Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   9   10   11   12   13   14   15   16   ...   136

27 
 
ABSTRACT 
 Mammad Aliyev 
                 Rapid Development of Museum Establishment in Nakhchivan 
 
   Establishment and development of the museums in Nakhchivan is historically devided into 
four stages according to the contents, form and organization-methodical signs. Historically tradition 
of  Museum  Studies  and  its  predecessor  gathering  of  collections  have  ancient  roots  in  the 
Nakhchivan land. 
   The  rapid  development  of  the  museum  development  in  Nakhchivan  is  connected  with  the 
name of our national leader Heydar  Aliyev. During his leadership, the number of the museums in 
the Nakhchivan Autonomous Republic reached to 19.  
   The  political  successor  of  our  National  Leader,  the  president  of  the  Azerbaijan  Republic 
Ilham Aliyev’s coming to power was the cause of new stage of attention and care, and has led the 
museums to meet the international standards.  
   Today  thanks  to  the  worthy  successor  of  Heydar  Aliyev  political  course,  Chairman  of  the 
NAR Ali Mejlis Vassif Talibov’s leadership, the Museum Studies is on the peak of development in 
the Nakhchivan AR. At present the number of museums in the  Nakhchivan AR is over 30.              
  
 
РЕЗЮМЕ  
Маммед  Алийев 
Быстрое развитие музейного строительство в Нахчыване  
 
  В  статье  отмечается,  что  саздание  и  развитие  музеев  в  Нахчыване  по  содержанию, 
форме и организaцинно- методическаму значению состоит из четырех этапов. 
  Характерно,    что  музееведение  и  коллекционерство  имеют    глубокие  исторические 
корни в нашей стране. 
   Быстрое  развитие  музейного  строительство  в  Нахчыване  связано  с  именем 
общенационального  лидера  нашего  народа  Гейдара  Алиева.  В  перид  его  руководства 
количество музеев в Нахчыване достигло 19. 
  С  приходом  в  руководство  республики    политического  последователя,  Президента 
Азербайджанской Республики Ильхама Алиева внимание и забота о музейном деле в стране 
вступило  в  новый  этап,  привело  к  тому,  что  наши  музеи  стали  отвечать  всем  
международным стандартам. 
  Сегодня  благодаря  умелому  руководству  достойного  последоваталья  политического  
курса    Г.Алиева  Председателя  Али  Меджлиса  Нахчыванской  Автономной  Республики 
Васифа  Талыбова,  развитие  музееведения    в    автономной  республике  находится  на  своей 
вершине.  Об  этомярко  свидетелствуем  то,  что  количество  музеев  в  настоящее  время 
превышает 30 .  
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi:  AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev 


28 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
EMİN ŞIXƏLİYEV 
AMEA Naxçıvan Bölməsi 
                                                                                       E-mail: emin.amea@yahoo.com 
UOT : 327 
BÖYÜK BRİTANİYANIN ARXİV MATERİALLARI ƏSASINDA İNGİLTƏRƏNİN 
“ERMƏNİ” SİYASƏTİ VƏ NAXÇIVANA TƏSİRİ (1917-1920-ci illər) 
 
Açar sözlər: Böyük Britaniya, ermənilər, Azərbaycan, Naxçıvan, soyqırımı 
Key words: The Great Britain, the Armenians, Azerbaijan, Nakhchivan, genocide 
Ключевые слова: Великая Британия, Армяне, Азербайджан, Нахчыван, геноцид 
 
Məlum  olduğu  kimi,  ermənilər  XX  əsrin  əvvəllərində  özlərinin  soyqırımına  məruz 
qaldıqlarını önə sürərək, bütün dünyada bu iddianın təbliğatını aparırlar. Halbuki tarixi sənədlər bu 
iddianın  tam  əksini  sübut  etməkdə  və  ermənilərin  Azərbaycan,  eyni  zamanda  Şərqi  Anadoluda 
soyqırımı  gerçəkləşdirdiklərini  ortaya  qoymaqdadır.  Bu  araşdırma  başlıca  olaraq  Böyük 
Britaniyanın  Milli  Arxivlərində  (The  National  Archives  of  United  Kingdom)  yer  alan  sənədlər 
əsasında  hazırlanmışdır.  İngiltərə  arxivləri  ermənilərin  törətdikləri  cinayətlərlə  bağlı  reallıqların 
aşkara  çıxarılmasında  əsas  rol  oynayan  qiymətli  materiallara  sahibdir.  Bu  sənədlərdə  erməni 
faktorunun Böyük Britaniya üçün əhəmiyyətini ifadə edən ingilis dövlət adamlarının öz aralarındakı 
yazışmaları və yüksək səviyyəli rəsmi şəxslər tərəfindən imzalanmış çox gizli raportlar mövcuddur.  
Böyük  Britaniya  arxivlərində  yer  alan  sənədlər  tarixi  reallıqların  ortaya  çıxarılması  və 
araşdırılan  problemin  daha  obyektiv  kriteriyalar  içərisində  dəyərləndirilməsi  baxımından  olduqca 
vacibdir. Bu materiallar Panturanizm ideologiyasının ortadan qaldırılmasında ermənilərdən baryer 
olaraq  istifadə  edildiyini,  Türkiyə  ilə  Azərbaycan,  dolayısı  ilə  Türk  Dünyası  arasındakı  əlaqələrin 
kəsilməsi  hesaba  qatılaraq  Ermənistan  dövlətinin  yaradılmasının  Antanta  dövlətlərinin  birbaşa 
maraqları  daxilində  olduğunu,  bu  məqsədlə  maliyyələşdirilən  və  hərbi  baxımdan  silahlandırılan 
erməni  dəstələrinin  1917-1920-ci  illər  arasında  Cənubi  Qafqazda,  xüsusilə  də  Azərbaycanda  yerli 
əhaliyə qarşı sistemli soyqırımı siyasəti yeritdiklərini sübut edir. Düşünürük ki, erməni iddialarına 
tutarlı  şəkildə  cavab  vermənin,  əsas  olaraq  da  dünya  ictimaiyyətinə  həqiqətləri  çatdırmağın  yolu 
digər materiallarla birlikdə, Böyük Britaniyadakı arxiv sənədlərinə də müraciət etməkdən keçir.  
Məlum  olduğu  kimi,  “Erməni  məsələsi”  beynəlxalq  rəqabətdə  maraqları  toqquşan  iki  böyük 
dövlətin  –  Rusiya  ilə  İngiltərənin  təhrikləri  nəticəsində  ortaya  çıxmışdır.  Xüsusilə  Rusiyanın  erməni 
siyasəti İngiltərənin erməni məsələsinə yönəlik baxışına təsir edən amillərin başında gəlir. Rusiya tarixi 
məqsədlərinə  çatmaq  üçün  Osmanlı  ərazisində  yaşayan  ünsürlərin,  xüsusilə  ermənilərin  problemlərini 
faydalı  potensial  amil  kimi  dəyərləndirdilər.  Ermənilər  Rusiyanın  cənuba  enmək  üçün  Anadolunun 
şərqində  yaşayan  xalqın  bir  hissəsini  təşkil  edirdilər.  Eyni  zamanda  kilsənin  də  təhriki  və  təşvikiylə 
radikal  millətçilik  duyğusuna  sahib  idilər.  Bu  səbəbdən  Rusiyanın  Osmanlı  torpaqlarına  göstərdiyi 
marağın özəyində ermənilər və onların problemləri yer almışdı (22, s. 129). Rusiyanın Yaxın Şərqdə 
güclənmək  və  isti  dənizlərə  çıxmaq  strategiyasını  özündə  ehtiva  edən  bu  siyasəti  İngiltərənin  ənənəvi 
siyasətinə tərs düşmüş, nəticədə erməni məsələsi beynəlxalq problemə çevrilmişdir.   
İngiltərənin  Şərq  siyasətində  ermənilərə  geniş  şəkildə  yer  verilməsi  XIX  əsrin  sonlarına 
təsadüf  edir.  Çoxluq  təşkil  etməsələr  də  ermənilərin  Osmanlı  dövləti  ərazisində  yaşadıqları 
torpaqların strateji dəyəri ingilis maraqları baxımından olduqca əhəmiyyətli idi. Osmanlı üzərində 
təzyiq qurmaq istəyən Rusiya kimi İngiltərə də erməni amilini bir vasitə kimi ortaya atdı. Halbuki 
Rusiyanın isti dənizlərə enməsinin və Yaxın Şərqdə güclənməsinin qarşısnı almaq üçün XVIII əsrin 
sonlarından  başlayaraq  Osmanlı  dövlətinin  ərazi  bütövlüyünü  qorumaq  siyasətini  yeritməkdəydi, 
lakin XIX əsrin sonlarına doğru bu dövləti parçalamaq siyasətini mənimsəməyə başladı. Bunun da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə