Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

71
Tülkü dedi: – Əzizim söylənmə nahaq yerə
Ayda filanca qədər rüşvət verirəm şirə. 
Məsuliyyətsizliyin,  laqeydliyin  böyük  ictimai  bəlaya 
çevrilməməsi üçün hər bir vətəndaşdan belə səhv sahiblərinə 
qarşı ciddi rəftar olunmaq tələb olunur. Hər bir kəs unutma­
malıdır ki, səhv edəni təmizə çıxarmağa çalışmaq, doğru­
nu ləkələmək deməkdir. Səhvliklə düzlük bir­biri ilə zidd 
olan  iki  əks  prosesdir.  Səhvi  düz  kimi  və  yaxud  da  doğ­
runu  əyri  kimi  qələmə  vermək  haqqı,  ədaləti  tapdalamaq 
deməkdir. Ona görə də hər bir şəxsdən müəyyən məsələyə 
münasibətdə  haqqın  tərəfində  olmaq  tələb  olunur.  Haqqı 
güdaza vermək oğruya yol açmaq deməkdir. Aşağıdakı bir 
təmsilə nəzər salaq. 
Köşək ali məktəbi yenicə qurtarmışdı, 
İstədiyi rayona təyinat da almışdı. 
İşləmək istəmirdi o, xırda-para işdə, 
Deyirdi: – Atam dəvə müdir olub keçmişdə. 
İndi mən də atamın tutmalıyam yerini, 
Bunu deyib ayıya köşək açdı sirrini. 
O, həm də öz dostunun gətirmişdi payını, 
Özü istədiyi tək razı saldı ayını. 
Çıxardılar işindən dərhal müdir maralı. 
Köşək onun yerini eylədi dədə malı. 
Hamı bilməlidir ki, ədalətsizlik ən ağır cinayətdir və ən 
ağır cəzaya malik olmalıdır. Səhvən atılan güllə boşa çıxa 
bilər, lakin səhvən atılan addım hökmən bir iz qoymalıdır. 
Səhvlər  insan  həyatının  tənəzzül  məqamlarıdır.  İnsanın 
həyatda tənəzzülə uğraması isə o deməkdir ki, artıq o bu 
gedişlə getsə, öz tutduğu mövqedə dönüş yaratmağa çalış­


72
masa, həyatda yaşamağa layiq deyildir. İnsanın danışığı da, 
hərəkəti də, fəaliyyəti də mənalı olmalıdır. 
Biri yoxsuldursa, qürrələnmə sən
Yüksəklər də vardır həyatda səndən. 
Əqlin, kamalınla hərəkət et ki, 
Qoy irad tutmasın sənə hər yetən. 
Ey insan, heç vaxt unutma ki, sənin səhvin sənin hör­
mətinin müəyyən hissəsinin məhvi deməkdir. Ona görə də 
həyatda ən qorxduğun şey səhv etməyin olsa, yaxşıdır. 
Namuslu və şərəfli həyat hər bir insanın başının tacıdır. 
İnsan həyatda öz namuslu əməyinə görə müsbət mövqe tu­
tar. Namuslu əməklə məşğul olanlar həyatda öz yerini düz­
gün müəyyənləşdirər və həyatından razı olarlar. Bir halda 
ki, insanın şəxsiyyəti onun namuslu əməyi ilə ölçülür, insan 
həyatda nə üçün başqa bir yol tutsun? 
Həyatın mənası yaşamaqdadır, 
Vüqarlılıq rəmzi bil ki, dağdadır. 
O kəs ki, mənliyin yüksək tutmayır, 
Miskin gülüşü də bir zəhər dadır. 
   
***
Bəllidir fəsillər baharsız olmaz, 
Məhəbbət aşiqi nigarsız olmaz. 
Mübariz, mətinlik səninlədirsə, 
Keçirdiyin günlər yararsız olmaz. 
Namuslu və şərəfli həyat sürmək qadına, kişiyə baxmır, 
insanın  şəxsiyyətinin  cəmiyyətə  faydası  ilə  ölçülür.  Na­
mussuz həyat isə insan üçün ləkə deməkdir. Aşağıdakı bir 
təmsilə nəzər salaq. 


73
Tülkü tövbə edirdi, yetişmişdi qocalıq, 
Deyirdi keçəydi kaş günahlarımdan xaliq. 
Söylənirdi sanmayın keçmişi unutmuşam
Toyuq, cücə sarıdan çox günah iş tutmuşam. 
Bir zaman da özümü ticarətə atmışam, 
Piyvə, südü demirəm, suya da su qatmışam. 
İndi tövbə edirəm, keç günahımdan xaliq, 
Məni də tora saldın ax əlindən qocalıq. 
Lakin o unutmuşdu, namussuz keçən həyat
Şərəfsiz bir ölümlə üzləşəcək nəhayət. 
Namuslu insan çörəyi daşdan çıxarmağı bacarar. 
Əl açıb dilənmək yaraşarmı şənə, 
Bacarsan torpaq da yaqutdur sənə. 
Ey  insan,  çətinliklərdən  qorxma,  yolun  şərəflisə,  haqq 
tə rəfin olacaq. Öz çörəyini halal zəhmətinlə qazan. 
Zəhmətə qatlaşmaq deyildir eyib, 
Kim haqqın səsinə yalandır deyib. 
Halal zəhmət ilə qazanılmayan, 
Çörəyi kim dadla, ləzzətlə yeyib. 
Doğurdan  da,  halal  zəhmət  ilə  qazanılan  çörək  qədər 
dadlı  nemət  yoxdur.  Zəhmətkeş  və  namuslu  insan  ailə 
səadətini də, xoşbəxtliyi də, nemətlər bolluğunu da həyatdan 
həmişə özü qazanar. Namus və şərəf yalnız daxili saflığın 
nəticəsində yarana bilər. Daxilən saflığın əzəli mənbəyi isə 
ilkin tərbiyə ilə bağlıdır. Müsbət tərbiyənin son nəticəsi na­
muslu və şərəfli həyat demıkdir. 
Həyatda şərəfsiz, qeyrətsiz olma
Namussuz gözələ meylini salma. 


74
Namusa toxunan şeyə qarşı çıx, 
Hətta həyatını eyninə alma. 
  
***
Ailə içində nüfuzlu ol sən, 
Hər deyilən sözdən payını al sən, 
İstəsən əgər ki, xoşbəxt olasan, 
Sevdiyin kəslərin qeydinə qal sən. 
Xəyanətkarlıq,  dosta,  yoldaşa  etibarsızlıq,  ikiüzlülük, 
yal taqlıq, yalançılıq hamısı bir yerdə namussuzluq və şərəf­
sizlik deməkdir. İnsan bu mənfiliklərdən nə qədər uzaq olsa 
cəmiyyət icində, ailə yanında bir o qədər hörmətli olar. Əsil 
insan  çalışmalıdır  ki,  öz  namus  və  şərəfini  dünya  malına 
satmasın. Çünki namus və şərəfin əldə olunub qorunması 
çətin, itirilməsi asandır. İnsan həmişə öz vüqarını qorumalı, 
heç kəsin qarşısında alçalmamalıdır. 
Namusun qeyrətin satar şöhrətə, 
Elə bir ləkədir adı yaltağın. 
Heç vaxt tərəf çıxmaz, o həqiqətə
Birdir dost, tanışı, yadı yaltağın. 
    
***
Böyüklər önündə belini əyər, 
Hər kəlmə başında baş üstə deyər. 
Bacarsa hamının işini əyər, 
Yoxdur düz ilqarı, andı yaltağın. 
   
***
Haqq əzab çəkəndə vicdanı susar, 
Doğru danışana hey tələ qurar. 
Əhdi-peymanını o, tez unudar
Əzəldən qırıqdır zatı yaltağın. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə