Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   22   23   24   25   26   27   28   29   ...   136

53 
 
qoyduğu  vəzifələrin  yerinə  yetirilməsi  bütün  kənd  təsərrüfat  istehsalının  əsası  olan  taxıl 
təsərrüfatının daha da inkişaf etdirilməsini tələb edir. 
Kənd  təsərrüfatının  bütün  başqa  sahələrinin  yüksəlişi,  əhalinin  və  bütün  xalq  təsərrüfatının 
getdikcə artan tələbatının təmin edilməsi taxıl təsərrüfatının müvəffəqiyyətlə inkişaf etdirilməsindən 
asılıdır. 
Muxtar respublika rəhbərliyinin taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşması nəticəsində 
bu  sahədə  yüksək  artıma  nail  olunmuşdur.  Tədqiqat  nəticəsində  aydın  olmuşdur  ki,  1991-ci  ildə  26,6 
min ton, 1993-cü ildə 20,0 min ton, 1995-ci ildə 23,6 min ton taxıl yığılmışdır (13, s.41). 
Özəlləşmə  nəticəsində  taxılçılıqda  mühüm  uğurlar  əldə  edilmişdir.  Taxılçılıq  sahəsində 
muxtar  respublikada  1995-ci  ildən  dönüş  yaranmışdır.  1997-ci  ildə  1996-cı  illə  müqayisədə  taxıl 
istehsalı 91,6 faiz artıq olmuşdur (11, s.17). 
Muxtar respublikada 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci 
ildən davam edən tənəzzüllə son qoyulmuş və ildən-ilə artım əldə edilmişdir. 
Aparılan  islahatların  həyata  keçirilməsi  nəticəsində  muxtar  respublikada  1990-cı  ilə  nisbətən 
1998-ci  ildə  taxıl  istehsalı  72%  olmuşdur.  Eyni  zamanda  taxılçılıq  təsərrüfatında  ümumi  məhsul 
istehsalı və məhsuldarlıq yüksəlmişdir. 1993-cü ilə nisbətən taxıl istehsalı 2,76 dəfə artmışdır (6, s.63). 
Həyata keçirilən aqrar islahatlar nəticəsində muxtar respublikada 1995-ci ildə kənd təsərrüfatı 
məhsulları  istehsalının  həcmi  117  mlrd.  manat  olduğu  halda,  2000-ci  ildə  kənd  təsərrüfatı 
məhsulları  istehsalının  həcmi  269  mlrd.  manat  olmuşdur.  2000-ci  ildə  Naxçıvan  MR-də  bütöv 
təsərrüfat  kateqoriyaları  üzrə  54428  min  ton  (1999-cu  ildəkindən  13  ton,  yaxud  26,5%  çox)  taxıl 
istehsal edilmişdir (12, s.121-122). 
Müstəqillik illərində muxtar respublikanın taxılçılq təsərrrüfatında və istehsalında da dəyişikliklər 
olmuşdur.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  dediyi  kimi  “Son  illər  taxıl  istehsalında  da  əsaslı 
dəyişikliklər baş vermişdir. Dənli bitkilərin sort tərkibi tamamilə təzələnmiş respublikanın şəraiti üçün 
yararlı olan yeni, daha məhsuldar sortlar əkilməyə başlamış, əkin sahələrinin strukturu, dənli bitkilərin 
əkilib becərilməsi texnologiyası yaxşılaşdırılmışdır” (2, s.42-43). 
Muxtar respublikada islahatların uğurla həyata keçirilməsi nəticəsində taxılçılıq təsərrüfatına 
ciddi  fikir  verilmiş,  aqrotexniki  tədbirlərə  əsaslanan  intensiv  metodlarla  onun  əkin  sahəsi  və 
məhsuldarlığı ildən ilə artırılmışdır. Belə ki, 2000-ci ilə nisbətən 2005-ci ildə taxıl əkin sahəsi 59,3 
faiz, məhsul istehsalı 71,3 faiz artmışdır. Ümumiyyətlə, muxtar respublikada 1995-ci ildə 23,6 min 
ton,  2000-ci  ildə  54,4  min  ton,  2005-ci  ildə  93,2  min  ton,  2009-cu  ildə  94,7  min  ton  taxıl 
yığılmışdır. 2010-cu ildə isə taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu 
illə  müqayisədə  1,4  faiz  çoxdur.  1988-ci  illə  müqayisədə  taxıl  istehsalının  həcmi  2010-cu  ildə  67 
min ton artmışdır (4, s.120). 
Muxtar  respublikada  məhsul  istehsalını  artırmaq,  əhalini  keyfiyyətli  və  təhlükəsiz  ərzaqla 
təmin etmək məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan 
Muxtar  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı” 
muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər 
müəyyənləşdirilmişdir.  
Kənd  təsərrüfatının  inkişafında  taxıl  anbarlarının,  elevatorların  inşası  da  mühüm  yer  tutur.  Bu 
zərurət nəzərə alınaraq. 2009-cu ildə 18 min ton taxıl uzun müddətə, 20 min ton taxıl isə qısa müddət 
saxlamaq  gücünə  malik  Naxçıvan  Muxtar  Respublikası  Taxıl  Ehtiyyatı  Anbarı  yaradılmışdır.  Anbar 
kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan 
qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır. 
Ümumiyyətlə,  Naxçıvan  MR  taxıl  təsərrüfatlarında  bütün  mövcud  ehtiyyat  mənbələrindən 
hərtərəfli istifadə edilməsi, muxtar respublikada taxıl istehsalının artırılması sahəsində Naxçıvan Muxtar 
Respublikası  Ali  məclisinin  və  Naxçıvan  hökumətinin  qarşıya  qoyduğu  vəzifələrin  müvəffəqiyyətlə 
yerinə yetirilməsini təmin edir.  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan MR-in 85 illiyinə həsr edilmiş 
təntənəli mərasimdə demişdir: “Əgər ümummilli liderimizin ötən əsrin 70-ci illərində geridə qalmış 
aqrar Azərbaycan Respublikasını müttəfiq respublikalar içərisində lider respublikaya çevirdisə, bu 
gün bu siyasi kursun davamçısı hörmətli İlham Əliyev Azərbaycanı lider dövlətə çevirdi. Göstərilən 


54 
 
diqqət  və  qayğının  nəticəsidir  ki,  ötən  beş  il  ərzində  muxtar  respublikada  ümumi  daxili  məhsul 
(ÜDM)  istehsalının  həcmi  3,5  dəfədən  çox  artaraq  232  milyon  manatdan  796  milyon  manata 
çatmışdır” (1, 15 avqust 2009).  
Təhlil  və  araşdırmalardan  məlum  olur  ki,  muxtar  respublikada  aqrar  sahədə  əldə  olunan 
dinamik  inkişaf  ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  mümkün 
olmuşdur.  Əlverişli  iqlim  şəraitinin,  bərəkətli  münbüt  torpaqların  olması,  üstəlik  də  taxılçılıq 
sahəsinin inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, muxtar 
respublikanın torpaq potensialından səmərəli istifadəyə imkan yaratmışdır.  
Görülən  tədbirlər  nəticəsində  muxtar  respublikada  kənd  təsərrüfatının  ümumi  məhsulunun 
strukturunda  ciddi  dəyişikliklər  baş  vermişdir.  Aparılan  islahatlar  kənd  təsərrüfatı  istehsalı 
sahəsində  potensialın  səmərəli  şəkildə  reallaşdırılmasına  imkan  yaratmışdır.  Hər  bir  rayonun 
spesifik xüsusiyyətlərinə uyğun kənd təsərrüfatı strukturunun formalaşdırılmasına başlanmışdır. Bu, 
özünü sonrakı illərdə kənd təsərrüfatı məhsulları istehsalı strukturunda da göstərmişdir. 
Əvvəlki  illərdə  olduğu  kimi,  2011-ci  ildə  də  taxılçılıq  əsas  əkinçilik  sahəsi  kimi  muxtar 
respublika  rəhbərliyinin  diqqət  mərkəzində  saxlanılmışdır.  Məhsuldarlığın  artırılmasında  üzvü  və 
mineral  gübrələrdən  səmərəli  istifadənin  də  rolu  böyük  olmuşdur.  2011-ci  ildə  güzəştli  şərtlərlə 
buğda istehsalçılarına 3721 ton azot və 108 ton fosfor gübrəsi verilmişdir (16, s.76).  
Muxtar  respublikada  hər  il  olduğu  kimi,  2011-ci  ildə  də  strateji  əhəmiyyəti  nəzərə  alınaraq 
taxılçılıq  üstün  mövqeyə  çıxarılmış,  2010-cu  illə  müqayisədə  797  hektar  çox,  yəni  34  min  751 
hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 25 min 856 hektarı buğda, 8 min 895 hektarı isə 
arpa  olmuşdur.  2011-ci  ildə  muxtar  respublikanın  taxıl  zəmilərindən  101  min  ton  məhsul 
toplanmışdır (7, s.7). 
Muxtar  respublikada  taxılçılıq  təsərrüfatına  mühüm  əhəmiyyətli  sahə  kimi  yanaşılması 
nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur. Ən əsası 2012-ci ildə 34 min 965 
hektar sahədən 101 min 848 ton taxıl götürülmüşdür (8, s.7).  
Taxılçılıqda yüksək məhsul götürülməsinin ən əsası odur ki, təbii ehtiyat sayılan torpaqların 
məhdud  olması  nəzərə  alınaraq  əkinçilik  müasir  aqrokimyəvi  və  aqrotexniki  tədbirlərə  əsaslanan 
intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir. Bunun nəticəsində 
1996-cı ilə nisbətən 2012-ci ildə taxıl istehsalı 4,6 dəfə artmışdır. 
Qeyd etmək olar ki, 2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə 
əkin aparılmışdır. Bu da 1996-cı ilin məhsulu üçün əkilmiş sahədən 2,3 dəfə çoxdur (15, s.10).  
Muxtar  respublikanın  kənd  təsərrüfatında  taxılçılıq  2013-cü  ildə  də  üstünlük  mövqeyi  ilə 
seçilmişdir.  35  min  324  hektar  sahədə  taxıl  əkilmişdir  ki,  bunun  da  25  min  869  hektarını  buğda 
təşkil  etmişdir.  Əvvəlki  dövrə  nisbətən  taxıl  əkin  sahəsinin  həcmi  359  hektar  artırılmışdır.  Taxıl 
zəmilərindən  102  min  960  ton  məhsul  toplanılmışdır  ki,  bu  da  2012-ci  illə  müqayisədə  1112  ton 
çoxdur.  Taxıl  istehsalının  artımı  ilə  yanaşı,  taxıl  ehtiyatlarının  yaradılması  imkanları  da 
yaxşılaşdırılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da, 
Naxçıvan  Muxtar  Respublikasında taxılı uzun  müddətə  saxlamağa  imkan  verən  anbarın  həcmi  18 
min tondan 27 min tona çatdırılmışdır (9, s.8). 
2013-cü ildə muxtar respublika son 3 il ərzində istehsal olunan buğdanın hər kiloqramını orta 
hesabla  33  qəpikdən  mərkəzləşdirilmiş  qaydada  satın  alınması  məhsul  istehsalçılarının  taxıl 
istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artirmişdir. 
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmışdır 
ki,  bu  da  2013-cü  ilin  məhsulu  üçün  əkilmiş  sahədən  702  hektar  çoxdur.  Cəmi  əkin  sahələri, 
hektarla Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması 
məqsədilə  toxumçuluq  təsərrüfatlarının  maddi-texniki  bazası  möhkəmləndirilmiş,  Naxçıvan 
şəhərində  toxumçuluq  təsərrüfatı  üçün  yeni  kompleksin  inşası  davam  etdirilmişdir.  Muxtar 
respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının 
satışının  da  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Hazırda  muxtar  respublikada  6  toxumçuluq 
təsərrüfatı fəaliyyət göstərir. 
2014-cü  ildə  taxılçılıq  əsas  əkinçilik  sahəsi  kimi  diqqət  mərkəzində  saxlanılmışdır.  2014-cü 
ilin  məhsulu  üçün  35749,7  hektar  sahədə  taxıl  əkilmişdir  ki,  bunun  da  26274,1  hektarını  buğda, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə