Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   ...   53

12
– Bunun iki yolu var, Liza. Birinci yol bundan ibarətdir ki, 
plantasiyada işləyən muzdurların muzdunu azaltmaq, onlara 
indi verdiyimiz haqdan az əmək haqqı vermək: İkincisi isə…
Liza ehtiramla ərinin sözünü kəsdi. Onun al dodaqlarında 
təbəssüm göründü. Bununla da o, ərinin bu fikrindən razı qal­
dığını bildirərək dedi: 
– Muzdurların pulunu azaltmaq sərfəlidir, kişi. Sən muz­
durların muzdunu bir az azalt. 
Onsuz da onlar pis yaşamağa öyrəniblər, yenə də dözərlər. 
Pentan sanki öz daxilində baş verən iki müxtəlif fikirdən 
hansının  üstün  olduğunu  nəhayət  ki,  özü  üçün  aydınlaşdı­
raraq dikəldi və söhbəti Liza üçün incə bir başlanğıcla ikinci 
məsələnin üzərinə yönəltməyə çalışdı: 
– Mənim sadədil xanımım bu barədə mən də çox fikirləş­
mişəm. Doğru deyirsən, bu yol çox mənfəətli yoldur, lakin biz 
bu yolla hərəkət edə bilmərik. Bu zaman biz özümüz özümü­
zü məhv etmiş olarıq. 
Pentanın bu cavabından Liza bir qədər həyəcanlandı. Onun 
mavi gözlərində bir təlaş hiss olundu. Bu təbii idi. 
İllərlə öz mərhəmi ilə baş­başa verib dolanışıqlarını yaxın­
laşdırmağa  çalışan  hər  bir  insan  üçün  birdən­birə  həyat 
şəraitlərinin pisləşə biləcəyini eşitmək belə, həmən şəxs üçün 
əzabdan başqa heç bir şey bəxş edə bilməz. Liza tutqun halda 
ərindən soruşdu: 
– Pentan, nə üçün bu yol ilə getsək, öz yaxşı güzəranımızı 
itirmiş olarıq? 
Pentan öz ömür­gün yoldaşının sualına birdən­birə cavab 
vermədi.  Lizanın  həyəcanlanması,  tutulması,  dəqiq  desək, 
hələ ona bir qədər də xoş gəldi. Əgər Liza bu məsələyə hiss 
olunacaq qədər laqeyd münasibət bəsləsəydi, Pentan zahirən 


13
bildirməsə də ürəyində ondan inciyərdi də. Axı ürək nə üçün 
də  belələrindən  inciməsin.  Lakin  Liza,  göründüyü  kimi, 
məsələyə öz münasibəti ilə ərini razı sala bilmişdi. 
İnsanların bir­birlərinin sevinclərinə kədərlərinə şərik olma­
sının özü yalnız insana xas olan bir müsbət keyfiyyətdir. Bəli, 
Pentan bu keyfiyyəti öz həyat yoldaşının timsalında bir daha 
duydu və ona görə də arvadının verdiyi suala ciddiyyətlə ya­
naşaraq, özünün də ona qəlbən həmrəy olduğunu bildirməyə 
çalışdı. O, həzin bir səs ilə: 
– Liza, əgər biz sən deyən kimi hərəkət edib muzdurların 
əmək haqqını azaltsaq, o zaman muzdurların hamısı bizdən 
üz döndərib gedərlər. 
Liza  bir  qədər  duruxdu,  onun  üçün  aydın  olmayan  bəzi 
işləri də aydınlaşdırmağa çalışaraq: 
–  Pentan,  mənim  əzizim,  axı  onlar  hara  gedə  bilərlər? 
Özün yaxşı bilirsən ki, indiki zamanda işlədiyin yeri tərk edib 
getmək ağılsızlıq olardı. Onlar bunu nəzərə almazlarmı? 
Pentan arvadının az­çox siyasətlə maraqlandığını həssaslıq­
la  duydu  və  ona  kapitalizm  quruluşunda  daimi  bütün 
müəssisə  sahiblərini  izləyən  rəqabət  haqqında  sadə  izahat 
verdi: 
– Bizdən az ödənc aldığına görə üz döndərib gedən muz­
durlar onlar üçün daha çox ödənc verən, daha rəhmdil sahib­
karın plantasiyasında işləyərlər. O zaman biz də rəqabətə da­
vam gətirməyib məhv olarıq. Liza bütün bunları ciddiyyətiylə 
duydu  və  nəhayət  ki,  söhbət  əsnasında  bayaq  ərinin  ikinci 
məsələ barədə kəsdiyi sözün üzərinə qayıtdı: 
– Yaxşı, Pentan, bayaq söylədiyin o ikinci məsələ hansı idi? 
Bəlkə o bizə Sentinin məsələsini birtəhər yoluna qoymaq üçün 
kömək etdi. 
Pentanın üzündə qayğıkeş bir ailə başçısı ciddiliyi yaran­
dı.  Onun  çal  saçları,  enli  kürəkləri,  əzələli  qolları  belə  bir 


14
vəziyyətinə daha çox uyğun idi. Üzündəki ifadədən belə başa 
düşmək olardı ki, keçirdiyi həyatdan heç də narazı deyildir, 
əksinə,  ailə  qayğısı  onun  üçün  xoşbəxtliyin  beşiyidir.  Bəli 
belə də olmalıdır. Ömrünün hər hansı bir çağında ailə qayğı­
sı çəkmək ailədə hər hansı bir işə yaramaq belə bir qayğının 
sahibi  üçün  daxili  saflıq,  daxili  gümrahlıqdır.  Belə  bir  hissi 
keçirən Pentan heç özü də hiss etmədən Sentiyə şərait yarada 
biləcək ikinci məsələnin izahına keçdi: 
–  Lizacan,  nəhayət  onu  demək  istəyirəm  ki,  biz  o  yolu 
seçməliyik ki, bizim kapital ehtiyatımıza cüzi təsir edən bəzi 
maddi ehtiyaclarımıza və əlavə xərclərimizə sərf olunan pulu 
azaltmaqla Sentini də Parisdə pulla təmin edək. 
Pentanın övladına qarşı bir ata qayğıkeşliyi ilə söylədiyi bu 
sözləri Liza da bir ana qayğıkeşliyi ilə qəbul etdi. Onun sa­
kit ürəyi bir qədər təlatümə gəldi və sakit baxışları bir qədər 
həyəcanlı göründü. Övladına qarşı xoşbəxtlikdən başqa heç 
bir şey arzulamayan bütün analar kimi o da öz övladının xoş­
bəxt liyi yolunda canını belə verməyə hazır idi. Odur ki, da­
xildən gələn sövqü­təbii bir səslə ərinə müraciət etdi: 
– Əzizim Pentan, gəlsənə Sentiyə tələbə xərcliyindən bir az 
çox pul göndərək?
Bu sual Pentana sanki bir qədər gec çatdı. O, ağır­ağır ba­
şını tərpətdi, sonra başını qaldırıb arvadına sınayıcı bir nəzər 
saldı və nə hiss etdisə, hansı hissi keçirdisə dodaqları qaçdı. 
Üzündəki ciddilik bir anlığa yox oldu. Ananın bu qədər ürəyi 
yumşaqlığına,  qayğıkeşliyinə  məzəmmət  və  ehtiram  ifadə 
olunan sözlə: 
– Necə bəyəm, yəni deyirsən ki, mənim göndərdiyim pul­
larla Senti öz gündəlik güzəranını təmin edə bilməz. 
Lizanı ərinin bir qədər məzəmmətlə, bir qədər qayğıkeşliklə 
verilən bu sualı bir az kövrəltdi. O, uzaqlara bir xeyli nəzər 


15
salıb dərindən ah çəkdi. Baxışlarını uzaqlardan çəkməyərək 
kövrəkliklə dedi: 
–  Deyirəm,  uşaqdır  də,  birdən  pulunu  düzgün  xərcləyə 
bilməz,  özünə  korluq  verər.  Əziz  balam  birdən  Paris  kimi 
bir şəhərdə pulsuz qarnı ac qalar ey. Xeyr, mən onun belə bir 
vəziyyətinə dözə bilmərəm. Ölərəm, vallahi özümü öldürrəm, 
ancaq qoymaram ki, balam korluq çəksin. O, kasıbçılığın, pul­
suzluğun nə olduğunu duysun. 
Bu sözləri söyləyə­söyləyə daha da kövrəlmiş Liza birdən 
hönkürüb ağladı. Pentan öz həyat yoldaşının belə bir vəziyyətə 
düşməsindən  xeyli  pərişan  oldu.  O,  mehribanlıqla  arvadı­
na yanaşdı. O qədər də zərif olmayan əllərinin dalı ilə onun 
gözlərinin yaşını sildi. Könül ala biləcək bir hissiyyatla onun 
alnından öpdü və ona təsəlli verməyə başladı: 
– Sən də ki, Liza, lap Sentini uşaq hesab edirsən. O, artıq 
uşaq deyildir. Yeniyetməlik çağını da keçməyə hazırlaşır. İyir­
mi yaşlı bir gənc üçün bu qədər narahatlığa dəyməz. Biz hətta 
onu tez­tez yoxlamalıyıq ki, yolunu azmasın. 
Pentanın bir qədər eyhamla dediyi bu sözlər Lizanı bir ana 
kimi  düşündürməyə  bilməzdi.  Öz  övladının  gələcək  həyatı 
barədə  biganə  olmayan  bütün  analar  kimi  Liza  da  öz  övla­
dı barədə bu cür narahatlıqla düşünməliydi. Odur ki, güclə 
seziləcək həyəcanlı səslə: 
–  Deyirsən,  yəni  bizim  Sentimiz  də  öz  gələcək  həyatını 
düzgün qura bilməyən, yüngül xasiyyət, həyata əyləncə kimi 
baxan  bir  çox  bəzi  gənclər  tək  həqiqətən  doğru  yoldan  ya­
yınar?  Öz  gəncliyinin  qədrini  bilməyib  bizim  ümidlərimizi 
doğrultmaz, arzularımızı puça çıxarar. Öz həyatını əyyaşlığın 
qurbanı etmiş bir yelbeyin xanımla gün keçirər? 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə