Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   20   21   22   23   24   25   26   27   ...   136

49 
 
qurtarmağa  gələcək"  (9,  səh.170).  Hamlin  haqlı  olaraq  yazır  ki,  "Hnçak  İnqilabi  Partiyası"nın 
kökləri Rusiyadadır və rus qızılı və ağlı ilə idarə edilir" (1, səh. 119).  
I  Dünya  müharibəsi  başlayan  zaman  erməni  xəyanətkarlığı  bir  daha  özünü  göstərdi. 
Müharibənin  ilk  günündən  başlayaraq  müttəfiq  dövlətlər tərəfindən  hər  cür  yardım  alan  ermənilər 
Osmanlı  ordusunun  arxasında  geniş  fəaliyyətə  başladılar.  Ermənilər  yalnız  onlara  xas  olan 
xəyanətkarlıqla  öz  dövlətlərinə  arxadan  zərbə  endirərək  Rusiyaya  və  digər  Avropa  dövlətlərinə 
köməklik  etməyə  başladılar.  Onlar  belə  hesab  edirdilər  ki,  rusların  döyüş  cəbhələrində 
müvəffəqiyyət  qazanmalarında  böyük  köməklik  etdiklərinə  görə  Rusiya  mükafat  olaraq  Şərqi 
Anadoluda  bir  "Ermənistan"  dövləti  yaradacaq.  Rusiya  Anadolunu  işğal  etdikdə  erməni 
xəyanətkarlığı daha qabarıq şəkildə özünü büruzə verdi.  Ermənilər rus ordusunun 1 noyabr 1914-cü 
ildə Şərqi Anadolu üzərinə  hücuma keçdiyi zaman Şərqi  Anadolunun bir sıra  yerlərində-Bitlisdə, 
Zeytunda,  Ərzurumda,  Vanda,  Sivasda  və  s.  bölgələrdə  üsyanlar  qaldıraraq  türk  əhalisinə  qarşı 
soyqırımlar törətdilər. Beləliklə, Rusiyanın 1914-cü ilin oktyabr ayında Osmanlı dövlətinə rəsmən 
müharibə  elan  etməsindən  və  ordularına  türk  sərhədlərini  keçmə  əmrini  verməsindən  sonra 
ermənilər  bütün  imkan  və  gücləri  ilə  Rusiya  və  müttəfiq  dövlətlərin  əmrinə  girməyə  və  türklərə 
qarşı  qanlı  soyqırımlar  həyata  keçirməyə  başladılar.  Öz  növbəsində  Rusiya  da  Anadoludan  qaçan 
erməniləri  silahlandıraraq  könüllü  birliklər  yaratmaqla  yanaşı,  həm  də  Daşnaksütyun  partiyasının 
vasitəsilə  onlara  pul  yardımı  da  edirdi.  Ermənilər  rusların  irəliləməsinə  kömək  edir,  yerli  xalqı 
kütləvi şəkildə öldürərək toplu məzarlara basdırırdılar. 
1914-cü  ilin  avqust  ayından  başlayaraq  İstanbula  vali  və  komandanlardan  saysız-hesabsız 
teleqraflar  göndərilirdi.  Bu  teleqrafların  hamısında   ermənilərin  silahlanmasından, zülmündən,  yol 
kəsmələrindən,  kəndlərə  necə  hücum  etmələrindən,  əsgərlərə  atəş  açmalarından,  günlərlə  davam 
edən atışmalardan bəhs edilirdi. Erməni dəstələri ruslarla əlbir olaraq daha da saldırğan olmuşdular. 
Teleqraflarda  bildirilirdi  ki,  "əgər  durun  deyən  olmasa  bu  dəstələr  Anadoluda  tək bir  türk,  tək  bir 
kürd  buraxmayacaq"  (9,  səh.200).  Göründüyü  kimi,  ermənilər  yalnız  türkləri  deyil,  ümumiyyətlə 
bölgədə  yaşayan  bütün  millətləri,  o  cümlədən  də  kürdləri  soyqırıma  məruz  qoymuşdular.  Çar 
Rusiyasının  Ərzurum  Rus  İkinci  Topçu  Alayın  Komandiri  podpolkovnik  Tverdo-Xlebov 
xatirəsində yazır: "Ermənilər mənə 27 fevral gecəsi 3000 türkü öldürdüklərini fəxrlə bəyan etdikləri 
zaman,  müdafiəsiz,  günahsız  insanların  öldürülməsinin  bir  vəhşilik  olduğunu  dedim,  bizə:-  siz 
russunuz, erməni millətinin idealını anlayamazsınız-cavabını verdilər...” (5, səh.8). 
Beləliklə,  Osmanlı  hökuməti  baş  verən  qiyamların  və  türklərin  qırğınlarının  qarşısını  almaq 
məqsədilə 1915-ci il aprelin 24-də erməni komitə və cəmiyyətlərinin qadağan edilərək rəhbərlərinin 
həbs edilməsi barədə fərman imzaladı ki, bu da "Təhcir qanunu" (Təhcir-ərəbcə köçürmə) adlanır. 
Bu  fərmanla  qiyam  edən  ermənilər  cəbhə  bölgələrindən  ölkənin  içərilərinə  köçürülməyə  başlandı. 
Bu fərman əsasında erməni komitə və cəmiyyətlərinin rəhbərlərindən 235 nəfər həbs edilmişdir.  
Türkiyə  Tarix  Qurumunun  məlumatına  əsasən  erməni  dəstələri  24  apreldən  əvvəl  120  min 
müsəlmanı öldürmüşlər. 24 apreldən sonra yenə ermənilərin öldürdükləri müsəlmanların sayı 410 min 
nəfər olmuşdur. Hətta Vanda on minlərlə müsəlmanı öldürən ermənilərə Rusiya çarı "Van ermənilərinə 
təşəkkür  edirəm"  deməkdən  belə  çəkinməmişdi.  Həqiqətdə  türklərin  yox,  ermənilərin  türklərə  qarşı 
sözün  əsl  mənasında  soyqırımı  törətdiyini  Türkiyənin  müxtəlif  bölgələrindən  qazıntılar  zamanı  aşkar 
edilən türklərə aid toplum məzarlıqlar sübut edir. Amerikalı professor Castin Makkartni həmin dövrün 
statistikasını  hərtərəfli  araşdıraraq  belə  nəticəyə  gəlmişdir  ki,  1912-22-ci  illərdə  ölən ermənilərin  sayı 
heç  də  onların  iddia  etdikləri  kimi  1,5  və  ya  2  milyon  deyil,  qat-qat  azdır.  Makkarti  yazırdı  ki, 
"Ermənilərin  arasında  ölənlərin  sayı  dəhşətli  artıb.  Amma  həlak  olan  ermənilərin  sayını  nəzərdən 
keçirərkən,  ölən  müsəlmanların  sayını  da  nəzərə  almaq  lazımdır.  Statistika  göstərir  ki,  ermənilərlə 
yanaşı 2,5 milyon Anadolu müsəlmanı, əsasən də türk həlak oldu (2, səh.58). 
1915-ci  ilin  21  dekabr  tarixində  Berlində  çap  etdirilən  “Erməni  məsələsi"  adlı  kitabda 
deyilirdi:  "Ermənilərin  çox  rahat  yaşadıqları  ölkə  Türkiyə  olmuşdur.  Buna  baxmayaraq,  onlar 
nankorluq  edərək  ruslarla  əməkdaşlıq  etməyə  başladılar.  Heç  bir  zaman  erməni  soyqırımı 
olmamışdır.  Türklər  çox  ciddi  tədbirlər  görmüşdülər.  Köçkünlər  arasında  əzilmiş  insanlar  tapmaq 
olar, lakin bunun üçün Osmanlı hökumətini heç kim günahlandıra bilməz. Çünki dövlətin mənafeyi 
hər  şeydən  üstündür.  Hökumət  təkcə  erməni  qiyamçılarını  deyil,  Ərəbistanda  qiyama  hazırlaşan 


50 
 
müsəlman  əhalisini  də  cəzalandırdı.  Burada  məsuliyyət  bütünlüklə  ingilis,  rus  və  ermənilərin 
üzərinə düşür". 
1921-ci  ildə  Almaniyada  nəşr  edilən  "Deutsche  Allegemeıne  Zeitung"  qəzeti  yazırdı: 
"Ermənilərdən  çox  danışılır.  Lakin  şaxtalı  qışda  çoxlu  sayda  ölən  türklərdən  heç  bəhs  edilmir. 
Ermənilərin  türklərə  qarşı  törətdikləri  zülmlərdən  və  soyqırımından  çox  az  danışılır.  Məsələn,  bir 
çox  türk  kəndləri  əhalisinin  gözləri  ermənilər  tərəfindən  çıxarılmışdır.  Bu  cür  düşmənə  qarşı 
türklərin münasibəti necə olmalıydı?» (8, səh.87).   
Qiyamçı  ermənilərin  ölkənin  içərilərinə  köçürülməsi  zamanı,  təbii  ki,  ölüm  halları  baş 
vermişdir.  Lakin  bu  ölüm  halları  soyqırım  nəticəsində  deyil,  müxtəlif  xəstəliklər,  iqlim  şəraitinin 
uyğun olmaması və s. nəticəsində olmuşdur. Unutmaq lazım deyil ki, 1948-1953-cü illərdə keçmiş 
Sovetlər  İttifaqı  səviyyəsində  150  min  nəfərdən  artıq  azərbaycanlı  əhalinin  öz  tarixi-etnik 
torpaqlarından zorla deportasiya edilməsi nəticəsində kütləvi şəkildə ölüm halları olmuşdur və bu 
məsələyə  nə  keçmiş  İttifaq  səviyyəsində,  nə  də  ki,  dünyanın  "demokratik"  dövlətləri  səviyyəsində 
heç  bir  münasibət  bildirilməmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  azərbaycanlı  əhalinin 
köçürülməsi  onların  qiyam  etdiklərinə  görə  baş  verməmişdir.  Bu  sadəcə  "Türksüz  Ermənistan" 
istiqamətində həyata keçirilən planın tərkib hissəsi kimi həyata keçirilmişdir. 
 
ƏDƏBİYYAT 
1. Cemal Anadol. Tarihin işığında ermeni dosyası". İstanbul, 2001, cəmi 496 səh. 
2. Erməni soyqırımı: Mif və gerçəklik. Adiloğlu nəşr. Bakı, 2012, Tərtibatçı və nəşr edən Türk-
Amerika Assosiasiyası Assambleyası, cəmi 368 səh.  
3. Esat Uras. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul 1976, 634 səh.  
4.  Fazil  Qaraoğlu,  Ermənilər  və  həqiqətlər  (Rəsmi  sənədlərlə),Bakı,  “Nurlar”  Nəşriyyat-
Poliqrafiya Mərəzi, 2007, cəmi 400 səh. 
5.  Hacı  Nərimanoğlu,  Türk,  ya  erməni  soyqırımı?  (Gerçək  tarix  rus,  ingilis,  fransız,  amerikan, 
yəhudi, gürcü...erməni şahidlərin gözü, sözü  ilə şərhsiz) Bakı, 1015, cəmi 74 səh. 
6. İsmayıl Musayev. "Erməni genosidi", yoxsa türk-müsəlman soyqırımı. Bakı, 2001, cəmi 207 s. 
7. Metin Aydoğan. Türk uyqarlığı. İstanbul, 2006, cəmi 338 səh. 
8.  Nazim  Qəhrəmanov.  I  dünya  müharibəsində  Qafqaz  cəbhəsində  erməni  amili.  Bakı,  "E.L." 
Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008, cəmi 296 səh. 
9.  Recep  Şükrü  Apuhan.  Türklerin  tarihi.  Göktürklerden  Türkiye  Cumhuriyetine  2500  yıllık 
savaş. İstanbul, 2008, cəmi 288 səh. 
10. Rusiyanın Van və Ərzurumdakı Baç Konsulu Mayevskinin qeydləri."Azərbaycan" nəşriyyatı,     
     Bakı,1995, cəmi 13 səh. 
11. Türk-ermeni ilişkileri. 21. yüzyıla girerken tarihe dostça bakış. Ankara, 2000,  cəmi 315 səh. 
12. Veliçko V.L. Qafqaz. Rus işi və tayfalararası məsələlər. Bakı, 1995, cəmi 192 səh. 
 
ABSTRACT 
                                                                                    Mustafayev Abdulla,  
Kangarli İlqar 
                                                
Armenian treachery in the Ottoman Empire 
 
The scientific article deals with the extremely good attitude towards the Armenians and other 
nations living under the rule of the Turks, as well as the attitude towards their languages, religions, 
customs  and traditions.  There is  shown  that  the  exception  of the  Ottoman  Empire,  the  Armenians 
under which state authorities were, always met cruelty and torture. Thanks the Turks the Armenians 
could keep their religion and culture. 
Based on the Turkish, European and Armenian authors’ works there has been proved in the 
article  that,  the  Armenians  live  in  complete  freedom.  Before  becoming  the  citizens  under  the 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə