Elm haqqında elm
128
Necə ki, bulaq qaynayır və getdikcə artan sular axıb dağ çaylarına
çevrilir, həm təsərrüfatda istifadə olunur, həm də axıb hansı isə bir göldə
və ya dənizdə qərar tapır, eləcə də elmi yaradıcılıq prosesi çağlayan bulağa
bənzədilsə, alınan biliklər qismən istehsalatda, təsərrüfatda tətbiq olunur
və bununla yanaşı elmi biliklər sisteminə, bilik anbarına qatılaraq gələcək
tətbiqlərini gözləyir. K.Popper belə obyektivləşmiş biliklər sistemini “bad-
ya” və ya “üçüncü dünya” adlandırır. Daha ümumi şəkildə elmi biliyin
saxlanma formalarından söhbət gedir. Amma sual olunur ki, hansı model
bunları elm sisteminə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə an-
caq elmi yaradıcılıq və yeni elmi biliklərin alınması prosesini nəzərdə tut-
saq, elmin nəticələri, obyektivləşmiş elmi biliklər və onların tətbiqi, reali-
zasiyası və s. bu kimi məsələlər elmə daxil olmayacaqdır.
Elmin hansı miqyasda öyrənilməsi “elm” anlayışının hansı mənada
götürülməsindən, elm sisteminə hansı struktur səviyyəsinin daxil edilmə-
sindən asılıdır. Belə ki, əgər ancaq müstəqim mənada elmdən, yəni elmi
yaradıcılıq prosesindən, yeni elmi biliklərin əldə edilməsindən, elmi kəşf-
lərdən danışırıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də sosial
sistem kimi həcmi minimal olacaqdır. Burada ancaq yaradıcı elm adamla-
rının, elmi yeni ideyalarla zənginləşdirən alimlərin fəaliyyəti əhatə oluna-
caqdır. Lakin ilkin elmi biliklər bazası olmasa, elmi kadrların yetişdirilmə-
si prosesi, yəni elmə yönəli təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi,
elm ilə istehsal arasında körpü olmasa, yüksək dərəcədə təchiz edilmiş la-
boratoriyalar və zəngin kitabxanalar olmasa heç bir yaradıcı alim tədqiqat-
la məşğul ola bilməz, yeni elmi kəşflər baş verməz. Deməli, elm sisteminin
həcmi ilk baxışda göründüyündən daha genişdir, təkcə yerdən qaynayan
bulaq yox, bu suyun yığılıb artması və çaylardan, dənizlərdən buxarlanaraq
buludlarda toplanması və daha sonra yağaraq torpağı islatması bütöv bir
dövri proses kimi baş tutmasa, bulaq da daha yerin təkindən qaynaya bil-
məz. Əlbəttə, elmin dövri proses kimi nəzərdən keçirilməsinin suyun döv-
ranı ilə müqayisəsini davam etdirsək, belə bir məqam da diqqəti cəlb edir
ki, yağış bilavasitə bulağa, çaya və dənizə də tökülür, amma bunlar su döv-
ranının üzdə görünən qatıdır. Yağış suyu ilə bulaq suyu eyni deyil və onun
hasil olması üçün su ancaq yerin dibindən süzülərək və minerallarla zən-
ginləşərək qayıtmalıdır. Məlum biliklərin mənimsənilməsi üçün də nisbə-
tən məhdud bir dövri sistem yetərlidir. Yəni biliklər hansı formada və sə-
Elm və onun inkişaf yolu
129
viyyədə mənimsənilirsə, həmin forma və səviyyədə də başqalarına
ötürülür.
Yeni biliklər əvvəlkiləri sadəcə mənumsəmək, sistemləşdirmək və
yenidən qablaşdırmaq hesabına əmələ gələ bilməz. Nə isə yeni bir ideya-
nın, qanunun, təlimin yaranması üçün onun insan daxili aləminin dərin qat-
larından keçərək yeni məzmun və mahiyyətdə üzə çıxması tələb olunur.
Burada yenə də dövri prosesin iki müxtəlif qatından danışmaq mümkün-
dür. Biri – problemin insanın intellektual dünyasından keçərək işıqlanması,
o biri – kosmik düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha böyük bir
dövri prosesin iştirakçısına çevrilmək və bunun sayəsində problemə kos-
mik zəkanın işığında baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumi-
ləşdirməsi ilə deyil, ilham və vəcd məqamlarında bilavasitə mənimsəmə
yolu ilə yeni biliklər qazanmaq. Bu zaman dövri prosesin dərinlik dərəcəsi
qeyri-müəyyən olur, çünki rasional idrakın hüdudlarından kənara çıxır.
İndiyəqədərki elmşünaslıq elmi məhz rasional idrak hüdudlarında
araşdırmış və müvafiq dövri prosesin sosial strukturunu təhlil etmişdir.
Lakin istər təhsil sistemi ilə, istərsə də sənaye və ya xidmət sahələri ilə or-
taq sahələrin məhz hansı sistemə aid olması məsələsi açıq qalmışdır.
Elmin müstəqil bir sahə kimi institutlaşması, yoxsa təhsil sisteminin
və ya istehsal sahəsinin strukturunda yer alması onun daxili məzmununa
təsir etməsə də, tədqiqatların yönünə və xarakterinə təsir göstərir. Funda-
mental, yoxsa tətbiqi elmlərə üstünlük verilməsi müvafiq sosial struktur və
təşkilati birlik formaları tələb edir. Universitetlərin nəzdində əsasən funda-
mental elmlərə üstünlük verildiyi halda, biznes strukturlarının, istehsal mü-
əssisələrinin strukturunda tətbiqi elmlər üstünlük təşkil edir. Başqa sözlə
desək, elmin məzmunu ilə onun təşkilati forması arasında bir uyğunluq
olur. Ona görə də, elmin daha optimal təşkili üçün əvvəlcə onun təkcə
epistemoloji müstəvidə deyil, həm də sosial müstəvidə öyrənilməsi la-
zımdır.
Elm anlayışının tədqiqi, elmin bir sistem kimi nəzərdən keçirilməsi,
onun inkişaf qanunauyğunluğunun öyrənilməsi son dövrlərdə xüsusi
aktuallıq kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun müqayisə
olunmaz dərəcədə artması ilə əlaqədardır.
Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhələdən sistemli xarakter
daşıya bilməzdi və buna ehtiyac da olmamışdı. Bu sahənin tədqiqinə hər
dəfə elmin və elmi inkişafın bu və ya digər cəhətini öyrənmək zərurəti
Elm haqqında elm
130
yaranarkən, qarşıya çıxan cari tələblərin xüsusiyyətlərinə spesifikasiyasına
uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki təd-
qiqatlar genetik əlaqə ilə birləşməmişdir və xeyli dərəcədə rabitəsiz xarak-
ter daşıyır. Bununla belə, hələ yeganə bütöv tədqiqat şəbəkəsi formalaşma-
sa da, bu sahədəki mövcud elmi işləri bir neçə başlıca tədqiqat istiqa-
mətində qruplaşdırmaq olar; elmin tarixi, metodoloji, sosioloji, iqtisadi,
qnoseoloji və s. aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və
proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-
qat sahəsi kimi götürülə bilər. Bu sahələrdən hər birinin inkişafı da nisbi
qapalı çərçivə daxilində həyata keçir və digər aspektlərdəki tədqiqatlarla
yalnız zahiri tellərlə bağlana bilər. Əslində isə bütöv sistem təşkil edən
elmin və elmi inkişaf prosesinin müxtəlif aspektlərdəki tədqiqi də bütöv və
sistemli xarakter daşımalıdır. Zira ayrı-ayrı diferensial tədqiqatların
istiqamətləndirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da
olsa bütöv təsəvvür əldə edilməsi vacibdir.
Məhz buna görədir ki, son vaxtlarda elmin müxtəlif aspektlərdə öy-
rənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – «elmşünaslıq»
(yaxud «elm haqqında elm») adı altında birləşdirməyə çalışırlar.
Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün əsas şərt metodoloji
əsasların hazırlanması və başlıca fəlsəfi problemlərin həllidir. Çünki elə
konkret məsələlər vardır ki, ümumi fəlsəfi təsəvvür əldə etmədən onların
həlli qeyri-mümkündür. V.A.Dmitriyenko məhz belə hallardan birini nəzə-
rə alaraq yazır: «Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdırmadan
onun idarə olunması problemini həll etmək ağlasığmazdır»; ona görə də,
nə qədər ki, elmin inkişaf qanunları dəqiqləşdirilməyib, onun idarə olun-
ması və planlaşdırılması da tamamlanmamış qalacaq».
1
1
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu
müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə hiss olunsa da, problem öz
ümumi həllini hələ də tapmamışdır. Bununla belə, elmin müxtəlif konkret
cəhətlərinin müəyyənləşdirilməsi, onun inkişaf xüsusiyyətlərini əks etdirən
çoxlu məlumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir.
Tədqiqat işlərinin bir hissəsi (zahirən fəlsəfi aspekt) bilavasitə elmin
mahiyyətinin öyrənilməsinə yönəldilmişdir. Lakin bu tədqiqatlar elmin
1
В.А.Дмитриенко. Об общих закономерностях развития науки. «Учение записи
Томского госуниверситета. Проблемы методологии и логики наук». Томск, 1969, с.5.
Dostları ilə paylaş: |