Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   17   18   19   20   21   22   23   24   ...   136

43 
 
РЕЗЮМЕ 
Исмайыл Зейналов  
 
Земледельческое (зерноводческое) хозяйство в Нахчыванском регионе 
Азербайджанской Республики в конце XIX – первой половины XX века 
 
 
В статье говорится о зерноводстве, являющемся важной отраслью земледельчества в 
Нахчыванском регионе в конце XIX – первой половине XX века. 
 
Авторы  обосновывают  мысль,  что  несмотря  на  то,  что  Азербайджан  в  начале  XIX 
столетия,  а  именно  с  1928  года,  находился  в  подчинении  России  и  на  то,  что  создавались 
препятствия  развитию  отдельных  отраслей  экономики,  в  Нахчыванском  регионе, 
являющемся неотъемлемой частью Азербайджана, на ряду с включением в посевной оборот 
в  условиях  здешнего  рельефа  и  климатического  условия  земельных  участков,  развивались 
производственные  навыки,  а  также  зерноводсто,  как  важная  отрасль  земледельчества,  и 
добились высоким результатам.  
 
В  статье  отражены  обычаи  и  традиции,  связанные  с  зерноводством,  в  том  числе 
основные результаты по осуществлению мероприятий, правила, используемые орудия труда, 
сбору урожая.   
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi:  AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev 


44 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
   
 
 
 
ABDULLA MUSTAFAYEV 
   
 
 
 
 
 
Naxçıvan Dövlət Universiteti 
İLQAR KƏNGƏRLİ 
   
 
 
 
Naxçıvan Dövlət Universiteti 
UOT:94.5 
OSMANLI DÖVLƏTİ ƏRAZİSİNDƏ ERMƏNİ XƏYANƏTKARLIĞI 
 
Açar sözlər: Osmanlı imperiyası, Avropa dövlətləri, Böyük Ermənistan, Soyqırım, Hürriyyət, 
Xəyanətkarlıq, Birinci Dünya müharibəsi 
Key  words:  The  Ottoman  Empire,  The  Great  Armenia,  freedom,  treachery,  genocide, 
European states, World War I 
Ключевые слова: Османская империя, Европейские страны, Великая Армения, Геноцид, 
Хуррият, Предательство, Первая Мировая Война 
 
Tarix  boyu  ermənilər  türklərdən  başqa  hansı  dövlətin  hakimiyyəti  altında  yaşamışlarsa  hər 
zaman  zülm  və  işgəncə  görmüşlər.  Türklər  isə  hakimiyyətləri  altındakı  ermənilərə  hər  zaman  son 
dərəcə yaxşı münasibət göstərmiş, dillərinə, dini inanclarına, adət-ənənələrinə toxunmamış,  əksinə 
onlara  heç  bir  dövlətin  vermədiyi  imtiyazlar  vermişlər.  Osmanlı  imperiyasının  tarixinə  nəzər 
saldıqda  görürük  ki,  əgər  Osmanlılar  imperiya  daxilində  yaşayan  xalqlara  bir  çox  əsrlər  ərzində 
şəxsiyyət,  din,  dil  və  adət-ənənə  azadlığı  verməsəydi,  onda  XIX  əsrdəki  üsyanlar  tamamilə  baş 
verməyə  bilərdi.  Məhz  buna  görə  də  demək  olar  ki,  Osmanlı  İmperiyası  özü  müəyyən  mənada 
başqalarına qarşı öz dini hörmətinin və dözümlülüyünün qurbanına çevrilmişdir. 
Ermənilər din  və mədəniyyətlərini  günümüzə  qədər  yalnız  Osmanlı dövlətinin  sayəsində qoruyub 
saxlaya bilmişlər. Bu barədə Əhməd Cavad  çox haqlı olaraq yazırdı ki, "Əgər türklər hakimiyyətləri altına 
aldıqları  millətlərə,  xristianların  elədiyi  kimi,  məcburən  İslam  dinini  qəbul  etdirmiş  olsaydı...bu  gün  nə 
"erməni  məsələsi",  nə  də  "Şərq  məsələsi"  olmazdı.  Türklər  bunu  etmədilər".  (8,  səh.  22).  XVIII  əsrin 
sonlarında  Polşa  səyyahı  Mikoşa  yazmışdır:    "Əgər  türklər  istəsəydilər  möhtəşəm  imperatorluğun 
içərisində yaşayan macarları, serbləri, valaxları, Balkan və Makedoniya xalqlarını və s. dil, din və sosial 
baxımdan türkləşdirər və bu gün onların heç birindən ən kiçik bir iz belə qalmazdı..." (1, səh. 80). Erməni 
müəllifi V.A.Boryanın yazdığına əsasən erməni patriarxı Nerses 1876-cı ildə Vətəndaşlıq Məclisi Şurasına 
təqdim  etdiyi  məktubunda  yazırdı  ki,  "Əgər  günümüzə  qədər  erməni  milləti  millət  olaraq  mühafizə 
edilmişsə və inancını, kilsəsini, dilini, tarixini və mədəni dəyərlərini mühafizə edirsə, bütün bunlar Türk 
hökumətinin  erməni  millətinə  göstərdiyi  himayə,  yardım  və  xeyriyyəçilik  sayəsindədir.  Tale  erməniləri 
türklərə bağlamışdır. Ona görə də ermənilər dövlətin müharibə və ağır imtahan günlərində buna laqeyd ola 
bilməz. Əksinə, hər zaman olduğu kimi ona kömək etməyə məcburdur” (11, səh.146). Bir erməni lideri 
olan  Mıqırtıç  Dadyan  da  1867-ci  ildə  qələmə  aldığı  bir  tədqiqat  əsərində  Osmanlı  rejiminə  təşəkkür 
etmişdi.  XIX  əsrin  ilk  yarısındakı  erməni  cəmiyyətini  anladan  bu  yazısında  Mıqırtıç  Dadyan,  Osmanlı 
ermənilərinin  tam  bir  hürriyyət  içərisində  sosial  inkişafları  türklər  tərəfindən  əngəllənmədən  dini 
təşkilatlarını  necə  inkişaf  etdirdiklərini  şübhəyə  yer  buraxmayan  bir  şəkildə  göstərməkdədir  (4, 
səh.36).Göründüyü  kimi,  erməni  patriarxı  da  ermənilərin  Osmanlı  dövlətində  sahib  olduqları  haqlar 
sayəsində milli mənliklərini qoruyub saxladıqlarını etiraf etmişdi. Osmanlı dövlətində ermənilər iqtisadi və 
mədəni  tərəqqiyə  nail  olmuşlar,  maarif  və  mədəniyyətləri  xeyli  inkişaf  etmişdir.  Osmanlı 
imperatorluğunun  dini  və  ya  etnik  mənşə  fərqi  qoymadan,  türklərdən  belə  əsirgədiyi  haqları  digər 
millətlərə,  o  cümlədən  ermənilərə  verməsi  onların  iqtisadi  cəhətdən  inkişaf  edərək  güclənməsinə  şərait 
yaratmışdı.  İmperatorluğun  bütün  müsəlman  olmayan  xalqlara,  o  cümlədən  ermənilərə  verdiyi  haqları 
Avropanın əksər müəllifləri əsərlərində qeyd etmişlər. Məsələn, fransız tədqiqatçısı François Georqeon " 
Kamalizm  və  İslam  dünyası"  əsərində  yazır  ki,  "  Əlcəzairdəki  Türk  dönəmi  əlcəzairlilərin  qızıl  çağıdır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə