Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   19   20   21   22   23   24   25   26   27

95
qiymətləndirəcəkdir.  Ey  insan,  gələcək  fəaliyyətinin  cə­
miy  yət  tərəfindən  müsbət  qiymətləndirilməsi  üçün  ağılla 
hərəkət et. 
Xalq ilə bağlıdır hökmü zamanın, 
Xalqa tərəfsənsə artacaq şanın.  
Kimsələrin sənə etdiyi yaxşılığı itirmək sənin özünün pis 
olduğunun sübutudur. Sənə edilən yaxşılığın təmənnasızlığı 
yaxşılıq edən kəsin əsil insan olduğuna işarədir. Təmənnasız 
yaxşılıq etməyi bacaranlarla ülfət bağlamağa çalış və ondan 
nümunə götür. Təmənnasız edilən yaxşılığı itirmək namus 
və şərəfini itirmək deməkdir. Pislikdən isə bacardıqca gen 
qaçıb qorunmaq lazımdır. 
Üzdə yaltaqlanan kəslərdən qorun
Dalınca danışan səslərdən qorun. 
Hamısın saymıram, ey əziz dostum, 
Axırı ki, bütün pislərdən qorun. 
Təmənnasız yaxşılığı itirməmişdən qabaq insan öz vic­
danını itirir. Öz vicdanını itirənlər isə insanlıq adına xələl 
gətirərlər, heç bir qüsuru isə özləri üçün ar bilməzlər. Belə 
kəslər  ayrı­ayrı  fərdlərə  vəzifəsinə  görə  yaltaqlanar,  asan 
qazanc naminə qeyrətsizlikdən belə çəkinməzlər. Aşağıdakı 
bir təmsilə nəzər salaq. 
Bir gün çağırıb iti vəzifəyə qoydular
Neçə tula küçüyü hörmət edib satdılar. 
Çoxları yaxınlaşıb onunla yal da yedi, 
Çoxları yatağında ona yat qal da dedi. 
Keçdi həftələr aylar, iti qurd əvəz etdi, 
İndi də qeyrətsizlər qurd üçün əldən getdi. 


96
Bəd əməl dərd gətirər, yaxşı əməl səadət. İnsan bu deviz 
altında  yaşamalıdır.  Pisliyə  meyl  edənlərin  əksəriyyətinin 
əsas məqsədi asan yolla, zəhmətsiz var­dövlət əldə etməkdir. 
Lakin onlar bir şeyi unudurlar, zəhmətsiz səadət mümkün 
deyildir. Xoşbəxt olmaq üçün mübarizə aparmaq lazımdır. 
Azadlıq naminə, xoş gün eşqinə
Mübarizə edən məğlub olarmı?!
İnsan əzabına, insan zülmünə, 
Tərəfdar çıxan da heç yaşayarmı?!
İnsanlarda bir­birinə qaşı hörmət, ehtiram, məhəbbət ol­
malıdır. Başqasına zülm edən unutmamalıdır ki, ondan da 
güclüləri var və yeri gələr özü də pis vəziyyətdə qalar, bir 
təmsildə deyildiyi kimi:
Vəhşi bir təbəssümlə milçəyə baxdı arı, 
Onun qoca qəlbinin qızışdı yalovları. 
Özündən gücsüzləri bu cür qarşılardı o, 
Yaratdığı nəslə də bunu aşılardı o. 
Fəqət əqrəb yanına uçaraq qondu milçək
Sanki bununla dedi: – Ey arı, məndən əl çək. 
Arının bədəninə bütün dünya gəldi dar, 
Dedi: – Bu doğru imiş, güclüdən də güclü var. 
Bəd əməl sahibləri bunu həmişə nəzərə almalı və insan­
lıq adına xələl gətirməkdən çəkinməlidirlər. Həyata bir can­
lı kimi gəlmisənsə, bir zaman məhv olacağını da bilməlisən 
və əgər bunu bilirsənsə, onda həyatın hər anından səmərəli 
istifadə et. Öz həyatını qoru və yaşa, insan dünyaya yalnız 
bir dəfə gəlir. Bu bir yaşamlıq ömür payında həyatın sınaq­
larından saf çıxmağa çalış. Həyat yalnız onunla qalibiyyətlə 


97
mübarizə aparanlara qoynunda yaşamağa yer verir. Öz varlı­
ğının qədrini bilməyən kəsdən fayda gözləmək ağılsızlıqdır. 
Özünə və cəmiyyətinə fayda vermək üçün səy göstərmək, 
zəhmətdən çəkinməmək lazımdır. Həyatın şirinliyinə uyub 
ömrünün qiymətli anlarını qara pul kimi xərcləmə. Həyatın 
şirinliyindən  bütün  ömrün  boyu  ləzzət  ala­ala  yaşamaq 
üçün ehtiyatını əldən vermə. Zəhmətə qatlaş ki, ehtiyacın 
məngənəsində bir vaxt sıxılmayasan. Aşağıdakı bir təmsilə 
nəzər salaq. 
Anası yemlədikcə yedi, kefləndi cücə, 
Çıxıb hinin üstünə gəzib şefləndi cücə. 
Hələ dost tanışa da atmacalar atdı o, 
Böyüdü, beçə oldu, dərdə qəmə batdı o. 
Çünki artıq anası onu yemləməyirdi, 
Tənbəl beçə özünə cücəlik diləyirdi. 
 Tənbəllik insan üçün böyük bəladır. Həyatda yaşamaq 
nə qədər şirindirsə, tənbəllik onu bir o qədər acı edir. İn­
san gərək həyatda hər bir anın qədrini bilsin. Ömrün sona 
yaxınlaşdıqca, hiss edəcəksən ki, qədrini bilmədiyin anlar 
yaşanmış ömrünün puç olmuş səhifələridir. 
Ömrün ən qiymətli anıdı gənclik, 
Çalış bu yaş dövrü topla çox bilik. 
Toyun öz yeri var, yasın öz yeri, 
Elə et ömründə çox olsun şənlik. 
   
***
Qədrini biləsən gərək hər anın, 
Anlardan yaranır ömrü insanın. 
İtirilmiş anlar, ömürdən düşən, 
Saralmış yarpaqdır buna inanın. 


98
Zamanla ayaqlaşmağı bacarmaq lazımdır. Atalar demiş­
kən: «Hər zamanın bir hökmü var”. Gərək həyata elə açıq 
gözlə  baxmağı  bacarasan  ki,  zamanın  nəbzini  tutmağa 
müyəssər  olasan.  Zamanla  ayaqlaşmaq  həyatla  mübarizə 
apara  bilmək  deməkdir.  Çalışıb  həyatda  elə  fəaliyyət 
göstərəsən  ki,  qocalıb  bir  vaxt  öz  keçmişinin  xatirələr 
aləminə dalanda ömrünün puç olmuş səhifələri səni məyus 
etməsin. 
Çalış gəncliyində yaxşı həyat sür
Yaxşı, yamanı da sən gənclikdə gör. 
Arzu  və  istəklər  çoxdur.  Bir  yaşamlıq  ömür  çərçivəsi 
daxilində öz arzu və istəklərinin imkanın daxilində, daha 
faydalı və məzmunlularını həyata keçirməyə çalış. Hər kö­
nül oxşayan, gözə xoşagələn şey uğrunda mübarizə apar­
maq hiss və ehtiraslara üstünlük vermək deməkdir. İnsan bu 
mübarizədə qalib gəlib öz məqsədlərinə də çata bilər, lakin 
bu bəlkə də əldə oluna biləcək daha faydalı və məzmunlu 
bir  şeyin  itirilməsi  deməkdir.  Fayda  fərqi  uğrunda  yeni 
mübarizə isə zaman itkisi deməkdir. Zaman itkisi isə insan 
ömründən  gedən  qiymətli  anlardır.  Faydalı  və  məzmunlu 
həyat  uğrunda  mübarizə  aparanlar  öz  ömürlərini  zaman 
itkisindən  qorumağı  bacaranlardır.  Aşağıdakı  bir  təmsilə 
nəzər salaq. 
Ağ dəftərçə kitaba baxaraq gülümsədi: –
– Vərəqlərin yazılıb artıq karsızsan dedi. 
Kitab söylədi ona: – Tərtəmiz olsan da sən, 
Xalq üçün faydalıyam səndən çox-çox artıq mən. 
İnsan bu sirli həyata biliklə yol açıb faydalı mübarizə ilə 
ömrünün xoşbəxt anların uzatmağa çalışmalıdır. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə