Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   5   6   7   8   9   10   11   12   ...   136

19 
 
ermənilər” barədə heç nə deyilmir.  
Erkən rus tarixi mənbələrindən aydın olur ki, yalnız X  əsrin əvvəllərində Kiyev knyazı Oleq və 
onun varisləri olan İqor, Olqa və başqalarının zamanında Bizans imperiyasının paytaxtı Konstantinopol 
üzərinə  hərbi    yürüşlər  intensivləşəndə  ermənilər  slavyanlar  barədə  nə  isə  eşidə  bilərdilər.  Belə  ki, 
Bizans imperiyasının ticarət və sənət dairələrində bəlli bir mövqeləri olan ermənilərin Kiyev tacirləri, 
slavyan döyüş drujinaları barədə məlumatları və onlarla əlaqələri mümkün idi.  
Rusiyada ermənilər haqqında ilk məlumatlara yalnız XIII əsrdən etibarən rast gəlinir. Belə ki, 
məşhur  rus  tarixçisi  S.M.Solovyov  özünün  “Qədim  Rusiya  tarixi”  əsərində  yazırdı  ki,  “Həmin 
yüzillikdə Qaliç və Volın knyazı Danil Romanoviç  erməniləri öz mülklərinə dəvət etdi. O zamanlar  
Qərbi Ukraynada ilk erməni məskənləri meydana gəldi” (6, s. 8). 
Xaç  yürüşləri,  ardınca  Rusiya  torpaqlarına  monqolların  viranedici  yürüşləri  zamanı  erməni 
“başbilənləri”  daha  çox  xaçlı  rəhbərləri,  Roma  Papası  və  ali  monqol  xanları  ilə  münasibətlər 
yaratmağa üstünlük verirdilər. Doğrudur, ara-sıra erməni tacirləri Qızıl Orda bazarlarında və Qızıl 
Orda xanlarının asılılığında olan Rusiya şəhərlərində rus tacirləri ilə ticarət əlaqələrinə girirdilər.  
Rusiya  monqol  zülmünə  son  qoyub,  müstəqil  dövlətə  çevrildikdən  sonra    XVI  əsrdə 
Moskvada ilk erməni koloniyasının əsası qoyulmuş, ticarət əlaqələrinin artmış, XVII əsrdə daha da 
möhkəmlənmişdi.  İstər  bu  koloniyada,  istərsə  də  tarixi  Azərbaycan  ərazisində  yaşayan  ermənilər 
Moskva  ilə  Səfəvi  dovləti  arasında  ticarət  vasitəçilərinə  cevrilmişdilər.  “Ticarət  sahəsində  kifayət 
qədər cevik olan ermənilər Rusiya dovlətinin arzusunda olduğu şərq əlaqələrinin formalaşmasında 
kifayət  qədər  fəallıq  göstərirdilər.  Rusiya  əyanlarının  ələ  alınmasında  da  onlar  oz  fəallıqlarını 
gostərirdilər.  Bu  işdə  onlar  daha  cox  sınanmış  vasitələrə-qiymətli  hədiyyələrə,  pula,  ruşvətə  əl 
atırdılar” (3, s.174). 
Tarixdən məlum olduğu kimi, Səfəvi hökmdarı I Şah Abbas dövlətin hərbi-siyasi maraqlarını 
və iqtisadi çıxarlarını əldə əsas tutaraq, özünün “böyük sürgün” siyasətini həyata keçirərkən, xeyli 
sayda  erməni  ailələrini  İsfahan  yaxınlığında  saldırdığı  “Yeni  Culfa”  şəhərinə  köçürmüş  və  burada 
onlar  üçün  əlverişli  şərait  yaratmışdı.  “XVII  əsrin  əvvəllərində  Səfəvi  dövləti  kəndlilərə  və  şəhər 
yoxsullarına  qarşı  daha  kəskin  mövqe  tutduğu  vaxt  kələntər  Xoca  Xacik  başda  olmaqla  Culfa 
ermənilərinə  xususi  qayğı  gostərirdi.  I  Şah  Abbas  onlar  ucun  Yeni  Culfada  evlər,  karvansaralar 
tikdirmişdi.  Ermənilərin  yerləşdikləri  ərazilərdə  də  şah  tərəfindən  onlara  eyni  güzəştlər, 
özünüidarəetmə üstünlükləri, ən başlıcası isə ipək ticarətində monopoliya verilmişdi” (4, s. 39-40).  
XIX əsr erməni tarixçisi Q.A.Ezov da bunu təsdiq edərək yazırdı: “Şah  Abbas başa düşürdü 
ki,  dövlətin  qüdrəti  ölkənin  sərvətinə  əsaslanır,  ticarətin  inkişafına  diqqət  yetirir,  bu  səbəbdən  də 
Culfa  ermənilərinə  xüsusi  himayə  gös-tərir,  ermənilər  tərəfindən  salınmış  bu  koloniyaya  fikir 
verirdi.  İpək  istehsalı  və  ticarətini  öz  monopoliyasına  alan  Şah,  onu  müəyyən  məbləğə  erməni 
tacirlərinə vermişdi. Culfalılar bu ticarətdən özlərinə böyük fayda əldə edirdilər” (7, s.VI).  
Mənbələr  xəbər  verir  ki,  XVII  əsrin  20-ci  illərində  Culfada  30  min  sakin  yaşayır,  20  kilsə 
fəaliyyət  göstərirdi.  “Şah  Abbas  köçürdüyü  erməniləri  yeni  vətənlərinə  bağlamaq  üçün  Culfada 
müqəddəs  Eçmiədzin  adına  kilsə  tikdirmişdi.  Şahın  əmrilə  tikintinin  bünövrəsinə  Eçmiədzin 
məbədindən xüsusi olaraq gətirilmiş daş qoyulmuşdu” (7, s.XII). 
Əlbəttə,  demək  lazımdır  ki,  Şah  Abbas  ermənilərin  yeni  köçürülən  əraziyə  bağlanmasını, 
buranın abadlaşmasını və tərəqqisini istəyirdi, çünki bu dövlətin iqtisadi çıxarlarına cavab verirdi. 
Lakin  burada  belə  bir  kilsənin  tikilməsi,  hətta  onun  bünövrəsinə    qoyulmaq  üçün  xeyli  uzaq 
məsafədən  müqəddəs  daş  gətirilməsi  yəqin  ki,  ermənilərin  öz  təşəbbüsü  və  vəsaiti  hesabına  başa 
gəlmişdi.  Şah  isə  sadəcə  olaraq  ermənilərin  xahişini  yerinə  yetirmişdi.  I  Şah  Abbas  zamanı  xeyli 
tərəqqi edən Yeni Culfa, İran ermənilərinin mühüm iqtisadi və dini-mədəni mərkəzinə çevrilmişdi. 
Belə  ki,  həmin  dövrün  Eçmiədzin  katalikosu  Akop,  məşhur  tacirbaşı  Xoca  Zaxar  (Şarhadyan)  da 
Yeni Culfa (Nor-Cuğa) şəhərindən çıxmışdılar. 
Səfəvi dövlətinin lap mərkəzində, İsfahan yaxınlığında I Şah Abbasın qayğısı altında erməni 
tacirlərinin koloniyası yaranmışdı. Xəzər dənizi ilə həyata kecirilən ticarət əlaqələrinin əsas hissəsi 
də  onların  payına  düşürdü.  Erməni  tacirləri  həm  də  Şahın  tapşırıqları  əsasında  Səfəvi  dövlətinin 
xarici  ölkələrlə  məktublaşmasını  həyata  keçirir,  məlumatlar  toplayıb  gətirirdilər.  Onlar  Avropanın 
dövlət  başçıları  və  hakim  dairələri  ilə  Şahın  dövləti  maraqlarını  uzlaşdırarkən  ermənilərin 


20 
 
mənafelərini də unutmurdular. Maraqlıdır ki, hətta “şah İranın xarici siyasət məsələləri ilə məşğul 
olmaq  və  Avropa  ölkələri  ilə  diplomatik  danışıqlar  aparmaq  səlahiyyətini  özünün  müşaviri  Xoca 
Səfər adında erməniyə etibar etmişdi” (7, s.20). Erməni ticarət-sənətkar dairələrinə özünün  zəngin 
vergi qaynağı kimi baxan hökmdarlarla, onların bir qayda olaraq pula ehtiyacını yaxşı başa düşən 
erməni varlıları həmişə çox asan dil tapa bilirdilər.Vaxtilə böyük fateh Əmir Teymur da, Ağqoyunlu 
hökmdarı Cahanşah da, Osmanlı sultanları da erməni tacirlərini himayə etmişdilər.  
Səfəvi şahlarının erməni tacirlərinə xususi qayğı gostərməsini onlar özləri də etiraf edirdilər. 
Rusiyaya  səfərləri  zamanı  erməni  tacirləri  Səfəvi  dovlətinin  onlara  gostərdiyi  qayğını  belə 
xarakterizə  edirdilər:  “Şah  bizə  yardımcıdır.  Biz  gömrüksüz  ticarət  edirik.  Ancaq  şahın  məzhəbi 
müsəlmandır,  bizimki  isə  xristian.  Ona  görə  də,  böyük  padşah  (rus  carı  nəzərdə  tutulur)  üçün  
işləmək daha xoşdur” (3, s. 174). 
Rəsmi  dövlət  strukturlarından  gördükləri  qayğı  sayəsində  erməni  tacirləri  və  erməni  kilsəsi 
varlandıqca ermənilərdə separatçılıq meylləri də artır, erməni dövləti yaratmaq uğrunda səyləri də 
çoxalırdı.  Lakin  həmin  tarixi  dövrdə  erməni  başbilənlərinin  Roma  Papası  və  bir  sıra  Qərb 
dövlətlərinə bağladığı ümidlər özünü doğrultmadı. 
Bir  tərəfdən  I  Şah  Abbasın  ölümü  və  ermənilərə  əvvəlki  qayğının  azalması,  digər  tərəfdən 
XVII əsrin II yarısına doğru Səfəvilər dövlətinin artıq başlanmaqda olan tənəzzülü şəraitində iranlı 
tacirlərin  şəxsində  erməni  ideoloqları  yenidən  öz  ağalarını  dəyişmək  yolunu  tutdular.  Onların 
nəzərləri  tədricən  çar  Aleksey  Mixayloviç  Romanovun  hakimiyyəti  illərində  (1645-1676)  artıq 
möhkəmlənmiş və inkişaf etmiş Rusiyaya çevrilməyə başlandı.  
Ermənilər    hələ  o  zamanlardan  Şərq  hökmdarları  kimi,  Rusiya  çarlarını  və  saray  elitasını  da 
pulla və hədiyyələrlə ələ almaq sahəsində “qiymətli təcrübə” toplamışdılar. “1660-cı il avqustun 28-
də  Rusiyada  İran  ipəyi  alveri  ilə  məşğul  olan  İsfahanlı  Xoca  Zaxar  Sarhadov  (Sarhadyan)  çar 
Aleksey  Mixayloviçə  bir  çox  hədiyyələr  vermişdi.  Bu  hədiyyələrdən  biri  hazırda  Moskvada 
Kremlin silahlar palatasında saxlanan “Almaz taxt”dır” (2, s. 21). Xoca Zaxarın rus çarına gətirdiyi 
“qızıl, gümüş və fil sümüyündən Şərq üslubunda düzəldilən bu taxtın 22 599 manat (o dövr üçün bu 
çox  böyük  məbləg  idi)  olmaqla  987  almaz,  1298  yaqut,  18  mindən  çox  firuzə  ilə  bəzədilmişdi” 
(1,s.60).  “Bundan  əlavə  Sarhadov  rəssam  Boqdan  Saltanyanın  Leonardo  da  Vinçinin  “Sirli  gecə” 
rəsminin surətini həkk etdiyi mis lövhəni də çara hədiyyə gətirmişdi” (2, s.2). 
“1669-cu  il  dekabrın  3-də  İsfahandakı  erməni  icmasından  Stepan  Misseqov  və  Boqdan 
Salbanov  Rusiya  hökmdarının  adına  Moskvaya  hədiyyələr  gətirmişdilər.  Bir  neçə  il  sonra 
İsfahandan erməni Sardarov öz ticarət xidmətçisi Stepan Romadamski vasitəsilə Rusiya çarına 9062 
rubl dəyərində bəzəkli mallar göndərmişdi” (2, s. 21).  
Erməni  ideoloqlarının  özləri  də  siyasi  məqsədlər  naminə  Rusiyanın  görkəmli  dövlət 
xadimlərini  pulla  ələ  aldıqlarını inkar  etmirlər:  “Nor-Cuğadan  olan  iri  erməni  taciri  Xoca  Zaxarın 
1660-cı ildə çar Aleksey Mixayloviçə gətirdiyi almazlarla bəzədilmiş taxt indiyə qədər Moskvada, 
Kremlin silah palatasında saxlanılır” (5, s.164).  
Erməni  mənbələrinin  ötəri  olaraq  qeyd  etdiyi  bu  “taxt  verilməsi”  ilə  başlanan  rüşvət  və  ələ 
alma siyasəti sonrakı zamanlarda da davam etmiş, bu gün də erməni siyasətinin əsas vasitələrindən 
biri olmaqdadır. 
“Azərbaycan torpağının istehsalı olan ipək alverindən əldə edilən qazancın böyük bir hissəsi 
rus  əyanlarına  muxtəlif  hədiyyələr  şəklində  bağışlanır  və  bununla  da  rus  əyanlarının  ermənilərə 
bağlılığını artırırdılar. Sözsüz ki, Rusiyanın Şərq siyasətində öz məqsədləri var idi. Bununla belə, 
ermənilərin  rus  əyanlarını    ələ  alması  ermənilərin  xeyrinə  olan  siyasətin  formalaşmasını  daha  da 
sürətləndirirdi” (3, s. 177). 
Bütün  bunlar  bir  məqsədə-Rusiyanın  himayəsi  altında  Ermənistan  dövləti  yaratmaq 
ideyalarına  xitmət  edirdi.  Bu  intensiv  hədiyyələr  və  bəxşişlər  verilməsi,  çarın  və  əyanlarının  ələ 
alınması,  habelə  xoş  olmayan  Rusiya-Türkiyə,  Türkiyə-İran  münasibətləri  zəminində  erməni 
tacirləri  daha  da  irəli  getdilər.  “1666-cı  ildə  Rusiya  çarı  Aleksey  Mixayloviçin  adına  gondərilmiş 
müraciətdə goslərilirdi ki, indiyə qədər erməni tacirləri Avropa dövlətləri ilə olan ticarət əlaqələrini 
Türkiyə  vasitəsiylə  həyata  kecirirdilər.  Belə  tranzit  ermənilərə  baha  başa  gəlirdi.  Sonra  ermənilər 
bildirirdilər ki, tranzitdən əldə edilən qazancın Turkiyədə deyil, Rusiyada qalmasını arzulayırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə