Elm haqqında elm
18
üzvlüyünə nəyə görə pul sərf edənlər tapılır? Meşşanlar dünyasında elm
özü heç kimə lazım deyilsə, onun imicindən istifadə etmək nəyə görə la-
zımdır? Suala sualla cavab vermək istərdik: Əgər zinət əşyaları, bahalı pal-
tarlar, dəbdəbələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan kapital gə-
lir gətirmirsə, onda nəyə lazımdır? Yəqin hər iki sualın cavabı eyni olacaq-
dır. Görünüş yaratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə təqdim
etmək üçün, imici asan yolla qaldırmaq üçün və s. Nəticədə həqiqi elmin
arxa plana keçməsi və psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu-
na da heç cür yol vermək olmaz.
Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də
saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi
bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin təşki-
lati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları və öz əv-
vəlki funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə
monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul və
adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları
elmin özü ilə qarışıq salırlar.
Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə məşğul ol-
maq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşün-
cənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca, o ən
böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də
elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Mü-
əyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, in-
tellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyətlə, istəni-
lən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat
mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri
arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi daya-
nır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-
mai prosesdir.
Bəli, elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prosesi-
nə daxil ola bilməyən, ondan kənarda qalan və sanki özü üçün yaradılmış
olan lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz
şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi
biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən ge-
ridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların
künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm he-
Giriş
19
sab edilə bilməz. Elmin öz meyarları, elmilik şərtləri vardır ki, elmşünaslı-
ğın bir vəzifəsi də onları öyrənməkdir.
Bu kitabda elmin özü, daxili komponentləri ilə bərabər, onun sıx su-
rətdə bağlı olduğu sahələr, elmin infrastrukturu tədqiq olunur. Elm və tex-
nika, elm və istehsalat, elm və dil, elm və nəşriyyat və s. bu kimi qarşılıqlı
münasibətlərin araşdırılması elm sisteminin əhatə dairəsini və əlaqələr şə-
bəkəsini müəyyənləşdirməyə imkan açır.
Hər hansı bir hadisənin obyektiv məntiqini, təbii inkişaf meyllərini
müəyyənləşdirmədən, onu optimal surətdə idarə etmək mümkün deyil. El-
mi-texniki tərəqqinin fəlsəfi tədqiqindən həqiqətən səmərəli olan praktik
nəticələr ala bilmək üçün bu işə subyektiv təsir altında və ya müəyyən mü-
nasibətlə yazılmış əsərlərin tədqiqindən başlamaq, onları rəhbər tutmaq,
artıq qəbul edilmiş terminologiyaya qeyd-şərtsiz istinad etmək düzgün ol-
mazdı. Qarşıda duran problemin böyük siyasi, iqtisadi və sosial əhəmiyyəti
tədqiqatın daha ciddi şəkildə, yalnız obyektiv əsaslara, real tarixi proseslə-
rin, faktların ümumiləşdirilməsinə istinad etməklə aparılmasını tələb edir.
Buna görə də, kitabda heç bir yüksək kompetensiyalı mövqeyə kor-koranə
arxalanmaq təşəbbüsü göstərilməmiş, elmi-texniki tərəqqinin tədqiqinə
onun mənşəyinin öyrənilməsindən başlanmış və əlaqədar proseslərin təbii-
tarixi inkişaf yolu izlənməklə müasir mərhələdə nə kimi bir obyektiv və-
ziyyət yarandığı və bu vəziyyəti xarakterizə etmək, onun elmi mənzərəsini
yaratmaq üçün nə kimi anlayışlara ehtiyac olduğu müəyyən edilmişdir.
Tədqiqat göstərir ki, elmi və texniki tərəqqinin məcmuyu kimi möv-
cud olan və bütöv sistemlilik şərtini ödəyən hansı isə bir hadisə yoxdur.
Belə ki, elm və texnikanın yalnız özləri üçün spesifik olan elə müstəqil
tərəfləri, hissələri var ki, onlar «elm-texnika» sistemindən kənarda qalır.
Deməli, bu iki hadisənin məcmuyunu yeni bir adla işarə etmək və bu mə-
nada elmi-texniki tərəqqidən danışmaq obyektiv məzmuna heç də uyğun
gəlmir. Anlayışların nisbəti gerçək hadisələr arasındakı həqiqi nisbəti əks
etdirmir və obyektiv vəziyyəti ifadə etmir.
Digər tərəfdən də, elm və texnika arasındakı əlaqənin tarixi inkişaf
yolunun öyrənilməsi nəticəsində elə bir yeni hadisə aşkar olur ki, o, indiyə
qədər xüsusi tədqiqat obyektinə çevrilməmiş və «adsız» qalmışdır. Bu ha-
disə elmdən texnikaya keçidi təmin edən fəaliyyətlə bağlıdır. Kitabda
«elm-texnika» sisteminin əhatə dairəsi müəyyənləşdirildikdən sonra bu ye-
ni hadisənin məhz həmin sistemin formalaşması və inkişafı prosesi olduğu
Elm haqqında elm
20
aşkar edilir. Tədqiqat göstərir ki, bu hadisəni hər mənada məhz elmi-texni-
ki tərəqqi adlandırmaq məqsədəuyğundur. Deməli, həqiqətdə diqqətəlayiq
olan yeni keyfiyyətli bir hadisə öz həqiqi məzmununa uyğun istiqamətdə
tədqiqat predmetinə çevrilməmişdir. Əksinə, ayrıca, yeni adla çağırılması-
na heç bir ehtiyac və əsas olmayan, qarşılıqlı tamamlama və daxili kom-
paktlıq şərtini ödəməyən bir qeyri-müəyyən toplu, elmi və texniki tərəqqi-
nin məcmuyu yeni bir adla ifadə olunaraq “elmi-texniki tərəqqi” adlandı-
rılmışdır. Tədqiqat işində elmi-texniki tərəqqi indiyə qədər «qəbul olun-
muş» mənada deyil, elmi və texniki tərəqqi ilə paralel surətdə mövcud olan
və birincidən ikinciyə keçidi təmin edən bir proses kimi başa düşülür. Bu
mövqe elmi-texniki tərəqqinin yeni konsepsiyasının əsasını təşkil edir və
onu bir daha isbata yetirmək üçün elmi-fəlsəfi ədəbiyyatda ilk dəfə olaraq
elmi-texniki tərəqqinin mənşəyi və genezisi təhlil olunur. Göstərilir ki, el-
mi biliklərin texnikada maddiləşməsinə xidmət edən yeni fəaliyyət sahəsi-
nin nisbi müstəqil sosial sistem kimi formalaşması XIX əsrin ikinci yarı-
sından başlasa da və hələ indiyədək tamamlanmasa da, bu fəaliyyət çox
qədim mənşəyə malikdir.
İnsanın həm də bir sosial varlıq kimi formalaşması İnsan-Təbiət mü-
nasibətinin cəmiyyətlə vasitələnməsindən başlanır. Burada cəmiyyət və ya
ictimai münasibətlər yalnız insanlar arasındakı ünsiyyətlə, nitqin əmələ
gəlməsi ilə məhdudlaşdırılmır, zira bu, prosesin həqiqi mürəkkəb gedişini
təhrif etmək olardı. Kitabda göstərilir ki, insan ilə təbiət arasındakı müna-
sibətin vasitələnməsində mühüm yer tutan və sosial mühitlə bağlı olan ün-
sürlərdən biri – koqnitiv biliklər, müasir mərhələdə – elm, o biri isə texni-
kadır.
Elm və texnikanın İnsan–Təbiət qarşılıqlı münasibətində tutduğu ye-
ri daha dəqiq təsəvvür edə bilmək üçün bu qarşılıqlı təsir müəyyən yaxın-
laşmada insanın təbiətə və təbiətin insana təsirlərinin sintezi kimi, başqa
yaxınlaşmada isə ayrı-ayrılıqda, diferensial surətdə nəzərdən keçirilir. Bu-
rada təbiətin insana bir bioloji varlıq kimi, təbiətin bir hissəsi kimi təsiri
nəzərə alınmır; bu – təbiət daxilində gedən prosesdir. İnsan-Təbiət qarşı-
lıqlı təsirindən danışdıqda insan təbiətdən fərqlənən və müəyyən mənada
ona qarşı dayanan bir tərəf kimi, sosial varlıq kimi götürülür.
Belə yaxınlaşmada təbiətin insana təsiri spesifik bir hadisə kimi or-
taya çıxır ki, bu da idrakın əsasını təşkil edir. Bu spesifik hadisənin mexa-
nizmi araşdırılarkən idrak, inikas, şüur və praktika anlayışlarının əhatə dai-
Dostları ilə paylaş: |