Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

87
Həyat  heç  də  pislərdən  xali  deyildir. Atalar  demişkən: 
“Meşə çaqqalsız olmaz». 
Dünya malı üçün qan tökmək nədən
Doymayırmı gözün qanlı nəyşdən. 
Həyatda qəlb qırmaq istəyən də var, 
Yaxşı ki, ürəklər deyil şüşədən. 
Ey insan övladı, pislikdən uzaq ol, hər hansı bir əməlinin 
nəticəsini əvvəlcədən düşün. 
Düzlüklə azalmaz heç kəsin şanı, 
Göylərə qaldırar düzlük insanı. 
Həmişə tərəf çıx sən həqiqətə
Düzlüklə çəkilər adın hörmətə. 
İnsan  insanlıq  borcunu  və  vəzifəsini  başa  düşməlidir. 
Vətənə,  anaya  məhəbbət,  darda  qalanın  əlindən  tutmaq, 
ümidsizə kömək etmək, uşaqlara və qocalara qayğı gös tər­
mək, təbiəti mühafizə etmək və c. İnsanın borcu və vəzi­
fə sidir.  Öz  borcunu  və  vəzifəsini  yerinə  yetirə  bilməyən, 
insanlıq adına ləkə gətirən kəslər əsil insanlıq simasından 
uzaqdır. 
Zirvəyə yüksəlsə qarğa titrəyər, 
Dərələr qartalın qəddini əyər. 
Əgər insanlığın qədrin bilməsən, 
Sənin insanlara nə xeyrin dəyər. 
   
***
Ey insan, həyatda olma gəl naşı, 
Arifin bəlalar çəkməz bil başı. 
İnsanlıq borcunu yerinə yetir
Faydan hiss olunsun hər addımbaşı. 


88
Öz insanlıq borcu və vəzifəsinə sədaqətli olan kəslərin 
cəmiyyət içində mövqeyi həmişə yüksək olar. Öz hərəkət 
və fəaliyyətinə görə cəmiyyət içində yüksək mövqeyə ma­
lik olan kəslər isə xoşbəxt adamlardır. Xoşbəxtlik isə insa­
nın bütün ömrü boyu arzuladığı bir istəkdir. İnsan adı bütün 
canlılar  arasında  ən  ali  addır,  bu  adın  təmizliyini  həmişə 
qorumağa  çalışmaq  lazımdır.  Təmiz  ad  sahibi  təmiz  vü­
cudlu  unsan  deməkdir.  İnsanlıq  adını  itirmək  bədbəxtlik 
deməkdir. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Tülkü yatıb yuxusunda bir gecə, 
Gördü paho... dəyişibdir gör necə. 
Dərisi var pələng kimi xallıca, 
Qüvvəsi var ayı kimi bolluca. 
Suya girib balıq kimi üzürdü
Qanadı var havada da süzürdü. 
Bənzəri vardı müxtəlif heyvana, 
Lakin bir ad tapmayırdılar ona. 
Adsızlıqçün qara idi lap qanı, 
Axı yenə əvvəl vardı ad-sanı. 
Ayrı­ayrı  fərdlərin  öz  adını  ləkələməsi  ümumi  insanlı­
ğa  ləkə  vurmaq  deməkdir.  İnsanlıq  adına  yaraşmayan  bir 
hərəkəti üçün hər hansı şəxsi ciddi cəzalandırmaq lazımdır. 
Belə olarsa, insanlıq adının qorunmasında məsuliyyətsizlik 
göstərən  hər  bir  şəxs  bu  adı  qorumağın  məsuliyyətini  və 
vacibliyini  başa  düşər.  İnsan  adı  müqəddəs  addır.  Bütün 
bəşəriyyətin keçmişi, indisi və gələcəyi insanla bağlıdır. Ey 
insan, insan adına ləkə gətirməkdən çəkin. İnsanlıq adının 
əzəmət və qürurunu nəfsə və ehtirasa satmaq olmaz. İnsanın 
nəfsi həmişə onu elə yerlərə çəkib aparar, onu elə vəziyyətə 
salar, bu hökmən insanlıq adına xələl gətirmiş olar. Əsil in­


89
san bütün ömrü boyu öz nəfsi ilə mübarizə aparmağı və ona 
üstün  gəlməyi  bacarmalıdır.  Nəfsin  və  ehtirasın  bir  anlıq 
ləzzəti üçün insan bir çox hallarda bütün ömrü boyu ləkəli 
yaşamağa  məcbur  olur.  Nəfs  və  ehtirasını  cilovlamamaq 
özünü dəryada burulğanlar içərisinə atmaq deməkdir. İnsan 
insanlığa ləkə gətirən məziyyətlərdən uzaq olmalıdır. 
Demirəm cəsarət göstərmə dostum
Fəqət ki, həddini aşma heç vədə. 
Səbirlə, təmkinlə ver qərarını, 
Tələsib, kükrəyib, coşma heç vədə. 
   
***
Qəbahətli işə girişmə ki, sən, 
Sonra utanasan qəbahətindən. 
Etdiyin günahı bilərək, qəsdən, 
Özgənin adına qoşma heç vədə. 
   
***
Cavabdeh olginən gördüyün işə, 
Nalayiq işləri eyləmə peşə. 
İnsanlıq adına xələl gətirib
Həyat yollarında çaşma heç vədə. 
İnsan  həyatla  mübarizədə  öz  ağlına  və  gücünə  güvən­
məlidir. Öz ağılı və düşüncəsi ilə hərəkət edən kəs bir çox 
bəlalardan uzaq olar. Ağılla hünəri elə əlaqələndirmək la­
zımdır  ki,  onlar  bir­birini  tamamlaya  bilsinlər.  Hünərsiz 
ağılın  faydası  olmadığı  kimi,  ağılsız  hünər  də  axmaqlıq 
sayılar. Yalnız ağılın gücü ilə hünərli insan həyat dolayla­
rındakı mübarizədən qalib çıxa bilər. Həyat insanı bir çox 
çətinliklərə sala bilər, lakin bir çox çətinliklərin aradan qal­
dırılmasının  yeganə  yolu  mübarizə  aparmaqdır.  Həyatın 
sınaqlarından həmişə mətin və mübariz, ağıllı insanlar saf 
çıxa bilərlər. 


90
Heç vaxt simu-zərə bel bağlama gəl, 
Əqlin, düşüncənlə həyatda yüksəl. 
Əqilli kəslərlə yoldaşlıq et sən, 
Əqilin önündə sarsılar düşmən. 
Əqilli qəpiyin qədrini bilər
Əqilsiz dövləti külə döndərər. 
Əqildir çətində insana sipər, 
Əqilsiz dar gündə göz yaşı tökər. 
İnsanın həyatda ağılla fəaliyyət göstərməsi özü üçün xoş 
güzaran yaratmağın yeganə yoludur. Əgər həyatda ağılın və 
hünərin varsa və öz fəaliyyətində bunları əlaqələndirməyi 
bacarırsansa,  xoşbəxtlik  özü  axtarıb  səni  tapacaq. Təməli 
pisliklə qoyulan işin sonundan xeyir gözləmə. Pisliklə atı­
lan  addım  sahibləri  insan  cəmiyyətinin  ziyanvericiləridir. 
Rüşvətxorlar, əliəyrilər, özgə malına göz dikənlər, vəzifə­
sin dən sui­istifadə edənlər pisliklə atılan addım sahib ləridir. 
Pislik  etməyə  doğru  edilən  meyl  yaxşılığa  quyu  qazmaq 
deməkdir. Əsil insan hər vaxt pis əməllərdən çəkinməlidir. 
Çünki  pis  əməl  son  nəticədə  insana  başqalarının  yanında 
başıaşağılıq və xəcalət gətirər. Aşağıdakı bir təmsilə nəzər 
salaq. 
Gördülər ki, tülküyə xidmət eyləyir ayı, 
Heyvanlar mat qaldılar nə edir ayı dayı. 
Tülküdən soruşdular: – Bu iş görünüb harda? 
Tülkü gülüb söylədi: – O uduzub qumarda. 
Pis iş ki, mənliyinə gətirəcəkmiş xələl
Onda səni nə üçün cəlb eləsin bu bədəl?!
İnsanın  başqalarına  qarşı  etmiş  olduğu  pislik  heç  vaxt 
unudulmur.  Çünki  edilən  pislik  kimsələrin  səadətinə  vu­


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə