Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

75
Öz  namus  və  şərəfini  pulla,  malla  qiymətləndirənlərin 
son aqibəti cəmiyyət içərisində, ailə yanında qiymətsiz olar. 
Qiymətsizlikdən  hörmətsiz  şey  isə  həyatda  yoxdur.  İnsan 
hiss edə ki, yaşayır, bir canlı kimi həyatda var, lakin onun 
cəmiyyət  içərisində  qiyməti  yoxdur,  bu  həmin  şəxs  üçün 
ölümdən  betər  olmalıdır.  Ömür  şirindir,  lakin  namus  və 
şərəflə keçirilən ömür daha şirindir. Həyata gəlmiş hər bir 
şəxs  yaşamaq  üçün  hökmən  mübarizə  aparmalıdır.  Lakin 
bu mübarizənin də müxtəlif formaları var. Əgər öz həyatını 
namus və şərəflə yaşaya­yaşaya başa vurmaq istəyirsənsə, 
onda  yalnız  daxilindəki  müsbət  hisslərin  həyata  keçməsi 
uğrunda mübarizə apar və yaşa. Bu cür yaşayışla həm öz 
xoşbəxtliyini təmin edərsən, həm də həyatda bir çoxlarına 
nümunə olarsan. 
Qəlbi saflar üçün safqəlblilik et
Əlacsız kəslərin köməyinə yet. 
Sənə sözüm budur haqq işdən ötrü, 
Ümmanlar keçsən də arxasınca get. 
   
***
Xəyanətkar insan sayılar iblis, 
Qızıl qiymətinə satılarmı mis? 
Altuna, gümüşə vicdanı satmaq, 
Dünyada hər şeydən bilin pisdir, pis. 
İnsanın arsızlıq edib öz namus və şərəfini ayaqlar altı­
na atmasına yol verməsi onu heyvana daha çox yaxınlaşdı­
rır. Öz namus və şərəfini qoruya bilməyənlərin əksəriyyəti 
yalnız ikiüzlü və qeyrətsiz kəslərdir. Belələri nə ailə, uşaq 
qədri bilər, nə də öz qədirlərini bilərlər. Belə kəsləri sərvətlə 
asanlıqla  əldə  etmək  olar.  Çünki  namus  və  şərəf  hissinin 
qədrini bilməyənlər həyatda həmişə özləri üçün qəbahətli 
də olsa, asan yol tutmağa çalışırlar. Yüngül əyləncəli günlər 


76
keçirməyi özləri üçün ar saymırlar. Aşağıdakı bir təmsilə 
nəzər salaq. 
Düşkün bir gülüş ilə hırıldadı kal yemiş
Dünən qarpız xıraya yaman acı söz demiş. 
Evləndikləri cəmi heç deyildir bircə ay, 
Başına daş qarpızın özün tutmaz mənə tay. 
Pis olsaydım beş dəfə ərə getməzdim ki, mən, 
Beş ərin kəm vəfasın bir dərd etməzdim ki, mən, 
Deyərkən düşünmədi bu sözləri o dik-dik, 
Qiybətçillik, arsızlıq sayılır ədəbsizlik. 
İnsan  nə  qədər  öz  hərəkətləriylə,  dediyi  sözlərlə  öz 
şəxsiyyətini qiymətləndirirsə, başqalarının da gözündə bir 
o qədər hörmətli və qiymətli olar. 
Şərəfsizlik adın üstündə qoyma, 
Başqası haqqında pisliyə qıyma. 
Cən özünə rəva görmədiyini
Başqa birisinin haqqında yayma. 
Şərəfsizlik  qiymətsizlik  deməkdir.  Şərəfsiz  kəslərlə 
yoldaşlıq etmək özü də şərəfsizlikdir. Çünki ataların belə 
bir  misalı  var:  «Dostuna  baxım,  sənin  kim  olduğunu  de­
yim”. Namus, qeyrət qədri bilməyənlərlə dostluq, yoldaşlıq 
edənlər unutmamalıdılar ki, gec­tez bir vaxt onların güdazı­
na gedib hörmətdən və qiymətdən düşə bilərlər. 
Vardır hər bir kəsin öz dərdi-səri, 
Qatma bir-birinə xeyirlə şəri. 
Nadan güdazına vermə ömrünü, 
Nadanın yoldaşa dəyər xətəri. 


77
Ağıllı və dərrakəli kəslər hər vaxt şərəfsizlərlə yoldaş­
lıq etməyi özlərinə ar bilərlər. Aşağıdakı bir təmsilə nəzər 
salaq. 
Ulaq qapılmışdı bir neçə yerdən
Şikayətçi idi çaqqalla şirdən, 
Deyirdi: – Meşədə gəzdiyim zaman, 
Mən zərər çəkmişəm bu heyvanlardan. 
Çaqqal bircə anda daladı məni, 
Şirsə al qanıma buladı məni. 
Nə isə bir təhər qaçdım bu yerdən
Bu vaxt şir acıqla söylədi birdən: 
– Bizdə yox hər murdar canlıya meyl, 
Ona xoş ətinə pay olmağımdır. 
Mənə ağır gələn bu böhtan deyil, 
Meşədə çaqqala tay olmağımdır. 
Namus və şərəfi dünya malına satmaq olar, lakin dünya 
malı ilə almaq olmaz. Onu yalnız cəmiyyət üçün öz fayda­
lı əməyinlə qazana bilərsən. Əgər namusu və şərəfi dünya 
malı ilə almaq mümkün olsaydı, onda onun heç qiyməti də 
olmazdı. Namus və şərəf hər fərdin yalnız və yalnız öz şəxsi 
fəaliyyətinin nəticəsi olduğu üçün çox qiymətlidir. 
Süst olma həyatda, ümidlə yaşa
Ümidsiz vurarsan ömrü tez başa. 
Saf təmiz qəlbinlə mövqeyini tut, 
Uyma əzab verən parlaq daş-qaşa. 
   
***
Olsa da nə qədər varın dövlətin, 
Əqlinlə ölçülür ancaq qiymətin. 
Əqlin özü sənə dövlət deməkdir
Əqlin var, olacaq hər vaxt hörmətin. 


78
   
***
Aludə olma heç şöhrətə, şana, 
Çalış sözlərindən tapılsın məna. 
Şöhrət də, daş qaş da hamısı heçdir, 
Hörməti qalacaq ancaq insana. 
Şərəfsizlik insanın müxtəlif mənfi hərəkətlərinin nəticə­
sində  meydana  gəlir,  ey  insan,  öz  hərəkətlərinə  fikir  ver, 
şərəfsizlikdən uzaq ol. Öz hiss və ehtiraslarını yeri gələndə 
boğmağı bacar ki, el içində bədnam olub hörmətdən düş­
məyəsən. Ey insan, sənin şərəfin, birinci növbədə, vətəninin, 
özünün, ailənin şərəfi deməkdir. Ona görə də sən öz şərəf 
hissini həmişə qoruyub uca tutmalısan. 
Baş əymə şöhrətin, şanın önündə, 
Xoş keçər o zaman, ömrün, günündə. 
Böyüklə böyük ol, kiçiklə kiçik, 
Alnı açıq yaşa öz vətənində. 
   
***
Şöhrətin, hörmətin tək sənin deyil
Vətəni sevməsən vətənin deyil. 
Vətənə sevginlə nə əldə etsən, 
O sənə aiddir, heç kəsin deyil. 
Bəzən bir şəxsin timsalında bir elin, bir obanın, bir oy­
mağın haqqında kimsələrdəsə fikir yaranır. Ona görə də in­
san özünün ən yaxşı cəhətlərini həmişə nümayiş etdirməyə 
borcludur. Namus və şərəf hissini başa düşməyənlərin in­
sanlıqdan danışmağa haqqı yoxdur. Çünki namussuzlar və 
şərəfsizlər insanlıq adına ləkə gətirənlərdir. Aşağıdakı bir 
təmsilə nəzər salaq. 
Rəis təyin edildi bir idarəyə ayı, 
Tülkü, çaqqal söylədi: – Tapılmaz onun tayı. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə