Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   6   7   8   9   10   11   12   13   ...   136

21 
 
Onlar  Xəzər-Volqa  su  yolu  ilə  tranzitin  qurulması  nəlicəsində  Rusiya  xəzinəsinə  də  qazanc  gətirə 
biləcəklərini  vurğulayırdılar.  Rusiya  dövləti  üçün  belə  bir  təklif  son  dərəcə  əlverişli  və  siyasi 
baxımdan  da  maraqlı  təklif  idi.  Onun  reallaşdırılması  Rusiyanı  Avropa  ilə  Şərq  arasında  əlverişli 
məkana  cevirə,  Rusiya  xəzinəsinə  qazanc  gətirməklə  ona  düşmən  olan  Osmanlı  xəzinəsini  real 
gəlirlərdən  məhrum  edə  bilərdi.  Belə  bir  müqavilənin  bağlanmasının  təşəbbüskarları  isə  erməni 
tacirləri Qriqori Luşikov və Stepan Moiseyev Romadamski idi” (3, s.179). 
Çar  Aleksey  Mixayloviç  qaldırılan  təşəbbüsü  bəyəndi  və  1667-ci  ildə  erməni  kompaniyasının 
Rusiyaya  ipək  və  xammal  gətirməsi  haqqında  8  bəndlik  fərman  imzaladı.  Həmin  fərman  əsasında 
“1667-ci ildə Rusiya dövləti ilə Nor-Cuğa tacirləri arasında ticarət müqaviləsi imzalanmışdı. Müqavilə 
nəinki Rusiya ilə ticarətdə erməni tacirlərinə verilən müəyyən imtiyazları, habelə Rusiya vasitəsilə qərbi 
Avropa ilə tranzit ticarəti nəzərdə tuturdu” (5, s.164). Həmin zamanlardan da ermənilərin bu ölkəyə yeni 
axını başlandı. Rusiyanın bir sıra mərkəzi şəhərlərində kiçik erməni məhəllələri meydana çıxdı, Aleksey 
Mixayloviçin sarayında erməni xidmət adamları görünməyə başlandı. 
Lakin erməni ticarət və sənət adamlarının Rusiyanın Moskva, Tver, Nijni-Novqorod kimi iri 
şəhərlərində məskən salmaları da erməni-rus münasibətləri demək deyildi. Çünki ermənilərin təmsil 
etdikləri  erməni  dövləti  yox  idi.  Osmanlı,  İran,  Avropa  dövlətlərinin  təbəələri  olan  erməni  iş 
adamları  və  Rusiya  şəhərlərindəki  azsaylı,  kiçik  erməni  icmaları  isə  bu  münasibətlərin  tərəfi  ola 
bilməzdi.  Rusiya  dövləti  ilə  münasibətlər  yaratmaqdan  ötəri  tərəf  olmalı  idi.  Tezliklə  bu  tərəf 
rolunda  həmişə  olduğu  kimi  erməni  kilsəsi  çıxış  etdi  və  XVII  əsrin  70-ci  illərində  rus-erməni 
münasibətləri  nisbətən  intensivləşdi.  Bu  dövrdə  Eçmiədzin  katalikosu  Akop  Cuğalı  çar  Aleksey 
Mixayloviçə müraciət edərək, “erməniləri himayə etmək üçün mərhəmət göstərməyi” xahiş etmişdi. 
Oxşar xahişlə Qandzasar katalikosu Petros da Aleksey Mixayloviçə müraciət etmişdi. 
70-ci  illərin  əvvəllərində  Volqa-Xəzər  bölgəsində  kəndli-kazak  hərəkatının  artması,  habelə 
Səfəvilər  dövlətinin  tənəzzülü  zəminində  ticarət  yollarının  pis  qorunması  ermənilərin  Rusiya  ilə 
ticarətinə mənfi təsir etməyə başladı. Ticarətin zəifləməsi ermənilərin sərvət toplamasına təsir etdiyi 
kimi,  onların  Rusiyanın  himayədarlığına  güvənmək  xəyallarını  da  puça  çıxara  bilərdi.  Bu 
təhlükənin  və  narahatcılığın  aradan  qaldırılması  üçün  1673-cü  ildə  ticarət  müqaviləsinin 
təşəbbüskarı  olmuş  erməni  Qriqor  Lusikov  yenidən  Moskvaya  yollandı  və  rus  əyanı  Artoman 
Sergeyeviç  Morozovla  danışıqlar  apardı.  Həmin  danışıqlar  zamanı    erməni  taciri  tranzit  yolu 
üzərindəki təhlükənin aradan qaldırılması ilə bağlı  rahatzılıqlarını ona çatdırdı. “Həmin danışıqların 
nəticəsi  kimi  qərara  alındı  ki,  erməni  tacirləri  ilə  Rusiya  arasında  yeni  bir  ticarət  müqaviləsi 
imzalansın və ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi məsələsi bu müqavilədə öz əksini 
tapsın. Elə həmin ildə də belə bir müqavilə imzalandı. Yeni müqavilə erməni ticarətinin fəallaşması 
üçün yeni bir təkan oldu. Ticarət yollarının təhlukəsizliyi isə ermənilərin fəallaşmasına və Rusiyaya 
axışmasına əlverişli zəmin yaratdı” (3, s.179). Lusikov Moskvada ticarətlə yanaşı siyasi məsələlər 
barədə  də  danışıqlar  aparmışdı.  Lakin  bütün  bunlar  danışıq  olmaqdan  o  yana  keçmədi  və  erməni 
“işbaz”larının istədikləri nəticəni vermədi. Belə ki, 1676-cı ildə çar Aleksey Mixayloviçin qəflətən 
ölümü və bundan sonra Rusiyanın dövlət idarəçiliyində, habelə daxili və xarici siyasətindəki qeyri-
sabitlik,  orduda  vaxtaşırı  baş  verən  qiyamlar erməni  başbilənlərinin  planlarını  alt-üst  etdi.  Başları 
hakimiyyət  uğrunda  çəkişmələrə,  saraydaxili  intriqalara  və  streles  qiyamlarına  qarışan  rus  hakim 
dairələri  daha  erməni  tacirlərinə  əvvəlki  diqqəti  göstərə  bilmirdilər.  Ona  görə  də  erməni  tacirləri 
diplomatik mübarizə meydanını erməni avantüristləri və kilsə xadimlərinə verdilər.  
1677-ci ildə Eçmiədzində katalikos Akop Cuğalının başçılığı, on iki dini və dünyəvi  xadimin  
iştirakı ilə çağrılan müşavirədə  qərara alındı ki, Səfəvi şahına qarşı  üsyan qaldırmış Kartli çarı XI 
Georgi və Kaxetiya çarı Arcillə əlaqə yaradılsın və onlarla birlikdə Moskvaya və Qərbi Avropanın 
şərq siyasətində maraqları olan Roma papasına müraciət edilsin. Tezliklə belə bir əlaqə yaradıldı  və 
erməniləri  yadelli  zülmdən  qurtarmaq  üçün  hərbi  yardım  xahiş  etmək  məqsədilə   Qərbi  Avropaya 
nümayəndə heyəti göndərmək qərara alındı.   “Eçmiədzin  müşavirəsində  seçilən  nümayəndə  heyəti 
Akop  Cuğalının  başçılığı  altında  Gürcüstana,  sonra  isə  İstanbula  gəldilər  ki,  buradan  da  Qərbi 
Avropaya  hərəkət  etsinlər.  Lakin  iş  uğursuzluqla  qurtardı.  1680-cı  ildə  Akop  Cuğalı  öldü  və 
nümayəndə heyəti geri qayıtmalı oldu. Yalnız öz atasını müşayiət edən Sünik məliyi İsraelin oğlu 
İsrael Ori geri qayıtmadı” (4, s.164-165). 


22 
 
Qeyd etmək lazımdır ki, erməni ideoloqlarının Səfəvilər dövlətində, bir qədər sonra isə Osmanlıda 
baş  qaldıran   erməni  separatizmini,  bütün normal  şərtlər altında  yaşadığı  ölkəyə  qarşı  xəyanətkarlığı, 
“milli-azadlıq”  hərəkatı,  İsrael  Orini  isə  görkəmli  vətənpərvər  və  diplomat  kimi  qələmə  vermək 
obyektivlikdən çox uzaqdır. Ori, bəzi erməni tarixçilərinin özlərinin də etiraf etdikləri kimi Sünik məli-
yinin  oğlu  olmayıb,  kübar  nəslindən  deyildi  və  erməniləri  dəfələrlə  aldatmışdı.  Böyük  fırıldaqçı, 
“erməni  milli-azadlıq  hərəkatı”ndan  və  erməni  kilsəsindən  daha  çox  özünün  şəxsi  maraqlarının 
təmsilçisi  olan  İsrael  Ori  italyan  və  fransız  zadəganlarını  da,  Pfalts  kurfiristi  İohan-Vilhelmi  və 
Eçmiədzin  katalikosunu  da  aldadırdı.  Avropada  keçirdiyi  20  ilə  yaxın  bir  dövrdə  o,  rəsmən  nə 
erməniləri, nə də erməni kilsəsini təmsil etmirdi. Ermənilərin öz məzhəblərini dəyişib katolikliyi qəbul 
etmələri müqabilində onlara hərbi-iqtisadi yardım edəcəyi barədə Pfalts kurfiristinin vədi isə Eçmiədzin 
və Qandzasar katalikoslarını qəzəbləndirmiş və onlar Orini sadəcə olaraq öz yanlarından qovmuşdular. 
Beləliklə erməni ruhaniləri tərəfindən rədd edilən Ori Qarabağın Anqexakot deyilən qəsəbəsində 1699-
cu ildə erməni məlikliklərinin yığıncağını keçirməyə müvəffəq oldu. Yığıncaq Oriyə Qərbi Avropada, 
habelə  rus  çarı  ilə  danışıqlar  aparmaq  üçün  lazım  gələn  etibarnaməni  verdi.  Məliklər  habelə  Orinin 
kifayət  qədər  savadlı  olmadığını  və  rus  dilini  bilmədiyini  də  nəzərə  alıb,  “Vardapet  (alim  monarx) 
Minası Oriyə köməkçi verdilər” (5, s.165). 
Lakin, Minasın müşayiət etdiyi Orinin 1699-1701-ci illərdə Qərbi Avropaya etdiyi bu ikinci 
səfər  də  ermənilərə  gözlədikləri  nəticəni  vermədi.  Pfalts  kurfiristi  kimi,  Avstriya  imperatoru  da 
erməni xalqının təmsilçisi olması barədə Orinin etibarnaməsinə maraq göstərmədi. 1701-ci ildə Ori 
və köməkçisi Rusiyaya üz tutdu. 
Məhz  bu  zamandan  etibarən  erməni  separatçıları  və  onların  ideoloqları  özlərinə  himayədar 
olaraq Rusiyanı seçdilər və könüllü olaraq Rusiyanın boyunduruğu altına aparan yolun başlanğıcına 
çıxdılar.  Moskvaya  gələn  Ori  Qarabağ  məliklərinin  müraciətnaməsini  çar  I  Pyotra  təqdim  etdi. 
Müraciətnamədə  məliklər    xahiş  edirdilər  ki,  çar  erməni  xalqının  iztirablarını  dərindən  anlasın  və 
onu Türkiyə-İran zülmündən azad etsin: “Bizim özgə ümidimiz yoxdur. Biz yalnız Allaha və sənin 
ölkənə ümid bəsləyirik” (5, s.166). I Pyotr ermənilərin xahişinə razılıqla yanaşdı və cavab verdiki, 
erməni xalqına İsveçlə apardığı müharibədən sonra yardım edəcəkdir. 
Ori  və  vardapet  Minas  bu  şad  xəbəri  ermənilərə  çatdırmaq  üçün  İrana  adam  göndərdilər. 
Onlar sevinirdilər ki, ermənilərin çirkin məqsədlərinə çatması yolunda  nəhayət  özlərinə himayədar 
tapa  bilmişdilər.  Rusiya  tərəfi  də  Orinin  səfərindən  məmnun  qalmışdı.  Çarizmin  Qafqaza  dair 
işğalçılıq planlarının həyata keçirilməsi yolunda “etibarlı” müttəfiq tapılmışdı. Tarix boyu dəfələrlə 
milli ləyaqətləri kimi, vətənlərini də satan, onlara çörək verən ölkəyə xəyanət etməyə həmişə hazır 
olan, işğalçılara bələdçilik edən nökər özü rusların qapısına qədər gəlmişdi. 
 
ƏDƏBİYYAT 
 
1. Cəfərli E. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, Nurlan, 2008, 280 s. 
2.  Kərimova  S.  Çarizmin  Azərbaycanın  işğalında  və  müstəmləkəçilik  siyasətində  erməni 
işbazlarının rolu. Bakı, Azərbaycan. 1995 
3.  Süleymanov  M.  Erməni  millətçiliyi  və  təcavüzkarlığı  tarixindən.  Bakı,  «Hərbi  Nəşriyyat», 
2008, 398 s. 
4. Алиев Ф. Азербайджанско-русские отношение. Баку, 1985 
5.  История  армянского  народа:  С  дрвнейших  времен  до  наших  дней  /  Г.Х.Саркисян, 
Т.Х.Акопян, А.Г.Абрамян и др. Ереван, Изд-во Ереван ун-та, 1980, 460 с. 
6. Марджанлы М. Армянство. Россия. Кавказ. М,: Флинта, 2011, 96 с. 
7. Эзов Г.А. Сношения Петра Великого с армянским народом.СПб.1898,512 с. 
8. http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=291020 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə