Elm haqqında elm
10
ancaq Qərb düşüncəsinin təqdimatı və şərhi ilə kifayətlənir, Şərqdə, islam
dünyasında, türk elmi-fəlsəfi fikrində, bilavasitə Azərbaycan elmi məka-
nında atılan addımlar isə diqqətdən kənarda qalır.
Yəqin ona görədir ki, müəllif elmin inkişaf qanunauyğunluğunu,
dünya elminin inkişaf tarixini araşdırarkən, tarixin məhz bizimlə bağlı sə-
hifələrinə xüsusi diqqət yetirmişdir. Elmi paradiqmaların əvəzlənməsin-
dən, elmi dünyagörüşündə baş verən inqilabi dəyişikliklərdən bəhs edərkən
o, orta əsrlərdə İslam Şərqində elmə gətirilən yenilikləri ön plana çəkmiş
və elmdə müasir metodoloji prinsiplərin də ilk dəfə məhz islam Şərqində
formalaşdığını göstərmişdir.
Akademik Ramiz MEHDİYEV
Giriş
XX əsr elmin insan həyatının bütün sahələrinə dərindən nüfuz etməsi
ilə səciyyələnir. Elm öz aparıcı rolunu XXI əsrdə də saxlamaqdadır. Bu-
nunla yanaşı, bir sıra yeni tendensiyalar da müşahidə olunur ki, bu da el-
min daxilində gedən proseslərlə deyil, ümumiyyətlə insan şüurunda, İn-
san–Dünya münasibətlərində baş verən dəyişikliklərlə əlaqədardır. Digər
dəyərlərlə müqayisədə biliklərin rolunun artması ilə yanaşı, bütün digər bi-
lik formaları ilə müqayisədə məhz elmi biliklər getdikcə daha böyük önəm
kəsb edir.
İnformasiya və bilik müasir dövrü səciyyələndirən ən mühüm əla-
mətlər kimi qəbul olunur. Lakin informasiyadan biliyə, bilikdən isə elmi
biliyə gedən yol çox mürəkkəb və keşməkeşlidir. Əgər maarifçilik missi-
yasının əsas vəzifəsi bütün insanların bilik səviyyəsini yüksəltməkdən iba-
rətdirsə, elmin inkişafı ancaq məhdud sayda insanların intellektual potensi-
alının səfərbər olunması sayəsində mümkün olur. Burada cəmiyyətin üzəri-
nə düşən əsas vəzifə hamını yox, məhz təfəkkürünə və yaradıcılıq poten-
sialına görə ən çox fərqlənən insanları seçmək və onların düşüncəsinin
məhsulunu bütün bəşəriyyətin istifadəsinə verməkdən ibarətdir. Bu böyük
vəzifənin həlli elm adamlarının özündən çox, elmi yönləndirən, təşkil edən
adamlardan, daha doğrusu, dövlətlərin yeritdiyi elm siyasətindən asılıdır.
1999-cu ildə YUNESKO-nun Budapeştdə təşkil etdiyi Elm üzrə
ümumdünya konfransında qəbul olunmuş “Elm və elmi biliklərdən istifa-
dəyə dair” Deklarasiyada deyilir: “Biz hamımız eyni planetdə yaşayırıq və
biosferin hissələriyik... Dünyanın bütün elm adamları və millətləri elmin
bütün sahələrində əldə edilmiş biliklərdən məsuliyyətlə istifadə etmək əz-
mində olduqlarını bildirirlər. Elm insanların ehtiyaclarına xidmət etməli və
heç vaxt onun ziyanına yönəlməməlidir”.
1
1
Deməli, əsas vəzifələrdən biri
insan intellekti sayəsində, amma onun həyatından kənarda yaranmış elmi
1
Декларация о науке и использовании начного знания // www.unesco.org/
science/wcs/declaration_r.pdf
Elm haqqında elm
12
dəyərlərin oriyentasiyasına nəzarət etməkdən ibarətdir. Bunun üçün isə
konkret həyatla mücərrəd elm bir müstəvidə – eyni dəyərlər sistemində
nəzərdən keçirilməli, onların arasındakı uçurum ləğv edilməlidir.
İctimai həyatın ümumi qanunauyğunluqlarının aşkar edilməsi, ona
fəal və məqsədyönlü müdaxilə üçün təməl yaradılması – dünyanın dərki
prosesindən başlayır. Yəni tək bir ölkədə deyil, bütün dünya miqyasında
baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-
siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində müm-
kündür. XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab
idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma
və optimal təşkilatlandırma funksiyası daha önəmli rol oynayacaqdır. Bu
isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə
də, qarşıda duran mühüm vəzifələrdən biri bütövlükdə cəmiyyətin, xalqın
elmi-intellektual potensialının toparlanmasına və məqsədəuyğun surətdə
yönəldilməsinə nail olmaqdır.
Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır.
Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla,
çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb
edir. Kasıb və geri qalmış ölkələrdə maariflənmənin, təhsilin və nəhayət,
elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən
yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi
gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və ha-
zırda fərdi intellektual inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o
qədər də fərqlənmir. Lakin səviyyə yüksəldikcə yuxarıya qalxmağın çətin-
likləri və məsrəfləri də artır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə
resurslarına malikdir. Gələcəyimiz bu resursların necə yönəldilməsindən
asılıdır. Təsadüfi deyil ki, neft ölkələri üçün səciyyəvi olan iki fərqli yol:
Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir.
Son iqtisadi böhran da bəşəriyyətə yeni dərslər verdi. Bəzi ən varlı
ölkələrin və böyük şirkətlərin müflisləşməsi və borca düşməsi halları bir
daha göstərdi ki, əsas məsələ maddi cəhətdən zəngin olmaqdan daha çox,
vəziyyətin düzgün qiymətləndirilməsi, optimal iqtisadi və elmi-texniki
siyasət yeridilməsi, proseslərə elmi əsaslarla nəzarət edilməsidir.
Elmi əsaslar isə, bir tərəfdən, yeni dövrün tarixi inkişaf meyllərinin
vaxtında və aşkar edilməsi, digər tərəfdən də, daha artıq təbii resurslarla
kifayətlənə bilməyən cəmiyyətin intellektual resurslarının səfərbər olun-