Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   ...   27

19
Doğurdan da, düzgün tərbiyə üsulunun və elmlərə mü­
kəmməl yiyələnməyin köməkliyi ilə mənəvi cəhətdən ka­
mil bir insan ola bilərik. Əks təqdirdə, vəziyyət aşağıdakı 
təmsildəki kimi olardı. 
Çıxarıb qurşağını atdı çəllək bir yana
– Əl ayaq açmağa da imkan vermir söylədi. 
Qurşaqsız yaşamağın mümkünsüzlüyü ona, 
Bəlli oldu: – Olsaydı qoşa taxardım dedi. 
İnsan psixologiyasına onun sənət və vəzifəsinin də təsiri 
çox böyükdür. İnsanların hərəkət və davranışlarında, zahi­
ri görkəmlərində tutduğu sənət və vəzifəsindən asılı olaraq 
müəyyən əlamətlər özünü büruzə verir. Bu əlamətlər özünü 
müsbət və ya mənfi şəkildə göstərə bilər. Bu isə şəxsiyyətin 
öz daxili keyfiyyətindən və xarakterindən asılıdır. 
Hər şeyin cahanda öz yeri vardır, 
Sözün də öz əyri, düz yeri vardır. 
Palançı əlinə baxsan görərsən,
Əlində iynə, ya biz yeri vardır. 
İnsanın  bəzi  müsbət  və  mənfi  daxili  keyfiyyətləri  var­
dır  ki,  sənət  və  vəzifəsindən,  tutduğu  mövqeyindən  asılı 
olaraq inkişaf edir. Məsələn, kimsələrə kömək əlini uzat­
maq, müftəxorlara, rüşvətxorlara göz yummamaq, cəsarətli 
olmaq,  lovğa  olmaq,  qürrələnmək,  özünü  yüksək  tut­
maq və sairə. Bunların bəziləri müsbət, bəziləri isə mənfi 
keyfiyyətlərdir. Əsil insan odur ki, sənət və vəzifənin təsiri 
altında özündə müsbət keyfiyyətlər inkişaf etdirsin. 


20
İtirmə kimsənin sənə hörmətin, 
Qazanma kimsənin acı nifrətin. 
Hörmətin, töhmətin hesabıyla bil, 
Ey insan, qoyular sənin qiymətin. 
İnsanın bir insan kimi yetişməsində ailə tərbiyəsi də ən 
mühüm amillərdən biridir. Necə ki, aşağıdakı təmsildə ol­
duğu kimi. 
At öz qızı dayçanı göz üstə bəsləyirdi,
Bir toy düyün oldumu, tez ora səsləyirdi. 
Yal birçəyin kəsdirib gözün sürmələmişdi,
Dar yubkayla bədənin güclə bürmələmişdi. 
Boynunu qızıl “seplə” zəncirləmişdi sanki,
Üzündə bir apteklik boya vardı inan ki. 
Bilmirəm niyə qızın bu kökə salmışdı at, 
Anasının üzündən bala olmuşdu bədbəxt. 
Ailədən  götürülən  tərbiyə  müəyyən  fərdin  şəxsi  key­
fiyyət lərində az­çox özünü ömrünün axırına qədər göstərir. 
Ona  görə  də  uşaq  şəxsiyyətinin  tərbiyə  olunmasında 
valideynlər çox ciddi məsuliyyət daşımalıdırlar. 
O ailə gözəldir, səmimilik var, 
Səmimilik varsa, hər şey tapılar. 
Səmimi ailə məkrdən uzaq,
O yerdə xoşbəxtlik olar bərqərar. 
Ümumiyyətlə,  gözəl  ailə  tərbiyəsi  alanlar  gözəl  insan 
olurlar. Gözəllik sadəlikdən doğur. Sadəlik heç vaxt insanı 
qiymətdən salmaz, əksinə, yeri gələndə insanın qiymətini 
qaldırar. Heç də təsadüfi deyildir ki, ən dahi adamlar hə­


21
yatda  həmişə  ən  sadə  insanlar  kimi  tanınmışlar.  İnsanda 
sadəlik ürəyi genişlikdən, mənəvi kamillikdən, həyatı daha 
düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik bəlkə 
də insanın ən müsbət cəhətlərindən biridir. Sadə olmayanlar 
lovğa və təkəbbürlü olurlar. Aşağıdakı təmsilə nəzər salaq. 
Güllərin məclisində təbəssüm ilə zanbaq
Dedi: – Yaramaz mənə başqa gülə tay olmaq. 
Lakin düşünmədi ki, ondan əvvəl qərənfil, 
Demişdi sadə olmaq heç də pis cəhət deyil. 
Sadəlik elə bir gözəl xüsusiyyətdir ki, insanları başqa­
larının gözündə ucaldır, gözəlləşdirir. Səmimi və sadə in­
sanlar ictimaiyyət içərisində də, işdə də, ailədə də həmişə 
hörmət və ehtirama layiq olurlar. 
Nə qədər olsa da varın dövlətin
Sadə ol artacaq bil ki, hörmətin. 
Çox da qürrələnib həddini aşma, 
Lovğalar qazanmaz el məhəbbətin. 
Sadəlik  daxili  saflığın  zahiri  nəticəsidir.  Sadə  adamlar 
paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq 
olurlar. Bu da onların gecələr öz çarpayılarında rahat uyu­
malarına səbəb olur. Bu özü də bir xoşbəxtlikdir. Atalar yax­
şı demişlər: bar verən ağac həmişə başını aşağı əyər. Əgər 
bir şəxs özünü gözə soxmağa çalışırsa, lovğalıq, eqoistlik 
edirsə, demək, o şəxsin qabında heç bir şey yoxdur. Və o 
özü də məhz bunu bildiyi üçün etdiyi hərəkətlərlə başqala­
rının gözündən pərdə asmağa çalışır. Sadə adamlar isə belə 
deyillər. Onlar öz mövqelərini çox gözəl başa düşürlər və 


22
müəyyən hərəkətlərlə özünü gözə soxmağın mənasızlığın 
hiss edirlər. 
qədər olsa da uca dəyərin
Hər işin biləsən gərək təhərin. 
Nə qədər çox bilsən azbilən görün, 
Dünyada sirlər var dərindən dərin. 
Doğurdan da belədir, dünya sirlərlə dolu bir xəzinədir. 
İnsan nə qədər çox elmlərə yiyələnirsə, o qədər də çox hiss 
edir ki, hələ öyrənmədiyi şeylər çox qalıb və elə ona görə 
də sadə olurlar. Zəif dünyagörüşlü, dayaz düşüncəli kəslər 
isə  müəyyən  yerlərdə  özlərini  bilikli,  dolğun  düşüncəli 
göstərməyə çalışırlar. Daha hiss etmirlər ki, bu hərəkətləriylə 
onlar özlərini başqalarının gözündə hörmətdən salmış olur­
lar.  Sadəlik  insanı  insana  daha  da  yaxınlaşdırır.  İnsanlar 
arasında  dostluq  əlaqələrini  artırır,  səmimilik  yaradır.  İn­
san insana dar gündə dayaq olmalıdır. İnsanlar yeri gələndə 
bir­birlərinə əl tutmağı bacarmalıdırlar. Bu isə insanlar ara­
sındakı  münasibətin  inkişafından  asılıdır.  İnsanlar  arasın­
dakı münasibət isə sadə adamlarda daha çox inkişaf etmiş­
dir. Ona görə də təkəbbürlü, lovğa, eqoist adamların sözü 
heç  vaxt  bütöv  olmur.  Bəzən  adamı  necə  deyərlər,  bərkə 
düşəndə qoyub qaçırlar. 
Ağaclar üstündə qışda bar olmaz, 
Vəfasız dilbərdən vəfadar olmaz. 
Həyatda hər şeyi əyləncə sanan
İnsanın sözündə düz ilqar olmaz. 
İnsan gərək öz verdiyi vədin arxasında dayanmağı bacar­
sın. Sözündə bütöv olsun. O kəs ki, öz vədinə əməl etməyən 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə