Giriş
13
ması və ona optimal yön verilməsi üçün lazımdır. Bu elmi əsaslardan isti-
fadə edə bilmək üçün isə, öncə elmin özünə həssas münasibət tələb olunur.
Belə ki, ən optimal elm özünü dərk etmiş, özünə tətbiq olunmuş, yəni elmi
əsaslarla təşkil olunmuş elmdir.
Müasir dünyada elmin rolu və yeri məsələsi ayrı-ayrı ölkələrdə elmə
münasibət problemi ilə heç də həmişə üst-üstə düşmür. Belə ki, elmi icti-
maiyyətin coğrafiyası kifayət qədər geniş olsa da və bütün dünya xalqları-
nın üzünə açıq olsa da, əslində, elm fəaliyyətdə olan ictimai bir sistem ki-
mi ancaq bir neçə güclü ölkənin çərçivəsində və nəzarətindədir. Digər öl-
kələr və onların elmi imitasiya edən qurumları bu vahid prosesə qatılmaq
iqtidarında deyildir. Ən azı elmin tətbiq oluna bilməsi üçün yüksək elmi-
texniki tutumlu müasir iqtisadi sistem və qərarlaşmış stabil istehsal müəs-
sisələri şəbəkəsi lazımdır. Başqa sözlə, iqtisadiyyatın özünün elmə ehtiyacı
heç də həmişə ortaya çıxmır. Aşağı səviyyəli müəssisələr istehsal vasitələ-
rini hazır şəkildə əldə edirlər; və məhz həmin qabaqcıl ölkələrdən ki, orada
elm tutumlu iqtisadiyyat vardır. Hər hansı bir kiçik və ya hətta böyük
ölkədə sağlam iqtisadi bazis üzərində qurulmayan sənaye obyektlərinin
özləri üçün elmi-texniki baza yaratmaq istəyi və məqsədlə nəhəng pro-
qramlara, layihələrə kapital qoyması real deyil. Elm ancaq sağlam iqtisadi
təməl və oturuşmuş istehsal sistemi şəraitində sosial sifariş əldə edə bilər.
Bəs kiçik ölkələrdə elmə münasibət necədir? İlk növbədə dünya
praktikasına, daha doğrusu, böyük ölkələrdə formalaşmış ənənəvi münasi-
bətə uyğun olaraq elmin böyük əhəmiyyəti və nüfuzu, demək olar ki, hamı
tərəfindən qəbul edilir. Bütün ölkələr istəyir ki, onun da elmi olsun. Bunun
üçün hətta dövlət proqramları hazırlanır, büdcədən maliyyə vəsaiti ayrılır,
böyük ölkələrdəkinə bənzər elmi strukturlar qurulur. Lakin əksər hallarda
bunlar olsa-olsa elmin imitasiyası olaraq qalır.
Bu cür ölkələrdə təsərrüfat sistemi əslində xarici texnikaya əsaslan-
dığından və elm tutumlu istehsal vasitələri hazır şəkildə idxal edildiyindən
elmin tətbiqinə heç ehtiyac da yaranmır. Belə şəraitdə həqiqi elmin priori-
tet bir sahə kimi dəyərləndirilməsi də mümkün deyil. Sözdə olar, amma
gerçəklikdə yox. Bu cəhət özünü digər fəaliyyət sahələri ilə müqayisədə də
büruzə verir. Bir sənət adamı: şair, müğənni, rəssam və s. ictimai həyatın,
mədəni-mənəvi quruculuq prosesinin aktiv üzvü olduğu halda, elm adamı,
filosof gerçək ictimai həyata real tələbatdan deyil, olsa-olsa dövlətin mü-
daxiləsi ilə, yuxarıda dediyimiz kimi, ictimai strukturun müasir Qərb mo-
Elm haqqında elm
14
dellərinə uyğunluğunun təmin edilməsi naminə direktiv yolla daxil edilir.
Və bu fərqli status istər-istəməz özünü göstərir.
Lakin elmdən yazanlar mövcud ictimai gerçəklikdən deyil, elmin
Qərbdə yaradılmış modellərindən çıxış etdiklərinə görə, onların “tədqiqatı”
da imitasiyadan başqa bir şey olmur. Maraqlıdır ki, Azərbaycanda da, elm
haqqında olan yazılarda məhz dünya modelləri təqdim edilir; K.Popper-
dən, T.Kundan iqtibas gətirməklə işin bitdiyi zənn olunur. Düzdür, Qərbdə
intişar tapmış elm fəlsəfəsinin icmalını vermək özü də əhəmiyyətli bir şey-
dir. Elmşünaslığın məhz Qərb üçün səciyyəvi olan böyük elm sistemini öy-
rəndiyi heç kimdə şübhə doğurmur və onun mənimsənilməsi çox vacibdir.
Amma ümumi elmşünaslıqla yanaşı, tədqiqatçı gerçək ictimai həyatdan və
elmin bu həyatda real durumundan da çıxış etməlidir. Əks təqdirdə, elm
imitasiya olunduğu kimi, elmşünaslıq da imitasiya edilmiş olar.
Belə bir cəhəti də qeyd edək ki, biz elmin imitasiyası dedikdə, vahid
elm sisteminə qatılmadan çalışmaq nümunələrini nəzərdə tuturuq. Əlbəttə,
kiçik ölkələrdə də böyük elmlə məşğul olan adamlar vardır və onlar böyük
elmin məhz belə “sərbəst zəkalar” üçün saxlanmış kanalları vasitəsilə
sistemə daxil ola bilirlər; amma fərdi qaydada – dünya elmi məkanına bir-
başa qatılmaq yolu ilə. Amma ölkədəki elmi strukturlar dünya elminin alt
sistemlərinə çevrilə bilmir.
İctimai həyatda hadisələrin sürətinin artması insanın baş verən dəyi-
şikliklərə adaptasiya olunmasına imkan vermədiyindən, hər yerdə nəticəsi
daha tez özünü göstərən hadisələrin prioritetliyi müşahidə olunur. Bütöv-
lükdə planet miqyasında həyata keçən ictimai inteqrasiya prosesi milli
dövlətlər miqyasında formalaşmış ənənəvi sosial strukturların, institutların,
o cümlədən artıq qərarlaşmış elmi tədqiqat mexanizmlərinin də yenidən
nəzərdən keçirilməsini tələb edir. Amma təəssüf ki, Azərbaycanda heç
klassik elmşünaslıq da kifayət qədər inkişaf etməmişdir. Ona görə də biz
bu kitabda üç fərqli vəzifəni uzlaşdırmağa çalışırıq; birincisi, elmin inten-
siv ənənəvi inkişaf dövrü olan XIX-XX əsrlərdə formalaşmış təşkilati for-
malarını və tədqiqat üsullarını, oturuşmuş strukturları öyrənən klassik elm-
şünaslığın əsas nailiyyətlərini əks etdirmək; ikincisi, XXI əsrin ab-havasın-
dan irəli gələn yeni tendensiyaları nəzərə almaq və üçüncüsü, Şərq ölkələri
və kiçik dövlətlər üçün real durumu aşkar edərək, onların dünya elminə
təşkilatlanmış şəkildə qatıla bilməsi üçün zəruri şərtləri müəyyən etməklə
elmin coğrafiyasını genişləndirmək. Bundan başqa, kitabın bir xüsusiyyəti
Giriş
15
də ondan ibarətdir ki, burada elm sisteminə və elmi yaradıcılıq prosesinə
təkcə Qərb düşüncəsi prizmasından deyil, həm də ənənəvi Şərq düşüncəsi
mövqeyindən nəzər salınır.
Ölkəmizdə elm dominant fəaliyyət sahəsi olmadığından, elmi özünü-
dərkin də müstəqil inkişafı üçün sosial sifariş olmamışdır. İqtisadi həyat
praktik ağıl səviyyəsində, bir növ məişət həyatının bir əlavəsi kimi inkişaf
etmiş, sənayeləşmə dövründə isə istehsalın fəal, yaradıcı ruhi-intellektual
qüvvəsi xarici ölkələrdən transfer olunduğuna görə, daxili elmə, elmin
“milliləşdirilməsinə” ehtiyac hiss edilməmişdir. Bundan fərqli olaraq mə-
nəvi-estetik həyat aspektlərində cəmiyyət öz ənənəvi həyatını yaşamağa
çalışmış və onun ehtiyaclarını təmin etmək vəzifəsi də, təbii ki, milli kadr-
ların üzərinə düşmüşdür. Ona görə də, cəmiyyətin ruhi-mənəvi həyatında
intellektual və mənəvi-estetik qollar arasında disbalans yaranmışdır. Üs-
tünlük həmişə obrazlı düşüncəyə, bədii təfəkkürə, musiqiyə, poeziyaya ve-
rilmişdir.
Bununla belə, orta əsrlərdə xalqımız dünya elminə də böyük töhfələr
vermişdir və bəzi şəhərlərimiz o dövrün ən məşhur elm mərkəzləri kimi ta-
nınmışdır. Məsələn, Marağa rəsədxanası XIII əsrdə dünya elminin qabaq-
cıl mərkəzləri sırasında idi və onun ətrafında yaranmış elmi infrastruktur
ölkəmizdə elmin bir sıra istiqamətlərinin inkişafına səbəb olmuşdur. Təəs-
süf ki, poeziya və sənətin bəzi növlərindən fərqli olaraq, elm sonrakı əsr-
lərdə inkişafdan qalmış və ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövrün-
də elmin inkişafı üçün müəyyən tədbirlərin həyata keçirilməsinə başlan-
mışdır. Bu sırada ilk növbədə Bakı Universitetinin yaradılması və burada
bir sıra istiqamətlərdə elmi tədqiqatlara başlanması qeyd edilməlidir. Sovet
dövründə də bu proses davam etdirilmiş, lakin məqsəd milli elmi inkişaf
olmadığından, Azərbaycanda elm SSRİ elminin bir tərkib hissəsi kimi
mövcud olmuşdur. Bununla belə, ölkəmizdə savadsızlığın ləğvi, maariflən-
mə siyasətinin həyata keçirilməsi, milli elmi kadrların formalaşması, elmi
tədqiqat institutlarının açılması müəyyən bir elmi mühitin yetişməsinə və
elmə pozitiv münasibət yaranmasına səbəb olmuşdur.
Müstəqillik əldə etdikdən sonra SSRİ-nin elmi strukturlarından ayrıl-
maq zərurəti yeni bir bütöv elmi mexanizm formalaşdırmaq vəzifəsini qar-
şıya qoydu. Lakin bunun üçün ilk növbədə elmin özünüdərki sahəsində,
elm haqqında elmin öyrənilməsi və tətbiqi sahəsində işlər görülməsi, mü-
vafiq tədqiqatlar aparılması lazım idi. Təəssüflər olsun ki, bu proses ölkə-
Dostları ilə paylaş: |