedici 
idi. Bu bacıların geyimlərində o qədər də böyük fərq olmadı­
ğı kimi, hərəkətlərində və bədən quruluşlarında da o qədər 
də böyük nəzərə çarpacaq dəyişiklik yox idi. Bircə onu qeyd 
etmək kifayət idi ki, Klara Searaya nisbətən bir qədər oynaq 
və daha işvəkar görkəmə malik idi. Bir şeyi də nəzərə çatdır­
maq lazımdır ki, onların hər ikisi diqqəti cəlb edəcək miqdar­
da  brilyant  daş­qaşla,  qızılla  bəzənmişdilər.  Ümumiyyətlə, 
onlar hər yerdə kübar bir ailənin aristokratik xanımları kimi 
təqdim edilə bilərdilər, bu cəsarət üçünsə kimi isə inandırmaq 
lazım gəlməzdi. 
Onlar  dördü  də  otağın  bir  tərəfində  əyləşib  rəqs  edən 
gənclərə tamaşa edə­edə arabir bir­birilərinə burada gördükləri 
barədə  sual  verir,  gülümsəyir  və  nəvaziş  göstərirdilər.  Sü­
kutun  hökm  sürdüyü  anlarda  isə  hər  biri  öz  daxili  aləminə 
çəkilib xəyala dalırdı. 
Nə isə Senti daha çox fikirli görünürdü. O öz daxili aləmində 
nəyi isə ölçüb­biçir, nəyi isə götür­qoy edir, nə barədə isə cid­
di fikirləşirdi. Sanki o, ürəyində bir­birinə zidd olan iki fik­
rin  hansının  daha  düzgün  olduğunu  təsdiq  etməyə  çalışır, 
hansının haqlı olduğunu öyrənmək istəyirdi. Ümumiyyətlə, 
o, yoldaşlarına hiss etdirməməyə çalışaraq, nə barədə isə bü­
tün  ciddiliyiylə  düşünürdü,  öz­özlüyündə  mühakimə  yürü­
dürdü. Görünür, Searanın ani baxışları onun məhəbbət his­
sini  coşdurmuş,  Sentinin  ürəyində  özünə  yer  tapa  bilmişdi. 


45
Seara, onun cilovlanan köhlən at kimi öz kefindən asılı olaraq 
istədiyi istiqamətdə meyllənən hisslərini mahir bir şəxs kimi 
cilovlayıb müəyyən bir məqsədə yönəldə bilmişdi. Görünür, 
Seara  onu  öz  ani  baxışları  ilə  nəinki  özünə  məftun  etmişdi, 
həm də onu özündən ayrıla bilməyəcək bir vəziyyətə salmışdı 
ki, artıq o vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu varsa, 
o da birləşməkdir. Ürəyində özünə yer tapmış sevdiyin kəslə 
qovuşmaq üçün imkan yoxsa, yenə də ən yaxşı yol mübarizə 
aparmaqdır. Əgər bu mümkün deyilsə, onda heç də həyata 
nifrət etmədən taleyin sənə bəxş etdiyi acı qismətlərə dözüb, 
yəni  həyatla  mübarizə  aparıb,  sevdiyin  kəsə  səadət  diləyə­
diləyə yenə də yaşamaq lazımdır. 
Artıq  Sentini  məhəbbətlə  düşündürən  yeganə  varlıq  Se­
ara idi. O, xəyala daldığı halda sanki duman içərisində Sea­
ranın  ona  tikilən  ehtiraslı  baxışlarına  mehriban­mehriban 
gülümsəyir,  onun  incə  danışığına  qulaq  asmaqdan  zövq 
alırdı. 
Həyat onu sevməyi bacaranlar üçün nə qədər gözəl və ya­
şamalıdır.  Sevə­sevə,  sevilə­sevilə  dünyada  ömür  etməyin 
özü  böyük  xoşbəxtlikdir.  Bəli,  indi  artıq  Senti  həyata  onun 
üçün daha da gözəlləşən bir varlıq kimi baxır və Searanın da 
onunla  birgə  bir  dünya  üzərində  yaşadığından,  bir  torpaq 
üzərində dayandığından, bir havadan nəfəs aldığından böyük 
zövq və ləzzət alırdı. Artıq o, Searaya bütün gənclik ehtirası 
ilə vurulduğunu etiraf etməyə bilməzdi. Artıq onun daxilində 
ona indiyədək yad olan anlaşılmaz hisslər meydana gəlmişdi. 
Senti hiss edirdi ki, bu cür hisslərlə həyatı boyu birinci dəfədir 
ki, rastlaşır. O, hiss edirdi ki, Seara ona nəzər salan anlarda, ya 
ona müraciət edən anlarda onun daxilində sanki bir titrəmə 
baş verir, onun daxili aləmində, daxili hisslərində bir çılğınlıq 
duyulur. Bu nə ola bilərdi? O, bunu bəzi yaxın dostlarından, 


46
tanışlarından eşitdiyi məhəbbət barədə fikirlərlə əlaqələndirə 
bilsəydi bu hissin məhəbbət hissi olduğuna inanar və özünü 
bu qədər zəiflik göstərdiyi üçün qınamazdı. 
Məhəbbət ən güclü bir kişini belə ən zəif bir qadının qarşı­
sında diz çökdürə bilər. Görünür, Senti bundan xəbərsiz idi. 
Yoxsa düşdüyü bu vəziyyət üçün özünü qınamazdı. Axı o, Se­
araya vurulmuşdu. 
Bu vaxt musiqi təzələnir və oynaq bir fransız valsı səslənir. 
Rəqsin yüngül sədaları altında oynayan gənclərin şən səsləri 
və  qəh­qəhələri  musiqinin  təsirini  daha  da  gücləndirir  və 
onun  ruha  təsirini  daha  da  artırır.  Kim  isə  yaxşı  demişdir: 
«musiqi ruha qidadır». Doğurdan da, bu belədir. Musiqi ona 
diqqətlə qulaq asan, onu qəlbən duyan insana ruhi qida verir, 
onda yeni ruh yaradır. 
Bu ruha qida verən musiqinin şən sədaları altında Qrant 
pıçıltılı səslə Klaraya dedi: 
Əzizim Klaracan, rəqs etmək istəyirsənmi? 
Klara onu oynaq və ehtiraslı bir baxışla süzüb cavab verdi: 
– Bir halda ki, sən istəyirsən, məmnuniyyətlə, mənim se­
vimli Qrantım. 
Onlar  rəqs  edənlərə  qoşuldular.  Öz  vəhşi  ehtiraslarının 
əsiri  olub,  daimi  onun  müti  qullarına  çevrilən  şəxslər  kimi, 
burada rəqs edənlərin əksəriyyəti də öz vəhşi ehtiraslarının 
əsiri  idilər.  Rəqs  edənlərin  bəziləri  hətta  etika  qaydalarını 
gözləmədən belə, öz məşuqəsi ilə müxtəlif oyunlar çıxarır, in­
san adına ləkə gətirə bilən nəzakətsizliklər edirdilər. Hərdən 
belə  nümunələr  göstərməkdən  çəkinməyən  Qrant  Sentiyə 
işarəylə Klaraya müraciət etdi: 
– Deyəsən, dostum yamanca yorulub ha. Maşallah, elə Sea­
ra da vurulmalı Searadır də. Üstündə də filan qədər qiymətli 
daş­qaşı, hər bir kişini valeh edə biləcək zahiri görkəmi və ila­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə