52
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 5(79)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 5 (79)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 5 (79)
XƏZƏR HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti
xezerhuseynov@gmail.com
UOT: 94 (479.242)
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA TAXILÇILIĞIN İNKİŞAF
ETDİRİLMƏSİ TARİXİNDƏN (1991-2015-Cİ İLLƏR)
Açar sözlər: Naxçıvan, taxılçılq, taxılın növləri, dənli bitki, kənd təsərrüfatı, aqrar sahə
Key words: Nakhchivan, the grain, the type of grain, crops, agriculture, agrar fields
Ключевые слова: Нахичевань, полеводство, сорта полеводства, зерновые растения,
сельское хозяйство, аграрная область
Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi, tarixi proseslərdə
öz müqəddəratını həll etmiş, özünün əbədi yolunu davam etdirərək iqtisadiyyatın və kənd
təsərrüfatının inkişafında nailiyyətlər qazanmışdır.
Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında ümumilli
liderimiz Heydər Əliyevin 5 fevral 1999-cu il tarixli fərmanında deyildiyi kimi: “Azərbaycanın
qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan
diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və
sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli
töhfələr vermişdir.
Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir,
Naxçıvanda quruculuq prosesləri gedir” (3, s.6).
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 6 aprel 1992-ci il tarixi sessiyasında qəbul
edilmiş, “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və
“Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşməsi barədə təkliflər
haqqında” tarixi qərarlardan başlayan islahatlar yolu kənd təsərrüfatının dinamik inkişafının
bünövrəsini qoymuşdur.
Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək üçün görkəmli dövlət xadimi Heydər
Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan geniş və hərtərəfli müzakirə edilən, “Aqrar
islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” (1995-ci il), “Torpaq
islahatı haqqında” (1996-cı il), “Lizinq xidməti haqqında”, “Torpaq icraiyyəsi haqqında”, “Torpaq
bazası haqqında” və şair qanunların çox böyük əhəmiyyəti olmuşdur.
Muxtar respublikada olan 139 təsərrüfatın 119-da və ya 86%-də, 208 kəndin 158-də və ya
76%-də torpaq islahatı aparılmışdır. İslahat nəticəsində 43,3 min ailə torpaq payı almış, 12,4 min
ailəyə dövlət torpaq aktları paylanmışdır (14, s.63).
Aqrar islahatların aparılması ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təşkilatı, siyasi və
digər tədbirlər tezliklə öz bəhrəsini verdi, aqrar sahədə dönüş yarandı.
Ümumiyyətlə, aparılan torpaq-islahatları nəticəsində son illər aqrar sektor xeyli güclənmiş və
nəinki muxtar respublikanın daxili ehtiyyatlarını tam ödəmək, hətta bir sıra kənd təsərrüfatı
məhsulları ixrac etmək qabiliyyəti əldə etmişdir.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı çoxşahəlidir. Buranın təbii-iqtisadi, iqlim
və məhsuldar torpaqları kənd təsərrüfatının mühüm sahələrindən: -taxılçılıq, kartofçuluq,
tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, arıçılıq və s. inkişafı üçün çox yararlı və əlverişlidir.
Azərbaycanın ən qədim guşələrindən biri olan Naxşıvan tarixən taxılçılıq diyarı kimi
məşhurdur.
Müstəqillik dövründə kənd təsərrüfatının yüksəlişinə dair Azərbaycan dövlətinin qarşıya