Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

40
FƏSİL 3
Paris. Axşamdır. Aydın səmada şəhər daha da gözəl görü­
nür. Axşamın qəribə gözəlliyində şəhəri seyr etmək insanda 
xoş  duyğu  yaradır.  Hər  bir  incə  zövqlü  adam  axşamlar  bu 
duyğunu keçirmək imkanını əldən qaçırmaz. 
Senti ilə Qrant da öz sadə evlərinin kiçik bağçasından ax­
şamın  bu  qəribə  gözəlliyini  seyr  edirdilər.  Onlar  yanaşı  da­
yanmışdılar.  Deyəsən,  açıq  havada  dayanmaq,  şəhəri  seyr 
etmək  onlara  xoş  gəlirdi.  Bir  fransız  kimi  onların  hər  ikisi 
Paris şəhərinin gözəlliyi ilə fəxr edə bilərdilər. Arabir qonşu 
həyətdən şən uşaq və qadın səsləri eşidilirdi. Görünür, yox­
sulluq öz əlini bu evə gəzdirməmişdi. 
Baş­başa vermiş qoşa həmişəyaşıl ağaclarının başları yün­
gülcə  titrəyirdi.  Deyəsən,  şimal  küləyi  əsməyə  başlamışdı. 
Bunu Senti ilə Qrant da bir balaca bədənlərinin soyumasından 
hiss etdilər. Qrant yavaşdan Sentiyə belə dedi: 
–  Deyəsən  hava  da  soyudu,  artıq  axşamdan  xeyli  keçib. 
Gəlsənə, bu gün istirahətimizi yaxşı keçirmək üçün Qraf B…
evində olan bala gedək. Ora mənim bir tanışım da gəlməlidir. 
Ümumiyyətlə,  orada  bizim  üçün  pis  keçməz.  Onlar  otağa 
daxil oldular. Yenə də Qrant: – Di durma, hazırlaş. Özünü elə 
səliqəyə sal ki, gəzişini, duruşunu, baxışını orada elə nizamla 
ki, varlı olduğunu hiss etsinlər, sənin üçün də orada alışıb ya­
nan tapılsın. 
Senti bir qədər fikrə getdi. Öz nəzərdə tutduğu planlarını 
bir­bir yadına saldı. Deyəsən, bu bala getmək üçün vaxtı ola 
biləcəyini anladı və nəzakətlə: 
– Yaxşı, gedərəm dedi. Ancaq bir şərtlə çox ləngimərik dedi 
və əlavə etdi. – Gecədən çox keçməmiş qayıdarıq. Axı səhər 


41
biz  mühazirəyə  getməliyik,  əks  təqdirdə  biz  mühazirəyə 
gecikə bilərik. 
Qrant onu səmimiyyətlə süzdü. O, Sentini arxayın etmək 
üçün həlim səslə dedi: 
– Sən deyən olsun, Senti. Çox ləngimərik. Hələ lap tanışı­
mız gəlməsə, bal kefimizə yatmasa tez də qayıda bilərik. 
***
Qraf B… malikanəsi. Evin bəzənişindən, təmtərağından hiss 
olunur ki, Qraf B… çox varlı adamdır. Malikanədə yerləşən 
ev bir neçə gözdən ibarətdir. Hər otaqda isə müəyyən qrup 
şəxsiyyətlər toplanmışdılar. 
Bir otaqda aristokratik fransız gənclərinin bəzi nümayən­
dələri  qumar  oynayır.  Digər  bir  otaqda  hansı  bir  məsələ 
barədə isə qızğın müzakirə gedir. Başqa bir otaqda əyyaşlığın 
ən yüksək dərəcəsi özünü zühur etdirir. Digər bir otaqda da 
gah milli fransız mahnıları və valsları, gah da xarici musiqilər 
səsləndirirdilər. Məhz həmən bu otaqda bir çox qraflar və qra­
finyalarla birlikdə Senti ilə Qrantı da görürük. Onlar kimi isə 
gözləyirlərmiş kimi kənarda dayanıb nə barədə isə şirin­şirin 
söhbət edirdilər. 
Otaqda  səslər  bir­birinə  qarışmış,  uzun  koridorda  siqa­
ret tüstüsü duman kimi uzanırdı. Burada, bu bir qrup insan 
yığnağı içərisində Senti və Qrant kimi öz tanışlarının yolunu 
gözləyənlər  də  az  deyildilər.  Buradakı  hadisələrin  gedişini 
izləyən hər bir diqqətli şəxs asanlıqla təyin edə bilərdi ki, ki­
minin baxışları intizarla tez­tez açılıb­örtülən qapıya dikilir, 
kimi  sevdiyinin  ona  məhəl  qoymadan  işvəkarcasına  başqa­
ları  ilə  rəqs  etməsindən,  nazlanmasından  hədsiz  dərəcədə 
həyəcanlanır  və  əzab  çəkir,  kimi  öz  rəqibindən  geri  qalma­


42
maq  üçün  müxtəlif  cəfəşanlıqlar  edir,  guya  ki,  öz  nəzakətli 
və ləyaqətli hərəkətləriylə diqqəti cəlb etməyə çalışır. Bu səs­
küylü, əsasən, kübar cəmiyyətin üzvünə mənsub olan adam­
ların yığıldığı otağa gələn hər bir şəxsin öz məqsədi, burada 
bəlkə də həyata keçməsi mümkün olan öz şəxsi fikirləri var 
idi.  Müxtəlif  qrafların,  qrafinyaların  evlərində  keçirilən  bü­
tün ballar kimi, burada da çox məharətlə, süniliklə yaradılan 
«süzülən baxışlar», «mehriban gülüşlər», «nəzakətli sözlər», 
«ləyaqətli  hərəkətlər»,  kiminsə  kimə  bağışladığı  qiymətli 
hədiyyələr,  deyilən  təriflər  arxasında  hiylə,  tamah  və  şəxsi 
mənafe  məsələləri  durmuşdu.  Sanki  bura  toplaşanlar  öz 
hissləri vasitəsi ilə öz aralarında qumar oynayırdılar, müəyyən 
im kanlardan öz şəxsi mənafeləri üçün istifadə etməkdən ötrü 
risk  edir,  biri­birinə  kələk  gəlməyə  çalışırdılar.  Bu  oyunda 
kimin udması, kimin qalib çıxması öz həqiqi hisslərini daha 
məharətlə gizlətmədən, öz apardığı rolu daha məharətlə oy­
namaqdan asılı idi. Lakin onu da inkar etmək olmaz ki, bura 
təsadüfən  düşən,  hiylənin  nə  olduğunu  bilməyən  adamlar 
da gəlib çıxırlar. Bəli, belələri gəlib çıxırlar, bu bir həqiqətdir. 
Məsələn,  götürək  elə  Sentinin  özünü,  yoldaşının  xahişi  ilə 
bura gəlib çıxmamışdırmı? 
Nə isə bu təmtəraqlı, gurultulu məclisə yeni­yeni alışmağa 
başlayan Sentini Qrantın pıçıltılı səsi qapıya baxmağa məcbur 
etdi. 
– Senti, axır ki, gəldi, – deyə Qrant Sentini səslədi və baxış­
ları  ilə  otağa  daxil  olan  iki  gənc  qadından  birini  –  Klaranı 
göstərdi.  Yenə  də  eyni  ahənglə:  –  Yanındakı  gənc  qadın  isə 
onun bacısı qrafinya Searadır, – dedi.
Gənc qrafinyalar otağa daxil olduqdan sonra bir anlığa da­
yandılar. Üzərlərinə axışan müxtəlif mənalı baxışlara laqeyd 
münasibətlə ani olaraq ətrafa nəzər saldılar. Deyəsən axtar­


43
dıqlarını  tapdıqları  üçün  mehribanlıqla  gülümsədilər  və  tə­
rəddüd  etmədən  Qrantla  Sentinin  dayandığı  yerə  doğru 
irəlilədilər. 
Senti pıçıltı ilə Searaya işarəylə: – İlahi, necə də qəşəngdir. 
Qrant, mən cəzb olunuram, – deyə səsləndi. 
Qrant  gülümsəyərək  Searanın  da  Sentiyə  ani,  lakin  bir 
ömür  çərçivəsində  iz  qoyan  baxışlarına  işarə  ilə:  –  Həm  də 
cəzb edirsən, Senti – deyə yavaş səslə dilləndi. 
Bu anda qrafinyalar nazlana­nazlana yaxınlaşdılar. Qrant 
Sentiyə işarəylə qrafinyalara: 
– Tanış olun, dostum Senti. 
Klara və Seara da hər ikisi bir ağızdan: – Çox şadıq. Klara, 
Seara. 
Onlar evin geniş koridorundan otağa daxil oldular və özləri 
üçün münasib bir yer seçdilər. 
Qrafinyalar gənc, həm də gözəl idilər. Klaraya iyirmi beş, 
Searaya isə iyirmi səkkiz yaşdan artıq vermək olmazdı. 
Searanın çox da kobud olmayan, dolu, qəşəng bədəni var 
idi. Beli o qədər incə olmasa da, iri yanlarına nisbətən münasib 
görünürdü. Sinəsindən xeyli irəli çıxmış qabarıq döşləri əyninə 
geydiyi  dar,  nazik  ipək  köynəkdən  hiss  olunacaq  dərəcədə 
cəlbedici göründüyü kimi, döşlərindən böyürlərinə tərəf bir 
qədər  aşağıdan  az  qala  dar  köynəyini  partladan  ətli  oynaq 
əndamı bu görünüşə daha da yaraşıq verirdi. Əyninə geydiyi 
uzun  ətəkli  donu  onun  yalnız  ağ,  incə  topuqlarını  görməyə 
imkan  verirdi.  Bəzəkli  şlyapasının  altından  çiyinlərinə  tö­
külmüş  qara  qıvrım  saçları  ağ  bənizinə  tamamilə  yaraşırdı. 
İşvəkarcasına  süzülən  gözləri  xüsusilə  cəlbedici  idi.  Çox  da 
qalın  olmayan  ətli  dodaqları  və  açıq  yaxalığından  yeridikcə 
titrəyən döşlərinin arasına qədər görünən ağ, hamar, bir qədər 
də ətli sinəsi onun zahiri görkəmini tamamlayırdı. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə