Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

30
Senti ona üzbəüz stulda əyləşməyi təklif etdi. Özünü topla­
yıb heç bir şeyin fərqinə varmadan ona belə bir sualla müraciət 
etdi: 
– Qrant, səndəki varlanmaq ehtirası o qədər güclüdür ki, 
mən bəlkə də sənin varlanacağına inanıram. Lakin sənin qar­
şına  belə  bir  vəziyyət  çıxsa,  sənin  varlanmağın  bir  adamın 
ölümü ilə nəticələnsin, sən bu yolla yenə də gedərsənmi? Bu 
ölüm sənin qarşında bir maneə olmazmı? Sən insan səadətini 
bəlkə  də  qismətin  olmayacaq,  sənə  xoşbəxtlik  gətirməyəcək 
pulla dəyişərsənmi? Sən istəyirsənmi bir çoxları sənin bu var­
lanmağının hesabına nəinki öz yaxşı güzəranlarını, gündəlik 
bir parça çörəklərini də itirsin? Sən belə hərəkət edərsənmi, 
Qrant? Sən heç olmasa bunları düşünürsənmi? 
Qrant  Sentinin  düşündüklərinin  əksinə  olaraq  çox  sakit 
və həyəcansız idi. O, bir­biri ilə demək olar ki, birləşən çat­
ma qara qaşlarını çatmışdı. Duruşunda, oturuşunda özündən 
razı bir görkəmi var idi. Üzünə baxanda hiss etmək olardı ki, 
Sentinin ona həyəcanla verdiyi suallar Qranta o qədər də təsir 
etməmişdir. 
Nəhayət, Qrant bayaqdan bəri onu gözləyən Sentinin sual­
larına belə cavab verdi: 
–  Bəli,  lap  başqasının  ölümünə,  əzabına  da  bais  olsam, 
sərvət əldə etməliyəm. 
Onun belə sakit və həyəcansız danışığı, dediyi sözlər Sen­
tini təəccübləndirdi. Odur ki, o, başını buladı. Bunu nəzərdən 
qaçırmayan Qrant sözünə davam etdi:  
– Başını bulama, Senti. Varlanmaq ehtirası mənim yaşayı­
şım,  həyat  idealımdır.  Qoy  sonralar  məni  nifrətlə  damğala­
sınlar, ən acı xatirələrlə yad etsinlər, fəqət mənə pul lazımdır, 
pul. Başqalarının əzab çəkə biləcəyi, hansı çirkaba yuvarlana­
cağı mənim üçün maraqlı deyil. Mənə pul lazımdır, pul. 


31
Qrantın bu sözlərindən sonra Senti bir qədər fikrə getdi. O, 
doğrudan da, Qrantın pul əsiri olduğunu başa düşdü. Anladı 
ki, içərisində yaşadıqları kapitalizm cəmiyyəti insanlar arasın­
da bir növ ölüm­dirim mübarizəsi – vəhşicəsinə bir mübarizə 
yaradır. 
Başqasının  ölümü  hesabına,  başqasının  səadəti  üzərində 
xoşbəxtlik qazana biləcəyindən narahat olmayan bir şəxs dən 
nə  gözləmək  olar.  Belə  şəxslər  deyilmi,  kapitalizm  cəmiy­
yətinin yetişdirməsi? Biz belə şəxslərin hansı insana xas xü­
susiyyətləriylə  fəxr  etməliyik?  Biz  ona  hansı  inamı,  etiba­
rı  bəsləməliyik.  Onun  gələcəyinə  hansı  gözlə  baxmalıyıq, 
hərəkətlərinə nə ilə bəraət qazandırmalıyıq? Cəmiyyətin sü­
kanı  belələrinin  əlindədirsə,  onlara  etibar  etmək  olarmı?  O, 
nəhayət öz fikirlərindən ayrıldı və dedi: 
– Bir sahibkar oğlu kimi atan əgər səni Parisə – yəni burada 
bol pulla təmin edərsə, sən yenədəmi öz fikirlərinin üstündə 
dayanarsan?  Sən  yenədəmi  varlanmağını  başqalarının  son­
suz  tükənməz  əzabları  ilə  də  olmuş  olsa,  bərqərar  etməyə 
çalışarsan?  Sən  öz  varlanmaq  ehtirasını  heç  də  boğmaq 
istəməzdin ki? 
Qrant Sentinin son sözlərindən sonra düşüncələrə daldı. O 
öz ürəyində nəyi isə araşdırmaq, nəyi isə izah etmək istəyirdi. 
Görünür, nə barədə isə düşüncələri onu qane etmirdi. O öz 
hisslərini nəhayət ki, boğdu, xəyaldan ayrıldı və dedi: 
– Atam varlı bir sahibkar kimi o qədər də ağılsız deyildir 
ki,  məni  burada,  gözəl  və  geniş  bir  şəhərdə  eninə­uzununa 
xərcləməyə, istədiyim hərəkətləri etməyə görə bol pulla təmin 
etsin. Ona görə də varlanmaq üçün atam kimi, başqa sahib­
karlar kimi, mən də milyonlara sahib olmaq üçün yalnız hər 
şeyi özüm düşünməliyəm, şəraitdən hər nə cür olursa­olsun, 
özüm bir çıxış yolu tapmalıyam. Vicdanımı satası olsam da, 


32
kimsənin  namusunu  tapdalasam  da  mən  varlanmalıyam. 
Cəmiyyətimizdə yaxşı əylənmək üçün, nəşəylə gün keçirmək 
üçün, bu dünyanın bütün ləzzət və şirinliklərindən məhrum 
olmamaq üçün varlanmalıyam. Mən yalnız belə yaşamalıyam. 
Senti düşünürdü. O, ömrü boyu birinci dəfə idi ki, belə bir 
pul əsirinə rast gəlirdi. Onun da atası sahibkar idi. O da ka­
pitalist idi. Lakin Senti heç vaxt atasının pul qazanmaq üçün 
kimsənin ölümünə bais olmasını, kimsəni acından öldürməsini 
görməmişdi.  Doğrusuna  qalsa,  belə  bir  şey  olmuşdusa  da, 
Senti  heç  vaxt  onu  hiss  etməmişdi.  Senti  hiss  etməmişdi  ki, 
atası pul üçün, var­dövlət üçün öz mənliyini kiminsə yanında 
alçaltsın, öz şərəfini kiminsə yanında qorumasın. Yox, Senti 
bunların  heç  birini  görməmişdi.  O,  Qrant  kimi  şəxsə  isə  bi­
rinci dəfə idi ki, rast gəlirdi. Senti hələ indiyə kimi belələri ilə 
rastlaşmamışdı. Bununçun isə o, Qranta qibtə edə bilməzdi. 
O şəxs bədbəxtdir ki, hər hansı bir dünya nemətinin əsiridir. 
Qrant siqaretini alışdırıb bir qullab vurdu. Otağın pəncə­
rəsinin bir tayını açdı. İçəri sərin təmiz hava doldu. 
Senti də, Qrant da, hər ikisi düşüncələrə dalmışdılar. Za­
man isə dayanmadan sürətlə irəliləyirdi. Qonşu evlərin pən­
cərələrindən axşamın qaranlığına qızılı işıqlar süzülürdü. Hər 
yanda  həyat  qaynayırdı.  Dünya  qoynunda  yaşamaq  istəyən 
bütün canlılar üçün bir beşik, bir yuva idi. Bu yuvada hər bir 
canlı öz yaşayışını bir cür quraraq yaşamaq uğrunda mübarizə 
aparırdı.  Həyat  hamını,  hər  kəsi,  bütün  canlıları  yaşamağa 
səsləyirdi. 
Qrantın da, Sentinin də, hər birinin mühitə öz münasibəti, 
öz müxtəlif baxışları var idi. Qrant da Sentinin kapitalizm qu­
ruluşuna qarşı, varlanmağa qarşı meyllərini bir qədər aydın­
laşdırmaq üçün dedi: 


33
– Senti, sən cəmiyyətimizdə müəyyən fəal mövqeyə malik 
olan şəxslərdən biri olmaq istəməzdinmi? Sən istəməzdin ki, 
varlı  bir  sahibkar,  kapitalist  olasan,  cəmiyyətimizin  inkişa­
fında  sənin  də  öz  xüsusi  payın  ola.  Varlı  bir  şəxsiyyət  kimi 
dünyada firavan bir həyat tərzi keçirmək sənin üçün yaxşı 
olmazmı? 
Sanki Senti bu sualların ona verilməsini çoxdan gözləyirdi. 
O, sakit idi. Düşüncələri, verilən sual, onun mahiyyəti onu o 
qədər də narahat etmirdi. Senti də kapitalist mühitinin təsiri 
altında  yaşa  dolurdu.  O  da  kapitalist  sinfinin  nümayəndəsi 
idi. Lakin bu təsirin hər hansı bir şəxsiyyətin insanpərvər bir 
insan kimi yetişməsinə mane ola biləcək dərəcədə təsiri var 
idisə də, bu mühitdən baş çıxarmaq üçün insanın geniş dün­
yagörüşü və diqqətli düşüncə tərzi də kifayət idi. Senti isə belə 
bir dünyagörüşə və düşüncə tərzinə malik idi. Odur ki, bir ka­
pitalist kimi varlanmağa, sərvət əldə etməyə öz münasibətini 
belə bildirdi: 
–  Doğrudur,  Qrant,  məndə  varlanmaq  ehtirası  vardır. 
Mən də bir kapitalist kimi varlanmaq və təmtəraqlı yaşamaq 
istəyirəm. Mən də istəyirəm ki, bir xeyli yararlı, müstəqil tor­
paq sahəm olsun. Ehtiyaclarımı tamamilə ödəyə biləcək fabri­
kim və zavodum gecə­gündüz işləsin. Görənləri heyran qoyan 
qəşəng malikanəm olsun. Ümumiyyətlə, mən də varlı­hallı bir 
kapitalist olum və bayaq söylədiyim kimi varlanmaq ehtirası 
məndə də vardır. 
Onun  son  sözləri  Qranta  bir  qədər  qəribə  göründü.  Bəli, 
o da varlanmaq istəyir. Onda da varlanmağa doğru meyllər 
var.  Lakin  onun  varlanmağa  doğru  olan  meylləri  tamamilə 
mənimkindən fərqlidir. Bəs bu necə ola bilər? 
Qrant bir qədər düşündü. Sentinin son sözlərinin mənası 
ona aydın olmamışdı. Odur ki, o bu məsələni bir qədər aydın­
laşdırmaq üçün dedi: 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə