Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

103
Həyatda yenilməz olarsa insan
Çatar məqsədinə axır bir zaman. 
İkiqat əzmlə çalış ki, dostum, 
Gələcək həyatın olsun firavan
   
***
Səyinlə taparsan hörmət ehtiram, 
Səy ilə yerinə yetər hər məram. 
Səy ilə çalışıb həyatıma mən, 
Bir an ehtiyacı yaxın qoymaram. 
Əbədiyyətə qovuşandan sonra da yaşamaq üçün, bir ya­
şamlıq ömür payının daxilində faydalı həyat yolu seç. Özü 
üçün  həyat  yolu  seçmək  insanın  hiss  və  düşüncələrindən 
asılıdır. Seçilmiş həyat yolunun qiymətliliyi və faydası isə 
insan  cəmiyyətinin  həmin  şəxsə  göstərdiyi  münasibətlə 
ölçülür.  Əbədiyyətə  qovuşmaq  üçün  insan  cəmiyyətinə 
daha çox fayda verə biləcək qədər fəaliyyət göstərmək la­
zımdır.  İnsan  həyatının  faydalılığı  üçün  zaman  hüdudları 
yoxdur. Çünki bəzən insanların hörmət və ehtiramlarına la­
yiq olan qəhrəmanlar hər hansı hərəkət və fəaliyyətiylə bir 
anda yaranır. İnsan uzun müddət göstərdiyi qüsursuz həyat 
fəaliyyətinə görə də qiymətləndirilir. Ümumiyyətlə, insan 
şəxsiyyətinin qiyməti imkan və şərait daxilində bütün bacarı­
ğıyla xalqına verdiyi fayda ilə ölçülür. Öz şəxsi mənafelərini 
güdənlərin,  yüngül  və  sərfəli  işdə  baş  girləyənlərin  xalq 
yanında hörməti olmaz. Öz şəxsiyyətlərinə qiymət qoyma­
yanlar imkan daxilində faydalı işlər görmək əvəzinə yün­
gül və sərfəli işlərə meyl edənlərdir. Aşağıdakı bir təmsilə 
nəzər salaq. 
Boynu dönməz boz öküz iş axtarırdı yaman, 
Deyirdi iş tapmıram nə eyləyim ay aman. 


104
Mənə deyirlər ki, get traktor sür, əkin ək. 
Yaxud da bənnalıq et, barı ucalt, bina tik. 
Kimi deyir yürüş et, vəhşi-xam torpaqlara
Düşünmürlər deyirlər, bunlar hara, mən hara. 
Mənə lazımdır olam podratçı, ya da anbardar
Həm yüngül, həm sərfəli, belə olar işbazlar. 
İnsan özü­özünə qarşı tələbkar olmasa, günləri səmərəsiz 
keçər. Özü özünə qarşı tələbkar olan insan həmişə öz arzu 
və məqsədlərinə çatar. İnsan özü­özünə qarşı tələbkar olar­
sa, demək öz daxili hissləri üzərində də hökmranlıq etməyi 
bacarar.  Öz  daxili  hissləri  üzərində  hökmranlıq  etməyi 
bacarmayanlar  isə  cəmiyyətə  zidd  hərəkətlər  etməklə,  öz 
mənlik və şəxsiyyətlərini ayaqlar altına atmış olurlar. Aşa­
ğıdakı bir təmsilə nəzər salaq. 
İnsanın özü­özünə qarşı tələbkarlığı onun faydalı əmə­
yinin başlıca səbəbidir. 
Dünyada faydasız həyatınla sən, 
Saralmış yarpaq tək ötüşəcəksən. 
Tələbkarlıq etsən özün-özünə, 
Arzu istəyinə yetişəcəksən. 
Faydasız  işə  əmək  sərf  etmək  vaxtı  ikiqat  itirmək  de­
məkdir.  Çünki  faydasız  əmək  sərf  etdiyin  vaxtda  mənalı 
işlə məşğul olub fayda və səmərə əldə edə bilərdin. Zaman 
dayanmadan hərəkət edir və ömürdən, gündən qəlpə­qəlpə 
qoparır. Bir vaxt əcəl bizi haqlayacaqdır. Bu şirin həyatda 
ağılsız hiss və uymayıb qurub yaratmaq həvəsiylə yaşayan­
lar, yalnız əbədiyyətə qovuşarlar və vaxt itkisinə məruz qal­
mazlar. İnsanın hiss və düşüncələri müxtəlif olduğu kimi, 
həyata  baxışları  da  müxtəlifdir.  Ona  görə  də  yaxşılardan 
nümunə götürüb faydasız işlərdən çəkinmək lazımdır. 


105
İnsan var həyatda qızıldır, ləldir, 
Zəhmətlə ömrünü edib çıraqban. 
İnsan var həyatda elə əfəldir
Faydasız işiylə puçdur hər zaman. 
Faydasız işə sərf edilən əmək vaxt itirməkdən əlavə həm 
də axmaqlıqdır. 
Bir bayquş balasını tutuzdurub aldı şah, 
Dedi: – O, bəslənəcək sarayda, olun agah. 
Qanad açıb uçanda xarabalıq gəzməsin, 
Abadlıq, firavanlıq onun canın üzməsin. 
Lakin şah unutmuşdu bir həqiqəti gerçək
Bayquş elə bayquşdur, xarabalıq gəzəcək. 
Faydalı­faydasız  günlərin  qocaldıqca  gözlərinin  qarşı­
sında canlanacaqdır. Çox vaxt qocaldıqca ömrün qiymətini 
tam aydınlığı ilə hiss edirsən, o vaxt isə hər şey artıq arxa­
da qalır. Gənclik həyatın ən qiymətli çağıdır. Ömrünüzün 
qiymətini gənclikdə bilin... 
Öz ömür yükünü ağılla daşı, 
Bərabər qoyma heç üzüyə qaşı. 
Həyata baxışı heç də artmayır, 
Həyatda insanın artdıqca yaşı. 
 
 
 
***
Gənclikdə qazan ki, bir ad dünyada
Qocalıq vaxtında yetişsin dada. 
Gənclikdə həyatın mənasız keçsə, 
Qoca vaxt möhtacdır qohuma, yada. 
 
 
 


106
 
 
***
Gənclikdir ömrünün zinətli çağı, 
Gənclikdə qoyarsan dağ üstə dağı. 
Gənclikdə gördüyün işlərdən yarar, 
Qocalıq dövrünün firavanlığı. 
Gənclikdə  itirilən  günlər,  ixtiyar  vaxtının  mühafizəçi­
lərinin  itirilməsi  deməkdir.  Gəncliyi  qiymətləndirmək  la­
zımdır.  Həyatda  itirdiyimiz  anlar  zamanında  əldə  edə 
bilmədiyimiz arzu və istəklər deməkdir. Ona görə də dərin 
düşüncəyə və ağıla malik olan kəs çalışmalıdır ki, həyatında 
mənasız anlar olmasın. Səmərəsiz keçən həyatla sən ki, öz 
ürəyincə yaşaya bilməyəcəksən, belə həyatın nə mənası var. 
Həyatda öz arzu və istəklərini daha çox əldə etmək üçün 
ömrün hər anından səmərəli istifadə etmək lazımdır. 
Həyatın hər anının qədrini bilən insan, 
Əliylə öz ömrünü puç eyləməz heç zaman. 
Əgər o düzgün yoldan kənara çıxsa bir an. 
Yaşaya bilməyəcək əvvəlki tək firavan. 
 
 
***
Mübariz insana ehtiyac yaddır, 
Səmərəli həyat əsil həyatdır. 
İtirdiyin anlar ömürdə gündə
Əldə edilməyən arzu muraddır. 
İnsanın həyatını onun saf arzu və istəkləri rövnəqləndirir. 
Pak məqsədə doğru insan inadla can atmağa çalışmalıdır. 
Çünki pak məqsədin sonunda onun faydası ilə yanaşı, se­
vinc və nəşə də dayanır. Saf əməl sahibi olub həyatdan zövq 
ala­ala yaşamaq lazımdır. Öz həyatından zövq almağı ba­
carmayanlar  həyatdan  bezərlər.  İnsanın  öz  həyatına  qəsd 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə