Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

79
Ayı çöl qapısından vurdurdu belə elan
Kim gəldi idarəyə gətirməli bal payı. 
Əsil  insan  olmaq  adamın  qarşısında  bir  sıra  vəzifə  və 
borclar qoyur. Bu vəzifə və borcları həmişə layiqincə yerinə 
yetirməklə  əsil  insanlıq  simasını  nümayiş  etdirmək  olar. 
Bu  vəzifələri  yerinə  yetirməyi  bacarmayanlar  isə  nifrətə 
layiqdirlər. 
Zülm edib parlayan alovla sönər, 
Zülmkar kəslərin çərxi tez dönər. 
Gücsüzə zor edib zülm göstərmək
Bəllidir əzəldən deyil bir hünər. 
   
***
Kişi əlaməti deyil yaltaqlıq, 
Tənha bitən ağac sayılmır bağlıq. 
Heç vədə, heç vəchlə bağışlanılmaz, 
Atanın, ananın üzünə ağlıq. 
Fərsiz övlad, öz borcunu başa düşməyən valideyn, sə­
da qətsiz  dost  mənfur  insan  deməkdir.  Mənfur  insan  adı­
nı  üzərinizdə  götürməkdən  çəkinin.  İnsan  öz  namus  və 
şərəfini özü qorumağı bacarmalıdır. Əgər sənin namus və 
şərəfini başqası qoruyacaqsa, bəs sən kimsən? Namus və 
şərəfini qiymətləndirən hər bir kəs öz namus və şərəfinin 
qorunmasında başqalarının köməyinə bel bağlamaz. Çünki 
başqaları sənin namus və şərəfini özün kimi qoruya bilməz 
və bir də ki, başqaları tərəfindən qorunan namus və şərəf öz 
təmizliyini bir qədər itirmiş olur. 
Həyatda zaval yox doğruya, düzə, 
Həmişə qimət qoy sənətə, sözə. 


80
Namusu, şərəfi qoruyun hər vaxt, 
İnsanlar eşidin deyirəm sizə. 
  
***
Gövhər öz dəyərin itirərmi de? 
Səhralar çəmənzar bitirərmi de? 
Namusu, şərəfi qiymətləndirən
Namussuzluq adı götürərmi de? 
Heç  vaxt  qeyrətli  oğul  öz  papağının  yerə  soxulması­
na  razı  olmaz.  Namus  üstündə,  şərəf  üstündə  axan  qan 
müqəddəsdir.  İnsanın  namus  və  şərəfini  qoruması  özünü 
qorumasından  da  vacibdir.  Namus  və  şərəf  elə  şeydir  ki, 
onu itirsən yenidən tapmaq mümkün deyildir. Çünki namus 
və şərəf ləkə götürmür, o, ya büllur kimi təmiz olmalı, ya 
da parçalanıb dağılmalıdır. İnsanın namus və şərəf hissinə 
münasibətilə  onun  şəxsiyyətini  müəyyənləşdirmək  olar. 
Aşağıdakı bir təmsilə nəzər salaq. 
Mətbəx pişiyiyəm, mən də kişiyəm
Mənə nə lazımdır bundan yaxşı gün. 
Yaratmış ilahi məni kef üçün. 
Sür-sümük boğazdan başdan yuxarı, 
Gündə nə yeyəcəm aşdan yuxarı. 
Artıqlar üst-üstə qalanıb aman, 
Nə xoşbəxt pişiyəm, yarəb, nə yaman. 
Hər kəs ki, namus və şərəf hissini düzgün qiymətləndirə 
bilmir, o mətbəx pişiyi kimi “kişidir”. İnsan gərək öz mənfi 
hisslərini boğmağı bacarsın. 
Tamah bir qılınc ki, ağzı qanlıdır, 
Bu ulu dünyaya bəzək canlıdır. 


81
O kəs ki, mənliyin alçaq tutmayır, 
Sübutsuz, dəlilsiz adlı-sanlıdır. 
İnsanın öz şəxsiyyətini həmişə uca tutması elə öz namu­
sunu və şərəfini qoruması deməkdir. 
Başqası önündə alçalma heç vaxt
Bil ki, Süleymana qalmamışdır taxt. 
Halal zəhmətinlə yaşa dünyada, 
Çalış xalqa dəysin səndən bir fayda. 
Əgər namus və şərəfini qorumağı bacarmırsansa, onda 
heç olmasa namus və şərəflə ölməyi bacar. Vətəni uğrun­
da, xalqı uğrunda, əzizləri uğrunda mübarizə aparan, lakin 
hər hansı bir səbəbdən məğlub olan namuslu igidlərin son 
sözü  bu  olur...  Düşmənlərim  mən  sizə  məğlub  olmuram, 
siz öz istəyinizə yalnız məni əzib keçəndən sonra nail ola 
bilərsiniz. Belə pak məqsədlər uğrunda düşmənlə mübarizə 
aparan igidlər son damla qanına qədər vuruşmaqda davam 
edirlər. Pak məqsədlər uğrunda düşmənlə mübarizə aparan 
və son nəfəsinədək mübarizəni davam etdirən igidlər namus 
və şərəflə ölməyi bacaranlardır. Çünki həmin igidlərdə na­
mus, qeyrət, mərdlik, qürur hissi var. Aşağıdakı bir təmsilə 
nəzər salaq. 
Qarğa ilə qartalı bir qəfəsə saldılar, 
Hər birinin qanadın, quyruğun da yoldular. 
Qartala oyna deyib, qarğaya çal dedilər, 
Buna əməl etməyən quşa ac qal dedilər. 
Daha əlac nə idi qarğa çaldı dəfini, 
Beləcə şurlu keçdi qartalın da dəfini. 


82
Namus və şərəf hissi ölümdən güclüdür. Bunu yalnız na­
mus və şərəf hissini qiymətləndirməyi bacaranlar başa düşə 
bilərlər. Nadan adamlardan namus və şərəf hissi gözləmək 
olmaz. 
Kişisən kişi tək yaşa həyatda
Sənə xoş görünər o vaxt həyatda. 
Kişilik adına xələl gətirsən, 
Bil sənə güləcək qohum da yadda. 
Namussuz insanın son aqibəti şərəfsiz ölümdür. Çünki 
yeri gələndə onlar bir qaşıq qanlarından qorxub öz şəxsiyyət 
və mənliklərini ayaqlar altına atmağa hazırdırlar. Tamahkar 
olanlar, yalançılıq, ikiüzlülük, xəyanət edənlər unutmama­
lıdırlar ki, onların son aqibəti şərəfsiz ölümdür. Aşağıdakı 
bir təmsilə nəzər salaq. 
Öz tamahı üzündən yaman düşüb əngələ
Ayaqları tələdə vaysınırdı qurd lələ: 
– Neçə gödən dağıdıb keçməmişdim kələyə, 
Bir qotur çəpiş üstə nə pis düşdüm tələyə. 
Bunu eşidən köpək qurda söylədi qəti: 
– Haram tikə yeyənin budur son aqibəti. 
Doğurdan  da,  heç  vaxt  başqasının  malına  göz  tikən, 
zəh  mət  çəkmədən  kimsələrdən  nəsə  qoparmağa  çalışan, 
heç vaxt ömrünü xoş günlə axıra qədər başa vura bil məz 
və  son  nəticədə  şərəfsiz  bir  ölümlə  üzləşər.  Özgə    səa­
dətinə  oğru  kimi göz tikməkdənsə, öz səadətin uğrunda 
mərd liklə  mübarizə  apar.  Öz  namus  və  şərəfini  ayaq lar 
altına  atan  qeyrətsizə  bel  bağlama.  Qeyrətsizin  nə  özü­
nə,  nə  də  sözünə  etibar  var.  Namus  və  şərəf  hissini  qiy­
mətləndirə  bilməyənlərdə  tamahkarlıq  özünün  ən  yüksək 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə