Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   15   16   17   18   19   20   21   22   ...   136

39 
 
Göründüyü  kimi  mahalda  yaşayan  hər  ailəyə  1  xalvardan  da  az  becərilən  torpaq  sahəsi 
düşürdü. Ordubadın Belev (Biləv) mahalının bir sıra kəndlərində də təxminən belə vəziyyət hökm 
sürürdü.  
Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan  bölgəsi  üzrə  XIX-əsrin  sonu  XX-əsrin  birinci  yarısında 
əkilən  torpaqların  əksəriyyəti  dənli  bitkilərdən  ibarəd  idi.  Naxçıvan  mahalının  Şıxmahmud 
kəndində  300  xalvar  əkilən  torpaq  sahəsindən  100  xalvarı  buğda,  Cəhri  kəndində  isə  400  xalvarı 
buğda üçün istifadə olunurdu. Digər kəndlərdə də demək olar ki, vəziyyət belə idi.  
Naxçıvan bölgəsində əkilən torpaqlarının oxşar cəhətləri ilə yanaşı fərqli tərəfləri də var idi. 
Belə  ki,  Naxçıvan  bölgəsinin  torpaqları  münbüt  və  bərəkətli  olmaqla  bərabər,  öz  xüsusiyyətlərinə 
görə  əkinçiliyin  bütün  sahələri  üçün  deyil,  ayrı-ayrı  sahələri  üçün  yararlı  olmuşdur.  Bu  fikrin 
təsdiqini  inforvator  Culfa  rayonunun  Xanağa  kənd  sakini  1937-ci  il  təvəllüdlü  Məmməd  kişinin 
verdiyi  məlumatlardan  da  görə  bilərik  ki,  əsasən    Naxçıvan  bölgəsinin  Əlincə  mahalının  torpağı 
əsas  etibarilə  kəndli  torpaqları  olmuş  və  bura  yalnız  buğda  və  arpa  üçün  yararlı  olmuşdur.  Xök 
mahalının torpaqlarında isə informator məhrum İbrahim Hüseynovun dediyinə görə buğda və arpa 
ilə bərabər pambıq əkmək üçün də yararlı idi. Ordubad bölgəsinə gəldikdə isə informator 1933-cü il 
təvəllüdlü  məhrum  Oruc  Əkbərovun    məlumatına  görə  isə  Ordubad  torpaqları  bağçılıq  üçün  daha 
çox sərfəli idi. Ona görə də Ordubadda torpaqlar xüsusiyyətinə görə üç yerə bölünürdü:  
1)
 
Şimalda gili çox olan qara torpaqlar  
2)
 
Mərkəzdə gilli və qumlu torpaqlar  
3)
 
Cənubda Araz çayı boyunca sarı və qırmızı gilli torpaqlar. 
Məhz  torpaqların  bu  xüsusiyyətlərinə  görə  də  Naxçıvan  bölgəsində  kəndlilər  taxılçılıq, 
bağçılıq, üzümçülük və pambıqçılıq bitkilərinin yetişdirilməsi ilə məşğul olurdular. 
Buğdanı Naxçıvan bölgəsində ildə bir dəfə, o cümlədən yazda mart ayının  sonunda (yazlıq), 
payızda isə sentyabr ayının sonunda və ya oktyabr ayının 20-sinə kimi (payızlıq) əkirdilər. Bu cür 
səpin indi də həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki,  əhalinin təlabatı ilə əlaqədar olaraq 
Naxçıvanın bütün ərazilərində taxılçılıq əsas  yer tuturdu ki, bu da deyildiyi kimi zərurətdən  irəli 
gəlirdi.  Ona  görə  də  XIX  əsrin  80-ci  illərində  Naxçıvan  bölgəsi  öz  bol  taxılı  ilə  fərqlənməyə 
başlayır, və kənd təsərrüfatında  taxılçılıq aparıcı rol oynayır. 
Ümumiyyətlə,  XIX  əsrin  sonunda  Naxçıvanda  istehsal  olunan taxıl məhsulları  yerli  əhalinin 
çörəyə  olan  ehtiyacını  tam  ödəyirdi.  İnformatorların  məlumatlarına  görə  həmin  illərdə  Naxşıvana 
hər  hansı  bir  yerdən  taxıl  gətirirlmirdi.  Amma  qeyd  etmək  lazımdır  ki,  Naxçıvanda  taxıl 
məhsulunun  ümumi  artımı  olmuşdursa  da,  bu  artım  əkin  sahələrinin    məhsuldarlığına  görə  deyil, 
onun ildən-ilə genişləndirirlməsi hesabına idi.  
Şübhəsiz  ki,  bunun  bir  neçə  səbəbləri  var  idi  ki,  bunlarda  biri  də taxılçılıqla  işlədilən əmək 
alətlərinin  sadəliyi,  digər  səbəbi  isə  kəndlilərin  çoxunun  qoşqu  heyvanları  və  əmək  alətlərinin 
olmamasından ibarət idi.  
XIX əsrin sonu  və XX əsrin birinci  yarısına qədər Naxçıvanda taxılçılıq təsərrüfatında torpağın 
şumlanmasında daha təkmil hesab edilən kənd təsərrüfatı alətlərindən dəmirçilər tərərfindən düzəldilən 
və  ya Rusiyanın istehsalı olan dəmir kotanlardan, xışdan, o cümlədən xışın müxtəlif növlərindən olan 
çalqa  xış,  çiləli  xış  ulamalı  xış  və  digər  növvlərindən,  eləcə  də  XVIII  əsrdə  Fransız  səyahətçisi 
tərəfindən qeydə alınmış dirçək kotandan, qara kotandan istifadə olunurdu.  
İnformator 75 yaşlı Babək rayonunun Sirab kənd sakini Hacı Ataxan müəllimin məlumatına 
görə  kotandan  fərqli  olaraq  kəndlilər  daha  çox  xışdan  istifadə  edirdilər  çünki,  onu  bacarıqlı 
kənlilərin özləri də asnalıqla qayıra bilirdilər. 
Naxçıvanda  kəndlilər  əkinçilikdə  əsasən  özlərinin  ənənəvi  əmək  alətləri  olan  bellərdən  də 
istifadə  edirdilər.  Bellərin  müxtəlif  adları  da  mövcud  olmuşdur  ki,  onlardan  Naxçıvan  beli,  Şərur 
beli kimi bellərin adların çəkmək olar.  
Babək rayonunun Sirab kənd sakini 1927-ci il təvəllüdlü informator Əli Fərzəliyevin verdiyi 
məlumatdan aydın olur ki, xış və ya cüt ən qadim şum aləti idi və onları kəndlilərin özləri də təbii 
ağacdan düzəldə bilirdilər. Ən qədim şum aləti kimi istifadə edilən xış torpağı cızmaq üçün istifadə 
olunurdu.  Onu  əsasən  yerli  ustalar  da  düzəldirdi.  Bunun  üçün ağac  kəsilir,  yonulur,  quraşdırılaraq 
istənilən formaya salınırdı.  


40 
 
Belə xışlar qollarının  formasına görə (əyri və  ya düz olmasına) habelə ayrı-ayrı hissələrinin 
birləşmə qaydalarına görə bir-birindən fərqlənirdilər.  
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də istər bütöv, istərsə 
də geydirmə kötüklü xışlar əsasən bir cüt qoşqu heyvanı ilə işlədilmişdir. 
Xışın  qolunda  xüsusi  deşiklər  (gözlək)  olurdu  ki,  buraya  da  “güc  ağacı”  adlanan  ağac 
keçirilirdi. Torpağı dərin və dayaz şumlanması xışın qolunda olan deşiklərə keçirilən güc ağacı ilə 
və  yaxud  “ulama”  ilə  tənzimlənirdi.  Yuxarıda  qeyd  olunduğu  kimi  Naxçıvanda  işlədilən  daha 
təkmil xış ulama və qollu xışlar olmuşdur. 
Naxçıvanda  şum  alətlərindən  daha  geniş  yayılmış  uc  hissəsinə  dəmir  pərçim  edilən 
kotanlardan  istifadə  edilmişdir.  Bu  cür  kotanlar  informator  Zeynəddin  kənd  sakini  1931-ci  il 
təvəllüdlü Əsgər müəllimin məlumatına görə xalq arasında qara kotan, ağır kotan, kəl kotanı adı ilə 
məhşur idi. 
Qara kotan VIII-IX əsrlərdə məlum olmaqla  əkinçiliyin inkişafı baxımından ən təkmilləşmiş 
şum  aləti  olmaqla,  XIX-  əsrin  sonu  XX-  əsrin  birinci  yarısında  Naxçıvanda  geniş  yayılmışdır. 
Taxılçılıqda  məhsuldarlığı  artırmaq  üçün  onun  şumlanmasına  ciddi  fikir  verilirdi.  Ona  görədə 
yuxarıda  adlarını  çəkdiyimiz  şum  alətlərindən  səmərəli  istifadə  edilməsinə  daha  çox  diqqət 
yetirilirdi. 
Taxılçılıq təsərrüfatında mühüm əmək proseslərində biri də toxumun seçilməsi və səpini idi. 
Naxçıvanda  toxumseçmədə  ən  çox  istifadə  edilən  üsul  zəmilərdən  sünbülün  seçilməsi  olmuşdur. 
Ona  görə  də təcrübəli  əkinçi  zəmilərdəki  iri,  sağlam  və  dolu  sünbülləri  qıraraq,  keyfiyyətli  toxum 
hazırlayrdı. 
XIX əsr və XX əsrin birinci yarısına qədər Naxçıvanın bütün mahallarında toxum ancaq əllə 
səpilirdi.  Nehrəm  kənd  sakini  80  yaşlı  Gülsüm  və  onun  qardaşı  arvadı  65  yaşlı  Atikə  xanımın 
toxum səpini haqqında dedikləri də bu fikiri tamamlayır.  
Toxum adətən daha təcrübəli mömin və əli bərəktli kimi tanınan əkinçilər tərəfindən səpilərdi. 
Səpin  üçün  isə  məhsuldar  toxum  növü  ayrılırdı.  Səpin  zamanı  çiyinə  salınan  heybədən  və  ya 
qurşağa  bağlanan  döşlükdən  istifadə  edilirdi.  Toxum  heybəyə  və  ya  dğşlüyə  tökülərdi,  toxumu 
səpən heybədən və ya döşlükdən toxum götürüb nizamlı qaydada  şumlanmış sahəya səpərdi. 
Əl ilə səpin demek olar ki, qədimdən xalqlar üçün eynilik təşkil etmişdir.  
İnformatorlardan Babək rayonunun Qahab kənd sakini, 75 yaşlı fermer Məhəmmədin verdiyi 
məlumata  görə  səpin  ancaq  kişilər tərəfindən  həyata  keçirilirdi.  Səpin elə  aparılmalı  idi  ki, toxum 
hər tərəfə eyni miqdarda düşsün, boş yer, yəni toxum düşməyən yer qalmasın. Çünki toxumu seyrək 
və ya qalın səpmək məhsuldarlığa zərər verirdi. Əsasən hər bir qarış yerə 5-7 dənə toxum düşməsi 
normal hesab olunurdu. Hər hektara, yəni min metrə 140-150 kiloqram toxum səpilərdi. 
V.N.Qriqorevin  fikrincə  Naxşıvanda,  xüsusən  onun  kəndlərində,  o  cümlədən  Təzəkənd, 
Nehrəm, Şıxmahmud, Didivar, Nəzərəbad və Cəhri kəndlərində taxıl əkini üstünlük təşkil edirdi. Bu 
kəndlərdə  xalq  arasında  keçmişdə  əkinçilər  tərəfindən  deyilən  zərbi  məsələlər,  hal-hazırda  da  o 
cümlədən “nə əkərsən onu biçərsən”, “bir buğda səpməsən, min buğda biçməzsən” deyilməkdədir. 
Əkinçilər toxumu səpən kimi şumda dərhal malalama işi aparırdılar. Bununla onlar toxumun 
normal  cücərməsi  və  inkişafı  üçün  şərait  yaradırdılar.  Həm  də  malalama  torpağın  əzilməsində  və 
toxumun  torpaqla  qarışmasında  xüsusi  rol  oynayır.  Malalar  əsasən  ağac  mala,  dımrıq  mala,  ağac 
dişili mala adları ilə geniş yayılmışdır. 
Bəzi yerlərdə malaya tapan da deyirlər. İndi də Naxçıvanın əksəriyyət kəndlərində bu termin 
işlədilməkdədir.  Taxta  malalar  isə  XX  əsrin  birinci  yarısında  daha  geniş  istifadə  olunmağa 
başlanılmışdır. Taxta malaların uzunluğu 2,5 və ya 3 metrə yaxın olurdu və onun hər iki tərəfində 
deşik  açılıb,  kəndir  salınırdı,  onu  qoşqu  öküzlərə  və  ya  ata-ulağa  qoşub  şumu  tapanlayırdılar. 
Taxılçılıqda əkilən sahələrin suvarılma qaydası, yığımı, döyümü də xüsusi məharət tələb edirdi. 
XIX  əsrin  sonu  və  XX  əsrin  birinci  yarısında  taxıl  biçimində  əsasən  oraqdan,  mərəndidən 
istifadə  olunurdu.  Həmin  alətlər  ayrı-ayrı  kəndlərdə  dəmirçi  ustalar  tərəfindən  düzəldilirdi.  Əkin 
seyrək və tikanlı olanda biçin zamanı dəryazdan da (Naxçıvanda buna çox yerdə kərənti də deyirlər) 
istifadə olunurdu. 
İnformatorlardan  Babək  rayonunun  Sirab  kənd  sakini  87  yaşlı  Qasımova  Sona  qeyd  edir  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə