Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   2   3   4   5   6   7   8   9   10   ...   136

15 
 
Cədvəl 1 
Ordubad şəhərində mövcud olan sənət sahələri və sənətkarların sayı [1, v.14-16; 5, s. 104, 
124; 6, s. 53; 7, s.180-181; 9, cəd. 5; 15, s. 58]  
 
 
Sənətkarlar 
 
İllər 
1832 
1853 
1854 
1859 
1864 
1865 
1867 
1869 
1886 









10 
Başmaqçı və 
çəkməçilər 
54 
33 

16 
41 
45 
48 
77 
32 
Keçəçilər 









Dulusçular 
12 
12 







Bənnalar 
10 
10 
10 
14 
17 
17 
18 
17 

Zərgərlər 









Gümüşbəndlər 






11 


Kərpickəsənlər 




14 
15 

12 

Dabbaqlar 
23 
23 
21 
24 
28 
30 
27 
30 
28 
Boyaqçılar 
19 
11 
21 
17 
10 


10 

Dəmirçilər 


28 
28 
22 
28 
30 
28 
48 
Misgərlər 
32 



42 
42 
47 
40 
22 
Qalayçılar 






10 


Nalbəndlər 






13 


Silahsazlar 









Çilingərlər 
10 
10 







Tokarlar 







11 

Toxucular 
177 
181 
112 
84 
14 
16 
18 
11 

Həllaclar 
29 
29 







Baftaçılar 









Dərzilər 
10 
10 







Papaqçılar 
24 
27 
20 
12 
12 
12 
19 
12 

Dəyirmançılar 









Sərrac və yəhər 
ustaları 









Dülgərlər 



14 
20 
20 
27 
28 

Xarratlar 
17 
20 







Ocaqçılar 









Sabun ustaları 









Pinəçilər 









Qəssablar 

18 




18 

20 
Çörəkçilər 

11 



15 
17 
15 

Bərbərlər 

19 







Tuluqçular 









İpəksarıyanlar 








360 
Yekun 
446 
455 
236 
217 
282 
294 
333 
358 
577 
 
  Cədvəldə  verilmiş  statistik  materiallar  XIX  əsrin  30-cu  illərindən  80-ci  illərinə  qədərki 


16 
 
dövrdə  Ordubad  şəhərində  sənət  istehsalının  vəziyyəti  haqqında  müəyyən  təsəvvür  yaradır.  Bu 
materiallar  əsasında  başmaqçılıq,  çəkməçilik,  tikinti,  dabbaqlıq,  boyaqçılıq,  dəmirçilik,  misgərlik, 
toxuculuq, həllaclıq, papaqçılıq, dülgərlik və xarratlıq sənətlərinin daha çox inkişaf etməsi və geniş 
yayılması fikrini irəli sürmək olar. Bu sahələrdə çalışan sənətkarlar 1832-ci ildə şəhərdə fəaliyyət 
göstərən 446 sənətkardan 389-nu, 1869-cu ildə isə 358 nəfər sənətkarın 251 nəfərini təşkil edirdi. 
Cədvəldə  verilmiş  statistik  məlumatlar  həm  də  Ordubad  şəhərində  mövcud  olan  sənət 
sahələrinin  inkişaf  və  tənəzzül  dinamikasını  izləmək  baxımından  da  əhəmiyyətlidir.  Məhz  bu 
materiallar  əsasında  Ordubadda  XIX  əsrin  30-cu  illərindən  80-ci  illərinə  qədərki  dövr  ərzində 
toxuculuq  sənətinin  dərin  tənəzzülə  uğradığını  birmənalı  şəkildə  bildirmək  olar.  Belə  ki,  1832-ci 
ildə şəhərdə 177 nəfər toxucu fəaliyyət göstərirdisə, 1869-cu ildə onların sayı cəmi 11 nəfər təşkil 
etmişdi.1886-cı ildə isə şəhərdə bir nəfər də olsun toxucu qeydə alınmamışdı. Tənəzzül tendensiyası 
özünü dulusçuluq, həllaclıq, papaqçılıq, xarratlıq kimi sənət sahələrində də aydın şəkildə göstərirdi. 
Əlbəttə,  bu  sənət  sahələrinin  tənəzzülə  uğramasını  şərtləndirən  bir  sıra  obyektiv  səbəblər  mövcud 
idi. Bu səbəblər sırasına şəhərin özündə kapitalist istehsal üsuluna əsaslanan manufaktura və fabrik 
tipli  müəssisələrin  meydana  gəlməsini,  Rusiyanın  müxtəlif  şəhərlərində  istehsal  edilmiş 
manufaktura  məhsullarının  idxalının  artmasını  və  nəhayət,  bu  və  ya  digər  sənət  sahəsi  ilə  məşğul 
olan  sənətkarların  əldə  etdikləri  gəlirin  kəskin  şəkildə  azalması  nəticəsində  qazanc  dalınca  digər 
şəhərlərə  üz  tutmalarını  göstərmək  olar.  Təkcə  o  faktı  göstəmək  kifayətdir  ki,  1859-cu  ildə 
Ordubadda faəliyyət göstərən sənətkarların sayı 1832-ci illə müqayisədə 2 dəfədən də çox azalaraq 
217 nəfərə enmişdi. 
Fikrimizcə,  Ordubad  şəhərində  sənət  istehsalının  tənəzzülünü  şərtləndirən  əsas  səbəb 
kapitalist  istehsalının  sürətlə  inkişaf  etməsi  olmuşdur.  Arxiv  sənədlərinin  verdiyi  məlumata  görə, 
burada  fabrik  tipli  ilk  kapitalist  müəssisələri  hələ  XIX  əsrin  50-ci  illərindən  meydana  gəlməyə 
başlamışdı. Əsasən ipək parça, xalça, palaz və s. istehsal edən bu  müəssisələrin illik istehsal gücü 
əsrin 50-60-cı illərində 15-16 min rubl təşkil edirdi [2, s.357, 365; 3, s. 956, 983]. Şəhərdə və onun 
ətrafında yerləşən yaşayış məntəqlərində ipəksarıma müəssisələri daha sürətlə inkişaf edirdi. 1886-
cı ilə aid mənbələrdən birində göstərilirdi ki, Ordubad dairəsində fəaliyyət göstərən 26 ipəksarıma 
zavodundan  17-si  Ordubad  şəhərində,  yerdə  qalnaları  isə  Nüsnüs,  Yuxarı  Əylis  və  Varakert 
kəndlərində yerləşirdi. Bütün bu müəssisələrdə işləyən işçilərin ümumi sayı 477 nəfərə çatırdı [13, 
s.  234].  Heç  şübhəsiz  ki,  bu  müəssisələrdə  çalışanların  əksəriyyətini  vaxtilə  şəhərdə  sənət 
istehsalının müxtəlif sahələri ilə məşğul olmuş sənətkarlar təşkil edirdi. 
XIX əsrin sonu-XX əsrin əvvəllərində Ordubadda fəaliyyət göstərən kapitalist müəssisələrinin 
istər sayında, istərsə də istehsal gücündə daha böyük irəliləyiş müşahidə edilirdi. Onu da göstərmək 
lazımdır  ki,  belə  müəssisələr  yalnız  ipəkçilikdə  deyil,  həm  də  pambıqtəmizləmədə,  gön-dəri  və 
tikinti materialları istehsalı sahəsində də fəaliyyət göstərirdi. Bununla belə, kapitalist müəssisəsləri 
ipəkçilikdə daha çox inkişaf etmişdi. Təkcə o faktı göstərmək kifayətdir ki, XX əsrin əvvəllərində 
Ordubadda  fəaliyyət  göstərən  5  iri  ipəksarıma  müəssisənin  illik  ümumi  gəliri  60  min  rubl  təşkil 
edirdi  [14,  s.  93].  Şübhəsiz  ki,  bütün  bunlar  şəhərdə  həm  sənətkarlıq  istehsalının,  həm  də 
sənətkarların sayının kəskin şəkildə azalmasına səbəb olmuşdu. 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan DTA, f.24, siy.1, iş 372 
2. Azərbaycan MEA Tarix İnstitutunun Elmi arxivi, iş 2065 
3. Azərbaycan MEA Tarix İnstitutunun Elmi arxiv, iş 2082 
4. Naxçıvan sancağının müfəssəl dəftəri. Ön söz, qeyd və şərhlərin müəllifi H.Məmmədov, Bakı, 2001  
5. Mustafayev C.M. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002 
6. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008 
7. Ваидова Х. История города Ордубада. Баку, 2007  
8. Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб, 1833 
9. Егиазаров С.А. Исследования по истории учреждений в Закавказье. ч.2.  
    Городские цехи. Казань, 1891 
10. Памятная книжка Эриванской губернии за 1908 г. Эриван, 1908  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə