ƏLİxan musayev


Üçüncü fəsil: «Qədr gecəsi»



Yüklə 0,97 Mb.
səhifə8/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Üçüncü fəsil: «Qədr gecəsi»
211. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Bir dəstə kişi Qədr gecəsinin Ramazan ayının axır yeddi gecəyə təsadüf olunduğunu röyalarında gördülər. Peyğəmbər (s.ə.s) onlara dedi: "Röyalarınızın bir-birinə müvafiq olduğu artıq mənə bəllidir. Elə isə axır yeddi gecədə onəu tapmaq üçün səy göstərin"» (əl-Buxari, 2015; Müslim, 2753).
212. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Ramazanın axır on gününün tək günlərində Qədr gecəsini tapmaq üçün səy göstərin!"» (əl-Buxari, 2017; Müslim, 2755, 2759).
211-ci və 212-ci hədislərdən çıxarılan nəticələr:

– Qədr gecəsinin fəziləti. Bu gecədə bir çox hadisələr baş verir ki, bu da onun üstünlüyünə dəlalət edir. Belə ki, Quranın bu gecədə nazil olması, həmçinin mələklərin də hər il bu gecədə nazil olması və bir illik qədərin yazılması da buna misaldır.

– Bu gecələrdə ibadətləri artırmaq (xüsusən də Quran oxumaq) müs­təhəbdir;

– Allah tərəfindən olan röyanın həqiqət olması.


213. Əbu səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Ramazan ayının orta on gününü1 (məsciddə) etikaf2 edərdi. Bir dəfə o, Ramazan ayının iyirmi birinci gecəsində – yəni səhərisi etikafdan çıxdığı gecə dedi: "Mənimlə etikaf edənlər axır on günü də etikaf etsinlər! Artıq o gecə mənə göstərildi, sonra isə unutduruldu (yadımdan çıxdı). O gecənin səhəri su və gil üzərinə səcdə etdiyimi gördüm. Elə isə o gecəni, (Ramazan ayının) axır on gününün tək günlərində tapmağa səy göstərin".

Əbu Səid (r.a) deyir ki: «O gecə bərk yağış yağdı. Məscid ağac, küləş və şaxdan tikildiyi üçün yağış suyu onun içərisinə daxil oldu. O gecənin səhəri, mən Peyğəmbərin (s.ə.s) alnının suya və palçığa batdığını öz gözümlə gördüm» (əl-Buxari, 2016; Müslim, 2761).


213-cü hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) Ramazan ayının orta on gününü etikaf etməsi yalnız ona görə idi ki, o, Qədr gecəsinin axır on günə təsadüf olunduğundan xəbərsiz idi;

– Qədr gecəsinin tək sayda olan gecələrə təsadüf etməsi;

– Peyğəmbərin (s.ə.s) röyalarının həqiqət olması;

– Peyğəmbər (s.ə.s) məscidinin vəsf olunması.

Dördüncü fəsil: «Etikaf»
214. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) vəfat edənə qədər Ramazan ayının axır on günlərini etikaf edərdi. Onun vəfatından sonra isə zövcələri etikaf edərdilər» (əl-Buxari, 2026; Müslim, 2776).

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) Ramazan aylarında etikaf edərdi. O, hər dəfə sübh namazını qılar, sonra da etikaf etdiyi yerə gedərdi» (əl-Buxari, 2041).


214-cü hədisdən çıxarılan nəticələr:

– Etikafın Peyğəmbərin (s.ə.s) sünnəsindən olması;

– Etikafın dünya və axirətdə olan səmərəsi;

– Etikafı ramazan ayının axır on günündə etməyin əfzəl olması;

– Qadınlara etikaf etməyin caiz olması;

– Sübh namazından sonra etikaf olunan yerdə olmaq;

– Etikaf üçün müəyyən bir yer tutmağın caiz olması;

– Etikafda olan müddətdə cinsi əlaqəyə girməyin qadağan olması. Habelə, səbəbsiz məsciddən çıxmaq və dünyəvi işlərlə məşğul olmaq da buna aiddir.


215. Aişə (r.a) rəvayət edir ki, «O, heyzli olduğu halda Peyğəmbərin (s.ə.s) saçını darayardı. O anda Peyğəmbər (s.ə.s) məsciddə etikafda olduğu üçün başını Aişənin (r.a) komasına tərəf uzadardı» (əl-Buxari, 2028; Müslim, 684).

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) ehtiyacı olmadan səbəbsiz yerə (etikafdan çıxıb) evə daxil olmazdı» (əl-Buxari, 2029; Müslim, 683).

Başqa bir rəvayətdə Aişə (r.a) deyir ki, "Həqiqətən mən yalnız ehtiyacım olduqda evə daxil olardım. Hətta evdə olan xəstəyə belə ayaqüstü baş çəkərdim» (Müslim, 683).
215-ci hədisdən çıxarılan nəticələr:

– Etikafda olan müddətdə saça qulluq etməyin caiz olması;

– Heyzli qadınla ünsiyyətdə olmağın caiz olması;

– Etikafın yalnız məsciddə icra olunması;

– Yalnız ehtiyac üzündən məsciddən çıxmağın caiz olması;

– Bədənin bir hissəsini məsciddən bayıra çıxarmaq isə buna aid deyil;

– Heyzli qadının məscidə daxil olmaması;

– Ehtiyac üzündən məsciddən çıxanın tez bir zamanda qayıtması;

– Etikafda olan müddətdə qadına şəhvət hissi olmadan toxunmağın caiz olması.

216. Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, «Mən cahillik dövründə Məscidülhəramda bir gecə etikafda olmağı nəzir etmişəm» – deyə nə edəcəyimi Peyğəmbərdən (s.ə.s) soruşduqda, o (s.ə.s) dedi: «Nəzirini yerinə yetir!» (əl-Buxari, 2043; Müslim, 4268).


216-cı hədisdən çıxarılan nəticələr:

– İslamı qəbul etdikdən sonra belə nəzirin yerinə yetirilməsinin vacib olması;

– Etikaf etmək müstəhəbdir, lakin nəzir olunduqda vacib hökmündə olur.
217. Səfiyyə bint Huyey (r.a) rəvayət edir ki, «Bir gecə Peyğəmbər (s.ə.s) etikafda olduğu vaxt onu ziyarət etdim. Bir müddət onunla söhbət etdim. Sonra qalxıb evə qayıtmaq istədikdə o da mənimlə (məni ötürmək üçün) qalxdı. Ummu Sələmənin (r.a) qapısının önünə çatdıqda ənsarlardan olan iki kişi salam verib bizim yanımızdan keçdi. Peyğəmbər (s.ə.s) onlara: "Dayanın! Bu Səfiyyə bint Hüyeydir" deyə müraciət etdikdə, onlar təəccüblə: "Sübhanəllah, ya rəsulullah!" – deyə cavab verdilər. Peyğəmbər (s.ə.s) onlara dedi: "Həqiqətən, şeytan Adəm övladının qan damarına belə daxil olur. Belə ki, qəlbinizə şər (şəkk-şübhə, pis fikir) salmağından qorxdum"» (əl-Buxari, 2035).

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) Ramazanın axır on gününü etikaf etdikdə Səfiyyə (r.a) onu ziyarət etdi…»


217-ci hədisdən çıxarılan nəticələr:

– Ramazan ayının axır on gününü etikaf etməyin əfzəl olması;

– Etikafda məsləhət üçün bir müddət söhbət etməyin caiz olması;

– Lətafətli və gözəl əxlaqlı olmaq;

Alicənab olmaq;

– İttiham olunmaqdan qorunmaq;

– Şeytanın daima insanla olması;

– Hakimin mühakimə olunana hökmün məğzini bəyan etməsi;

– Etikaf edənə zövcəsi ilə təkliyə çəkilib söhbət etməyin caiz olması.

Xülasə
Təzə ayın görünməsi ilə orucluğun başlanması və bitməsi.

Orucun ərkanları:

– Oruc tutmaq üçün niyyət etmək;

– Dan yeri ağarandan gün batana qədər qadağan olunmuş şeylərdən (yemək, içmək, cinsi əlaqə və s.) çəkinmək.


Oruc hər bir həddi-büluğa çatmış, ağlı başında olan və taqəti çatan müsəlmana vacibdir.

Müsafir və xəstələr müstəsnadır.

Hamilə və süd verən qadınlar da müstəsnadır.

Heyz və nifas halında oruc tutmaq isə haramdır.


Oruc zamanı bəyənilən əməllər:

– Səhur (dan yeri ağarmamışdan əvvəlki yeyib-içmək);

– Səhuru təxirə salmaq (dan yeri ağarana yaxın etmək);

– İftarı tezləşdirmək;

– Xurma və ya su ilə iftar etmək;

– İftardan öncə dua etmək;

– Söyüş söyənə, təhqir edənə məhəl qoymamaq;

– Dişləri misvakla təmizləmək;

– Çoxlu Quran oxumaq;

– Ramazanın axır on gününü etikaf etmək;

– Bu günlərdə ibadəti artırmaq;

– Oruc tutanlara iftar yeməyi vermək.


Orucu batil edən amillər:

Qəsdən qusmaq;

– Qəsdlə yemək, içmək və cinsi əlaqədə olmaq;

– Dərman içmək və ya qidalandırıcı iynələrdən (qlükoza və s.) istifadə etmək;

– Heyz və nifas halına düşmək;

– Qəsdlə məni ifraz etmək. Yuxuda və xəstəlik nəticəsində ifraz olunan məni isə müstəsnadır.




BƏ’Zİ ƏRƏB SÖZLƏRİNİN İZAHI
Abid – İbadət edən şəxs.

Vadi – Dərə.

Qiblə – Müqəddəs Kə’bəyə olan istiqamət.

Dəccal – Qiyamətə yaxın Allahlıq və ya peyğəmbərlik iddiasında olan yalançı məsih.

Ənsar – Peyğəmbərin (s.ə.s) zamanında yaşayan və dini uğrunda öz yerlərindən hicrət edənləri qəbul edən Mədinə şəhərinin sakinləri.

Əcr – Savab.

Zahid – Tərkidünya

Zəkat – Lüğəti mə’nası: artmaq, çoxalmaq.

İstilahi mə’nası: tə’yin olunmuş miqdara çatmış, mə’lum olan vaxtda (ilin tamamında və ya məhsul yığımı zamanı) səkkiz sinif insanlar üçün ayrılan mal.

İstilah – Sözün şəriət baxımından şərhi.

İstihazə – Qadından adəti üzrə hər ayın müəyyən günlərində gələn qandan əlavə günlərdə gələn qan.

Yə’cuc və Mə’cuc – Qiyamətə yaxın bir vaxtda peyda olan iki tayfanın adıdır.

Kə’bə – Məkkə şəhərində yerləşən Allahın müqəddəs evi.

Künyə – Ad və ləqəbdən başqa hər hansı şəxsə verilən xüsusi əlamət.

Mədinə – Peyğəmbərin (s.ə.s) şəhəri.

Məzlum – Zülm olunan.

Moizə – Çıxış etmək, mühazirə söyləmək.

Mütaliə – oxumaq.

Namaz – Lüğəti mə’nası: dua.

İstilahi mə’nası: Təkbirlə (Allahu Əkbər deməklə) başlayıb təslimlə (salam verməklə) bitən, xüsusi kəlmələrdən və hərəkətlər­dən ibarət olan ibadət.

Oruc – Lüğəti mə’nası: pəhriz (nəfsi saxlamaq).

İstilahi mə’nası: Dan yeri ağarandan gün batana qədər qadağan olmuş şeylərdən (yemək, içmək, cinsi əlaqədə olmaq və s.) çəkinmək.

Pollüsiya – Yuxuda olarkən məni (sperma) ifraz etmək.

Səhabə – Peyğəmbər (s.ə.s) ilə sağlığında görüşmüş, ona iman gətirmiş və mö’min olaraq vəfat etmiş şəxs.

Tabiin – Səhabə ilə sağlığında görüşmüş, islamı qəbul etmiş və mö’min olaraq vəfat etmiş şəxs.

Təqlid – Yamsılama, oxşatma, bənzətmə.

Təharət – Təmizlənmək, paklanmaq.

Təşəhhüd – Namazın ikinci və sonuncu rükətlərində oturaq vəziy­yətdə oxunan dua.

Titul – Fəxri ad.

Ümrə – İbadət məqsədilə istənilən vaxt müqəddəs Kə’bəni ziyarət etmək.

Fardul-ayn – Namaz, oruc və b. kimi hər bir müsəlman şəxsin üzərinə düşən vacib əməl

Fardul-kifayə – Bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əməl.

Fəth – Zəfər, qələbə, açılış.

Həcc – İbadət məqsədilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək.


M Ü N D Ə R İ C A T
Tərcüməçinin ön sözü 5

Müqəddimə 8

Əl-Buxarinin tərcümeyi-halı 9

Müslimin tərcümeyi-halı 12


BİRİNCİ BÖLMƏ: TƏHARƏT 14

Birinci fəsil: «Ayaqyoluna daxil olmaq və təmizlənmək» 20

İkinci fəsil: «Dişlərin misvakla təmizlənməsi» 24

Üçüncü fəsil: «Xuffun üzərinə məshin çəkilməsi» 26

Dördüncü fəsil: «Məzi və s. haqqında» 27

Beşinci fəsil: «Cənabət qüslü» 29

Altıncı fəsil: «Təyəmmüm» 33

Yeddinci fəsil: «Heyz» 35

Xülasə 37
İKİNCİ BÖLMƏ: NAMAZ 41

Birinci fəsil: «Namazın vaxtları» 41

İkinci fəsil: «Camaat namazının fəziləti və onun vacib olması» 47

Üçüncü fəsil: «Azan» 49

Dördüncü fəsil: «Qibləyə tərəf yönəlmək» 52

Beşinci fəsil: «Səflər» 54

Altıncı fəsil: «İmamlıq» 56

Yeddinci fəsil: «Peyğəmbərin (s.ə.s) namazı» 59

Səkkizinci fəsil: «Rüku və səcdə zamanı olan arxayınçılığın vacibliyi» 65

Doqquzuncu fəsil: «Namazda mütaliə» 67

Onuncu fəsil: «"Bismilləhir-rahmənir-rahim"i səslə oxumamaq» 69

On birinci fəsil: «Səhv səcdəsi» 70

On ikinci fəsil: «Namaz qılanın önündən keçmək» 71

On üçüncü fəsil: «Ümumilik» 73

On dördüncü fəsil: «Təşəhhüd» 77

On beşinci fəsil: «Vitr namazı» 81

On altıncı fəsil: «Namazdan sonra oxunan zikrlər» 82

On yeddinci fəsil: «Səfərdə iki namazı cəm etmək» 85

On səkkizinci fəsil: «Səfərdə namazı qısaltmaq» 85

On doqquzuncu fəsil: «Cümə» 86

İyirminci fəsil: «İki bayram» 89

İyirmi birinci fəsil: «Kusuf namazı» 92

İyirmi ikinci fəsil: «İstisqa namazı» 95

İyirmi üçüncü fəsil: «Qorxu namazı» 97

İyirmi dördüncü fəsil: «Cənazələr» 98

Xülasə 105


ÜÇÜNCÜ BÖLMƏ: ZƏKAT 108

Fitrə zəkatı 112

Xülasə 113
DÖRDÜNCÜ BÖLMƏ: ORUC 117

Birinci fəsil: «Səfərdə tutulan oruc» 119

İkinci fəsil: «Ən fəzilətli oruclar» 123

Üçüncü fəsil: «Qədr gecəsi» 126

Dördüncü fəsil: «Etikaf» 128

Xülasə 129


Bəzi ərəb sözlərinin izahı 131


1 Əbu Hənifə, Malik ibn Ənəs, Məhəmməd ibn İdris əş-Şafii, Əhməd ibn Hənbəl və başqaları.

1 Quran və hədislərə əsaslanaraq bir çox şəriət hökmlərindən anlayışı olan şəxs.

2 Fardu-l-kifayə: bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir.

1 Məlumatlar «Səhihu-l-Buxari»nin şərhinin müqəddiməsindən götürül­müşdür.

1 Hədisin mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən kəslərin) silsiləsinin araşdırılması.

2 Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə biləcək amillərin araş­dırılması.

1 Məlumatlar «Səhih Müslim»in şərhinin müqəddiməsindən götürül­müşdür.

1 Xətib əl-Bağdadi «Tarixu-l-Bağdad» əsərində (4-cü cild, 186-cı səhifə) bu tələbənin Əhməd ibn Sələmə ən-Nisaburi olduğunu qeyd etmişdir.

1 Günah və ya savab qazanır.

2 Onun savabını Allah verir.

3 İstədiyinə yalnız bu dünyada nail olur.

1 Uca Allah buyurur: «Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri möminlərin anasıdır» («əl-Əhzab», 6).

2 Cinsi əlaqədən və ya hər hansı yolla məni ifraz edilməsindən sonrakı hal.

1 Yeddi dəfədən birini torpaqla yumaq.

2 Yeddi dəfədən birində torpaqla suyu qarışdırmaqla yumaq.

3 Dirsəklər daxil olmaq şərtilə.

4 Topuqlar daxil olmaq şərtilə.

5 Namaza aid olmayan işlər və s.

1 Tasa oxşar qab.

2 Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır.

3 Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır.

4 Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır.

1 Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır.

2 Maili qeyd olunmuş cümlə Əbu Hüreyrənin (r.a) əlavəsidir.

3 Çiyinə yaxın.

4 Dizə yaxın.

5 Maili qeyd olunmuş cümlə Əbu Hüreyrənin (r.a) əlavəsidir.

1 Cənnət, Cəhənnəm, mələklər və s.

2 Erkək və dişi cinlər.

3 Günahlardan.

4 Yəni, yan tərəf qibləyə yönəlməlidir.

5 Tualet.

1 Yəni cənub və şimal istiqamətində yaşayanlar. Lakin şərq və qərb istiqamə­tində yaşayanlar şimal və cənub tərəfə yönəlməlidirlər.

2 Ömərin (r.a) qızı və Peyğəmbərin (s.ə.s) həyat yoldaşıdır.

1 Dəridən hazırlanmış kiçik su qabında.

2 Nəcisdən təmizləndikdə.

3 Su, yemək və s. ərzağın saxlandığı qab.

1 Fitnə-fəsad yaymaq üçün birinin sözünü o birisinə demək.

2 Bu, yalnız Peyğəmbərə (s.ə.s) xas olan əməldir.

1 Xüsusi bitki olub, dişləri təmizləmək üçün istifadə olunur.

1 Qusmaq istəyənin çıxardığı səs kimi səs çıxarmaq.

2 Yalnız oruc tutan şəxsə misvakdan uzun müddət istifadə etmək – mübaliğə etmək – caiz deyildir.

3 Dəridən hazırlanmış ayaq geyimi.

1 Şəhvət nəticəsində cinsiyyət üzvündən çıxan ağ rəngli, duru maye.

2 Yəni, ondan yel çıxdığını zənn etməklə namazdan yayınan.

1 Səhrada yaşayan (köçəri) ərəb.

1 Sünnətdəndir.

2 Cinsi əlaqədən və ya hər hansı yolla məni ifraz edilməsindən sonrakı hal.

1 Barmaqlarını saçlarının arasına daxil etməklə.

2 Əlbaninin «Ədəbu-z-zifaf» («Evlənmə ədəbləri») əsəri, səh.37.

3 Əlbaninin «Zəif hədislər silsiləsi» əsəri, 1/351, 195-ci hədis.

1 Yuxuda olarkən məni ifraz etmək.

2 Sperma.

1 Onunla cinsi əlaqədə olmaq.

1 Yə‘ni, dörd ovuc.

2 Məhəmməd ibn Əli (r.a).

3 Torpaqla təmizlənmək.

1 Uca Allah buyurmuşdur: «Su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün» («əl-Maidə» surəsi, 6).

2 İbadət yeri olması.

3 Cihadda əldə edilən mal.

4 Böyük şəfaət.

1 Murdar olan yerlər, qəbiristanlıq və qəsb edilmiş məkan.

2 Qadından hər ayın müəyyən günlərində gələn qan.

3 Adəti üzrə gələn qandan çox (əlavə günlərdə) gələn qan.

4 Ummu Həbibə bint Cəhş.

1 Cinsi əlaqədən sonra.

2 Yalnız cinsi orqan.

3 Cinsi əlaqədən başqa hər şey (öpmək, qucaqlamaq və s.).

4 Arxa dəlikdən cinsi əlaqədə olmaq.

5 Hərura: Kufədən iki mil aralıda yerləşən şəhərdir. Burada Aişə (r.a) xaricilərin qolundan olan cərəyanı nəzərdə tutur.

1 Yuxuda məninin ifraz olması.

1 Adı: Səd ibn İyəs.

2 Sübh namazı.

1 Adı: Səyyar ibn Sələmə.

2 Zöhr namazının adıdır.

3 Maili qeyd olunmuş cümlə Əbu-l-Minfəlin sözüdür.

1 Xəndək döyüşündə.

2 Əsr namazı.

3 Hökmünü ləğv etmişdir.

1 Yəni, İşa namazı.

1 Sidik və nəcis.

2 Qadağan.

3 Abdul-Ğani əl-Məqdisi.

1 Tabiindir. (Peyğəmbəri (s.ə.s) görməyib və ondan hədis eşitməyibdir).

2 Yəni hökmdən düşmüş.

3 Məkkədə yaşayan qəbilənin adıdır.

4 Mədinə şəhərindəki vadinin (dərə) adıdır.

1 Savab.

2 Yəni, savabı eynidir.

1 Onların evlərini.

2 Bilal ibn Abdullah ibn Ömər ibni-l-Xəttab.

1 Xüsusi kəlmələrlə namazın vaxtının daxil olmasını elan etmək.

1 Namaza durduqda oxunan xüsusi kəlmələr.

2 Namaz qılanın önünə qoyduğu səd.

3 Səfərdə olduğu üçün belə etdi.

1 Müəzzin – azan verən.

1 Burada tövhid – lə iləhə illəllah, Muhəmmədən rəsulullah – nəzərdə tutulur.

2 Sübh, zöhr, əsr, məğrib və işa.

1 Mədinə şəhərində bina edilən ilk məscid.

2 «Əl-Bəqərə» surəsinin 144-cü ayəsi.

3 İraqın qərbində yerləşən şəhər.

1 Cərgələr.

2 Yəni cərgələrdə boş yer qoymurlar.

3 Püşk atmaq üçün taxtadan düzəldilmiş oxlar.

1 Adı: Damiradır. O, Hüseyn ibn Abdullahın babasıdır.

1 Yə‘ni, «Allahu əkbər» demək.

2 Allah Ona həmd edəni eşitdi.

3 Ey Rəbbimiz! Həmd yalnız Sənədir.

1 Günçıxan.

2 Günbatan.

3 Təşəhhüddə salavata qədər oxunan dua.

4 Ayaqları yana çəkib arxanı yerə vurmaq.

5 Səcdə etdikdə dirsəkləri yerə qoymaq.

1 «Allahu əkbər» demək.

1 Bu, ravilərdən birinin etdiyi şəkdir.

2 Ayaq üstə Fatihə və s. surələrin oxunduğu hal.

1 Adı: Abdullah ibn Zeyd əl-Cərmi əl-Bəsri.

2 Əbu Yezid Amr ibn Sələmə əl-Cərmi.

1 Bu ləqəblə məşhurdur.

2 Adı: Səid ibn Yezid.

1 Səcdə zamanı dirsəkləri yerə qoymaq.

1 Tərcüməsi: Bütün həmdlər yalnız aləmlərin Rəbbi Allah üçündür!

1 Tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığınıram!

2 Günəş zeniti keçdikdən sonra gün batana qədər olan vaxtda qılınan namaz (zöhr və ya əsr).

1 Adı: Abdullah ibnu-l-Haris ibnu-s-Simmə.

2 Adı: Haşim ibnu-l-Qasim əl-Leysi əl-Xorasani.

3 Məkkə yaxınlığında olan vadinin adıdır.

1 Yəni, bir neçə mövzu ilə bağlı şəriət məsələlərinin bir fəsil (ünvan) altında dərc olunması.

2 Adı: əl-Haris ibn Rabi.

1 Uca Allah buyurur: «O, kefi istəyəni havadan danışmır. O, ancaq Allah tərəfindən nazil olan bir vəhydir» («ən-Nəcm» surəsi, 3-4).

1 «Ta ha» surəsi, 14-cü ayə.

1 Namazın sonunda oxunan dua.

1 Mənası: keçmiş nəsil deməkdir. Burada Peyğəmbər (s.ə.s), onun əhli-beyti, səhabələr və onların ardınca gedənlər nəzərdə tutulur.

1 İsanın Qiyamətdən əvvəl nazil olmasına iki ayə dəlalət edir:

«Şübhəsiz ki, o (İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir» (əz-Zuxruf, 61);



«Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin» (ən-Nisa, 159).

1 Gecə qılınan təkrükətli namaz.

1 «Teysiru-l-alləm», 1/282.

1 Əbu Səid əs-Səqafi.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə