ƏLİxan musayev



Yüklə 0,97 Mb.
səhifə7/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Dəvələrin sayı 121 və ondan çox olarsa hər 40 dəvəyə 1 ədəd 2 illik dişi dəvə və hər 50 dəvəyə 1 ədəd 3 illik dişi dəvə zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (r.a) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur1.


Öküz (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)

Sayı


Çıxarılan zəkatın miqdarı







30 maldan

1 ədəd 1 illik dişi və ya erkək mal

40 maldan

1 ədəd 2 illik dişi mal

50 maldan

1 ədəd 2 illik dişi mal

Malın sayı 60 və ya ondan çox olarsa, hər 30 maldan 1 ədəd 1 illik dişi və ya erkək və hər 40 maldan 1 ədəd 2 illik dişi mal zəkat verilir. Bu bölüm Müaz ibn Cəbəlin (r.a) rəvayət etdiyi hədisdə2 qeyd olunmuşdur.

Onluqların (30, 40, 50 və s.) arasındakı saylara (32, 35, 46 və s. kimi) zəkat düşmür.
Qoç (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)

Sayı


Çıxarılan zəkatın miqdarı







40-dan 120-yə qədər

1 qoç

121-dən 200-ə qədər

2 qoç

201-dən 300-ə qədər

3 qoç

Qoyunların sayı 300 keçərsə, hər yüz qoyuna bir ədəd qoç zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (r.a) rəvayət etdiyi hədisdə1 qeyd olunmuşdur.

Qeyd: a) zəkat verilən heyvanın eybi olmamalıdır; b) yalnız otarılan heyvanlardan yuxarıdakı bölümdə zəkat çıxarılır.
Bitkilərin zəkatı:

Bitkinin növü


Çıxarılan zəkatın miqdarı







Yağış, çay və s. təbii sularla özba­şına sulanan bitkilər

Yığılan məhsulun ondan bir his­səsi

Sahibi tərəfindən (onun əziyyəti ilə) sulanan bitkilər

Yığılan məhsulun ondan bir his­səsinin yarısı

612 kq və ondan artıq miqdarda olan bitkilərdən zəkat verilir. Bundan az miqdarda olduqda isə zəkat düşmür.

Bu bölüm Abdullah ibn Ömər (r.a) və Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdikləri hədislərdə2 qeyd olunmuşdur.

Qeyd: tərəvəz və saxlanılması mümkün olmayan meyvələrdən zəkat verilmir.


Qızıl və gümüşün zəkatı:


Miqdarı

Çıxarılan zəkat







20 misqal (85 qram) və daha çox qızıla

Ümumi miqdarın ondan birinin dörddən bir hissəsi, yəni 2.5%

200 dirhəm (595 qram) və daha çox gümüşə

Ümumi miqdarın ondan birinin dörddən bir hissəsi, yəni 2.5%

Bundan az miqdarda olan gümüş və qızıla zəkat düşmür.

Bu bölüm Əli ibn Əbu Talibin (r.a) və Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdiyi hədislərdə1 qeyd olunmuşdur.
Qeyd: Bir çox alimlər ümumi dəlillərə əsaslanaraq ticarət malından zəkat verməyi vacib hesab edirlər. Belə ki, ticarət malı qızıl və gümüş kimi bir ilin tamamında malın ümumi dəyərinin onda birinin 1/4 hissəsi zəkat verilir. Onların əsaslandığı dəlillərin bir qismi bunlardır:

1) Uca Allah buyurur:




«Mallarında da dilənçinin və yoxsulun haqqı var» («əz-Zariyat» surəsi, 19).

2) Abdullah ibn Abbasın hədisi. (176-cı hədisə bax).

3) Qiyas. Belə ki, ticarət malını satıb əldə edilən pul qızıl və gümüş pula müqayisə olunur.


DÖRDÜNCÜ BÖLMƏ: ORUC

184. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Ramazan ayından bir və ya iki gün əvvəl (o günləri xüsusiləşdirib) oruc tutmayın! Lakin, adəti üzrə bu günlərdə oruc tutan şəxs orucunu tutsun» (əl-Buxari, 1914; Müslim, 2514).


184-cü hədisdən çıxarılan nəticələr:

– Ramazan ayından bir və ya iki gün əvvəl o günü xüsusiləşdirərək oruc tutmağın qadağan olunması;

– Hər hansı səbəbə görə bu günlərdə oruc tutmağın caiz olması.
185. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: "Ramazan ayını (hilalı) gördüyünüz zaman oruc tutun! Şaban ayını (hilalı) gördüyünüz zaman isə orucu tərk edin! Ramazan ayının başlanması sizə bəyan olmadığı halda isə Şaban ayının günlərini tamamlayın"» (əl-Buxari, 1906; Müslim, 2496).

Şərh: Qəməri təvimlə aylarda olan günlərin sayı 29 və ya 30 gündür. Belə ki, Şaban ayının 29-u Ramazan ayının başlanması bəyan olmamışsa, bu ay otuz gündən hesablanır və o gün oruc tutulmur.


185-ci hədisdən çıxarılan nəticələr:

– Ramazan ayının başlanması və bitməsi təzə ayın (hilalın) görün­məsi ilə əlaqəlidir;

– Ramazan ayının başlanması və bitməsi bəyan olmadığı halda, bit­məsi gözlənilən ayın 30-cu gününü tamamlamaq lazımdır.
186. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Dan yeri ağarana yaxın (səhur vaxtı) orucunuzu açın! Həqiqətən bu vaxt açılan orucun bərəkəti var"» (əl-Buxari, 1923; Müslim, 2544).
186-cı hədisdən çıxarılan nəticələr:

– Dan yeri ağarana yaxın oruc açmağın müstəhəb olması;

– Peyğəmbərin (s.ə.s) əmrini yerinə yetirməklə savab qazanmaq;

– Dan yeri ağarana yaxın qidalanmağın, həmçinin də bu vaxtın bərəkətli olması.


187. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Zeyd ibn Sabit (r.a) dedi: "Biz Peyğəmbərlə (s.ə.s) birlikdə dan yeri ağaranda orucumuzu açıb sonra isə namaz qıldıq". Ənəs (r.a) deyir ki, mən Zeyddən (r.a): "Azanla yeməyiniz (səhur) arasında olan vaxt nə qədər idi?" – deyə soruşduqda, o dedi: "Əlli ayə miqdarında"» (əl-Buxari, 1921; Müslim, 2547).
187-ci hədisdən çıxarılan nəticələr:

– Dan yeri ağarana yaxın səhur etməyin fəzilətli olması;

– Sübh namazının əvvəl vaxtında qılınması.
188. Aişə (r.a) və Ummu Sələmə (r.a) rəvayət edirlər ki, «Peyğəmbər (s.ə.s) Fəcr namazından əvvəl cinsi əlaqədə olar, sonra isə qüsl edib orucunu tutardı» (əl-Buxari, 1930; Müslim, 2584).
188-ci hədisdən çıxarılan nəticələr:

– Cənabət halında tutulan oruc məqbuldur;

– Həmçinin pollüsiya halında tutulan oruc da məqbuldur;

– Bu məsələdə vacib və nafilə orucları arasında heç bir fərq yoxdur;

– Peyğəmbərin (s.ə.s) zövcələrinin islam ümmətinə qarşı qayğıkeş olmaları.
189. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Oruc tutan şəxs unudub yemək yeyərsə və ya su içərsə, orucunu tamamlasın. Çünki onu yedirib-içirən Allahdır"» (əl-Buxari, 1933; Müslim, 2709).
189-cu hədisdən çıxarılan nəticələr:

– Oruc tutulan müddətdə unudaraq yemək və ya içmək orucu batil etmir. Həmçinin icmanın rəyinə görə, unudaraq cinsi əlaqədə olmaq belə, orucu batil etmir. Bu rəyi dəstəkləyənlər ümumi dəlillərə əsaslanırlar. Əbu Sələmədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Ramazan ayında unudub orucunu pozan şəxsə nə qəza etmək, nə də kəffarə (cərimə) vermək lazım gəlmir» (İbn Hibban, 906-cı hədis; əl-Hakim, 1/430 – hədis Müslimin şərtinə görə səhihdir. Bax: «İrvau-l-Ğalil», 4/87).

– Oruc tutan şəxs bunları (yemək, içmək və s.) öz ixtiyarı ilə etmədiyi üçün buraxdığı səhvə görə heç bir günah qazanmır;

– «Onu yedirib-içirən Allahdır» – yəni bu iş Allahın yazdığı qədər nəticəsində baş verib.


190. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Biz Peyğəmbərlə (s.ə.s) bir yerdə oturmuşduq. Bu vaxt bir kişi gəlib ona dedi: "Həlak oldum, ey Allahın elçisi". Peyğəmbər (s.ə.s): "Nə olub sənə?" deyə səbəbini ondan soruşdu. O dedi: "Oruclu ikən zövcəmlə cinsi əlaqədə olmuşam"1. Peyğəmbər (s.ə.s) ondan: "Qul azad edə bilərsənmi?" – deyə soruşdu, O, xeyr deyə cavab verdi. Peyğəmbər (s.ə.s): "İki ay ardıcıl oruc tuta bilərsənmi?" – deyə soruşdu. O, xeyr deyə cavab verdi. Peyğəmbər (s.ə.s) ondan: "Altmış yoxsulu (miskini) yedirdə bilərsənmi?" – deyə soruşdu. O, eyrx deyə cavab verdi. Sonra o (s.ə.s), bir qədər susdu. Elə bu zaman səhabələrdən biri ona bir zənbil xurma gətirdi. Peyğəmbər (s.ə.s) zənbili götürüb bayaq sual verən kişiyə uzatdı və dedi: "Götür bunu sədəqə et"2. O dedi: "Ey allahın elçisi, məndən də kasıb olana sədəqə edim? Allaha and olsun ki, Mədinədə mənim ailəmdən də kasıb ailə yoxdur". Peyğəmbər (s.ə.s) güldü və dedi: "Elə isə bunu ailənə sədəqə et"» (əl-Buxari, 1936; Müslim, 2590).
190-cı hədisdən çıxarılan nəticələr:

– Ramazan ayının oruc tutulan müddətində qəsdən cinsi əlaqəyə girən kəffarə (cərimə) ödəməlidir;

– Ramazan ayının oruc tutulan müddətində unutqanlıqdan, bilmə­yərəkdən və ya məcburiyyət qarşısında cinsi əlaqəyə girən isə kəffarə (cərimə) ödəməməlidir;

– Kəffarəni ödəyən şəxs, bunu hədisdə göstərilən tərtib üzrə etmə­lidir;

– Ramazan ayının oruc tutulan müddətində cinsi əlaqədə olmaq müsəlmanı həqiqi mənada həlak edən amillərdən sayılır;

– Kəffarəni ödəmək kasıb olan şəxsə belə vacibdir;

– Başqasının yerinə kəffarə ödəməyin caiz olması;

– Peyğəmbərin (s.ə.s) gözəl əxlaq sahibi olması;

– Günah edən şəxs, peşman olub tövbə etsə belə, üzərində olan cərimə haqqı qüvvədən düşmür;

– Günah edən şəxsə başqası tərəfindən (onun əvəzinə) ödənilən cəri­mədən istifadə etməsi caizdir.



Birinci fəsil: «Səfərdə tutulan oruc»
191. Aişə (r.a) rəvayət edir ki, «Həmzə ibn Amr əl-Əsləmi (r.a) Peyğəmbərə (s.ə.s) dedi: "Səfərdə oruc tuta bilərəmmi?" Peyğəmbər (s.ə.s) cavabında ona belə dedi: "İstəyirsən tut, istəmirsənsə tutma!"» (əl-Buxari, 1943; Müslim, 2620).
191-ci hədisdən çıxarılan nəticələr:

– Səfərdə oruc tutmağın caiz olması;

– Səfərdə tutulan orucun ixtiyari olması. Belə ki, qüvvəsi çatan şəxsə səfərdə oruc tutmaq müstəhəbdir.
192. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ilə səfərdə olduğumuz müddətdə oruc tutanlarla tutmayanlar buna görə biri-birini qınamaz və təqsirləndirməzdilər» (əl-Buxari, 1947; Müslim, 2615).
192-ci hədisdən çıxarılan nəticələr:

– Səfərdə oruc tutmağın və ya tutmamağın caiz olması;

– Peyğəmbərin (s.ə.s) onların bu əməlinə irad tutmaması.
193. Əbu-d-Dərdə (r.a) rəvayət edir ki, «Biz Peyğəmbər (s.ə.s) ilə bərabər Ramazan ayında şiddətli bir istidə səfərə çıxdıq. Bizim aramızda Peyğəmbər (s.ə.s) və Abdullah ibn Ravahədən (r.a) savayı oruc tutan yox idi» (əl-Buxari, 1945; Müslim, 2625).
193-cü hədisdən çıxarılan nəticələr:

– Səfərdə oruc tutmağın caiz olması;

– Şiddətli istidə oruc tutmağın caiz olması.
194. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış səhabələri görüb onlardan onun nə üçün bu hala düşməsi barəsində soruşdu. Onlar: "O, oruc tutub" – deyə cavab verdikdə, Peyğəmbər (s.ə.s) dedi: "Səfərdə oruc tutmaq xeyirxahlıqdan deyildir"» (əl-Buxari, 1946; Müslim, 2607).

Başqa rəvayətdə: «Allahın sizə rüxsət verdiyi əməldən möhkəm yapışın» (Müslim, 2609).


194-cü hədisdən çıxarılan nəticələr:

– Səfərdə tutulan orucun ixtiyari olması;

– Nəfsə zülm etməmək şərtilə səfərdə oruc tutmağın caiz olması. Əks halda tutulan oruc bəyənilmir, lakin oruc məqbul sayılır;

– Taqəti olmayan şəxsə səfərdə oruc tutmamağın daha əfzəl sayıl­ması;

– Səfərin müddətində məhdudiyyətin olmaması.
195. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ilə bərabər səfərdə olduğumuz zaman aramızda oruc tutan və tutmayanlar var idi. Biz az kölgəlik olan yerdə istirahət etmək üçün dayandıq. Oruc tutan qardaşlarının taqətdən düşüb susadıqlarını görən səhabələr onlar üçün çadır qurdular və onlara su içirtdilər. Bunu görən Peyğəmbər (s.ə.s) dedi: "Bu gün oruc tutmayanlar savab qazandılar"» (əl-Buxari, 2890; Müslim, 2617).
195-ci hədisdən çıxarılan nəticələr:

– Səfərdə tutulan orucun ixtiyari olması;

– Səhabələrin çətinlikdə də oruc tutmaları;

– Qardaşlara xidmət etməyin fəziləti;

– Səfərdə oruc tutmamağın daha əfzəl olması. Lakin bir şərtlə ki, bunun səbəbi olsun;

– İslam dininin insanları yalnız xeyirxah olmağa çağırması.


196. Aişə (r.a) rəvayət edir ki, «Mən Ramazan ayından qalan qəza oruclarını yalnız Şaban ayında tutardım» (əl-Buxari, 1950; Müslim, 2682).
196-cı hədisdən çıxarılan nəticələr:

– Qəzaya qalmış Ramazan orucunun icra edilməsini Şaban ayına qədər təxirə salmaq caizdir;

– Heç bir üzrlü səbəb olmadığı halda qəzaya qalmış orucları tez bir zamanda icra etmək daha əfzəldir;

– Qəzaya qalmış orucu növbəti Ramazan ayı daxil olana kimi təxirə salmaq bəyənilmir;

– Bu hədis Aişənin (r.a) Peyğəmbərlə (s.ə.s) gözəl əxlaqla davran­masına dəlalət edir.
197. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Orucu ödə­məyib vəfat etmiş şəxsin yerinə onun vəlisi oruc tutmalıdır"» (əl-Buxari, 1952; Müslim, 2687).
197-ci hədisdən çıxarılan nəticələr:

– Vəfat etmiş şəxsin Allaha və ya insanlara olan borcunun ödənil­məsi vacibdir;

Qeyd etmək lazımdır ki, başqa hədislər bu əməlin müstəhəb olma­sına dəlalət edir. Bu da icmanın rəyinə müvafiqdir.

– Bu borcu ödəmək varislərdən birisinin öhdəsinə düşür.


198. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Bir kişi gəlib Peyğəmbərə (s.ə.s) dedi: "Ey Allahın elçisi! Anam vəfat etmiş və boynunda bir ayın oruc haqqı qalmışdır. Mən onun yerinə bu orucu tuta bilərəmmi?" Peyğəmbər (s.ə.s) dedi: "Ananın borcu qalmış olsa idi sən onu ödəyərdinmi?" Kişi: "Bəli" deyə cavab verdikdə, Peyğəmbər (s.ə.s) dedi: "Allahın borcunu ödəmək bundan da vacibdir"» (əl-Buxari, 1953; Müslim, 2689).

Başqa rəvayətdə: «Bir qadın gəlib Peyğəmbərə (s.ə.s) dedi: "Ey Allahın elçisi! Anam vəfat etmiş və boynunda nəzir orucunun haqqı qalmışdır. Mən onun əvəzinə bu orucu tuta bilərəmmi?" Peyğəmbər (s.ə.s) soruşdu: "Ananın borcu qalmış olsa idi sən onu ödəyərdinmi?" Qadın: "Bəli" – deyə cavab verdikdə, Peyğəmbər (s.ə.s) dedi: "Elə isə onun əvəzinə bu orucu tut"» (əl-Buxari, 1953; Müslim, 2688).


198-ci hədisdən çıxarılan nəticələr:

– Vəfat etmiş şəxsin əvəzinə vacib və ya nəzir orucunun tutulması;

– Vəfat etmiş şəxsin Allaha və ya insanlara olan borcunun ödənil­məsi;

– Şəriət məsələlərində qiyas etməyin caiz olması;

– İlk növbədə Allahın haqqının ödənilməsinin vacibliyi.
199. Səhl ibn Səd əs-Saidi (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "İnsanlar iftarı tezləşdirmək1 və səhuru gecikdirməklə2 xeyrə nail olarlar"» (əl-Buxari, 1957; Müslim, 2549).

Qeyd: «və səhuru gecikdirməklə» ifadəsini Buxari və Müslim rəvayət etməmişlər. Belə ki, bu ifadə Əhmədin Müsnəd əsərində (5/146; 172) zəif sənədlə rəvayət olunmuşdur (Bax: «İrvau-l-Ğalil, 4/32, 917-ci hədisin çıxarışı).


199-cu hədisdən çıxarılan nəticələr:

– Günəş batan kimi iftar etməyin müstəhəb olması;

– İftarı tezləşdirməklə xeyrə nail olmaq;

– Peyğəmbərin (s.ə.s) sünnəsinə riayət etmək.


200. Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Gecənin buradan (məşriqdən) yaxınlaşdığı, gündüzün də bura­dan (məğribdən) uzaqlaşdığı zaman artıq oruc tutanın iftar etmək vaxtıdır"» (əl-Buxari, 1954; Müslim, 2553).
200-cü hədisdən çıxarılan nəticə:

– Günəş batan kimi iftar etməyin müstəhəb olması.


201. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ardıcıl oruc tutmağı1 qadağan etdi. Səhabələr: "Ey Allahın elçisi! Axı sən ardıcıl oruc tutursan!" – deyə ona müraciət etdikdə, o dedi: "Mənim halım sizin halınız kimi deyil. Mənə yemək-içmək (Rəbbim tərəfindən) verilir"» (əl-Buxari, 1962; Müslim, 2558).

Bu hədisi həmçinin Əbu Hüreyrə (r.a)2, Aişə (r.a)3 və Ənəs (r.a)4 də rəvayət etmişlər.


202. Əbu Səid əl-Xudrinin (r.a) rəvayətində isə «Peyğəmbər (s.ə.s) dedi: "Sizdən biriniz ardıcıl oruc tutmaq istəsə, iftarı səhura qədər təxirə salsın"» (əl-Buxari, 1963).
201-ci və 202-ci hədislərdən çıxarılan nəticələr:

– Peyğəmbərə (s.ə.s) yemək-içmək verilməsi həqiqi mənasındadır;

– Ardıcıl oruc tutmağın hökmü

a) Bəzi islam alimlərinin rəyinə görə qüdrəti və qüvvəsi çatan şəxsə belə oruc tutmaq caizdir.

b) Əbu Hənifə, Malik və Şafiinin rəyinə görə belə oruc tutmaq haramdır. Onlar məhz bu hədisə əsaslanmışlar.

v) Əhmədin rəyinə görə, səhura qədər ardıcıl oruc tutmaq caiz, bunu tərk etmək isə əfzəldir. Bir neçə gün ardıcıl oruc tutmaq isə məkruhdur.

Bu rəylərin xülasəsi: Bir neçə gün ardıcıl oruc tutmaq haram, səhura qədər bunu etmək caiz, etməmək isə daha əfzəldir.

– Allah və Onun elçisinin, ümmətini zərər verən əməldən çəkindir­məsi onlara qarşı rəhmli olmasına dəlalət edir;

– Şəriət hökmlərində mübaliğə etmək (onu şişirtmək) qadağandır. Belə ki, hər bir haqqı olanın haqqını ödəmək vacibdir;

– Ardıcıl oruc tutmaq yalnız Peyğəmbərə (s.ə.s) məxsusdur.



İkinci fəsil: «Ən fəzilətli oruclar»
203. Abdullah ibn Amr ibni-l-As (r.a) rəvayət edir ki, «Mənim: "Allaha and olsun ki, ölənə qədər gündüzləri oruc tutub, gecələri namaz qılacağam" dediyim Peyğəmbərə (s.ə.s) xəbər verildi və o dedi: "Bunu sən demisən?". Mən "Bəli, mən demişəm" – deyə cavab verdikdə o dedi: "Sən bunu bacarmayacaqsan. Elə isə həm oruc tut, həm də yemək ye, həm namaz qıl, həm də dincəl. Hər ayın üç gününü oruc tut. Həqiqətən bir əməlin savabı on həsənətə (savaba) bərabərdir. Belə etsən, bir ilin orucunu tutmuş hesab olunarsan". Mən: "Bundan əfzəlini etməyə taqətim çatar" – dedikdə o dedi: "(İki gün buraxmaqla) bir gün oruc tut!" Mən yenə: "Bundan əfzəlini etməyə taqətim çatar" – dedikdə o dedi: "Günaşırı oruc tut. Bu ən əfzəl sayılan Davudun (ə.s) orucu­dur". Mən bir daha: "Bundan əfzəlini etməyə taqətim çatar" – dedikdə o dedi: "Bundan əfzəl oruc yoxdur"» (əl-Buxari, 1979; Müslim, 2721).

Başqa rəvayətdə: «Qardaşım Davudun (ə.s) il boyu tutduğu orucdan əfzəl oruc yoxdur. Elə isə günaşırı oruc tut!» (əl-Buxari, 1980).


203-cü hədisdən çıxarılan nəticələr:

– Abdullah ibn Amr ibni-l-Asın (r.a) savaba nail olmaq üçün çalışması;

– Peyğəmbərin (s.ə.s) bu səhabəyə qayğıkeşlik göstərməsi;

– Davudun (ə.s) tutduğu orucun əfzəl oruc hesab olunması;

– Peyğəmbərin (s.ə.s) səhabəsinin nəyə qadir olduğunu bilməsi;

– İl boyu fasiləsiz oruc tutmağın məkruh olması;

– İslam dinində olan hökmlərin asanlıqla, mübaliğə etmədən yerinə yetirilməsi.
204. Abdullah ibn Amr ibni-l-As (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Allah üçün ən sevimli olan oruc Davudun (ə.s) tutduğu orucdur və ən sevimli namaz da onun qıldığı namazdır. O gecənin yarısını yatar, sonra qalxıb üçdə birini namaz qılar, sonra da onun altıda birini yenə yatardı. Orucu isə günaşırı tutardı"» (Müslim, 2731).
204-cü hədisdən çıxarılan nəticələr:

– Günaşırı tutulan orucun ən fəzilətli oruc sayılması;

– Gecənin yarısını yatıb, sonra üçdə birini namaz qılmaq və yenə altıda birini yatmaq ən əfzəl qiyam (gecə qılınan namaz) sayılır;

– İbadətdə mübaliğə etməmək;

– Allah üçün olan ibadətlər müxtəlifdir. Elə isə hər bir ibadəti öz vaxtında yerinə yetirmək vacibdir.
205. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) mənə üç şeyi – hər ayın üç gününü oruc tutmağı, iki rükət Düha namazı və bir də yatmamışdan əvvəl Vitr namazını qılmağı nəsihət etdi"» (əl-Buxari, 1981; Müslim, 1669).

205-ci hədisdən çıxarılan nəticələr:

– hər ayın üç gününü oruc tutmağın əfzəl olması. Xüsusən də «Beyd»1 günlərini oruc tutmaq sünnətdəndir;

– İki rükət Düha və yatmamışdan əvvəl Vitr namazı qılmağın əfzəl olması.


206. Məhəmməd ibn Abbad ibn Cəfər deyir ki, «Mən Cabir ibn Abdullahdan (r.a): "Peyğəmbər (s.ə.s) cümə günü oruc tutmağı qadağan edibmi?" – deyə soruşduqda, o: "Bəli" – deyə cavab verdi» (əl-Buxari, 1974; Müslim, 2676).
207. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s) "Heç kəs cümə günü oruc tutmasın! (Cümə günü oruc tutmaq istəyən) ondan əvvəlki, ya da ondan sonrakı günü də oruc tutsun!"» (əl-Buxari, 1975; Müslim, 2678).
206-cı və 207-ci hədislərdən çıxarılan nəticələr:

– Cümə günü oruc tutmağın qadağan olunması;

– Ondan bir gün qabaq və ya sonra olan günlə bərabər cümə günü oruc tutmağın caiz olması.
208. İbn Əzharın mövlası Əbu Übeyd2 (r.a) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabla (r.a) bayram günündə (bayram namazı xütbə­sində) iştirak etdim. O dedi: "Peyğəmbər (s.ə.s) bu günlərdə – Fitrə və Qurban bayramlarında – oruc tutmağı qadağan etmişdir"» (əl-Buxari, 1990; Müslim, 2666).
208-ci hədisdən çıxarılan nəticələr:

– Fitrə və Qurban bayramlarında oruc tutmağın haram sayılması;

– Qəza orucunu belə bu günlərdə tutmağın caiz olmaması;

– Zaman və məqama münasib xütbə verməyin müstəhəb olması.


209. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) bayram3 günlərində oruc tutmağı, ihtiba və samməni, bir də Sübh və Əsrdən sonra namaz qılmağı qadağan etdi"» (əl-Buxari, 1991, 1992; Müslim, 5466).
İhtiba: Ayaqları yan tərəfə çəkməklə yan (arxası) üstə oturmaq və onun (ayaqların) üzərinə bir örtük örtməkdir.

Sammə: Bunun iki mənası var:

1) Dilçilərin rəyinə görə, bu, parçanı sağ tərəfdən gətirib sol çiyin və qol nahiyəsini örtmək, sonra da arxadan gətirib sağ çiyin və qol nahiyəsini örtməkdir. Bu halda qolların çıxıntısı üçün dəlik qalmır.

Qeyd: Dilçilərin rəyinə görə, sammə bəyənilmir (məkruhdur). Çünki bu halda namaz qılmaq çox çətindir.

2) Fəqihlərin rəyinə görə isə, bu, parçaya bürünüb sonra onun hər hansı bir tərəfini qaldırıb çiyin üzərinə qoymaqdır ki, bu halda övrət yeri açıq qalır.

Qeyd: Fəqihlərin rəyinə görə sammə haramdır. Çünki bu halda övrət yeri açıq qalır.


209-cu hədisdən çıxarılan nəticələr:

– Hədisdə qadağan olunanlardan çəkinmək;

– Bayram günlərində oruc tutmağın qadağan olması;

– Sübh və əsr namazlarından sonra namaz qılmağın qadağan olması;

– İhtiba və sammənın məkruh olması. Lakin bu hallarda övrət yeri açılarsa, bunu etmək haram sayılır;

– Şəriət insanların vəziyyətini nəzərə almış və onlara münasib hökmlər təyin etmişdir.


210. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Allah, Onun yolunda (cihadda) bir gün oruc tutanı yetmiş payız (yetmiş illik məsafə qədər) oddan (Cəhənnəmdən) uzaqlaşdırar"» (əl-Buxari, 2840; Müslim, 2704).
210-cu hədisdən çıxarılan nəticələr:

– Cihadda oruc tutmağın fəziləti;

– Müstəqil (cihada getmədən) oruc tutmağın müstəhəb sayılması;

– Cəhənnəm odundan uzaqlaşmaqla Cənnət nemətlərinə yaxın­laşmaq;

– «İl» kəlməsini «payız»la ifadə etməyin caiz olması.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə