Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

43
Bir  iş  görmək  istəyəndə  əvvəlcə  onun  cəmiyyətə  və 
özünə dəyəcək faydasını düşünməlisən. 
Uzaq qaç könlüncə olmayan işdən
Qəlbinin düşməni deyilsən ki, sən. 
Görəcəyin işin faydası varsa, 
O işi görməyə tələs sən, hökmən. 
İnsan hisslərinin mənfi və müsbət qiyməti bu hisslərin 
əməli  nəticəsinin  cəmiyyətin  əxlaq  normalarına  uyğun 
gəlməsi  və  cəmiyyətə  faydası  ilə  ölçülür.  Aşağıdakı  bir 
təmsilə nəzər salaq. 
Heyvanlar özlərinə ilanı şah seçdilər
Hamısı hüzurundan and içərək keçdilər. 
İlan dedi: – Bu gündən qullarımsınız mənim, 
Kim sancmağı bilməsə, olacaqdır düşmənim. 
Lakin düşünmədi ki, işinə səbəbkarlar, 
Zülmə cavab olaraq onu süpürüb atarlar. 
Rəzil dilənçi tək gələ həyata
 Ömrü yamaq salma bu kainata. 
Elə işlər tut ki, hörmətli dostum, 
Sənə qiymət versin hər an həyat da. 
Cəmiyyətin əxlaq normaları daha çox ictimaiyyətin qəbul 
etdiyi  əxlaq  normalarıdır.  Ona  görə  də  insanlar  özlərinin 
dövranını  və  hərəkətlərini  bu  əxlaqa  uyğunlaşdırmalıdır­
lar. İnsan elə hərəkət etməlidir ki, onun görəcəyi işin son 
nəticəsi həmin şəxsin cəmiyyət içərisində müsbət qiymətini 
təmin etsin. Bax budur cəmiyyətin əxlaq normalarına uy­
ğun hərəkət, bax budur öz faydalı hərəkətinlə cəmiyyətdən 
aldığın müsbət qiymət. Səbəbsiz nəticə, nəticəsiz səbəb ol­


44
maz, ona görə də insan özünün mənafei ilə əlaqəli hər bir işi 
dərindən yoxlamalı və öyrənməlidir. 
Həyatın hər bir anı iki yolun ayrıcı, 
Tələsmə bədbəxtliyin toruna tez düşərsən
Gecikmə xoşbəxtliyə çatmazsan inan ki, sən. 
Sənə sadə görünən çox şeylər adisə də, 
Bəzən maraq doğurur ən adi hadisə də. 
Əziz insan hər anı adiləşdir gözündə
Lakin heç də o an tək adiləşmə özün də. 
Həyat səbəblərin nəticələrə, nəticələrin səbəblərə çevril­
məsi zəmini üzərində inkişaf edir. Hər səbəb və nəticə isə 
ya birbaşa, ya dolayı yollarla insan cəmiyyətinə öz tə si rini 
göstərir. Əsil insan məhz bu səbəblər toplusundan müəyyən 
qədər  baş  çıxarmağı  bacarmalıdır.  Materiya  məkanda 
əbədi olduğu üçün təsadüf adlandırdığımız yaşantıları biz 
əbədiyyətdən  gələn,  səbəbini  bilmədiyimiz  zərurət  kimi 
qəbul  etməliyik.  Təsadüf  adlandırdığımız  yaşantılar  nə 
qədər səbəbə çevrilsə də yenə də, onun kökündə səbəbini 
bilmədiyimiz  zərurətlər  dayanır.  Səbəblərin  yaratdığı 
nəticələrsə zərurətləri meydana çıxarır və zərurətlər də yeni 
səbəblər yaradır. Bu inkişaf dayanması mümkün olmayan 
prosesdir.  Şüurlu  varlıq  bu  istiqaməti  yaşaya,  müəyyən 
istiqamət verə bilər... Bu da insanların öz maddi və mənəvi 
tələbatlarından irəli gələn qanunauyğunluqdur. Şüurumuz­
da daimi təsadüflərin zərurətlərə çevrilməsi prosesinin ha­
zırkı nəticələri yaşayır. Əgər belə olmasaydı, biz hadisələrə 
düşüncəli  münasibətlə­təfəkkürlə  yanaşa  bilməzdik.  Bizi 
başqa  canlılardan  fərqləndirən  əsas  ali  xüsusiyyət  də  elə 
budur. Həyatda düzgün yol tutmağa çalış, həyatda öz yolu­
nu nə cür tutsan, o cür də gedər. Ona görə də tutduğun yol 


45
elə olmalıdır ki, cəmiyyətə fayda versin, özün də hörmət 
və ehtirama layiq olasan, dostunu düşmənini ayıra biləsən. 
Çalış arzuların gözdə qalmasın, 
Köksündə paxıllıq məskən salmasın. 
Dostundan düşməni elə ayır ki, 
Axırda dalınca zurna çalmasın. 
Həyat  çox  mürəkkəbdir,  bu  mürəkkəbliyin  içindən 
doğru  yol  seçmək  baş  çıxarmaq  hər  adamın  işi  deyildir. 
Həyatda seçilmiş ən düzgün yol səadətin üzərinə gedən yol­
dur. Əgər sən həyatda özün üçün doğru yol seçməmişsənsə, 
onda taleyindən şikayətlənməyə dəyməz. Çünki belə olan 
təqdirdə, özün öz əlinlə xoşbəxtliyini özündən uzaqlaşdır­
mış olursan. Özü üçün həyatda doğru yol seçməyən insanın 
başı  bəlalar  çəkər.  Ey  insan,  bilə­bilə  öz  xoşbəxtliyindən 
uzaqlaşma, qoy sənin həyatda tutduğun doğru yol özünə də, 
xalqına da xeyir versin. Çalış yeri gələndə ehtiyacı olanlara 
kömək əlini uzat, öz mövqeyindən istifadə edərək, aşağıla­
ra yarımağa çalış. Lakin kimsələrə kömək əlini uzadarkən 
özünü də düşün, vəziyyətini nəzərə al. Varınsa ürəyin əsə­
əsə  səxavət  göstərmə,  yoxunsa  özünü  ehtiyac  içərisində 
qoyma. 
Bacar qalmayasan borclu bir kəsə, 
Qapılma tamaha, hissə, nəfisə. 
Səxavət göstərmək istəsən əgər
Göstərmə ürəyin sən əsə-əsə. 
Yolu yoxlamamış addımı atma, 
Doğru sözlərinə yalanı qatma. 
İşini elə qur əzəldən dostum, 
Səxavət göstərib kədərə batma. 


46
Ona görə də insan hər işi öz yerli­yerində görməyi ba­
carmalıdır.  Əks  təqdirdə,  düşünmədən  etdiyin  hərəkətin 
sonrakı peşmançılığının əzabını çəkmiş olarsan. İnsan elə 
etməlidir ki, görəcəyi hər  bir işin son  nəticəsi qismən də 
olsa  ona  aydın  olsun.  Öz  məqsədinə  çatmaq  istəyən  in­
san bir çox vasitələrdən istifadə etməklə yanaşı, xüsusiylə 
tədbirli olmalıdır. Aşağıdakı bir misala nəzər salaq. 
İki düşmən var idi bir şəhərdə, 
Biri qoldan güclüydü, o biriysə tədbirdə. 
Bunlar bir-biri ilə rəqabət aparırdı, 
Fürsət düşsə bir-birinə yara vururdu. 
Qolu zorlu o birin hər vaxt hədələyirdi
Tədbirliysə kələklə onun işin əyirdi. 
Beləliklə, bir gün də onu saldı tələyə, 
Zorlu da əhsən dedi, düşmənində kələyə. 
İndi dostum hər işi ağılla görmək gərək, 
Ağıldır hər igidin igidliyinə kömək. 
Tədbirlə iş görənin canına xələl gəlməz
Səhrada su axtaran heç vədə tapa bilməz. 
Qışda açan çiçəyin ləçəkləri tez solar, 
Tədbirlə axan suyu geri döndərmək olar. 
Tədbirlə atılan addım insanı çox bəlalardan xilas edər. 
İnsan  öz  məqsədinə  çatmaq  üçün  çox  bağlı  qapılar  açar. 
Unutmaq lazım deyildir ki, tarixə nəzər salanda görürük ki, 
əksər  tarixi  şəxsiyyətlərin  ən  tədbirliləri  həmişə  qələbəni 
özlərinə təmin etmişlər. Tədbirlə atılan addım öz səmtinə 
düşər.  Öz  saf  məsləkini  daxildən  və  xaricdən  göstərilən 
hiss  və  təsirlərə  qurban  vermə.  İnsanın  özündən  yaşca 
böyüklərə  hörmət  göstərməsi  çox  yaxşı  əlamətdir.  Yaşlı­
ların məsləhətlərini dinləmək lazımdır. Çünki ağsaqqallar 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə