Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   ...   53

20
– Həm də unutmamalıyıq ki, o, bu vaxta qədər mənim ya­
nımda böyümüş və tərbiyə almışdır. Mən əminəm ki, bizim 
Sentimiz pul qazanmağın çətinliyini bizdən də yaxşı anlayır 
və duyur. Mən bir qayğıkeş ata kimi etiraf edə bilərəm ki, Sen­
timizin həyatında var­dövlətin, pulun həlledici rol oynaması­
nın tərəfdarı deyiləm. 
Liza baş örpəyinin saçaqlarını əlində oynada­oynada sus­
muşdu.  O,  Pentanın  Senti  haqqındakı  sözlərini  bütün  varlı­
ğı  ilə  dinləyirdi.  Ananın  bütün  arzusu,  istəyi,  bircə  oğluna 
xoşbəxtik diləməkdən başqa bir şey deyildir. O öz Sentisini 
xoşbəxt görmək istəyirdi. O öz Sentisini hamıdan gözəl, ha­
mıdan ağıllı görmək istəyirdi, onun hamıdan bacarıqlı olma­
sını arzulayırdı. Odur ki, ərinin ürəyinə yata biləcək bir tərzdə 
sözə başladı: 
– Pentan, mənim sənə məsləhət verməyim artıqdır. Hər bir 
məsələyə münasibətdə sən məndən yaxşı baş çıxarmağı baca­
rırsan. Ancaq hər halda yadına salıram. Parisdə Sentinin yanı­
na yolun düşəndə ona bəzən həyatı boyu lazım olacaq ən va­
cib məsləhətləri verməyi unutma. Birinci növbədə ona həmişə 
öz mənliyini, şəxsiyyətini, namusunu qorumağı, uca tutmağı 
tövsiyə elə, çünki o burada belə tərbiyə olunmuşdur. Ancaq 
yenə də bütün bunları Sentiyə bir daha xatırlatmaq lazımdır. 
Əvvəllər o, hələ uşaq idi. İndi isə artıq gəncdir, həyata baxışı  
da təzələnmişdir. Nabələd adamlar yeni bir mühitə düşəndə 
nə  edirlərsə,  Senti  də  həyata  yeni  baxışı  ilə  o  cür  edə  bilər. 
Həyatın bəzi zahirən rövnəqli görünən cərəyanları onu özünə 
cəlb edə bilər. Sentini bu illüziyadan qorumaq üçün ona vax­
tında  verilmiş  məsləhətlər,  nəsihətlər  kömək  edə  bilər.  Əks 
təqdirdə, biz gözümüzün ağı­qarası olan Sentimizi də, onun 
bir övlad kimi, bizə bəxş edəcəyi xoş arzuları da, istəkləri də 
itirmiş olarıq. 


21
Pentan arvadının sözlərini əsil yoldaşdan, dostdan eşidilən 
sözlər  kimi  qəbul  etdi.  O  özünün  illərdən  bəri  acılı­şirinli 
günlərini bölüşdüyü arvadına xoş bir baxışla razılıq etdi. Onun 
övladına  qarşı  bu  qədər  qayğıkeş  münasibət  bəslədiyindən 
razı qaldığını iftixar hissi ilə sinəsini qabartmaqla hiss etdir­
di. Pentan öz ömür­gün yoldaşının ürəyini daha da arxayın­
laşdırmaq üçün Senti haqqında bu sözləri də ona çatdırmağı 
lazım bildi: 
– Liza, unutma ki, mən Sentini heç də səndən az istəmirəm. 
Bizim üçün Sentinin ləyaqətli bir şəxsiyyət kimi yetişməsi bö­
yük  iftixardır.  Senti  gələcəkdə  layiqli  bir  Fransa  vətəndaşı, 
ləyaqətli bir şəxsiyyət olarsa, bizim bir valideyn kimi onunla 
fəxr etməyə haqqımız vardır. Mən onunla tez­tez əlaqə sax­
layacağam  və  ona  layiqli  lazımi  məsləhətlər  verməyi  unut­
mayacağam  və  bizim  bir  valideyn  kimi  başlıca  vəzifəmiz 
ondan ibarətdir ki, ona doğru­düzgün yol göstərək, lazımsız 
tələblərinə qarşı heç bir güzəştə getməyək. Senti bir müstəqil 
gənc kimi bizim məsləhətlərimizi qəbul etməyə də bilər, bu 
mümkündür, lakin o öz valideynlərinə qarşı heç vaxt aman­
sızlıq etməz. 
Pentanın inamla dediyi bu sözlər Lizanı da razı saldı. O, 
na zik  göy  damarları  çıxmış  zərif  əlləri  ilə  Pentanın  kişilərə 
məxsus  kobud  əllərini  sığalladı.  Sonra  dik  onun  gözlərinin 
içərisinə baxıb dilləndi: 
– Biz ona qarşı bir valideyn kimi öz valideynlik borcumu­
zu yerinə yetirməliyik. Xoşbəxt o kəsdir ki, varlığında həmişə 
valideynləri ilə səmimi münasibətdə olur, onların köməyindən 
məhrum deyildir. Valideynin övladına qarşı ən böyük borcu 
onu həyatda əsil bir insan kimi tərbiyə etməkdir. 
Arvadının  bu  sözlərinin  doğruluğunu  Pentan  başını  tər­
pətməklə təsdiq etdi. O, onsuz da bütün bu məsələlər barədə 


22
çoxdan  düşünmüşdü  və  bəzi  qərarlara  gəlmişdi.  İndi,  Pen­
tanın,  oğlunun  Parisdə  təhsil  alması  üçün  qarşısında  duran 
yeganə məsələ onu pulla təchiz etmək idi ki, onun da yeganə 
yolunu tapmışdı. Nə isə…
Nəhayət ki, bu məsələ barədə qəti qərara gəldikdən sonra 
o, arvadına ciddi bir görkəmlə dedi: 
– Əzizim Liza, nəhayət ki, mən Sentinin Parisdə pulla təmin 
edilməsi üçün ikinci yolu seçməyi qərara aldım. Öz maddi eh­
tiyaclarımıza və əlavə xərclərə sərf edilən pulu azaldaq, təki 
bizim Sentimiz ehtiyac içərisində yaşamasın. Təki o, həyatın 
bir çoxlarına qismət olan, onları daimi təqib edən yoxsullu­
ğun, kasıblığın əzab­əziyyətlərini hiss etməsin. Təki o, ehtiyac 
içərisində yaşamasın. 
Gecədir  ucqar  kənd  gecələrindən  biri.  Kənd  şirin  yuxu­
ya dalmışdır. Kəndin şirin yuxusunu arabir xoruzların ban­
laması  ilə  itlərin  hürüşməsi  pozur.  Pentangilin  evlərində 
də  sakitlikdir.  Lakin  bu  sakitliyi  heç  də  hiss  olunmadan  iki 
döyünən ürəyin daxilində baş verən narahatlıqlar pozur. Nə 
Liza, nə də ki Pentan bəlkə də biri­birlərinin oyaq olduğun­
dan  xəbərsizdirlər. Amma  onların  hər  biri  öz­özlüyündə  öz 
ürəkləri ilə danışırdılar. Liza düşünürdü: 
– Kaş mənim balam Senti indi gimnaziyanı qurtarıb otağa 
daxil olaydı. Boynuna sarılıb duz kimi o üz, bu üzünü yala­
yaydım. Sonra da arxayınlıqla oturub kənddəki bütün gözəl­
göyçək  qızları  onun  üçün  sadalayaydım.  O  da  utana­utana 
sevdiyinin adını mənə deyəydi. Mən də tez bir zamanda Pen­
tanı  tələsdirib  ona  toy  elətdirəydim.  Ax…  bir  gör  o  zaman 
mən necə xoşbəxt olardım. O zaman dünyadan köçsəydim də 
artıq heç bir dərdim olmazdı. 
Bu zaman Pentan da Senti barədə fikirləşirdi. O da oğlunun 
məktəbi qurtarıb gəlməsini arzulayırdı. Onu işgüzar, ağıllı bir 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə