Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

37
həyatdan  öz  mükafatını  alacaqdır.  Öz  əməlləri  ilə  həqiqəti 
boğmağa çalışanları da həyat bağışlamır. Bütün bunları əsas 
tutaraq  deyə  bilərəm  ki,  sənin düşündüyün  kimi,  hər  hansı 
bir təsadüflə, zor güclə və ya hiyləylə əldə edilən sərvət in­
sanı xoşbəxtliyə çatdıra bilməz, ona səadət bəxş edə bilməz. 
Pul, qızıl, gümüş əzəldən nəinki insanlara səadət gətirməmiş
hətta onların səadətini pozmuşdur. Atanı oğula, qardaşı qar­
daşa düşmən kəsə bilən  bir  vasitədən, sən düşün, hansı  bir 
xoşbəxtlik  gətirə  biləcək  vasitə  kimi  istifadə  edərsən  və  on­
dan səadət umarsan. Olsa­olsa həddindən artıq sərvətin səni 
cəmiyyətimizin ən yüksək dairəli şəxslərindən biri edər. İn­
sanı sərvət yalnız yüksək mənsəb və mərtəbəyə çatdıra bilər. 
Daha onu xoşbəxt edə bilməz. 
Qrant  yenə  də  otaqda  var­gəl  edirdi.  O  öz  fikirlərini  və 
hisslərini qızğınlıqla müdafiə etməyə çalışırdı. 
Otağın  havası  bir  qədər  soyumuşdu.  Odur  ki,  Senti  du­
rub  pəncərəni  örtdü.  Artıq  payız  özünü  göstərməyə  başla­
mışdı. Bunu günəşin yeri bir qədər az qızdırmağa başlama­
sından,  günün  qısalmasından  və  nəhayət,  bütün  yazı­yayı 
gecələr səhərə qədər Sentigilin bağçasında oxuyan bülbülün 
səsinin kəsilməsindən hiss etmək olardı. İndi səhərlər yuxu­
dan oyanıb həyətə çıxanda əzəlki günlərdən fərqli olaraq ot­
ların, ağacların yarpaqlarının üzərində şeh damlalarına yox, 
qrova rast gəlmək olurdu. Elə bil təbiət sərtləşdikcə daha da 
təmizləşərək,  bütün  yer  kürəsini  ağ  tülə  bürümək  istəyirdi. 
Nə isə bu yaya nisbətən qısa payız günündən sonra, bir qədər 
uzanmış payız gecəsində Senti ilə Qrantın mübahisəsi hələ də 
davam edirdi. Qrant həzin səslə belə dedi: 
–  Deməli,  Senti,  sən  ali  vəzifə,  cəmiyyətimizdə  müəyyən 
yük sək  mövqeyə  və  mənsəbə  malik  olan  hər  hansı  yüksək 


38
dairəli bir şəxsi xoşbəxt hesab etmirsən. Bəs sən düşünmürsən 
ki,  onlar  istədikləri  hərəkətləri  edirlər,  pulun  gücünə  özləri 
üçün istədikləri həyat şəraitlərini yarada bilirlər. Pulla onlar 
bəzən  ən  gözəl  xanımları  özlərinə  cəlb  edirlər,  ən  qiymətli 
hədiyyələrlə bir­birləri arasında münasibətləri sahmana salır­
lar. Yox, deyəsən sən hələ pulun cəmiyyətdə oynadığı roldan 
bir qədər xəbərsizsən. Əgər sağa­sola xərcləməyə bol pulun, 
müəyyən  qədər  sərvətin  olmazsa,  o  zaman  sən  yoxsul  ikən 
öz xoşbəxtliyini hansı vasitələrlə təmin edə bilərsən. Əgər ça­
lışmasan, hərəkət etməsən, birinə kələk gəlməsən, birinə ya­
lan satmasan, birinin qarşısında yalandan da olsa, boynunu 
əyməsən, sən heç bir sərvət əldə edə bilməzsən və milyonçu 
bir şəxs də olub, xoşbəxtliyin ləzzətini duymazsan. 
Senti özünü həddindən artıq sərbəst və rahat hiss edirdi. 
Qrantın dedikləri onda zərrə qədər də dəyişiklik yaratmamış­
dı. O, artıq duymuşdu ki, tutduğu yol doğru yoldur. Kapita­
lizm cəmiyyətinin daxili eybəcərliyi artıq tamamilə ona aydın 
idi. Deməli, bu cəmiyyətdə başlıca rolu sərvət oynayırdı. Ki­
min pulu çox idisə, o, cəmiyyətin ən nüfuzlu üzvü, ən ehti­
ram göstəriləcək şəxslərdən biri olurdu. Pulun olsun qəddar 
ol,  ikiüzlü  ol,  hiyləgər  ol,  fərqi  yoxdur,  sən  cəmiyyətin  ən 
mötəbər, ən hörmətli üzvü olaraq qalacaqsan. Pulla düşmənlə 
münasibətlərini  səhmana  sala  bilərsən,  insan  başı  kəsdirə 
bilərsən,  ən  ağır  cinayətləri  ört­basdır  edə  bilərsən.  Deməli, 
pul kapitalizm cəmiyyətində ən başlıca sima, ən nüfuzlu bir 
vasitədir.  Pul  sənin  üçün  bəzən  namusu  da  satın  ala  bilər. 
Kapitalizm cəmiyyətində pul sənin mümkün olan arzularını 
həyata keçirmək üçün ən qüdrətli bir vasitədir. Pul sənin üçün 
çoxlu dostlar tapa bilər. Pul səni ən ağıllı, ən güclü, ən gözəl 
edə bilər. Bir sözlə, kapitalizm cəmiyyətində pul sənin üçün 


39
ən qüdrətli bir silahdır. Senti yaşadığı cəmiyyətin daxilində 
bütün  bunları  öz  daxili  varlığı  kimi  duyurdu  və  anlayırdı. 
Anlayırdı ki, yaşadığı cəmiyyətdə insanın insana münasibəti 
başdan­başa sünilik və məkr üzərində qurulmuşdur. Odur ki, 
Qranta belə bir cavab verdi: 
– Qrant, mən milyonları olan bir kəsi dünyanın ən xoşbəxt 
adamı  hesab  etmirəm  və  edə  də  bilmərəm.  Çünki  o  kəs  öz 
milyonlarını neçə­neçə insanın əzablı gün keçirməsi, ümidsiz 
vəziyyətə  düşməsi,  narahatlığı,  bəlkə  də,  həyatdan  getməsi 
hesabına  əldə  edib.  Ürəyi  təmiz,  qəlbi  saf  olan  hər  bir  vic­
danlı  şəxs  başqalarının  hesabına  əldə  etdiyi  sərvətlə  özünü 
xoşbəxt saya bilməz. İnsanın öz daxili hissləri həyatda tutdu­
ğu əməlləri ilə razılaşırsa, o zaman insan səadətə çata bilər. 
Yalnız bu zaman insan həyata xoşbəxt gözlə baxar və həyat 
da belə insanı səadətlə mükafatlandırar, ona sevinc bəxş edər. 
Qrant  onun  sözləri  ilə  razılaşmadısa  da,  üstünü  də  vur­
mağı lazım bilmədi. Artıq o başa düşdü ki, bu barədə Senti 
ilə mübahisə etməyə dəyməz. Həyata münasibətləri, həyatda 
tutduqları  yolun  biri­birinə  yad  olması  ona  bəlli  olmuşdu. 
O, başa düşürdü ki, özü öz fikirlərinin doğru­düzgünlüyünə 
inandığı kimi, Senti də öz fikirlərinin üzərində möhkəm dur­
muşdur və o da öz fikirlərindən dönən deyil. Onların hansı­
nın daha düzgün yol seçdiyini yəqin ki, həyat gələcəkdə əyani 
surətdə göstərəcəkdi. Odur ki, o, əlini yelləyərək dərindən ah 
çəkdi və dedi: 
– Eh… səninlə bu barədə danışmağa dəyməz. Kor əsasından 
möhkəm yapışan kimi, görürəm ki, sən də öz fikirlərindən heç 
vaxt daşınan deyilsən. Yaxşısı budur, gələcəyi gözləyək, o 
zaman  kimin  daha  düzgün  mühakimə  yürütdüyü  aydın 
olacaqdır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə