Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə15/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

59
mağı bacarmaqdadır. Uğrunda mübarizə apardığın məqsəd 
üçün  bir  sıra  məğlubiyyətlərə  uğrasan  da  ruhdan  düşmə. 
Məğlubiyyətlər  səni  elə  ardıcıllıqla  izləmir  ki,  müvəf­
fəqiyyətlərin də olacağına şübhə edəsən. Birinci addımda 
rastlaşdığın  məğlubiyyətlə razılaşmaq  bəlkə  də  ikinci  ad­
dımda  əldə  edəcəyin  qələbəni  qurban  vermək  deməkdir. 
Heç bir qələbə asanlıqla əldə edilmir. Asanlıqla əldə edilmiş 
qələbə  o  qədər  də  böyük  müvəffəqiyyət  deyildir.  İnsanın 
hər hansı bir məqsədə çatmaq üçün, birinci növbədə, onda 
qələbəyə inam və ruh yüksəkliyi olmalıdır. O zaman insan 
qarşısına çıxan çətinliklərdən qorxmaz və öz məqsədinə ça­
tar. Məqsəd aydınlığı, məqsəd saflığı və mübarizlik qələ­
bənin açarıdır. 
Palıd baltalandı neçə bəd əllə
Sanmayın bəd əllər qəddini əydi. 
Neçə ovçuların atdığı güllə, 
Hədəfdən yayındı, palıda dəydi. 
Kasıb komasını isitdi qışda, 
Yayda pöhrələrin qıran da oldu. 
Dəydi təsadüfən atılan daş da, 
Ömründə neçə qış-boran da oldu. 
Lakin sarsılmadı, yaşadı palıd, 
Torpaqdan güc alıb ucaldı yenə. 
Bir palıd ömrünü daşıdı palıd, 
Yaşamaq eşqinə, həyat eşqinə. 
Hər kəsin ki, qəlbində mübarizə üçün eşq və ehtiras var, 
o öz məqsədinə çatacaq. Aşağıdakı təmsilə nəzər salaq. 
Su daşanda çay balığı axıb düşdü lal gölə, 
Dedi: – Belə yaşayışa dözmərəm bir gün belə. 
Göl balığı dedi: – Dostum düzdü çətinliyin var
Mübariz ol mübarizlik bil ki, səni yaşadar. 


60
Taleyinin qərarsızlığı sənin əməllərinin qərarsızlığı de­
məkdir. Öz fikirlərində qəti ol: «Nə ət, nə balıq olmaqdan­
sa” Ya ət, ya balıq ol. Qərarsızlıq sənin özünün müəyyən 
düşüncəyə malik olmamağın deməkdir. Qərarsızlıq səni pa­
yız küləyinə bənzədər, gah bir, gah da başqa səmtə əsərsən. 
Qərarsız adamlar kimsəyə lazım olmaz və tez hörmətdən 
düşərlər. Çünki onların müəyyən bir məsələ barəsində öz 
qəti  fikirləri  olmaz.  Başqalarının  fikirlərinə  şərik  çıxmaq 
isə  ən  azı  başqalarının  hiss  və  ehtiraslarına  ortaq  olmaq 
deməkdir. İnsanın hər atdığı addım hökmən bir qərarla bağ­
lı olmalıdır. Qərarsızlıqdansa həyatda yaşamamaq yaxşıdır. 
Ona görə də hər bir tərbiyəçi, valideyn tərbiyə etdiyi şəxsdə 
səbatsızlığın və qərarsızlığın qarşısını ilkin mərhələdən al­
malıdır. Övladlarının taleyini xoşbəxt görmək istəyən kəs 
onların  maddi  təminat  mənbəyinə  çevrilməməlidir.  Öv­
ladlarınızın tərbiyəsilə ciddi məşğul olun. Övladlara qarşı 
valideynlik  borcu  öz  yerində,  bu  borcu  sədaqətlə  yerinə 
yetirmək lazımdır. 
Yetər intizarlar sona vüsalda
Şirinlikdə çatmaz vüsala bal da. 
Elə et yarının, övladlarının, 
Gözləri qalmasın ipəkdə, şalda. 
   
***
Bəzən sevinc hissi məlala dönər, 
Odunu az olan ocaq tez sönər. 
Ana ürəyini sıxaclasan da, 
Övladın eşqiylə yenə döyünər. 
Övladlarına düzgün tərbiyə verən şəxsin, gələcək həyatı 
sakit və xoş keçər. Övlad nə qədər şirin olsa da, onun pis 
əməlləri  sənin  üçün  bir  o  qədər  acıdır.  Övladın  yaxşı  işi 


61
valideynin başını uca edər, pis işi yerə soxar. Körpə vax­
tı övladlarının tərbiyəsinə yaxşı fikir verməyən kəs övladı 
böyüdükdən  sonra  öz  başına,  üzünə  döyər.  Ümumiyyətlə 
götürdükdə isə insan taleyi ilə maraqlanmaq bütün insan­
ların borcudur. Kimsələrin bəd taleyinə acımaqdansa, ona 
kömək əlini uzat, onda yaşamağa, mübarizə aparmağa yeni 
ruh  yarat.  Başqasının  halına  biganə  qalmamağı  hamı  ba­
carar, başqasına kömək əlini uzatmaq isə mərd adamların 
işidir. Ümidsiz şəxsə kömək əli uzatmaq o kəs üçün ən bö­
yük yaxşılıqdır. Özü öz əli ilə özünü bədbəxtliyə yuvarla­
yanları tamamilə insanlıqdan çıxdaş etmək olmaz. İnsan nə 
qədər pozğunluğa, əyyaşlığa yol versə belə onun qəlbində 
az da olsa körpə qəlbi kimi kövrək və təmiz hisslər vardır. 
Bu hisslərdən istifadə edib onları qıcıqlandırmaqla həmin 
şəxsdə həyata münasibətdə yeni ruh yaratmaq olar. 
Hər olan gecənin bir gündüzü var
Hər dağın zirvəsi, döşü düzü var. 
Dünyada hər şeyi bəlli sayma gəl, 
Hər canlı insanın ürək sözü var. 
Ürəyi yaratmaq eşqiylə vuran, ruh yüksəkliyiylə çalışan 
kəslər isə səadət yolçularıdırlar. 
Dünya pöhrələyən ağaca bənzər
Dünyanın qoynunda çoxları gəzər. 
Dünyanın neməti sərvəti çoxdur, 
Bacaran ömrünə xoş günlər düzər. 
İnsanlığa yaraşmayan bir hərəkətin üçün üzr istəmək in­
san olduğunu sübuta yetirmək üçün səydir. Əks təqdirdə, 
heyvandan yalnız zahiri görkəmcə fərqlənərsən. Çalış həya­


62
tında səhvlərə yol vermə. Səhv­insanın həyatla mübarizədə 
özünə  qarşı  etdiyi  xəyanətdir.  Həyatda  səhv  sahiblərinin 
həmişə başı aşağı, dili gödək olar. Ataların çox gözəl bir 
misalı var: ”Yüz ölç, bir biç”. Doğurdan da, insan görəcəyi 
hər hansı bir iş barəsində əvvəlcədən ciddi düşünməsə, o 
öz  fəaliyyətində  hökmən  yanlışlığa  yol  verəcəkdir.  Səhv 
hərəkət isə kimsələr tərəfindən yaxşı qarşılanmaz. 
Qələm gileylənirdi rezin pozandan yaman
Deyirdi o olmasa, yaşayaram firavan. 
Pozan bunu eşidib söylədi aram-aram: 
– Sən nöqsanlı yazmasan, yazdığını pozmaram. 
Həqiqətən də belədir, cəmiyyət içərisində qiymətin etdi­
yin hərəkətlə ölçülür. 
Bir işi görməmiş fikirləş düşün
Hörmətsiz olarsan səhvinlə bir gün. 
Səhvlərə yol vermə həyatında sən, 
Səhvi xəcalətdir hər insan üçün. 
   
***
Ağılsız iş üçün alarsan töhmət, 
Səhvinin qiyməti olar xəcalət. 
İndi ki, beləymiş səhvdən uzaq ol
Qazan düzlüyünlə məhəbbət, hörmət. 
Həyatında  səhvlərə  yol  verməmək  xoşbəxtliyə  doğru 
inamla addımlamaq deməkdir. Lakin nə etmək olar, səhv 
etmisənsə, heç olmasa öz səhvini başa düş və bir də tək­
rarlama. Ataların belə bir misalı var: «Uzunqulaq bir dəfə 
batdığı palçığa ikinci dəfə girməz”. İnsanda bir dəfə edilən 
səhvin ikinci dəfə təkrarlanması çox pis haldır. Edilən səhvi 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə