Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

83
mərhələsindədir. Çünki namus və şərəfin itirilməsində ən 
çox dünya malına olan tamah böyük rol oynayır. 
Tamahkar ömrünü tez verər bada
Zərərli şeylərdən sənə nə fayda. 
İtirmə şəninə olan hörməti, 
Sərvətlə insanın qalxmır qiyməti. 
Mənliyin, vicdanın fövqündə qoyma, 
Altunu, bülluru, şanı, şöhrəti. 
Tamahkarlığı ucundan insan müxtəlif bədbəxtliklərə dü­
çar olar və öz əvvəlki yaşayışı belə ona əlçatmaz, ünyetməz 
görünər. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Dəvətək tikan ilə dolanmaq istədi at
Yaraladı ağzını otdan da oldu bir vaxt. 
Qeyrətsizə bel bağlayan ya öz həyatını itirər ya da na­
mus və şərəfini. Qeyrətsiz əli ilə bal yeməkdənsə, mərd əli 
ilə soğan çörək əldə etmək daha yaxşıdır. İnsan öz gündəlik 
fəaliyyətini  faydalı  əməyə  sərf  etməlidir.  İnsanın  namusa 
doğru atdığı hər bir addım şərəfli həyata aparan yeganə düz­
gün yoldur. Namus və şərəf hissi elə bir hissdir ki, insanın 
hər bir fəaliyyəti bu hissin qiymətində az­çox dəyişikliklərə 
səbəb olur. İnsanın müsbət və mənfi hərəkətləri namus və 
şərəf hissində öz əksini tapır. 
Yersiz şıltaqlıqla həddini aşma, 
Olsan da ümman tək vədəsiz coşma. 
İnsana hansı şey xələl gətirsə, 
Çalış o şeyləri adına qoşma. 
   
***
Hər şey başlanğıcdan tapar pərvəriş
Səni fərqləndirən şey dünyagörüş. 


84
Hamının gözündə üstün sayılar, 
Ağılla yoluna qoyulan hər iş. 
Xoşbəxtliyə  çatmaq  üçün  nəinki  bütün  mənfiliklərdən 
uzaq olmaq, həm də mənfiliklərlə daimi mübarizə aparmaq 
lazımdır.  Həqiqəti  sevənlərin  həyatda  olması  həyatda  bir 
çox mənfiliklərin qarşısının alınmasında çox böyük rol oy­
nayır. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Yazda gülləmiş qanqal qızılgülə söylədi: 
– Əgər məni görsələr səni kəsib atarlar. 
Qızılgül gülümsəyib ona yavaşdan dedi: 
– Həqiqəti sevənlər yaxşı ki, həyatda var. 
İnsan unutmamalıdır ki, namuslu həyat yolu bütün yol­
lardan ən yaxşısıdır. Bu yolun yolçuları tərifə layiqdirlər. 
İnsanın  əməli  insanın  düşüncələrinin  nəticələri  deməkdir. 
İnsan nə qədər dərrakə və təmiz ürəkli olsa, onun hərəkətləri 
də bir o qədər ürəyəyatan və faydalı olar. Safqəlblilik əsil 
insanlıq simasının birinci şərtidir. İnsanın düşüncələri onun 
əməllərində öz əksini tapdığından, onun etdiyi hərəkətlərə 
əsasən  hər  hansı  bir  şəxsin  daxili  aləmi  barədə  düzgün 
mühakimə yürütmək olar. İnsanın həyatdakı fəaliyyəti insa­
nın daxili aləminin açarıdır. Əməyinə və işinə verilən qiymət 
insanın şəxsiyyətinə verilən qiymətdir. Ona görə də insan 
həmişə öz bacardığı işdən yapışmalıdır ki, onun əməli fay­
dalı olsun və başqaları tərəfindən yüksək qiymətləndirilsin. 
Əks təqdirdə vəziyyət aşağıdakı təmsildəki kimi olar. 
Tülkü gəlib söylədi: – Ay qurd lələ, 
 Az qalmışdı çaqqal mənə güc gələ. 
Öyrət mənə pəncələşib, cummağı, 
İlk zərbədə düşmən ağzı yummağı. 


85
Qurd söylədi: – Onda tülkü qulaq as
Birtərəfli sevda heç vaxt yaramaz. 
Sən də öyrət iyçilliyi, hiyləni, 
Zor cəngavər eyləyərəm mən sən. 
Unutdular başlasalar da məşqə, 
Səriştəsi var hər kəsin bir işdə. 
Yaxud da başqa bir təmsilə nəzər salaq. 
Qarğa düz bir ay idi görünməyirdi gözə
Soruşdular: – Nə üçün qarğa çıxmayır üzə? 
Qonsusu dedi: – Mahnı bəstələyib yazır o, 
Az vaxtda olacaqdır özü deyir hazır o. 
Sərçə gülümsəyərək əlavə etdi bu an: 
– Tay denən qulağımız gedəcək qırhaqırdan. 
Şirin də olsa, acı da olsa insan öz əməllərinin bəhrəsini 
bir  vaxt  dadacaqdır.  Öz  əməllərinin  nəticəsindən  fayda­
lı bəhrə götürmək üçün yaxşı əməl sahibi olmaq lazımdır. 
Ataların belə bir misalı var: “Nə tökərsən aşına, o da çıxar 
qaşığına”. 
Sənin də gözünə çökəcək duman, 
Gözü dumanlıya olginən həyan. 
Bir zaman qocalıq qəddini əysə, 
Tapılsın sənin də əlindən tutan. 
   
***
Nəşin qoyulacaq məzara bir gün
Gördüyün işləri əvvəldən düşün. 
Köçsən qaranlığa işıqdakılar, 
Səndən danışmasın pisliyin üçün. 
Ey insan, bəd əməllərinin nəticəsi ki, səni xar edəcək, 
onda nə üçün yaxşı əməl sahibi olmayasan. İnsan unutma­


86
malıdır  ki,  öz  əməlləri  ilə  son  aqibətinin  qiymətini  təyin 
etmiş  olur.  Son  aqibətinin  qiyməti  isə  sənin  bir  yaşamlıq 
ömür payının cəmiyyət üçün dəyəridir. 
Etdiyin hörməti üzə vurma sən, 
Bir könül sındırma bilərək, qəsdən. 
Yetişsə ömrünün xəzanı bir gün, 
Arxanca gülməsin dostum, hər yetən. 
   
***
Xariqə yaradar biliklə insan
Özü xariqədir bizim bu cahan. 
Həyatda faydalı işinə görə, 
Xoş bir xatirəylə sən də xatırlan. 
Bəd  əməl  sahibləri  ilə  yaxşı  əməl  sahibləri  arasında­
kı  fərq  insanın  daxili  aləminin  şərti  hüdudlarıdır.  İnsanın 
daxili  aləmi  çox  sirli  və  rəngarəngdir.  Bu  rəngarənglilik 
insanlar  arasındakı  fərq  həddini  çoxaldır.  İnsanın  daxili 
aləminin müsbət və mənfi həddinin dərəcəsi eynidir. Yəni 
həyatda olan bəd əməllərin sayı qədər də yaxı əməl var. Bu 
isə əksliklərin vəhdəti deməkdir. Lakin məqsəd ondadır ki, 
bütün  insanlar  yaxşı  əməl  sahibi  olmağa  çalışsınlar. Yax­
şının əks tərəfinin pis olmağı hamıya məlumdur. Fəqət bu 
pisliyin cəmiyyət içərisində zərərindən başqa xeyiri olma­
dığı halda axı nə üçün edilsin. 
Pis iş ki, adına gətirir xələl, 
Nə üçün görəsən pislikdən əngəl. 
Özünə güvənən əyilər bir vaxt
Şam yana bilərmi söyləyim sərvaxt. 
Elə işlər tut ki, titrəmələrdən, 
Laxlayıb uçmasın altındakı taxt. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə