Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   ...   27

7
olaraq  müxtəlif  cür  qiymətləndirilir.  Dünyaya  insan  kimi 
gəlmisənsə, yaşa, yarat və insan cəmiyyətinə fayda verməyə 
çalış. Yalnız bundan sonra insan cəmiyyətindən özünə qarşı 
yeri gələndə müəyyən qayğılar um, yaxşılıqlar gözlə. Yalnız 
bundan sonra sənə edilən yaxşılıqları ürək açıqlığı ilə, xoş 
düşüncəylə qəbul edə bilərsən. Əks təqdirdə cəmiyyətdən 
müəyyən güzəştlər ummağa doğrusu sənin haqqın yoxdur. 
Qızılgül kolunda tikanın hər an, 
Batmağa gül dərən ələ haqqı var. 
Yararsız bir vəhşi koldasa tikan,
Şikar gözləyərkən niyə etmir ar? 
İnsan  mənəvi  cəhətcə  daha  çox  kamilləşdikcə,  həyatı 
daha dolğun və düzgün başa düşdükcə yaxşılıqla pislik ara­
sındakı fərqi daha düzgün qiymətləndirməyi bacarır və in­
san cəmiyyətində daha yüksək mövqe tutur. Həyat axınında 
öz təmiz hisslərini qorumaq üçün bəzən çox şeydən imtina 
etməlisən. 
Həyatın nə qədər keçsə də acı, 
Şöhrətin, daş-qaşın olma möhtacı. 
Şöhrətli, daş-qaşlı padşahların, 
Fələk azmı alıb başından tacı. 
Həyat  şirindir.  Onun  hər  bir  gözə,  könülə  xoş  gələn 
nemətləri isə insan üçün daha şirindir. Bu nemətlərin ha­
mısından  istifadə  etmək  olmaz  və  bu  mümkün  də  deyil­
dir. Doğrudur, ən ali varlıq olan insan bu nemətlərdən tam 
istifadə  etməyə  çalışır,  lakin  ağıllı  və  dərrakəli  kəslər  bu 
nemətlərin bəzilərindən yeri gələndə könüllü surətdə imti­
na  etməli  olur,  ona  görə  ki,  bəzən  bir  könül  oxşayan  şe­


8
yin əldə edilməsi ikinci könül oxşayan bir şeyin itirilməsi 
deməkdir. Bu isə bir çox hallarda insanın təmiz hisslərinin 
ləkələnməsinə səbəb ola bilər. Belə isə birinci əldə etdiyin 
könül oxşayan şeyi əldə möhkəm tutub öz təmiz hisslərini 
qorumaq daha məqsədyönlüdür. Əks təqdirdə, insan üçün 
başlıca nemət olan öz təmiz adını itirə bilərsən və cəmiyyət 
içərisində mövqeyin əvvəlki vəziyyətdən aşağı düşər. Necə 
bir təmsildə olduğu kimi. 
Əlbir olub köpək dedi çaqqala,
- Gəl hinə, pay göndərək ağsaqqala. 
Bəlkə səadət bizi də yanlaya, 
Şir dayımız arzumuzu anlaya. 
Lütf edə biz də qoşulaq qurdlara
Bəlkə bu yolla kef edək bir ara. 
Razılaşıb dediklərin etdilər,
Bu işin də güdazına getdilər. 
Ümumiyyətlə  götürdükdə,  əsil  insan  həyatda  tutduğu 
mövqeyindən  asılı  olmayaraq,  ən  təmiz  hisslərin  mücəs­
səməsi olmalıdır. 
Zər-ziba əsiri olma cahanda
Gözəlliyi görmə libasda, donda
Gözəllik elə bir bəxşeyişdir ki
Daxilən doğulur ancaq insanda. 
Bir şəxs ki, öz adına ləkə gətirə biləcək işlər görür, nə 
həmin şəxsə, nə də onun tərbiyə etdiyi kəslərə etibar etmək 
olmaz. Çünki öz təmiz adının ləkələnə biləcəyindən ehtiyat 
etməyən kəs başqasının ona etdiyi etibardan da yeri gələndə 
istifadə edər və etibar edən şəxsin özünü də pis vəziyyətdə 


9
qoyar. Etibar da, hörmət də, vəzifə də, birinci növbədə, ən 
təmiz adamlara etibar edilməlidir. İnsanda birinci növbədə 
qürur hissi olmalıdır. O öz mənliyini daimi uca tutmalıdır. 
Deyildir başının tacı şahlığın, 
Sərvətə bağlımı sənin varlığın?!
Əyərsə qəddini fələk bir zaman, 
Düşmənə əyilmə, dostuna sığın. 
   
 ***
Soğan çörək ilə dolan, alçalma, 
Qarnın dolsun deyə tənələr alma. 
Sərvət də, dövlət də gəldi gedərdi,
Çalış mənliyini aşağı salma. 
Doğurdan  da  insanda  qürur  hissinin  olması  çox  fay­
dalıdır.  Bu  hiss  bəzən  yeri  gələndə  insanda  səhlənkarlıq, 
tənbəllik, utancaqlıq kimi qüsurların aradan qaldırılmasın­
da böyük rol oynayır. Və insandakı qürur hissi bu hissin iş­
tirakı ilə görülən hər bir işdən sonra müəyyən dərəcədə artır 
və inkişaf edir. Elə əsil insanın siması da bu vaxt üzə çıxır. 
O  kəslərdə  qürur  hissindən  başqa,  ləyaqət,  alicənablıq, 
məğrurluq  hissləri  də  inkişaf  etdiyindən  o  qürur  hissinin 
həddindən  artıq  inkişaf  etməsinin  qarşısını  alırlar.  Çünki 
qürur hissinin sonu boş lovğalığa çevrilə bilər. O kəslərdə 
ki, qürur hissi ilə yanaşı, yuxarıda sadaladığımız hisslər zəif 
inkişaf edib, o kəslərdə qürur hissi quru lovğalığa çevrilir 
və bu da yeni mənfi hisslərin yaranmasına səbəb olur. Necə 
ki, aşağıdakı təmsildə deyildiyi kimi. 
Qara bulud günəşin qarşısın kəsdi bir an
İşıq saçdı ildırım qürurundan bu zaman. 
Dedi: – Yandıracağam indi aranı, dağı. 
Bunu eşidən külək oynatdı hər yarpağı. 


10
Küləyin təsirindən bulud hərəkət etdi, 
İldırım da onunla bərabər çıxıb getdi. 
Günəş onun halına baxaraq gülümsədi: 
– Küləkdən doğan qürur küləklə gedər dedi. 
Əsil insan öz eyiblərini və səhvlərini özgələrindən daha 
tez görməyi bacarmalıdır. 
Abrını, adını qoruyan insan
Fəlakətli işlər görməz heç zaman. 
Səhvin bilə-bilə qıraq qaçanın, 
Ax... əlindən aman, əlindən aman. 
Atalar demişkən səhvsiz insan olmaz. Lakin əsil insan 
odur  ki,  etdiyi  səhvini  başa  düşüb  bir  də  təkrar  etməsin. 
Özgələrin səhvini görmək çoxları üçün asandır. Lakin əsil 
insan özü­özünün güzgüsü olmalıdır, öz səhvini özgələrdən 
daha tez görməyi bacarmalıdır. Belə olan təqdirdə, kimsələr 
tərəfindən  səhvin  üzündən  töhmətləndirilə  bilməzsən  və 
heç kəsi özündən narazı salmazsan. 
Mənliyin yüksəltmək istəyən insan,
Hörmətin saxlaya gərək hər bir an. 
Xeyirxah işlərlə məşğul olanı, 
Şərəfli şəxs kimi tanıdar zaman. 
Bəzən düşünmədən etdiyin səhvi etiraf etmək kimsələr 
üçün ağır olur, kimsələrə peşmançılıq hissi əzab verir. La­
kin hər halda səhv edilibsə, daxilən saflaşmaq üçün öz vic­
danının səsinə qulaq as, onun hökmü ilə gördüyün öz eyib 
və səhvlərini günahkar olduqlarının qarşısında etiraf et. Əks 
təqdirdə, etdiyin səhvin üçün peşmançılıqla yanaşı, vicdan 
əzabı da çəkməli olacaqsan. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə