Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   19   20   21   22   23   24   25   26   ...   136

47 
 
erməni  dini  rəhbəri  ermənilərin  türk  idarəçiliyini  devirərək  Şərqi  Anadolu  torpaqları  ilə  birlikdə 
Rusiyaya  birləşməyə  hazırlaşdıqlarını  demişdi  (2,  səh.  56).  Rusiya  öz  torpaqlarında  ermənilərə  ən 
ağır  təzyiqləri  edərkən  ermənisiz  Ermənistan  siyasəti  yürüdür,  erməni  yazıçıları  Türkiyə 
əleyhindəki yazılara təşviq edirdi. Odisnom Çarlz Eliotun 1900-cü ildə yazdığı “Türkiyə Avropada” 
kitabında göstərilirdi ki, “…hətta 1877-1878-ci illər rus-turk müharibəsindən sonrakı illərdə türklər 
və  ermənilər  əla  dostluq  şəraitində  yaşayırdılar...  Ruslar  erməni  kilsələrini,  məktəblərini  və  dinini 
sıxışdırırdılar,  türklər  isə  tamamilə  əksinə,  bütün  işlərdə  daha  səbrli  və  daha  çox  sərbəstlik  verən 
idilər...  Onlar  türklərin  arasında  yaşamaqlarından  razı  idilər...  Sərvət  tərəzisi  də  artıq  burada 
(Türkiyədə) tamamilə xristianların xeyrinə idi. Türklər onlara səmimi-qəlbdən inanırdılar” (5, səh. 
22).  Rusiya  Eçmiədzin  katolikosunun  Türkiyə  əleyhindəki  çalışmalarını  əlindən  gəldiyi  qədər 
qızışdırmaqla  yanaşı  ermənilərin  Türkiyədə  başlatdıqları  üsyanları  da  müdafiə  etməkdən 
çəkinmirdi.  Belə  ki,  İngiltərənin  İstanbul  səfiri  Eliot  öz  hökumətinə  verdiyi  raportda:  "...Onunla 
görüşən və hökumət işləri ilə heç bir əlaqəsi olmayan yüksək məqam sahibi bir erməninin "Bütün 
bu hadisələrin rusun təşviqi nəticəsində baş verdiyini" söylədiyini  və bu xəbərin digər mənbələrin 
verdikləri  xəbərlərə  uyduğunu"  yazmışdır.  İngiltərənin  İstanbul  səfiri  Eliot  öz  hökumətinə  yazdığı 
başqa bir raportda belə yazır: "Məni ziyarət edən erməni patriarxı: "Əgər avropalıların bu hadisələrə 
qarışmaları və  ya onların diqqətlərini bu işə cəlb etmək üçün bir ixtilal və  ya bir  üsyan çıxarmaq 
lazımdırsa, bunu etməyin heç də çətin olmadığını "- dedi (4, səh. 41-42). 
24  aprel  1877-ci  ildə  Rusiya  Osmanlı  dövlətinə  müharibə  elan  edir.  Əslində  bu  müharibə 
təkcə Rusiya ilə deyildi. Rusiyaya Qafqaz cəbhəsində ermənilər kömək edirdilər. 1877-ci il aprelin 
24-də  başlayan  Osmanlı-Rusiya  müharibəsində  Rusiya  Şərqi  Anadoluda  yaşayan  ermənilərdən 
istifadə edir. Ruslar bu müharibədə ermənilərə müxtəlif vədlər verməklə  qızışdıraraq onlardan bir 
alət kimi istifadə edirdi. Osmanlı imperiyasının bu müharibədə ağır itki verməsindən istifadə edən 
erməni  icmaları  və  kilsəsi  daha  da  fəallaşırlar.  Bu  müharibə  əslində  türklərin  soyqırımına 
çevrilmişdir.  Ermənilər  əhalini  qəddarcasına  öldürürdülər.  1877-ci  il  iyulun  9-da    Əhməd  Fəhmi 
paşanın Daxili İşlər nazirliyinə göndərdiyi teleqrafda deyilirdi ki, "İndiyə qədər heç bir müharibədə 
görülməmiş  bir  vəhşilik  yaşanır,  kəndlilər  bombardman  edilir,  intihar  edə  bilməyən  qadınlar 
qaçırılır, təslim olanlar balta ilə parçalanır" (9, səh.163). 
Ermənilər  ruslara  etdikləri  köməyin  müqabilində  isə    müharibənin  sonunda  xidmətlərinin 
qarşılığını  dərhal  almaq  məqsədilə  patriarx  Nerses  və  İzmirliyanın  başçılığı  ilə  toplanan  erməni 
məclisi  çar  II  Aleksandra  bir  memorandum  göndərirlər.  Memorandumda  ermənilərin  Rusiya 
çarından istədikləri aşağıdakılar idi: 1.  Firata qədər olan bölgənin türklərə geri verilməməsi və bu 
ərazilərin Ararat (Ağrı) ilə birləşdirilərək Rusiyaya bağl bir Ermənistanın qurulması; 2. Ərazi ilhaqı 
olmayacağı  halında  Bolqarıstana  və  bolqar  millətinə  veriləcək  imtiyazların  erməni  millətinə  də 
verilməsi; 3. İşğal edilən torpaqlar boşaldılacaqsa, hökumətdən islahat üçün maddi təminat alınması 
və islahatın həyata keçirilməsinə qədər rus əsgərlərinin işğal etdikləri torpaqları boşaltmamaları (3, 
səh. 199). Qeyd etmək lazımdır ki, məhz 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsindən sonra 
ermənilər  Osmanlı  imperiyasından  ayrılmaq  istədiklərini  ortaya  qoymuşdular.  Bu  məsələdə  isə 
Rusiyaya  böyük  ümidlər  bəsləyirdilər.  19  fevral  1878-ci  ildə  imzalanan  sülh  müqaviləsinin  16-cı 
maddəsinə görə ermənilərin yaşadıqları Şərqi Anadolu vilayətlərində islahat keçirilməsi və buradakı 
xristianların qorunması nəzərdə tutulurdu. Halbuki bu vilayətlərin heç birində erməni əhalisi yüzdə 
20-ni  təşkil  etmirdi.  Fransa  Xarici  İşlər  Nazirliyinin  1897-ci  ildə  nəşr  edilmiş  sənədlərində 
yazılmışdır:  "Müxtəlif  tayfa  bölgülərinin  dərindən  öyrənilməsi  Türk  imperiyasının  heç  bir 
vilayətində  ermənilərin  əhalinin  əksəriyyətini  təşkil  etmədiyini  təsdiqləməyə  imkan  verir.  Bunu 
yerlərdə  baş  qərargahın  Qafqaz  zabitləri-general  Zelyonının  və  polkovnik  Kartsevin  əldə  etdikləri 
statistik məlumatlar da əyani surətdə təsdiq edir" (12, səh.77). 
Rusiyanın  San-Stefano  müqaviləsi  ilə  Şərqi  Anadolu  və  Balkanlarda  hakim  olması  ənənəvi 
ingilis  siyasətinə  zidd  idi.  Çünki,  rus  təsirinin  yayılması  İngiltərənin  Hindistanla  olan  əlaqəsini 
təhdid  etməklə  bərabər,  onun  gücünü  də  zəiflədirdi.  İngiltərə  yaxşı  başa  düşürdü  ki,  Rusiya  bu 
müharibədəki  qələbəsindən  istifadə  edərək  öz  təsirini  bir  tərəfdən  İsgəndərun  və  Mesopotomiya 
vasitəsilə  Bəsrə  körfəzinə  yayacaq,  digər  tərəfdən  də  bütün  Anadolu  və  İstanbulu  təhdid  altında 
saxlayacaq.  Müharibədə  Rusiyanın  qələbəsi  onun  Balkanlarda  nüfuzunun  və  mövqeyinin 


48 
 
möhkəmlənməsinə səbəb olmuşdur ki, bu da İngiltərənin, o cümlədən də Avstriyanın  mənafeyinə 
uyğun  deyildi.  Ona  görə  də  bu  dövlətlər  əgər  müharibəyə  qədər  gözləmə  mövqeyi  tuturdularsa, 
müharibədən  sonra  dərhal  məsələyə  müdaxilə etməyə  başladılar.  Bu  baxımdan  İngiltərə  də  dərhal 
məsələyə qarışdı. Ona görə də İngiltərə Balkanlarda və Ağ dənizdəki müvazinətin pozulduğunu irəli 
sürərək  San-Stefano  sülh  müqaviləsi  yerinə  digər  Avropa  dövlətlərinin  də  qatılması  ilə  yeni  bir 
müqavilənin bağlanması istəyini Rusiyaya qəbul etdirdi. 
Patriarx  Hrimyan  Berlin  konqresinə  gedərkən  yurddaşları  "Burada  hansı  dildə  danışacaqsan, 
Hayrik? Ermənicədən başqa hər hansı bir dil bilmirsən" deyə soruşduqda Hrimyan "Gözyaşı dili ilə 
danışacağam"  deyə  cavab  vermişdi  (11,  səh.148).  Göründüyü  kimi  ermənilər  öz  məqsədlərinə 
çatmaqdan  ötrü  bütün  vasitələrdən  istifadə  edirdilər  ki,  böyük  dövlətlərin  diqqətini  erməni 
məsələsinə  çəksinlər.  Ona  görə  də,  San-Stefano  müqaviləsində  ermənilərlə  bağlı  olan  16-cı 
maddədə  müəyyən  dəyişiklik  edilərək  Berlin  müqaviləsində  61-ci  maddədə  əksini  tapdı.  Bu 
maddəyə  görə  hökumət  Şərqi  Anadoluda  islahat  aparmalı,  asayişi  qorumalı  və  bu  barədə  həyata 
keçirdiyi tədbirlər barədə maraqlı dövlətlərə məlumat verməli idi. 
Lakin  ermənilər  Berlin  konfransından  gözlədikləri  nəticəni  ala  bilmədilər.  Onların  böyük 
fəaliyyətlərinə baxmayaraq, konfransda "Ermənistan"ın müstəqilliyini tanıyacaq maddənin əvəzinə 
Şərqi  Anadoluda  islahatların  keçirilməsi  ilə  bağlı  maddə  salındı.  1898-ci  ildə  Doğu  Anadolunu 
gəzən Amerikalı qəzetçi George H. Hepwort, ermənilərin bu sözlərini eşidib qələmə almışdı: "Ah!... 
Biz öncələrdə çox xoşbəxtbir xalq idik. Vergilərimizi ödər, işimizlə, gücümüzlə ilgilənir, huzur və 
rifah  içərisində  yaşardıq...  Fəqət  Berlin  Andlaşması,  İngiltərənin  işi  qarışdırması  bizi  pis  günlərə 
qoydu,  əgər  Avropa  bizi  öz  halımıza  buraxsaydı,  yaxşı  bir  gələcəyə  sahib  ola  bilirdik.  Fəqət  xalq 
olaraq pis günə düşdüyümüz görünür, zavallı ermənilər... Avropalılar bizi türklərə qarşı pis rəftara 
təhrik etdilər!... Yazıqlar olsun, məmləkətimiz xarab oldu" (5, səh.19). 
Osmanlı dövlətinin heç bir bölgəsində sayca üstünlüyə malik olmayan ermənilər sosial, dini, 
siyasi,  idarəçilik  və  mədəni  azadlıqlara  sahib  idilər.  Hökumət  tərəfindən  heç  bir  təzyiq  görməyən 
ermənilərin  baş  qaldırmalarına  əsasları  yox  idi.  V.L.Veliçko  məlum  əsərində  yazırdı  ki,  "Berlin 
müqaviləsindən  sonra  ermənilər  muxtariyyət  haqqında  artıq  müəyyən  siyasi  xülyalara  qapılmağa 
başlamışdılar.  Amma  qeyri-tüfeyli  az-çox  möhkəm  muxtariyyət  üçün  müəyyən  dərəcədə  bütöv 
ərazi  tələb  olunur.  Fransa  Xarici  İşlər  Nazirliyinin  1897-ci  ildə  nəşr  edilmiş  sənədlərindən 
göründüyü  kimi,  Türkiyədə  belə  muxtariyyət  üçün  əsas  yoxdur  və  heç  vaxt  da  olmamışdır"  (12, 
səh.77).  1895-ci  ildə  Rusiyanın  Xarici  İşlər  naziri  olan  Lobanov  Rostovski  yazırdı  ki,  "Ermənilər 
dağınıq  haldadırlar,  ermənilərə  veriləcək  və  tətbiq  edilə  biləcək  xüsusi  idarəetmə  üçün  ayrıca  bir 
ərazi  yoxdur.  Türkiyədəki  ermənilər  Qafqaz  ermənilərinin  təhriki  ilə  ayağa  qalxmağa  təşəbbüs 
edirlər. Lakin müstəqil bir «Ermənistan»ın yaranması və ya muxtariyyət verilməsinin əleyhinəyəm. 
Avropa  dövlətlərinin  səfirləri  Anadolunun  yarısını  ermənilərə  vermək  istəyirlər.  Mən  və  çar  bu 
mövzuda  Osmanlı  padşahına  heç  bir  təzyiq  göstərmək  istəmirik  və  başqa  dövlətlərin  də  padşaha 
təzyiq göstərmələrinə xoş baxmırıq. Biz ermənisiz Ermənistan istəyirik" (8, səh. 26). 
Rus  konsulu  Mayevski  "Bitlis  və  Van  Vilayətləri  Statistikada"  adını  daşıyan  hesabatında, 
erməni daşnak və hnçak dəstələrinin regionda müsəlman türklərə etdikləri qırğınları belə ifadə edir: 
"Ermənilər  tərəfindən  türklərə  qarşı  keçirilən  qətliamların  səbəbkarı,  əvvəl  erməni  inqilabçıları-
daşnaklar,  sonra  bunları  qoruyan  və  təşviq  edən  bəzi  xarici  dövlətlərdir.  Türkiyədə  komitəçilərin 
daxil olmadığı yerlərdə yaşayan ermənilərin türklərlə bir problemi yox idi. Türk zülmü bir gerçək 
olmayıb, istəyərək uydurulmuş siyasi bir əfsanədir. Həqiqəti olduğu kimi demək tələb edirsə, şərqdə 
qətliam törədənlər müsəlmanlar deyil, ermənilərdir. Sonra törətdikləri bu zülmü, hiylə ilə türklərin 
adına yazdılar” (5, səh.8-9). 
Ermənilər  1895-ci  ildə  xüsusilə  də,  Hnçak  partiyasının  qızışdırıcılıq  fəaliyyəti  nəticəsində 
İstanbul,  Trabzon,  Egin,  Dəvəli,  Ağhisar,  Ərzincan,  Malatya,  Harput,  Sivas,  Urfa,  Gümüşxanə, 
Bitlis, Merzifon, Maraş Muş, Kayseri, Yozqat və Zeytunda qarışıqlıqlar yaratdılar (3, səh.149-161). 
Ermənilərin bu üsyan və qırğınları törətməkdə nə məqsəd güddüklərini İstanbulda Robert kollecinin  
rəisi  olan  missioner  Hamlin  belə  şərh  etmişdi:  "Ağıllı  bir  erməninin  mənə  dediyinə  görə,  Hnçak 
müsəlmanları  qətl  edəcək,  müsəlmanlar  buna  qarşılıq  verəcək,  Rusiya  insanlıq  naminə  erməniləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə