Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   ...   27

15
Yaxaya mirvari, yaqutmu düzək?!
Yoxsa ətriyyatla ətirlənəkmi? 
Günəsə çıxanda çətirlənəkmi? 
Yox-yox bunla deyil əsla gözəllik
Bəzəklə yetməyir vəslə gözəllik. 
Gözəllik gəzənlər qoy yanılmasın. 
Sanmayın gözəllik tək zahiridir, 
Gözəllik insanın öz batinindir. 
Zahiri görkəmsiz keçinmək olar
Batinin çirkinsə nəsibindir ar. 
Doğurdan  da  belədir,  daxili  saflıq  bəzən  yeri  gələndə 
bütün zahiri nöqsanları yuyur. Ancaq əksinə insanın zahi­
ri gözəlliyi bəzən onun daxilən çirkinliyi bəlli olanda heç 
bir fayda verə bilmir. Bəzən insanın daxili hisslərinin zahi­
ri təcəssümü onun şəxsiyyətini müəyyən qədər müəyyən­
ləşdirməyə  imkan  verir.  Məsələn,  mərdlik,  qeyrətlilik, 
alicə nablıq  və  s.  kimi  müsbət  hisslər  və  yaxud  müxtəlif 
mənfi hisslər yeri gələndə özünü büruzə verir ki, bununla 
da həmin kəsin şəxsiyyətini müəyyən qədər tanımaq müm­
kün olur. Məhz aşağıdakı təmsildə olduğu kimi. 
Qoca qurddan yuxarı suya girdi çal quzu, 
Bircəcə əskik idi istiot ilə duzu. 
Qurd düşündü olaydı Krılov zamanı ax..., 
Onda deyərdim sənə ay əmlik halına bax. 
Sonra yaltaqcasına quzuyla salamlaşdı, 
Dedi: – Dayın şirə də salam de, mərd yoldaşdır. 
Bu təmsildə qurdun timsalında biz şəxsiyyətin mənfi qü­
suru sayılan böyüklərin qarşısında qorxu və yaltaqlıq his­
sinin şahidi oluruq. Şəxsiyyət çox mürəkkəb bir varlıqdır. 


16
Yaxşı olardı ki, insan bir şəxsiyyət kimi ən təmiz hiss və ar­
zularıyla özünü tanıtdırsın. Heç də gözəl danışmaq daxilən 
gözəl  olmaq  demək  deyildir,  insan  öz  daxili  gözəlliyini 
əməli  surətdə  həyata  keçirməyə  çalışmalıdır.  Danışıqda 
və ya üzün mimikasında süni surətdə də müəyyən hiss və 
ifadələr yaratmaq mümkündür. Lakin əməli surətdə görülən 
iş insanın məqsədini tam ifadə edir. 
Heç də pis deyildir acı həqiqət, 
O pisdir edilə süni bir hörmət. 
Həqiqət acısa olanı budur,
Fəqət süniliyə edirəm nifrət. 
Əsil insan dediyi sözləri görəcəyi işlərlə uyğunlaşdırma­
ğı bacarmalıdır. Alovlu sözlərlə danışıb sonra dediklərinin 
əksinə  hərəkət  etsən,  o  zaman  ictimaiyyət  içərisində 
hörmətdən  düşüb  olan  olmaz  nüfuzunu  da  itirərsən.  Belə 
adamlarla yaxınlıq etməkdən hamı çəkinir, onlardan uzaq 
olmağa çalışırlar. 
Kim ki, ara-sıra danışır yalan, 
Çalış o kəslərdən kənarda dolan. 
Yalançı, şərəfsiz dostun ucundan,
Qoyular bir vədə belinə palan. 
İnsanın daxili aləmini öyrənmək olduqca çətin və ma­
raqlıdır. Doğurdan da insan daim, kəşf olunmalı bir varlıq, 
sirlərlə dolu bir xəzinədir. İnsanın daxili aləmini öyrənmək 
bir anın, bir saatın işi deyildir. Özü də insanın daxili aləmini 
bir və ya iki xüsusiyyətinə görə təyin etmək düzgün olmaz­
dı. İnsanın xarakterini onun tutduğu əməllərlə aydınlaşdır­
maq olar. 


17
Zəhərtək acı ol, şərbətdək şirin
Göl kimi dayaz ol, dəniztək dərin. 
Ey insan övladı elə et ki, sən, 
Axır bir ölçüdə olsun dəyərin. 
Əgər  insan  öz  ölçü  və  dəyərinin  qiymətini,  bilməsə, 
onun cəmiyyət içərisində hörməti olmaz. Başqalarının ya­
nında  hörmətin  olmadığını  hiss  edə­edə  yaşamaqdansa, 
ölüm daha yaxşıdır. 
Ölüm kabusu tək nifrət altda sən, 
Çalış əməlinlə sürünməyəsən. 
Pul üçün, var üçün, imtiyaz üçün, 
Namusu libastək bürünməyəsən. 
Ümumiyyətlə, insansansa, insanlıq adını qorumağı ba­
carmalısan. Qoy sənə yaxından bələd olmaq istəyən hər bir 
kəs sənin yaxşı insan olduğunu görsün və sənin şəxsiyyətinə 
hörmət etsin. İnsanın zahiri görkəminə uyub onun haqqında 
düzgün qərar çıxarmaq olmaz. 
Acı bibər birtəhər yanağını aladı, 
Kimsələrə naz satıb kirpiyini salladı. 
Hələ büllur şehlərdən xal da saldı üzünə,
Bahar mehləri ilə sığal çəkdi özünə. 
Dərilib yeyilincə dillərdə gəzdi adı,
Gözlərdən düşdü yaman bəlli olanda dadı. 
Odur ki, söyləyiblər uyma kirpiyə, qaşa, 
Daxili saf gözəllə ömrü vurarsan başa. 
Zahiri  görkəm  insan  şəxsiyyətini  məhdud  çərçivədə 
təcəssüm etdirə bilər. Lakin bəzi hisslər var ki, o hisslərin za­
hiri təcəssümü insanın daxili vəziyyətini müəyyən dərəcədə 


18
aydınlaşdıra bilmir. Məsələn, təmkinlilik, cəsarətlilik və ya 
əksinə, qorxaqlıq, səbirsizlik və sairə. 
Gözlər ürəklərin xəzinədarı, 
Ürəklər gözlərin qışı, baharı. 
Ey qafil ürəkli sevgili yarım, 
Eşqini bəyan et gözündə barı. 
Ürəkdən  keçən  hiss  və  istəkləri  zahirən  bildirmək  bü­
tün canlılara nisbətən insanda özünü daha qabarıq büruzə 
verir.  İnsanlar  danışmadan  müəyyən  hiss  və  ehtirasları­
nı bir­birlərinə düzgün başa sala bilərlər. Lakin insanların 
bu xüsusiyyəti hələlik çox zəif, həddindən artıq zəif inki­
şaf etmişdir. İnsan cəmiyyəti inkişaf etdikcə insanların bu 
xüsusiyyətlərinin də inkişaf edəcəyinə ümid bəsləmək olar. 
İnsan  qəlbinin  incəlikləri  o  qədər  rəngarəngdir  ki,  onun 
dərinliklərinə  nə  qədər  baş  vursanız,  o  qədər  ünsiyyətli 
və xoşrəftar bir xislət kimi o insanın ən yaxın dostuna və 
həmdəminə çevrilə bilərsiniz. Bunu da qeyd etmək lazım­
dır ki, zahiri gözəllik təbiətin hədiyyəsidir, mənəvi kamil­
liyi  insan  yalnız  həyatda  qazana  bilər.  Onunçün  də  insan 
başqalarının yaxşı əlamətlərini götürməklə yanaşı, elmlə də 
məşğul olmalıdır. 
Elm tez tapılan xəzinə deyil, 
Faydasız heç bir şey hifz olunmaz bil. 
Günəşdir dünyaya həyat bəxş edən
Elmdir günəşi, ayı fəth edən. 
Çətindir elmsiz yaşamaq indi, 
Elm yolgöstərən sanki beyindi. 
Elmdən kənara qaçma heç zaman
Elmsiz qalmasın gərək bir insan. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə