Elm və onun inkişaf yolu
131
müxtəlif aspektlərdə öyrənilməsindən alınan nəticələrə əsaslanmaq, onları
ümumiləşdirmək əvəzinə, bir-biri ilə əlaqəsiz olan aspektlərdən yalnız biri-
nə çevrilmişdir. Bu cür vəziyyət fəlsəfə ilə digər konkret elmi sahələr
arasındakı məlum münasibətə qətiyyən uyğun gəlmir.
Burada əsas tədqiqat prinsipi elmin müəyyən bir xüsusiyyətlərini ön
plana çəkmək və onun digər sistemlərlə əlaqəsini bu baxımdan izah etmə-
yə çalışmaqdır. Lakin aşağıda göstərəcəyimiz kimi, elm qeyri-bircins feno-
menoloji sistem olduğundan onun mahiyyəti təsadüfi seçilmiş hər hansı
xüsusiyyətə görə – bu xüsusiyyət nə qədər əsas olursa olsun – müəyyən-
ləşdirilə bilməz.
Sərlövhəsinə görə elmin metodoloji prinsiplərinə həsr olunmuş əsər-
lərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri
olan tədqiqat üsulları və elmi yaradıcılıq xüsusiyyətləri öyrənilir. Bununla
belə, metodologiyanın müxtəlif elmi sahələr üçün eyni xarakter daşıması
elmin müvafiq cəhətləri üçün bəzi ümumiləşdirmələr aparmağa və alınmış
nəticələrdən elmşünaslıqda istifadə etməyə geniş imkan yaradır. Lakin çox
təəssüf ki, metodoloji tədqiqatların nəticələrindən bütöv elm sisteminə xas
olan cəhətlərin müəyyənləşdirilməsi üçün olduqca az istifadə edilir.
Mövcud tədqiqatlar içərisində elmin metodoloji məsələlərinə ən çox
yaxın olan sahə onun sistemli baxımdan tədqiqidir. Bundan başqa, elmin
tədqiqində tarixilik prinsipinin, həm də tarixi və məntiqi yanaşma üsulları-
nın öyrənilməsi də metodoloji xarakter daşıyır.
Elmin sistemli tədqiqi hazırkı tədqiqat istiqamətləri içərisində nəzəri
xarakter daşıması və eklektiklikdən uzaq olması ilə fərqlənir. Əgər bu sa-
hədə elmin mahiyyətinin müəyyənləşdirilməsi üçün hələ ciddi addımlar
atılmamışdırsa, bu yalnız həmin sahənin özünün və onun spesifik tətbiq
xüsusiyyətlərinin kifayət qədər öyrənilməməsi nəticəsidir.
Sistemli tədqiqat elmin digər aspektlərdəki tədqiqində buraxılan me-
todoloji qüsurları aşkara çıxarmaq baxımından rasional meyar rolunu oy-
nayır. Məsələn, E.M.Mirski elmin indiyə qədərki təyinlərindən bir qismini
sistemli yanaşma ilə müqayisə edərək yazır: «Biz «elm... (biliklərdən, mə-
lumatlardan, birgə axtarışlardan, institutlardan və s. ibarət) sistemdir» tipli
çoxlu tərifləri, onlar sistemli yanaşmaya müraciətlə müşayiət olunsa belə,
nəzərə almaya bilərik. Məsələ burasındadır ki, bu təriflərdə əslində ele-
mentlər təyin olunur və «sistem» termini onlar arasında ümumiyyətlə hansı
isə əlaqənin olduğunu göstərir: buna görə də, belə təriflərin quruluşu,
Elm haqqında elm
132
sistemli yanaşma haqdakı təsəvvürlərimizə uyğun gəlmir».
1
1
Doğrudan da,
müəllif prinsip etibarı ilə tamamilə haqlıdır. Lakin iqtibasda göstərilən tərif
növünü və bu növə daxil olan müxtəlif yanaşma variantlarını təkzib etmək
və atmaq üçün təkcə onun sistemli tədqiqatın prinsiplərinə uyğun
gəlməməsi faktı kifayət deyildir. Qəti nəticə çıxara bilmək üçün, birincisi,
tərif növünün formasının qüsurluluğu ilə bərabər belə forma ilə ifadə
olunan müxtəlif yanaşma variantlarından hər birinin məzmunca da
natamam və birtərəfli olduğu sübut edilməlidir, əks təqdirdə tədqiqatçıların
eyni mövqeyi yenidən, başqa formada təkrar etmələri üçün əsas qalmış
olur. İkincisi, sistemli yanaşmanın öz ümumi nəzəriyyəsi kifayət qədər də-
qiqləşdirilmədiyindən və bu yanaşma bir çox tətbiq sahələrində hələ
yoxlanılmadığından təkcə ona istinad edən mühakimələr tam etibarlı sayıla
bilməz. Əksinə, hazırkı dövrdə elmə sistemli yanaşmadan alınan nəticələr
ümumi məntiqi və tarixi tədqiqatların nəticəsi ilə üst-üstə düşərsə, bu fakt
sistemli yanaşmanı yeni bir sahədə də özünü doğrultması baxımından daha
çox əhəmiyyət daşımış olar.
Elmin tədqiqindəki birtərəfli mövqelər sadəcə olaraq atılmamalıdır:
sistemli tədqiqatda müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısın-
dan istifadə edilməlidir. Ayrıca tədqiqat istiqamətlərində bütövlükdə elmin
özü olmasa da, onun müxtəlif cəhətləri öyrənilib ki, bunları bilmədən
«elm» sisteminin elementlərini təyin etmək mümkün deyil. Elementlər mə-
lum olmadıqda isə həqiqi sistemli tədqiqatdan heç söhbət də gedə bilməz.
Bir sıra tədqiqat aspektlərini və onlardan alınan nəticələri tamamilə
nəzərdən atdığına görədir ki, E.M.Mirski «elm» sistemindən danışarkən
yalnız bəzi aspektlərin tədqiqat obyektlərini birləşdirməklə kifayətlənir və
bununla da, özü birtərəfliliyə yol vermiş olur: «Elm dedikdə bilik və... fəa-
liyyət nəzərdə tutulacaqdır».
1
2
Buraya, məsələn, elmin material bazası, elmi
biliyin saxlanma formaları və sair ünsürlər daxil edilmir, halbuki, yarımçıq
əsas üzərində sistemli təsəvvür zəruri tamlıq tələbini ödəyə bilməz.
Bundan başqa, baxdığımız birtərəfli sistemli tədqiqat cəhdində daha
bir tədqiqat aspektinin nəzərə alınmaması zəruri sayılır: «...Elmi daha
yüksək səviyyəli bir tamın yalnız hissəsi (variantı) kimi götürən modellər
1
Э.М. Мирский. Системный подход в изучении науки // Системные исследования,
М., 1973, с. 187.
2
Yenə orada, s. 189.
Elm və onun inkişaf yolu
133
də bizim təhlil sərhədlərindən kənarda qalır».
1
1
Belə olduqda elmi bütöv
sistem kimi səciyyələndirən xüsusiyyətlər necə öyrənilə bilər? Axı, tədqi-
qat sistemin təkcə elementlərinin yox, özünün də xassələrinin müəyyənləş-
dirilməsinə imkan verməlidir.
Tədqiqatımızın sonrakı mərhələsində istifadə edə bilmək üçün yuxa-
rıdakı mühakimələrimizdən alınan iki nəticəni xüsusilə qeyd etmək istəyi-
rik:
a) Sistemli yanaşma metodunun həqiqi tətbiqi zamanı əvvəlcə elmin
əhatə etdiyi elementlər müəyyənləşdirilməlidir ki, bu da müxtəlif aspekt-
lərdəki tədqiqatların hamısını nəzərə almaq sayəsində mümkün ola bilər.
b) Bir yox, iki cür sistem öyrənilməlidir: əvvəla «elm» sisteminin
özü – onun elementlərindən təşkil olunmuş sistem, ikincisi, elmin bir ele-
ment kimi daxil olduğu sistem və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yal-
nız müəyyən bir cəhəti öyrənilir; bütöv elm sisteminin tədqiqi isə kölgədə
qalmış olur. Məsələn, «elmin tarixi tədqiqi» adı altında, adətən elmin tarixi
əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki, elmi bilik qlobal «elm»
sisteminin tərkib elementlərindən yalnız biridir. Və nəzərə alınmalıdır ki,
sistemin və onun tərkib elementlərinin nisbi müstəqil surətdə keçirdikləri
müxtəlif kəmiyyət və keyfiyyət dəyişiklikləri, inqilabi momentlər və s. za-
manca uzlaşmaya da bilər və çox vaxt belə də olur. Nəzərə alınmalıdır ki,
sistem üçün ən əsas cəhət məhz onun öz tərkib elementlərindən fərqli
olaraq, yeni inteqrativ xassələrə malik olması şərtidir.
1
2
Bununla belə, bu sahədə əldə edilən nəticələr olduqca qiymətlidir və
lazımi nəzəri ümumiləşdirmələrdən sonra «elm» sisteminin tədqiqi üçün
də zəruri olan bir sıra nəticələr alına bilər. Belə ki, bütöv «elm» sisteminin
keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlə-
rinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyini toplanma və
saxlanması vasitələrinin, informasiya mübadiləsi və s. Cəhətləri müxtəlif
dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə
müəyyənləşdirilə bilər.
«Elm» sistemində başlıca özək elementlərindən (sistemin kompo-
nentlərini şərti olaraq «özək elementləri» və «əlaqə elementləri» kimi iki
1
Yenə orada, s. 188.
2
В.Г. Афанасьев. Научное управление обществом. М., 1968, с. 7.
Dostları ilə paylaş: |