Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

91
rulan zərbədir. Hər hansı bir əməl sahibi düşünməlidir ki, 
kimsələrə qarşı etmiş olduğu hərəkət vaxt gələr onun özünə 
qarşı da edilmiş olar. Belə olan təqdirdə heç kəs başqala­
rına  qarşı  bəd  əməl  niyyətində  olmaz.  Çünki  özünə  rəva 
görmədiyin bir işi başqalarına rəva görmək insanlığa yaraş­
mayan bir hərəkətdir. Nə qədər bacarırsan, yaxşılıq etməyə 
çalış, nə qədər bacarırsan, pislik etməkdən çəkin. Əsil insan 
kimsələrə  etdiyi  yaxşılıq  müqabilində  müəyyən  bir  mü­
kafat və ya güzəşt gözləməməlidir. Əsil insan başqalarına 
edəcəyi  yaxşılığı  sadəcə  olaraq  öz  insanlıq  borcu  sanma­
lıdır. Edilən yaxşılıq qarşısında müəyyən bir şərt qoymaq 
o yaxşılığı tamam qiymətdən salır və yaxşılıq edən şəxsin 
öz mənafeyini güdən adam olduğunu aydınlaşdırır. Əgər bu 
yaxşılığın arxasında hiylə dayanmışsa, bu insan üçün ən bö­
yük qəbahətdir. Belə kəslər ayrı­ayrı vəzifə sahiblərinə yal­
taqlıq, satqınlıq edib müəyyən vasitə ilə özlərini yaxşı kimi 
büruzə verməyi çalışsalar da, belələrin buynuzu içərisində, 
iç üzləri isə pərdə arxasındadır. Onlara bel bağlamaq olmaz. 
Aşağıdakı bir təmsilə nəzər salaq. 
Tülkü şirin dil ilə pələngi aldı ələ, 
Dedi: – Sənin dalınca danışan çoxdur lələ. 
Elə biri qapıçın əyriayaq canavar. 
Elə filan filankəs işindən etməyir ar. 
Pələng dedi: – Beləysə qapıçı kim olsun bəs? 
– Elə mən də bacararam tülküdən gəldi bu səs. 
Pələng razı olsa da fikirləşmədi fəqət
Tülküyə bel bağlayan çox yaşamaz nəhayət. 
Unutmaq lazım deyildir ki, başqasının qeybətini qıran, 
başqasına pislik etməkdən çəkinməyən, yeri gələndə sənə 
də pislik edər. Yaxşı da, pis də qıraqdan baxanda hamı üçün 


92
bütün çılpaqlığı ilə görünür. Yaxşı ilə pis arasındakı fərqi 
qiymətləndirmək  lazımdır  ki,  insanların  öz  hərəkətlərinə 
cavabdehliyi  artsın.  İnsanlar  həmişə  cəmiyyət  içərisində 
müəyyən  nüfuza  malik  olmağa  çalışırlar.  Əlbəttə  ki,  bu 
da  onlarda  öz  hərəkət  və  davranışlarının  müəyyən  qədər 
müsbət  mənada  dəyişməsinə  səbəb  olur.  Çünki  cəmiyyət 
içərisində  öz  hörmət  və  şərəfini  qorumaq  üçün  hökmən 
yaxşı əməl sahibi olmaq lazımdır. 
Qiymət ver yaxşıya, pisə yerində
Düzlüyün, qiymətin olsun sənin də. 
Şərəf nə olduğun anlamaz bilsə
Pislikdən əl çəkər günün birində
    
***
İstəsən hörmətin olsun hər zaman
Pislikdən uzaq ol yaşa firavan
Bəd əməl sahibi pisliyin üçün
Hörmətsiz, izzətsiz bil olacaqsan. 
Pis əməl insana heç vaxt xeyir verə bilməz, yalnız onu 
hör mətdən salar. Vaxt gələr hər şey öz yerin tapar, hörmət­
sizlik  isə  pis  əməl  sahibinə  qalar.  Aşağıdakı  bir  təmsilə 
nəzər salaq. 
Yazdakı tumurcuqlar axır yarpağa döndü
Sanki çılpaq budaqlar yaşıl örpək büründü. 
Bundan qürurlanaraq ağac günəşə dedi: 
– Daha qoymaram heç vaxt qarşıma işıq düşə. 
Günəş gülümsəyərək ona beə söylədi: 
– Unutma gələcəkdir payız yenə görüşə. 
İnsan  gərək  əlinə  imkan  düşəndə  pislik  yox,  yaxşılıq 
et  məyə çalışsın. Çünki həyat yalnız yaxşıları müsbət qiy­


93
mətləndirir. Hər kəs öz mövqeyini və yerini bilməlidir. Heç 
vaxt insanı insana qarşı qoyma. Mövqeyindən və vəzifəndən 
qürrələnib özündən aşağı mövqe tutanlara aşağı gözlə bax­
ma.  Hər  kəsin  özünə  gərə  öz  şəxsiyyəti  və  mənliyi  var. 
Şəxsiyyət və mənlik vəzifənin böyüklüyünə və kiçikliyinə 
baxmır. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Dəniz coşub çağlayıb, tərifləyirdi özün
Mən güclüyəm deyərək bitirirdi hər sözün. 
Çaylara lağ eyləyib bulaqdan kam alırdı, 
Bəzən sahə qalxırdı, bəzən də süst qalırdı. 
Bir sözlə böyüklüyün soxsa da hey gözə o
Tanımırdı mənbəyin gələndə söz-sözə o. 
Ümumiyyətlə, pislikdən uzaq olanın, öz yerini və möv­
qeyini bilənin heç kəsdən töhməti olmaz. İnsanlıq hissini 
itirmək məhv olmaq deməkdir. İnsanlıq hissinə həmişə sa­
diq olmaq lazımdır. Çünki insanlıq adında əzəmət və qü­
rur  var.  İnsan  öz  daxili  hisslərinin  üzərində  hökmranlıq 
edib  yalnız  insanlıq  hissini  inkişaf  etdirməlidir.  Müxtəlif 
hisslərin  daxilində  baş  qaldıran  çılğınlıqlarına  uymaq  ol­
maz və hər bir kəs istəsə öz daxili hisslərində dönüş yarada 
bilər. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Bir  gün  bayquş  xaraba  bir  damın  namərd  əlləri  ilə 
uçurulmuş  kərpiclərinin  üstündə  oturaraq  ətrafı  xoş  bir 
rahatlıqla seyr edirdi. Bütün canlılara məxsus bir əlamət 
kimi, özü üçün sevimli olan bu əyləncəylə sanki o öz daxili 
hisslərini nizamlayırdı. Lakin birdən bayquş tutuldu. Hiss 
etmək olardı ki, artıq seyr etdiyi ətraf mühit onun üçün öz 
xüsusi gözəlliyini itirmişdir. Bəzən belə də olur, uzun müddət 
sənin  üçün  zövq  mənbəyi  olan  və  yaxud  da  nəslən  həyat 


94
şəraitindən, vərdişdən əmələ gələn və daha yeni nəsildə artıq 
irsi əlamətə çevrilən keyfiyyətin, etdiyi tələblər özü birdən-
birə sənə xoş gəlmir və əgər qüsurlu bir əlamətsə, öz qüsu-
runu hiss edirsən. İndi bayquş da belə bir vəziyyətdə idi. O 
həsrətlə abadlıq, toy-düyün, firavanlıq arzulayırdı. Bayquş 
həyəcanlanmışdı, o, təəccüb içindəydi. O öz fikrində bütün 
həyatı boyu, bəlkə də bir çox bayquş nəsilləri boyu davam 
edən istək və arzularının tamamilə əksi olan hisslərinin baş 
qaldıracağına inana bilmirdi. Lakin bu həqiqət idi. Bayquş 
abadlıq arzulayırdı və həm də deyəsən o abadlıq axtarırmış 
kimi bir qədər boylandı da, lakin bu bir neçə anlıq baş ver-
di. Bayquş yenidən ətrafı həris və xoş rahatlıqla seyr edərək 
nə vaxtdansa sönüb qaralmış ocaq yerinə uçdu. Deyəsən, 
orada zibillikdə tənha eşələnmək onun üçün daha xoş ola-
caqdı. O, abadlıq barədə düşünməkdən çəkinirdi. Çünki bu 
fikirləri  bayquşun  daxilinə  nə  isə  sirli  bir  qorxu  çökdür-
müşdü. O, qaralmış ocaq yerinə uca-uça yalnız bun ları dü-
şündü. Deməli, hər bir canlının daxilində bir-birinin əksi 
olan hisslər yığını yerləşir və o, canlının düşdüyü şəraitdən, 
ona göstərilən təsirdən asılı olaraq, istənilən andan onun 
daxilində bir-birinin əksi olan bu hisslərdən birini inkişaf 
etdirmək olar. Və demək biz bayquşlar üçün də sür   düyümüz 
xoş güzəran iyrənc və miskin görünə bilər deyə bayquş dü-
şündü. Lakin mən bunu istəmirəm, istə mirəm... istəmirəm... 
Yaşanmış  günlərin  faydalılığı  ilə  fəxr  etmə,  yaşan­
mamış günlərini faydalı keçirməyə çalış. Çünki yaşanmış 
günlər  arxada  qalmışdır,  insan  gələcəyin  tələblərinə  ca­
vab  verməlidir.  İnsanın  düşüncələri  də,  həyat  fəaliyyəti 
də  yalnız  bir  məqsəd  üçün  cəmlənməlidir.  Özünün  və 
bütün  bəşəriyyətin  xoşbəxtliyini  təmin  etmək  naminə. 
İnsanın  yaşanmış  günlərdəki  fəaliyyətini  cəmiyyət 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə