Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   12   13   14   15   16   17   18   19   ...   136

33 
 
dövlətləri oyuncağa və alətə çevirmiş, böyük, kiçik bir çox yeni yaranan dövlətlərə azadlıq verdiyi kimi, 
qocaman imperiyaları da tarix səhnəsindən silmişdir. Bu maye üçün insan deyilən varlığın zərrə qədər 
də  olsun  dəyəri  yoxdur.  Məşhur  siyasətçi  Uinston  Çörçilin  1936-cı  ildə  İcmalar  Palatasında  neftin 
əhəmiyyəti  barədə  dediyi  sözlər  olduqca  düşündürücüdür:  “Bir  damla  neft  bir  damla  qandan  daha 
qiymətlidir” (18, s. 13-14). Bu baxımdan ingilislərin Azərbaycana gəlişinin, daha doğrusu bölgədə işğal 
siyasəti  yeritməsinin səbəbi bilavasitə iqtisadi maraqlarla – neftlə xarakterizə oluna bilər. Məşhur türk 
tədqiqatçısı Raif Karadağ “Petrol fırtınası” adlı əsərində “Times” qəzetinin tanınmış əməkdaşlarından 
Artur Murun (Arthur Moore) 1 iyul 1922-ci il tarixli məqaləsinə istinadən, ingilislərin Bakı neftinə sahib 
olmaq  üçün  Qafqaza  gəldiklərini,  lakin  bolşevik  rus  hökuməti  ilə  müharibəyə  başlamağa  hazır 
olmadıqlarından  bölgəni  tərk  etmək  məcburiyyətində  qaldıqlarını  qeyd  edir  (18,  s.  162).  Bu  fikirlər 
doğru olsa da, ortada yenə bəzi müəyyən qaranlıq məqamlar mövcuddur. Hər şeydən əvvəl ona görə ki, 
dünyanın  ən  güclü  ordusuna  sahib  olan  İngiltərə  üçün  Rusiyada  hakimiyyəti  ələ  keçirən  və  daxili 
çəkişmələrlə məşğul olan yeni rejimin rəqib olması imkansız idi. İngilislər gələcəkdə rus təhlükəsi ilə 
qarşılaşmaq  istəməyə  bilərdi.  Təbii  ki,  bu  da  mövcud  ehtimallar  içərisində  sayılmalıdır.  Lakin 
qənaətimizcə, İngiltərənin bəhs olunan dövrdə zəngin təbii sərvətlərə sahib olan Yaxın Şərqə, xüsusilə 
Mosul  neftinə  daha  çox  fikir  verməsi  ehtimalı  burada  daha  çox  üstünlük  təşkil  edir.  Bu  ehtimalları 
sadalamaqla  birlikdə,  bu  real  faktı  da  gözdən  qaçırmamaq  lazımdır  ki,  İngiltərə  Panturanizm  amilini 
mütləq  şəkildə  nəzərə  almaq  məcburiyyətindəydi.  Çünki  Türkiyənin  tamamilə  yalnızlığa  məhkum 
edilməsi  hesaba  qatılaraq,  bu  dövlət  ilə  Türk  Dünyası  arasındakı  əlaqələrin  qoparılması  və  Turancı 
ideyaların  önünün  kəsilməsi  İngiltərə  baxımından  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Bu  planın 
gerçəkləşməsi üçün ən uyğun vasitə isə ermənilər idi. Tanınmış siyasi xadim Lord Kerzonun ifadələri 
olduqca  düşündürücüdür:  “Türkiyə  ilə  Türk  xalqları  arasında  tampon  bir  dövlətin  yaradılması 
qaçılmazdır.  Problemin  ortadan  qalxması  üçün  yeni  “Erməni  Dövləti”  təzahüründə  xristian  bir 
topluluğun meydana gətirilməsi vacibdir” (25, s. 427).  
Lakin  “Erməni  dövləti”  təzahüründə  bu  topluluq  hansı  bölgələrdə  yaradılacaqdı?  Bu  dövlətin 
Şərqi Anadoluda qurulması mümkün deyildi, İngiltərə özü buna qətiyyən razı deyildi. Halbuki İngiltərə 
Şərqi  Anadolu  və  Qafqazda  türk  təhdidinə  qarşı  baryer  olaraq  yararlanması  müqabilində  ermənilərə 
təminat  vermiş,  “Müstəqil  Ermənistan”ın  qurulması  yönündə  ciddi  öhdəliklər  götürmüş  və  vədlər 
vermişdi.  Erməni  dövlətinin  Türkiyə  ilə  Azərbaycan  arasında  Naxçıvanı  da  əhatə  edən  bir  bölgədə 
qurulması və sərhədlərinin müəyyənləşdirilməsi məsələsi İngiltərənin planları çərçivəsində idi. İngilislər 
Türkiyəyə  meylli  olan  Azərbaycana  inanmadıqlarından  məhz  Ermənistana  etimad  edir  və  Türkiyənin 
Transqafqaza  olan  qapısını  əbədilik  bağlamaq  üçün  Naxçıvanı  ermənilərə  verməyə  çalışırdılar  (bu 
barədə ətraflı bax: 1, s. 13-14; 10, s. 74).  
Naxçıvan  1919-cu  ilin  yanvarında  ingilislər  tərəfindən  işğal  edildi.  Naxçıvan  və  Şərurun 
Ermənistan  hökumətinin  tabeliyinə  verilməsini  bildirən  ingilislər  ermənilərin  öz  işğalçılıq  siyasətini 
həyata  keçirmələrinə  şərait  yaratdılar.  Daşnaklar  ingilis  zabitlərinin  bilavasitə  köməyi  və  iştirakı  ilə 
1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri 
daşnakların  nizami  qoşununu  əzərək  onları  Naxçıvan  ərazisindən  kənara atdılar.  Yerlərdə  hakimiyyət 
Milli Şuranın əlində idi. İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk etdilər (1, s. 14). 
Bütün  bunları  ümumiləşdirərək  belə  bir  nəticəyə  gəlmək  mümkündür  ki,  İngiltərə  özünün 
ekspansionist  siyasətini  həyata  keçirərkən  Londonda  tərtib  olunmuş  ssenari  üzrə  hərəkət  edən 
daşnaklardan istifadə etmiş (9, s. 256), hər vəchlə Ermənistanın Antantaya öz ərazisini, habelə hərbi və 
iqtisadi  potensialını  verməyə  hazır  olan  daşnak  rəhbərlərini  dəstəkləmiş  (3,  s.  33),  faktiki  olaraq 
Ermənistanı Naxçıvan və Zəngəzurla bağlı təcavüzkar hərəkətlərə təşviq etmişdir. Nəticədə İngiltərənin 
siyasi  planları  çərçivəsində  dəstəklənən  ermənilər  tərəfindən  Şərqi  Anadoluda  olduğu  kimi, 
Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda soyqırımı siyasəti gerçəkləşdirilmişdir.  
Beləliklə, İngiltərə qarşılıqlı istifadə və faydalanma münasibətləri çərçivəsində vəd etdiyi “Böyük 
Ermənistan” dövlətini yaratmasa da, Türkiyə ilə Türk Dünyası arasında tampon dövlət olaraq müstəqil 
daşnak Ermənistan dövlətinin qurulmasında bilavasitə yaxından iştirak etmiş, ümumtürk birliyi arasına 
baryer  kimi  erməniləri  yerləşdirərək  öz  milli  və  geosiyasi  maraqlarına  uyğun  olaraq  Panturanizmin 
qarşısına sədd çəkmiş, beləliklə, öz vəzifəsini tamamlamışdır. Digər bir ifadəylə, Ermənistan dövlətinin 
qurulması  İngiltərənin,  ümumilikdə  Antantanın  məqsədləri  içərisində  olub,  Panturanizm  təhlükəsinə 


34 
 
qarşı baryer kimi “əsas maneə” rolunu oynamış və bu yolda milyonlarla sterlinqlər xərclənmişdir. 1918-
ci  ilin  oktyabr  ayında  İngiltərənin  Xarici  İşlər  naziri  Artur  Balfur  tərəfindən  erməni  milli 
nümayəndəsinin  rəhbəri  Poqos  Nubar  paşaya  ünvanlanan  yazıda  qeyd  olunurdu  ki,  Ermənistan 
dövlətinin  yaradılması  Antantanın,  xüsusilə  İngiltərənin müharibə  məqsədlərindən biridir  (37).  Bu 
yazı açıq bir etirafdır. 
Məsələnin  mahiyyətinə  endikcə  aydın  olur  ki,  Antantanın,  xüsusilə  də  İngiltərənin  iradəsi 
olmasaydı,  erməni  dövlətinin  qurulmasından  və  mövcudiyyətindən  söhbət  gedə  bilməzdi.  Bu  barədə 
fransız  tədqiqatçısı  Jorj  de  Malevil  də  “1915-ci  il  erməni  tragediyası”  adlı  əsərində  göstərir: 
“İngiltərənin  iradəsi  ilə  çar  imperiyasının  xarabalıqları  üzərində  qurulub  qısa  bir  ömür  (1918-
1920)  sürən  erməni  respublikası,  bütün  tarixi  boyu  mövcudiyyəti  qeydə  alınan  yeganə  müstəqil 
erməni dövləti idi” (27, s. 15). 
Göründüyü kimi, müstəqil daşnak Ermənistan dövləti məhz İngiltərənin geosiyasi maraqlarına 
uyğun olaraq onun iradəsi ilə yaradılmışdır. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, “Böyük 
Ermənistan” ideyası ilə yaşayan radikal erməni millətçilərinin düşüncəsinin əksinə olaraq, müstəqil 
Ermənistan  dövləti  Osmanlı  İmperiyasının  ərazilərində  deyil,  Cənubi  Qafqazda  qurulmuşdur. 
Bunun  da  müəyyən  səbəbləri  var  idi.  Əgər  “Böyük  Ermənistan”  dövləti  Şərqi  Anadoluda 
yaradılsaydı, bu dövlət İngiltərənin deyil, Rusiyanın nəzarəti altına keçə bilərdi. Rusiyanın 1828-ci 
ildə  “Erməni  vilayəti”nin  əsasını  qoymaqla  gələcəkdə  ondan  hücum  mərkəzi  olaraq  düşünməsini, 
“erməni  kartı”ndan  yararlanaraq  gələcəkdə  Osmanlı  dövlətini  parçalamaq,  Şərqi  Anadoluda  yaşayan 
erməniləri  müstəqillik  və  “Böyük  Ermənistan”  vədləri  ilə  qızışdıraraq,  onları  öz  himayəsi  altında  bir 
araya  gətirərək Osmanlı ərazilərinə yiyələnmək arzusunda olması faktlarını xatırlatmaq kifayətdir. Bu 
ehtimalı  nəzərə  alan  İngiltərə  Osmanlı  torpaqlarını  öz  nəzarətində  saxlaya  bilmək  üçün  Erməni 
dövlətinin  qurulması  məsələsini  Cənubi  Qafqaza  ixrac  etmişdir.  Heç  şübhəsiz  ki,  geosiyasi 
maraqların toqquşmasının nəticəsi olaraq Ermənistan dövlətinin yaradılması o tarixdən günümüzə 
qədər Azərbaycan üzərində ağır dərin izlər buraxmışdır.  
 
ƏDƏBİYYAT 
 
Azərbaycan dilində: 
1.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Naxçıvan.  (Tərtib  edəni  və  ön  sözün  müəllifi  İsmayıl 
Hacıyev). Naxçıvan, Əcəmi, 2010, 384 s. 
2.
 
Fəxrəddin  Cəfərov.  Naxçıvan  polisi:  fəaliyyətinin  əsas  istiqamətləri  və  mərhələləri.  Bakı, 
Nurlan, 2011, 388 s. 
3.
 
Pərvin  Darabadi.  XX  əsrin  əvvəllərində  Güney  Qafqaz  beynəlxalq  geosiyasi  münasibətlər 
sistemində  /  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  ordusu.  Bakı,  Qafqaz 
Universiteti Qafqaz Araşdırmaları İnstitutu nəşriyyatı, 2008, s. 23-38 
4.
 
İsmayıl  Hacıyev.  Ermənilərin  Azərbaycana  qarşı  ərazi  iddiaları  və  qanlı  cinayətləri. 
Naxçıvan, Əcəmi, 2012, 192 s. 
5.
 
Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, 
Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 362 s.  
6.
 
Qafarov  Vasif.  Türkiyə-Rusiya  münasibətlərində  Azərbaycan  məsələsi  (1917-1922).  Bakı, 
Azərnəşr, 2011, 474 s. 
7.
 
Musa  Qasımlı.  Antanta  ölkələrinin  Güney  Qafqaz  siyasəti  (1917-ci  il  noyabr  –  1918-ci  il 
noyabr) / Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam ordusu. Bakı, Qafqaz Universiteti 
Qafqaz Araşdırmaları İnstitutu nəşriyyatı, 2008, s. 191-224. 
8.
 
Reha  Yılmaz.  Birinci  Dünya  müharibəsinin  başlanğıcında  Osmanlı  dövlətinin  Qafqaz 
siyasəti  /  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  Ordusu.  Bakı,  Qafqaz 
Universiteti Qafqaz Araşdırmaları İnstitutu nəşriyyatı, 2008, s. 57-74 
9.
 
Sevinc Yusifzadə. Ermənistan-Azərbaycan münaqişəsi və İngiltərənin mövqeyi (1918-1920-
ci illər) // Dirçəliş – XXI əsr, 2004, №76-77, s. 252-261 
10.
 
Elçin  Zamanov.  Cənubi  Qafqazda  ictimai-siyasi  vəziyyət  və  Azərbaycanın  xarici  siyasəti 
(1918-1920-ci illər). Bakı, Elm və təhsil, 2011, 176 s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə