Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

67
İnsan unutmamalıdır ki, onun etdiyi hər bir səhv şəxsiy­
yətinin  qiymətinə  mənfi  təsir  göstərir.  Hər  bir  səhv  in­
san şəxsiyyətinə düşən ləkədir. Əsil insan öz şəxsiyyətini 
həmişə  ləkələrdən  qorumağa  çalışmalıdır.  Ləkəsizlik­
təmizlik, saflıq, paklıq timsalıdır. Ləkəsiz insanın hörməti 
çox, alnı açıq, üzü həmişə ağ olar. Onlar həyatda xoşbəxt, 
sakit və rahat ömür sürərlər. Aşağıdakı təmsilə nəzər salaq. 
Koramalla rastlaşdı öz həmyerlisi ilan
Dedi: – Sən də mənim tək sancmağı bacarırsan. 
Səbəb nədir insanlar xoşlamayırlar məni, 
Qarşısına çıxsan da öldürməyirlər səni. 
Koramal asta-asta ürəkdən gülümsədi, 
Sonra da həmyerlisi boz ilana söylədi: 
– Sən qarşına kim çıxdı sancırsan düşünmədən, 
Mən intiqam almaram, incitməsə kimsədən. 
Unutma bədnamlardan xoşu gəlməz heç kəsin. 
Pislik etməyənlərin kəsən olmaz nəfəsin. 
İnsan şəxsiyyəti su kimi şəffaf, büllur kimi təmiz olma­
lıdır. İnsan şəxsiyyətinə düşən ləkə tez və aydın seçilir. Ona 
görə də hər kəs öz şəxsiyyətini qara ləkələrdən qorumalı­
dır. Hər səhv üçün cəza verilməz, hər səhv bağışlanılmaz. 
Səhvlərin də böyüyü, kiçiyi var. Kiçik səhvləri bağışlamaq 
olar.  Çünki  kiçik  səhvlərin  arxasında,  əgər  qarşısı  alınar­
sa,  insan  taleyi  üçün  ciddi  dəyişikliklər  edə  biləcək  bir 
vəziyyət  gözlənilmir.  Lakin  böyük  səhvlərə  gəldikdə  isə 
onları heç vaxt bağışlamaq olmaz. Çünki böyük səhvlərin 
son nəticəsi fəlakət doğurar. İnsan hər vaxt həyatında baş 
verə biləcək kiçik səhvlərin qarşısını almağa çalışmalıdır, 
ikinci növbədə isə böyük səhvlərə heç vaxt yol verməmək 
üçün əlindən gələni etməlidir. Ataların göz bir misalı var: 


68
«Sonrakı  peşmançılıq  fayda  verməz»  Əsil  insan  odur  ki, 
həqiqətin tərəfdarı olsun. 
Mən düşmənəm
Bir qartalı zirvələrdən saldırana. 
Bir bayquşun başına tac qaldırana. 
Mən düşmənəm, 
Bulaqların gözlərini bağlayana
Fürsət düşsə ürəkləri dağlayana. 
Mən düşmənəm, 
Həşərat tək insanları dalayana, 
Aslan görüb çaqqal kimi ulayana. 
Mən düşmənəm, boş xülyaya, acı sözə, 
Canım qurban həqiqətə, doğru, düzə. 
Özgələrin  səhvinə  göz  yummaq  özü  də  bir  cinayətdir. 
Atalar  misalıdır:  «Özgənin  səhvini  tez  görmək  olar”.  Bu 
doğrudur,  lakin  həyatda  elə  kəslər  də  vardır  ki,  özgənin 
səhvin görüb ona göz yumur. Belə kəslər düzgün yol tut­
mamışlar. Çünki hər səhv bir fəlakətin açarıdır. Bəlkə də 
o  səhv  sahibləri  öz  səhvlərinin  mahiyyətini  başa  düşmür. 
Belə  səhv  sahiblərinə  səhvi  deməyin  böyük  əhəmiyyəti 
var.  Öz  səhvini  başa  düşməyənlərin  səhvini  demək  onlar 
üçün böyük yaxşılıqdır. Ümumiyyətlə, başqalarının səhvini 
görəndə de. Qoy onlar nə cür nəticə çıxarırlar çıxarsınlar. 
Sən başqalarının səhvini onlara bildirməklə öz insanlığını 
yerinə yetirirsən. İnsan başa düşməlidir ki, atdığı addımın 
nəticəsin əvvəlcədən düşünsə, o işdə səhv olmaz. Belə bir 
qayda var dönə­dönə yoxlanılan işdə səhv olmaz. Bunu hər 
kəs özü üçün əsas tutmalıdır. Əks təqdirdə, vəziyyətin aşa­
ğıdakı təmsildəki kimi olar. 
Sahibinin dostuna hürmədiyi üçün köpək
Səhəri sahibindən yedi bir neçə kötək, 


69
Əvvəlcə mat qalan it, sonra duydu hikməti
Bəzən olmur insanın insana sədaqəti. 
İnsan bilməlidir ki, hər hansı bir işin son nəticəsini yox­
lamamış o iş barədə dürüst məlumat bilmək olmaz. İnsa­
nın səhvi nə qədər çox olarsa, ağılı bir o qədər gödək olar. 
Çünki dərin düşüncə və ağıl sahibləri hər vaxt səhvə yol 
verməkdən çəkinərlər. Çünki edilən səhvin insanı hörmətdən 
və qiymətdən salacağı onlara qabaqcadan məlumdur. Əks 
təqdirdə, vəziyyət aşağıdakı təmsildəki kimi olar. 
Keçi qocaldığını nə üçünsə danırdı, 
Yaşın çoxdur deyəni öz düşməni sanırdı. 
Saqqalını kəsdirib etmişdi çəpişsayaq, 
Çəpiş kimi hoppanıb oynadırdı baş-ayaq. 
Qocalardan ayrılıb cavanlarla gəzirdi, 
Yerli-yersiz bəzənib çoxlu daş-qaş düzürdü. 
Düşünmürdü geysə də üstü zərli arxalıq, 
Bu ancaq sayılacaq qocalıqda yorğalıq. 
Hamı üçün məlum olmalıdır ki, düşüncəsizlik, məsuliy­
yət sizlik  həyatı  düzgün  başa  düşməməzlikdən  irəli  gəlir. 
Düşüncəsiz işin axırı puçdur. İnsan gördüyü, duyduğu və 
hiss  etdiyi  hər  bir  şeyə  düşüncəylə  yanaşmalıdır.  Çünki 
et diyi  əməllər  insanın  gələcək  taleyinə  təsir  göstərir.  İn­
san öz gələcək taleyinin xoşbəxt olması üçün əlindən gə ­
ləni  etməlidir.  Kimsələrin  bir  neçə  dəfə  təkrar  olunmuş 
səhvini  bağışlamaq,  həmin  şəxsi  məhvə  yuvarlamaq  de­
məkdir. Hər kim olur olsun, istər lap gözünün işığı olsun, 
səhv edibsə, onun səhvini özünə başa sal və həmin şəxsə 
öz işinə məsuliyyətlə yanaşmağı tapşır. Çünki səhvin kim­


70
sələr  tərəfindən  ört­basdır  edilməsi,  bağışlanılması  səhv 
sahi bində gördüyü işə laqeydliyi, məsuliyyətsizliyi daha da 
artırar. Laqeydlik və məsuliyyətsizlik isə insanı hörmətdən 
salan ən böyük bəlalardan biridir. Kiçik vəzifə sahiblərinin 
məsuliyyətsizliyi  kiçik  bəlalar  törədir,  böyük  vəzifə 
sahiblərinin  öz  işinə  laqeydliyi,  məsuliyyətsizliyi  isə  böyük 
bəlalara səbəb olur. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Bir meşədə sifarişlə çaqqalı, 
Seçdilər heyvanların ağsaqqalı.  
Aslan, pələng, fil hünəri atdılar, 
Cəsarəti bu çaqqala satdılar. 
Qurd quzunu, şir əliyi mələtdi
Tülkü xoruz, toyuqları lənətdi. 
Tula çəkildikcə başa kefi saz, 
Hər tikəni xoşlamadı, etdi naz, 
Xar bülbülü açıq-saçıq dağladı, 
İt kəmərin at yalından bağladı. 
Rüşvət artdı, itdi sənət, peşə də, 
Ağsaqqalı çaqqal olan meşədə. 
Doğurdan da belədir, kimlərinsə səhvi üzündən yaranan 
laqeydlik,  məsuliyyətsizlik  böyük  ictimai  bəlalara  səbəb 
ola  bilər.  Məsuliyyətsiz  adamların  səhvi  hər  addımbaşı 
ola bilər və yeri gələr məsuliyyətsiz adamların səhvindən 
istifadə edənlər də tapılar. Aşağıdakı təmsilə nəzər salaq. 
Ticarətçi tülküdən soruşdu qoca çaqqal, 
Çoxdandır işləyirsən bizim dükanda baqqal. 
Heyvanları qiymətdə, çəkidə aldadırsan, 
Mallarını birəbeş qiymətlərə satırsan. 
Səbəb nədir qorxmursan, müfəttişdən qaçmırsan? 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə