Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   18   19   20   21   22   23   24   25   ...   136

45 
 
fransız müstəmləkəçiliyi bu qızıl çağın daha yaxşı görülməsini göstərmişdir" (7, səh. 215). XVI əsr fransız 
səyahətçisi Belon de Mans yazmışdır ki, " Lumni Türk idarəçiliyinə qədər heç bir zaman bu qədər zəngin, 
iqtisadi baxımdan bu qədər tərəqqi etməmişdir" (Lumni Egey dənizində bir adadır-A.M.).  Müəllif daha 
sonra  qeyd  edir  ki,  "Daha  əvvəllər  daimi  taciz  edilərək  əziyyət  görən  bu  insanlara  yaşadıqları  tərəqqini 
təmin  edən  gücün,  uzun  sürən  sülh  və  təhlükəsizliyi  təmin  edənin  Osmanlı  imperatorluğunun 
idarəçiliyinin olduğunu demək lazımdır" (7, səh. 215). 
Fateh  Sultan  Mehmet  Bizansı  məğlub  edərək  İstanbulu  fəth  etdikdən  sonra  digər  xristian 
azlıqlara  verdiyi  hüquqları  xristian  ermənilərə  də  vermişdir.  Ermənilər  Osmanlı  hakimiyyətinə 
girənə  qədər  heç  bir  hüquqa  malik  olmamış,  daim təzyiq  altında  yaşamışdılar.  Lakin  Sultan  Fateh 
Mehmet  ermənilərə  nəinki  dini  inanclarında  sərbəstlik  vermiş,  eyni  zamanda  erməni  rahibi 
Hovakimi  İstanbula  gətirərək  erməni  patriarxlığını  yaradaraq  ona  "Bütün  Türkiyə  ermənilərinin 
patriarxı"  adını  vermişdir.  Rahib  Y.  G.  Çark  1953-cü  ildə  nəşr  etdirdiyi  "Türk  hizmetinde  
ermeniler"  adlı  əsərində  yazmışdır  ki,  "Fateh  Sultan  II  Mehmet  xanın  İstanbulu  fəth  etməsi  ilə 
ermənilərin  gələcəyi  üçün  yeni  bir  ulduz  parlamağa  başlamışdı...  Əgər  türklər  İstanbula  gəlməmiş 
və  ya  gecikmiş  olsaydı,  ermənilərin  İstanbula  yerləşmələri  və  inkişafları  çox  şübhəli  olacaq,  hətta 
bəlkə də izləri belə tapılmayacaqdı" (1, səh. 59). 
XVII əsrdə ermənilər beynəlxalq ticarəti ələ keçirmişdilər. Osmanlı imperatorluğunun bütün 
xarici  ticarəti  İzmirdə,  Hələbdə  və  ya  İstanbulda  ermənilərin  vasitəsilə  aparılırdı.  Osmanlı  təbəəsi 
olmadan  əvvəl  yalnız  əkinçilik  və  heyvandarlıqla  məşğul  olan  ermənilər  qısa  müddətdə  Qərbi 
Asiyanın Avropa ilə etdiyi ticarətin tamamını əlində toplayan vasitəçilər  halına gəlmiş və böyük bir 
sərvətin sahibi olmuşdular. Ermənilərin ticarət və sənaye ilə məşğul olmaları üçün yaradılan yüksək 
şərait  nəticəsində  onların    sərvət  sahibi  olmaları  sənədlərdə  əksini  tapmışdır.  Rusiyanın  Van  və 
Ərzurumdakı  Baş  kosulu  Mayevskinin  Rusiyaya  göndərdiyi  məlumatda  deyilir  ki,  "Türkiyədə 
ermənilərin  məzlum  vəziyyətlərindən  şikayətləri  һəmişə  azadlıqdan,  təһlükəsizlikdən  və  əmin-
amanlıqdan  kifayət  qədər  istifadə  edən  şəһər  ermənilərinə  qətiyyən  aid  edilməməlidir.  Onların 
ictimai  vəziyyəti  һər  cəһətdən  kifayət  qədər  yaxşı  idi.  Kəndli  ermənilər  bir  qədər  başqa  şəraitdə 
yaşayırlar. Artıq deyildiyi kimi, onlar, əsasən, əkinçiliklə məşğul idilər. Saһələrin suvarılma sistemi, 
rəncbərliklə  məşğul  olmaq  burda  yaxşı  gəlir  gətirir  və  tamamilə  qorxusuz  yaşayışı  təmin  edirdi. 
Cəsarətlə demək olar ki, Türkiyənin erməni kəndliləri һəmişə kifayət qədər ərzaq vəsaiti ilə təmin 
olunurdular  və  onların  maddi  rifah  һalı  heç  olmasa,  Rusiyanın  orta  zonalarında  yaşayan  rus 
kəndlilərinin maddi rifah һalından yüksək idi" (10, səh. 4). 
Rusiya  öz  erməni  vətəndaşlarına  Osmanlı  fəthlərindən  sonra  Türkiyə  ermənilərinin  əldə 
etdikləri  hürriyyətin  onda  birini  belə  verməmişdir.  XVIII  əsrin  sonlarına  doğru  polşalı  səyyah 
Mikoşa  Osmanlı  imperatorluğunda  yaşayan  ermənilərin  vəziyyətlərini  belə  təsvir  edirdi: 
"Ermənilərə  tüklər  tərəfindən  hər  hansı  bir  millətdən  daha  çox  hörmət  göstərilməkdədir.  Onlar 
rumlardan  daha  geniş  bir  hürriyyətə  malikdirlər"  (4,  səh.  37).  Erməni  müəllifi  M.  Vartanyan  da 
"Erməni  hərəkatının  tarixi"  əsərində  "Türkiyə  ermənisi  rus  ermənisinə  görə  mədəniyyətində, 
dilində, tarixində, ədəbiyyatında çox güclü və azaddır" deyə yazmışdır (1, səh. 62). 
Dövlətin  iqtisadiyyat  və  ticarət  sahələrindəki  aparıcı  mövqelərə  yüksələn  ermənilər  siyasi 
məqamlara  da  yiyələnərək  dövlət  idarələrində  mühüm  vəzifələr  tutmuşlar.  Ermənilər  zərgərlik  və 
sələmçilik sahəsindəki məharətləri ilə diqqət çəkmişlər. Ona görə də zərbxana, barıtxana və s. kimi 
dövlətin  ən  mühüm  müəssisələri  ermənilərə  tapşırılmışdır.  Onlar  Osmanlı  dövlətinin  müxtəlif 
ölkələrdə    səfiri,  konsulu,  müşaviri  və  tərcüməçisi  vəzifələrində  çalışmışlar.  Zərbxana  nazirləri, 
saray zərgərləri, saray həkimləri ermənilər olmuşdu. Müəssislər Məclisində onlarla erməni deputatı 
var  idi.  Türkiyədə  Yeddiqülə  erməni  xəstəxanasının  baş  həkimi  Karapet  Arman  "Tərcüman" 
qəzetində  nəşr  etdirdiyi  məqaləsində  yazırdı:  "Osmanlı  imperatorluğu  dövründə  türk-erməni 
münasibətləri ən gözəl dövrünü yaşamışdır. Osmanlı tarixinin hər səhifəsində bir erməni paşasının, 
bir erməni səfirinin, bir erməni ümummüdirinin isminə rast gəlmək mümkündür” (6, səh.82). Hətta 
II  Muradın  hakimiyyəti  dövründən  başlayan,  Fateh  Qanunnaməsi  ilə  rəsmiləşdirilən  qanunlara 
əsasən türklər öz ölkələrində xristian və ya yəhudi azlıqlar qədər belə haqqı olmayan, ikinci sinif bir 
millət halına gəlmişdilər. Belə ki, Fateh Qanunnaməsindən sonrakı 70 il ərzində dövlətdə sədrazam 
olan 48 nəfərdən yalnız 5-i türk əsilli olmuşdur. Digər 43 nəfər sədrazamın 12-i slavyan, 11-i alban, 


46 
 
7-i  yunan,  5-i  erməni,  4-ü  çərkəz,  3-ü  gürcü,  1-i  italyan  olmuşdur  (7,  səh.165).Osmanlı  tarixində 
ermənilərdən 29 general, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 41 yüksək rütbəli dövlət 
məmuru  yetişmişdir  (8,  səh.31).  Dövlətin  ən  mühüm  strukturlarından  olan  Xarici  İşlər  Nazirliyi, 
Maliyyə Nazirliyi, Ticarət və Poçt Nazirliyi erməni mənşəli adamların əlində idi. 
Lakin  bütün  bunların  müqabilində ermənilər  türklərə  daim arxadan  zərbə  vurmuşlar.  Rusiya 
tarixçisi  V.L.Veliçko  ermənilər  haqqında  "Əgər",  "Yalan",  "Uydurma"  sözlərindən  başqa  erməni 
tarixinin  səhifələrində  inandırıcı  faktları  dəqiq  səciyyələndirən  söz  yazmaq  lazım  olsaydı,  onda 
"xəyanət"  sözündən  qaçmaq  olmazdı.  Sərhədləri  daim  dəyişən  bir  ölkə  olan  Ermənistanın  şübhə 
doğuran  hökmdarları  həmişə  güclü  qonşu  padşahlardan  asılı  olur  və  həmişə  ermənilər  müntəzəm 
olaraq onları satırlar. Adlı-sanlı adamlar (naxararlar) padşahlara, xalq isə həm naxararlara, həm də 
padşahlara dönük çıxır, xəyanət edir" deyərək onların  tarix, siyasi  və milli şəxsiyyətdən məhrum 
bir toplum olduqlarını göstərmişdi (12, səh. 55). 
Ermənilər  öz  məqsədlərinə  çatmaq  üçün  bütün  dövrlərdə  böyük  dövlətlərə  sığınmış,  böyük 
dövlətlər də onlardan bir alət kimi istifadə etmişlər. Bu dövlətlərin başında isə, XVI-XVII əsrlərdən 
sonra dünya siyasətinə çıxan Rusiya,  İngiltərə,  Fransa gəlirdi. Tarix boyunca Avropa dövlətlərinin 
sərhədləri  daxilində  yaşayan  qeyri-millətləri  daim  təzyiq  altında  saxladıqlarının  və  assimlə 
etdiklərinin  şahidi  olmuşuq.  Lakin  Osmanlı  dövləti  qeyri-müsəlman,  o  cümlədən  erməni  əhaliyə 
hətta yerli türk əhalidən daha çox imtiyazlar vermiş və bu həqiqətləri arxivlərdə qorunub saxlanılan 
sənədlər,  əksər  Avropa  müəlliflərinin  etirafları  bir  daha  sübut  edir.  Fransanın  İstanbuldakı  səfiri 
olan  M.  Sebastian  1908-ci  ildə  hazırladığı  məlumatda  Osmanlı  təbəəsi  olan  ermənilər  haqqında 
yazır ki, "Bu xalqın hamısı hallarından məmnundurlar. İstanbuldakı ermənilər arasında bir sıra varlı 
adamlar da var... Onu da bildirim ki, bir hissəsi katolik, bir hissəsi də Rafizi olan (Rafizi  sözünün 
ərəb  dilindən  tərcüməsi  "kənarlaşmış,  uzaqlaşmış,  tərk  edib  getmiş"  mənasını  verir-A.M.)  bu 
ermənilər dövlətə son dərəcə itaətlidirlər  və  türklərə böyük bir məhəbbət bəsləyirlər... Aralarında 
Fransaya  hüsn-rəğbət  bəsləyənlər  də  var.  Lakin  bu  hüsn-rəğbət  özlərinə  "Osmanlı"  olduqlarını 
unutduracaq dərəcədə deyildir"(1,səh78). Romalı Prof. Yurqa XVIII əsrin sonlarında polşalı səyyah 
Mickoschanın:  "Türklər  tərəfindən  ermənilərə  başqa  millətlərə  göstərilməyən  hörmət  və  izzət 
göstərilməkdədir.  Ermənilər  türklər  tərəfindən  verilmiş  məzhəb  hürriyyətinə  rumlardan  artıq 
sahibdirlər"- dediyini yazmışdır (4, səh.40). 
1863-cü  il  mart  ayının  29-da  Osmanlı  imperiyasında  ermənilərin  vəziyyətini  daha  da 
gücləndirən,  onlara  əlavə  imtiyazlar  verilməsini  nəzərdə  tutan  və  özlərini  idarə  etmək  mənasında 
muxtariyyət  verən "Erməni Millətinin Nizamnaməsi"  qüvvəyə mindi. Bu Nizamnamə ermənilərin 
daha  əvvəllər  sahib  olduqları  hüquqlara  əlavə  olaraq  yeni  haqların  verilməsini  nəzərdə  tuturdu. 
Bütün  haqq  və  imtiyazlardan  istifadə  edən  ermənilər  bu  Nizamnamə  ilə  bir  növ  Konstitusiya 
hüququna sahib olmuşdular. Erməni yazıçısı K.Ozanyan 1919-cu ildə "Ermənilərin tarixi vəzifələri" 
adlı əsərində bu nizamnamənin ermənilərə təmin etdiyi faydaları belə sıralamışdır: 1. Qərb mədə-
niyyəti və təhsilinə doğru bir addım olmuşdur. 2. Bütün şəhərlərdə bir çox mədəni təşkilatlar açıl-
mışdır. 3. Erməni dili və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. 4. Daha çox qəzet və 
jurnal yayınlanmışdır. 5. Ermənilər seçki üsul və mücadələlərinə alışdırılmışdır. 6. Kilsə mənsubla-
rının hüququ məhdudlaşdırılmışdır. 7. Ermənilərə cəm halında şikayət etmək və uyqulamağa keç-
mək haqqı vermişdir. 8. Katolik protestant Lusavorçağan ermənilərin böhranlı günlərdə birləşmələ-
rini təmin etmişdir. 9. Ermənilərdə ixtilal ruhu oyandırılmış, millı erməni məsələsi masaya  yatırıl-
mışdır. 10. Ermənilərə çox geniş haqlar tanıyan, adətən dövlət içərisində bir dövlət deyilə biləcək 
qədər bir vəziyyət  yaradan bu nizamnamə 6 bənd, 95 maddədən ibarət idi (4, səh.37-38). 19 mart 
1863-cü ildə Osmanlı höküməti tərəfindən təsdiq edilən bu nizamnamə erməni vətəndaşların siyasi 
və sosial varlıqları üzərində böyük faydalar təmin etmişdir. Rusiyanın İstanbul səfirinin baş tərcü-
məçisi  Mandelştan  bu  nizamnamə  haqqında  yazırdı  ki,  "Erməni  milləti  1863-cü  ildə  həqiqi  bir 
qanuni əsasa, Konstitusiyaya  sahib oldu. Bu  Konstitusiyaya  görə, ermənilər İstanbul patriarxxana-
sında toplanmaq üzrə bir ümumi məclisə sahib olmuş kimidirlər" (4, səh.39). 
1870-ci  ildən  başlayaraq  erməni  millətçiləri  Anadoludakı  erməniləri  türk  idarəçiliyinə  qarşı 
çıxışlara  təhrik  etməyə  başladılar.  Bu  dövrdə  baş  verən  prosesləri  Böyük  Britaniyanın  Osmanlı 
imperiyasındakı  səfiri  Layard  öz  məlumatlarında  qeyd  etmişdir.  Belə  ki,  Layard  ilə  söhbətində  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə