Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   2   3   4   5   6   7   8   9   ...   136

11 
 
5.  Mərmərdən  hazırlanmış  sənduqə  tipli  qəbirüstü  xatirə 
abidəsinin  bir  parçası.  Abidə  keçən  yüzilliyin  70-ci  illərində 
Əlincəçay  xanəgahından  Naxçıvan  Dövlət  Tarix  Muzeyinə 
gətirilmişdir.  Sənduqənin  yan  tərəflərində  qalan  kitabə 
motivlərindən  aydın  olur  ki,  mətn  Qurani-Kərimin  “İxlas” 
(CXII) surəsinin mətnindən ibarət olmuşdur. Kitabə keçən əsrin 
80-ci illərində tam halda tərəfimizdən tədqiq olunmuş və həmin 
vaxt  sənduqə  iki  yerə  bölünsə  də  hər  bir  parçası  qaldığından 
bütöv  olan  kitabənin  mətninə  əsasən  müəyyən  edilmişdi  ki, 
abidə  (şəkil  3)  10  cəmadi  əs-səni  1000-ci  ildə  (24.3.1592-ci il) 
vəfat etmiş Əmirzadə Qəzənfərin xatirəsinə hazırlanmışdır (5, s. 
48-49). 
6. Kiçik kitabə parçası üzərində qalan yeganə sözlərə 
əsasən mətnin Qurani-Kərimdən götürülmüş ayədən ibarət 
olduğu aydın olur: II – 255.  
XVI əsr. 
7.  ХХ  yüzilliyin  60-cı  illərində  Оrdubаd  şəhər  Cаmе  məscidinin  ətrаfındа  bərpа  işləri 
аpаrılаrkən tоrpаğın аltındаn tаpılmış və Nахçıvаn şəhərindəki Dövlət Tаriх Muzеyinə təhvil 
vеrilmiş  bаşdаşı  tipli  хаtirə  аbidəsi.  Sаrımtıl  rəngli  mərmərdən  hаzırlаnmış, 
yuхаrıdаn yаrım dаirə şəklində tаmаmlаnаn bаşdаşı (72х38х8 sm) üzərində ərəb 
dilində süls хətti ilə аltı sətirdə həkk еdilmiş kitаbənin (şəkil 4) mətni bеlədir: 
 “Qurаn  LV-26.  Mərhum,  bаğışlаnmış  Mirzə  İnаyət  ən-Nəsiri  ət-Tusinin 
qızı,  mərhumə,  günаhlаrı  bаğışlаnmış  İzzi  Şərəf  хаnımın  vəfаt  tаriхi:  rəcəbəl-
mürəccəb аyının əvvəli, çərşənbə günündə. 1169” (5, s. 65-66) 
Rəcəb аyının əvvəli, çərşənbə günü, 1169 h.i. = 07.04.1756-cı il.  
Görkəmli ensiklopedist alim Nəsirəddin Tusi nəslinə aid iki şəxsiyyətin adını 
(Mirzə İnayət və qızı İzzi Şərəf xanım) təqdim edən kitabə Nəsirəddin Tusi nəslinin 
qədim  zamanlardan Ordubad şəhərində və ətraf kəndlərdə yaşamasını təsdiq edən 
çox mühüm epiqrafik sənəddir.  
8.  Ağ  rəngli  mərmərdən  hazırlanmış  başdaşı  tipli  qəbirüstü  xatirə abidəsi 
üzərində həkk edilmiş kitabə (şəkil 5). Mətnin tərcüməsi belədir: 
“Quran LV-26. Kərbəlayi Hüseynin arvadı Sona xanım. İyirmi səfər 1238-
ci ildə” (5,  s. 79). 
20 səfər 1238 h.i. = 6.11.1822-ci il. 
9.  Boz  rəngli  daşdan  hazırlanmış  başdaşı  (96x19x16  sm).  Başdaşının  baş 
tərəfində həkk edilən kitabənin mətni belədir:  
“Fəthullah. 1238”. 
1238 h.i. = 18.9. 1822 – 6.9.1823-cü il. 
10. Bir müddət Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan, hazırda 
Naxçıvanqala  Tarix-Memarlıq  Muzey  Kompleksinin  ekspozisiyasında  nümayiş 
etdirilən  başdaşı  üzərində  kitabə.  Sarımtıl  rəngli  mərmərdən  hazırlanmış  başdaşı 
tipli  xatirə  abidəsinin  üzərində  Nəstəliq xətti  ilə  həkk  edilmiş  kitabənin  mətninin 
tərcüməsi belədir:  
“O  əbədidir!  Hər  bir  kəs  [hər  bir  canlı]  ölümü  dadacaqdır  (Qurani  – 
Kərim,  XXIX-57)  (1,  s.  402).  Həqiqətən  dünya  fanidir.  Dünya  əbədi  ev  deyil. 
Həqiqətən  dünya  hörümçək  toru  dəyərində  deyil.  Cəfərqulu  bəy  Kəngərlinin 
oğlu Vəliqulu bəyin vəfat tarixi: 1260-cı il, aylardan şəban əl-müəzzəm ayının yeddisində” (5, s. 80-
81)
7 şəban 1260 h.i. = 22.08.1844-cü il. 
Naxçıvan  xanları  ailəsinə  mənsub  adamların  adətən  şəhərin  cənub  tərəfində  yerləşən 
İmamzadə kompleksinə daxil olan ikinci türbədə və ətrafında dəfn olunmalarına əsasən Naxçıvan 
Dövlət  Tarix  Muzeyinə  oradan  gətirilməsi  ehtimal  olunan  kitabə  Naxçıvanın  qədim  sakinlərindən 
Şəkil 3
 
Şəkil 4
 
Şəkil 5
 
Şəkil 4
 


12 
 
olan Kəngərli tayfasına mənsub iki nəfər şəxsiyyətin, Cəfərqulu bəyin və oğlu Vəliqulu bəyin adını 
qoruyub saxlamış və bizə çatdırmışdır.  
11. Qırmızımtıl rəngli daş üzərində həkk edilmiş kitabə. 7 sətirdə cızma üsulu ilə qismən ərəb
fars, əsasən Azərbaycan dilində  həkk edilmiş kitabənin mətni belədir: 
“Bu məzar Kərbəlayi Əli Qoçəlizadə Naxçıvaninin oğlu mərhum, şəhid Məşədi Hüseynindir. 
21-ci  il.  Ey  Hüseyn,  ey  millətin  və  şüarın  hamisi.  Səbəbsiz    qətlə  yetişdin,  olmadın  bir  kamkar 
(arzusuna  yetişmiş,  xoşbəxt).  Daima  oldun  vətən  fikrində,  qıldın  səylər.    Mənaye  əfkarını  bir 
görmədin ey namdar”. 
Kitabənin  ikinci  sətrinin  sonunda  “21-ci  il”  tarixi  həkk  edilmişdir.  Fikrimizcə,  bu  tarixi 
mərhum  Məşədi  Hüseynin  vəfat  tarixi  kimi  qəbul  etmək  olar.  Ancaq  kitabənin  yazıldığı  xəttin 
paleoqrafiya  xüsusiyyətləri  və  digər  tarixi  faktlar,  xüsusi  ilə  həmin  vaxt  Azərbaycanın 
islamlaşmaması faktı kitabəni hicrətin 21-ci (miladi 643-cü il) ilinə aid etməyə imkan vermir. Ona 
görə  də  müsəlman  epiqrafikası  abidələrində  tarixləri  yazarkən  az  da  olsa  təsadüf  edilən  minliyi 
ifadə edən rəqəmin yazılmaması faktına istinad edərək, bu kitabədə də tarix həkk edilərkən minliyin 
ifadə olunmamasını düşünür və tarixi hicri – qəməri təqvimi ilə 1021-ci il kimi qəbul edirik. 
1021 h.i. = 4.3.1612-20.2.1613-cü il. 
Kitabənin yazıldığı 1612-ci il Səfəvilər dövlətində fars etnik qrupunun təsirinin və nüfuzunun 
artması dövrünə təsadüf etsə də həmin vaxt yenə də Azərbaycan dili dövlət aparatında və sarayda, 
xüsusi  ilə  dövlətin  tərkib  hissəsi  olan  Azərbaycanda  əhalinin  əsas  danışıq  vasitəsi  kimi  işlənirdi. 
Ona görə də kitabənin az bir hissəsi ərəb, fars, çox hissəsi Azərbaycan dilində həkk edilmişdir. 
ƏDƏBİYYAT 
1.
 
Qurаn-i  Kərim  Məali.  Azərbaycan  dilinə  tərcümə  еdənlər:  Ziyа  Bünyаdоv  və  Vаsim 
Məmmədəliyеv. Bаkı, İpək yolu, 2007, 604 s. 
2.
 
Naxçıvan Muxtar Respublikası – 90. Naxçıvan, Əcəmi, 2014, 104 s. 
3.
 
“Şərq qapısı” qəzeti 6 iyun, 2013-cü il 
4.
 
Сафаров  Ф.Я.  Эпиграфические  памятники  из  Ханикаха  на  Алинджачай  Нахичеванской 
АССР.  Археологические  и  этнографические  изыскания  в  Азербайджане  (1976).  Баку, 
Элм, 1979, с. 57-59 
 5.  Сафаров  Ф.Я.  Арабо-персоязычные  надписи  Нахичеванской  АССР  (XVI-  XIX  вв)  как 
историко-культурные памятники. Баку,1987, 179 с., Azərb. ЕА ТИЕА. Инв. № 8383. 
ABSTRACT 
                                                                                                    Fakhraddin Safarli 
"Nakhchivangala" history – epigraphic monuments of architecture on display in the 
musuem complex  
       The article "Nakhchivangala" History - epigraphic monuments of architecture on display 
in the Museum Complex  - inscriptions deal with. The article Quraysh Sahbanu, Amir Sahmansur, 
Izzi  Sharaf  Khanum  and  other  persons  the  tomb  inscriptions  belonging  to  the  information 
inscriptions texts were translated into Azerbaijan.  
РЕЗЮМЕ 
                                                                                             Фахреддин Сафарли 
Эпиграфические памятники, демонстрированные в комплексе историко – 
архитектурном музее «Нахчыванкала» 
Статья  посвящена  эпиграфическим  памятникам  -  надписей,  демонстрированные  в 
Комплексе Историко–Архитектурном Музее «Нахчыванкала». Здесь обсуждено о надписях, 
принадлежащим Гурейш Шахбану, Амир Шахмансур, Иззи Шараф ханым и др. выдающимся 
личностям и представлены переводы надписей на Азербайджанском языке. 
 
 
        НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə