Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

99
Sirli olmasaydı bu böyük cahan
Çox tez usanardı həyatdan insan, 
Gör həyat nə qədər şirindir, hamı, 
Ölümdən qoparmaq istəyir bir an. 
İnsan heç vaxt unutmamalıdır ki, həyat xoşbəxt yaşama­
ğı bacarmayanlar üçün bir məzardır. Öz günlərini səmərəsiz 
keçirənlərin həyatı yeknəsəq və cansıxıcı keçər, həyat on­
ları  öz  mövqelərindən  aşağı  salar  və  onların  axmaq  və 
düşüncəsizliyini bununla bəyan edər. Aşağıdakı bir təmsilə 
nəzər salaq. 
Təsadüfən şahlığı ələ keçirən çaqqal
Dedi: – Düşmənim çoxdur mənə dəyəcək zaval. 
Odur ki, sarayında o, seçkilər keçirdi
Özü də inandığın məsul işə seçirdi. 
Dovşanı qoydu çaqqal müdafiə naziri, 
Əmr etdi tısbağanı ona qoysunlar katib. 
Tülkünüysə eylədi o özünün vəziri
Sənədə qol çəkdi ki, şah özü belə deyib. 
Xallı pələng seçildİ şah sarayında mehtər, 
Qalan heyvanlar isə oldu sıravi əsgər. 
Ancaq fikirləşmədi o sarsaq çaqqal bu an, 
Şahlıq bacarmayanı salır şahlıqdan zaman. 
Həyat  hər  bir  kəsin  öz  dəyərini  müəyyənləşdirir  və 
bu nunla  da  həmin  şəxsin  insan  cəmiyyəti  arasında  möv­
qeyini dəqiq təyin edir. Demək həyatda yaxşı mövqe tuta 
bilməyənlər  öz  hərəkət  və  fəaliyyətlərini  düz gün  isti qa­
mətləndirməyi bacarmayanlardır. Zamanı qiy mət ləndir məyi 
bacarmaq  ömrü  qiymətləndirməyi  bacarmaq  deməkdir. 
Atalar demişkən: “Hər işin öz vaxtı var”. Müəyyən işlərin 


100
həllində tələsmək və ya gecikmək uduzmaq deməkdir. Öz 
vaxtında və səbirlə görülən işin faydası çox olar. 
Hər hökmü verməmiş fikirləş bir az
Səbirlə iş görən peşman olmaz. 
Səbirlə yarpağı atlas edərsən, 
Səbirlə sünbül də yetirər bir dən. 
Həyatda hər şeyin bir mənası var, 
Səbirlə damladan ümman yaranar. 
Səbirlə iş görən xeyir görürlər, 
Tələsən düz yolun çaşıb itirər. 
Zamanın  qiyməti  müəyyən  vaxt  ərzində  görülən  işin 
dəyəri ilə ölçülür. Faydasız işlə məşğul olan kəs vaxtı itir­
məklə  yanaşı?  öz  əməyini  də  itirmiş  olur.  Aşağıdakı  bir 
təmsilə nəzər salaq. 
Bülbül balalarına qarğa gəldi desin dərs
Yaxşı nəğmə deməkçün nə cür çıxarsınlar səs. 
Nümunə göstərməkçün oxusa da sonetlər, 
Fəqət bala quşların səsi oldu ona dərs. 
Əgər hər hansı bir kəs öz əməyini səmərəsiz sərf etməsə? 
onun gördüyü işin faydası çox olar və öz hədər getmiş zəh­
məti üçün heyfsilənməz. Aşağıdakı bir təmsilə nəzər salaq. 
İlan dedi əqrəbə: – Güllərdən şirə çəkək, 
Bal toplayaq bizi də bəsləsinlər arı tək. 
Düzdür şirə çəkdilər, zəhər toplandı fəqət, 
Faydasız işdən onlar peşman oldu nəhayət. 


101
Faydasız zəhmət peşmançılıq, yorğunluq, baş ağrısı və 
töhmət gətirər. 
Yüz qarğa dərəni viran etsə də, 
Qartalı zirvədən saldıra bilməz.  
Dalğalar enişdə tüğyan etsə də, 
Suların yoxuşa qaldıra bilməz. 
Zamanı  fəaliyyətin  üçün  ölçü  vahidi  yox,  fəaliyyətini 
zaman  üçün  ölçü  vahidi  etməyi  bacar  ki,  zamanı  qabaq­
laya biləsən. Gərgin və faydalı iş zamanın qiymətini artı­
rar  və  vaxt  ölçüsünü  azaldar.  Bu  isə  keyfiyyət  və  qənaət 
deməkdir. Yalnız mənalı zəhmət sahibləri ehtiram və hör­
mətə layiqdirlər. 
Hər şeydə mənbə bil olacaq zəhmət
Zəhmətlə taparsan həyatda hörmət. 
Bəllidir qızılgül tikansız olmaz, 
Qızıldan qiymətli sayılar almaz.  
Səmərəli keçən ömür barlı ağac tək daim diqqət mər kə­
zində olar. Cəmiyyətin diqqət və qayğı mərkəzində olmaq 
isə  sənin  namuslu  və  şərəfli  adam  olduğuna  dəlalət  edir. 
Çünki yalnız həyatı düzgün başa düşənlər ömrün hər anın­
dan səmərəli istifadə etməyə çalışırlar. 
Ömürlər mənalı olsa yaxşıdır, 
Silahlar sükuta dalsa yaxşıdır. 
Qızıl qanlar ilə əldə edilən. 
Azadlıq əbədi qalsa yaxşıdır. 


102
Səmərəli və mənalı həyat keçirənlər başıaşağı və təmkin­
li, səmərəsiz həyat keçirənlər isə lovğa və təkəbbürlü olar­
lar. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Bir günlük ərzağını yığıb kefləndi milçək, 
Söylədi: – Mən hamıdan bilin varlıyam bişək. 
Üzündə, yerişində görünürdü təkəbbür, 
Elə bil ki, hamıya paylamışdı yaqutdur. 
Bir illik ərzağını yığan qarışqa belə, 
Heç o qədər danışıb basmırdı dilə-felə. 
Öz vaxtını boş və mənasız keçirənlərin son aqibəti acı 
göz yaşları və kimsələrəsə möhtac olmaq olar. 
Dalma həqiqətdən uzaq xülyaya
Vermə öz ömrünü puçluqla zaya. 
Əzəldən elə tut ehtiyatını, 
Göz tikmə kimsədən verilən paya. 
İtirilmiş  günlər  üçün  peşmançılıq  əzabı  çəkməkdənsə, 
gələcək  günlər  üçün  ikiqat  səylə  işlə.  Peşmançılıqla  acı 
göz  yaşları  axıtmağa  dəyməz,  mübarizəylə  itirilmiş  hər 
hansı bir şeyi əldə etməyə çalışmaq lazımdır. Çünki itki­
ni  geri  qaytarmaq  əsil  mərdlik  və  kişilik  deməkdir.  Heç 
vaxt səmərəsiz bir tədbiri həyata keçirmək üçün əzmkarlıq 
göstərmə.  Səmərəsiz  tədbirin  həyata  keçirilməsi  üçün 
göstərilən  əzmkarlıq  axmaqlıq  deməkdir.  Səni  fayda­
lı  əməyə  sövq  edən  düşüncələrin  qulu  ol.  Çünki  fayda­
lı  əməyin  müqabilində  öz  ömrünü  xoşbəxt  və  şən  keçirə 
bilərsən. İnsanda öz məqsədinə inam, yüksək ruh və gərgin 
işə sədaqət olarsa, o, ikiqat əzmlə işləməyi bacarar. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə