Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   7   8   9   10   11   12   13   14   ...   136

23 
 
ABSTRACT 
Shamkhal Mammadov 
 
Russia-armenian relations in the period till the XVIII century 
Contrary to the false assertions of the Armenian historians of the millennial Russia-Armenian 
relations, the facts show that the history  of these relations do not go beyond the XIII century and 
only at the level of merchant circulations. Only to  the second half of the seventeenth century, the 
Armenian  politicians    frustrated  from  Western  Europe  created  relations  with  Russian  government 
circles and got the attention of the Russian tsar Alexei Mikhailovich. The goal was to create semi 
Armenian state under the patronage of Russia. For this purpose, the Armenians gave a large sum of 
money and valuables to tsar and leading Russian nobles under the pretext of “gifts”. But till the end 
of the seventeenth century Armenian’s  zeal in this field did not give the expected results inside the 
that period conditions.  
 
 
РЕЗЮМЕ 
Шамхал  Мамедов 
  
Русско-армянских отношений в период до XVIII века
                                                                                                                 
Вопреки  ложным  утверждениям  армянских  историков  о  тысячелетних  российско-
армянских отношениях, факты свидетелствуют, что  история этих отношений не выходят за 
рамки XIII века, причем только на уровне купеческих хождений. Только ко второй половине 
семнадцатого  века  армянские  политики,  разочаровавшимся  в    Западной  Европе  армянским 
политиканам удалось таки налаживать связи с определенными русскими властными кругами   
и  привлечь внимание российского царя Алексея Михайловича.  Цель состояла в том, чтобы 
создать  какое-нибудь  армянское  государство  под  российской  патронажей.  С  этой  целью 
армяне под предлогом подарков царью и ведущим русским дворянам давали большую сумму 
денег  и  ценностей.  Тем  не  менее,  до  конца  семнадцатого  века  армянские  усердия  не  дали 
ожидаемых результатов  в силу тогдашних обстоятельств. 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni çapa təqdim etdi: AMEA-nın həqiqi üzvü İ. Hacıyev 
 
 
 


24 
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
MƏMMƏD ƏLİYEV 
 Naxçıvan Dövlət Universiteti  
E-mail: mamed@mail.ru 
UOT: 94 (479.242) 
NAXÇIVANDA MUZEY QURUCULUĞUNUN SÜRƏTLİ İNKİŞAFI 
 
Açar sözlər: Muzey, fond, ekspozisiya, eksponat, kolleksiya, sərvət 
Key words: Muuseum, Fund, Exposition, Exhibits, Collection, wcalth 
Kлючевые слова: Музей, фонды, экспозиции, зкспанаты, каллекции, богатства 
Naxçıvanda muzeylərin yaranması və inkişafı məzmun forma, təşkilati-metodiki əlamətlərinə 
görə tərixən əsas dörd mərhələyə ayrılır. 
Birinci mərhələ 1896-1968, ikinci mərhələ 1969-1991, üçüncü mərhələ 1992-2003, dördüncü 
mərhələ 2003-2016-cı illəri əhatə edir. Naxçıvan muzeyşünaslığının nəzəri və təcrübi məsələlərinin 
tədqiqi baxımından həmin mərhələlərin hər birinin özünəməxsus rolu və əhəmiyyəti vardır. 
“XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvanda,  qədim  tarixiliyin  mövcudluğu,  geniş 
mədəni-marifçilik təcrübəsinin mövcudluğu, tarixi-mədəniyyət nümunələrinin zənginliyi, maddi və 
mənəvi  mədəniyyət  nümunələrinin  əhali  kütləsi  arasında  geniş  maraq  oyatması,  onların  xaricə 
daşınmasının  qarşısının  alınmasının  vacibliyi  kimi  amillər  nəticəsində  muxtar  respublikada 
muzeylər yaradılmağa başladı” (5, s.7). 
Xarakterik  haldır  ki,  tarixən  yurdumuzda  muzeyçilik  və  onun  sələfi  olan  kolleksiyaçılıq 
ənənələrinin Naxçıvan torpağında qədim kökləri vardır. 
Vaxtilə  Azərbaycan  Atabəylərinin  paytaxtı  olmuş  qədim  Naxçıvan  şəhərində  dövrün  elm  və 
mədəniyyət  mərkəzləri-mədrəsələr,  kitabxanalar,  məktəblər  fəaliyyət  göstərirdi.  Böyük  dövlət  xadimi 
Məhəmməd  Cahan  Pəhləvan  (ölümü  1186)  öz  sarayında  çeşidli  kitab  və  əlyazmalara,  nəfis  rəsm  və 
işləmələrə malik olmuş, elm və sənət adamlarına qayğı göstərmiş onlara hamilik etmişdir. Bütün bunlar 
Naxçıvan torpağında muzeyçilik ənənələrinin tarixi qaynaqları kimi səciyyələndirilə bilər. 
Əlbəttə, zəngin varidatı və qiymətli sənət incilərini kolleksiyaçılıq ənənələrini müasir muzey 
anlayışı ilə tam şəkildə identifikasiya etmək olmaz. Çünki müasir elmi təsnifat muzeyləri həm də 
ictimai funksiya baxımından səciyyələndirilir. “Muzeylər üçün nümayiş olunma xarakterikdir ki, bu 
da onların ictimai məzmununu müəyyən edir” (1, s.22).  
Lakin  tarixən  mövcud  olmuş  kolleksiyaçılıq  ənənələrimizin,  elm  mədəniyyət  və  maarif 
ocaqlarımızın, saray kitabxanalarımızın muzeyçiliyin təşəkkül tapmasında rolu danılmazdır. 
Yeni  dövrdə  ölkəmizdə  muzeyçilik  ənənələrinin  bərpa  edilməsi  təşəbbüsləri  də  qədim 
Naxçıvan  diyarının  adı  ilə  bağlıdır. “Görkəmli  yazıçı  və  publisist  Cəlil  Məmmədquluzadə  (1866-
1932)  hələ  XIX  əsrin  sonlarında  Naxçıvandakı  Nehrəm  kəndində  diyarşünaslıq  muzeyi  yaratmaq 
qərarına  gəlmişdi.  Çar  üsul-idarəsi  şəraitində  dövlət  orqanlarından  heç  bir  əməli  yardım  ala 
bilməyən ədib kəndlilərin, təəssübkeş Naxçıvan ziyalılarının, müəllimlərin və şagirdlərin köməyi ilə 
həmin ilk muzeyi özü təşkil etmişdi” (2, s. 4). 
Hazırda  bu  ilk  qeyri-rəsmi  muzeyimizin  bir  növ  davamçısı  olan  C.Məmmədquluzadənin 
xatirə muzeyi Babək rayonu Nehrəm kəndində fəaliyyət göstərir. Muzey 1989-cu ildə yaradılmışdır. 
Burada  C.Məmmədquluzadənin  Nehrəmdəki  müəllimlik  fəaliyyəti,  onun  ilk  muzeyimizi  qurmaq 
sahəsindəki cəhdləri maraqlı eksponatlar vasitəsilə əyani surətdə canlandırılır. 
Naxçıvanda  yeni  dövrdə  ən  erkən  muzeyçilik  təcrübəsi  tarixini  işıqlandıran  Sübhi  Kəngərlinin 
araşdırmaları ciddi maraq doğurur. Tədqiqatçı “Muzey elm və mədəniyyət toplusudur” adlı məqaləsində 
yazır;  “Qeyd  etmək  lazımdır  ki,  Naxçıvanda  muzeyşünaslıq  işinin  tarixi  XIX  əsrin  ortalarına  qədər 
gəlib  çatır.  Qocaman  Ədəbiyyatşünas-alim  filologiya  elmiləri  namizədi  Lətif  Hüseyinzadənin 
Naxçıvanda muzey təşkili və işi haqqındakı fikirləri çox maraqlıdır. Onun dediyinə görə Naxçıvanda ilk 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə