Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   49   50   51   52   53   54   55   56   ...   127

109 
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
YEGANƏ SULTANOVA 
S.İmaməliyev adına Azərbaycan 
 Respublika Taun Əleyhinə Stansiya  
 
UOT:595.761 
 
AZƏRBAYCANIN CƏNUB ŞƏRQ RAYONLARINDAN OLAN LƏNKƏRAN, MASALLI 
VƏ QIZILAĞAC DÖVLƏT TƏBİƏT QORUĞUNDA AĞCAQANADLARIN 
YAYILMASININ MÜASIR VƏZİYYƏTİ 
 
Açar sözlər: qansoran ağcaqanadlar, arboviruslar, yayılması  
Ключевые слова: кровососущие комары, арбовирусы, распрастранение 
Key words: blood- sucking mosquitoes, arboviruses, distribution 
Ağcaqanadlar (Diptera culicidae) buğumayaqlılar arasında ən geniş yayılmış həşəratlardandır. 
Dünyanın  əksər  ərazilərində  onların  çox  müxtəlif  növlərinə  rast  gəlinir.  Son  məlumatlara  əsasən 
Azərbaycanda 28 növ ağcaqanad növü mövcüddur.  Onların  bölgələr üzrə yayılması fərqlidir. Ən 
zəngin faunaya Lənkəran rayonu ərazisində rast gəlinir (1) .  
Qeyd  etmək  lazımdır  ki,  ağcaqanadların  belə  zəngin  faunası  nəinki  insanların  rahatlığını 
pozmaq,  həm  də  müxtəlif  xəstəliklərin  törədicilərinin  yayılmasına  səbəb  olur.  Hal-hazırda 
ağcaqanadların  keçirdiyi  təhlükəli  xəstəliklərin  yayılması  və  öyrənilməsi  onlara  qarşı  tədbirlərin 
aparılması ən vacib məsələlərdən biridir. Bu xəstəliklərdən malyariya, arboviruslar və son zamanlar 
meydana çıxan Zika virusudur. Buna görə də ağcaqanadların öyrənilməsi və tədqiqi öz aktuallığını 
qoruyub saxlayır. 
1967-1980-cı  illərdə Azərbaycanda aparılmış tədqiqatlar əsasında   ektoparazitlərdən (gənə, 
ağcaqanad) 12 müxtəlif arbovirus təcrid edilmişdir.  Bunlardan Qızılağac, Sindbis, Tahina virusları, 
Gənə  Ensafaliti  (GEV)  və  Qərbi-Nil  (QNV)  virusu,  Krım-Konqo  Hemorragik  Qızdırma  (KKHQ) 
virusu  cənub bölgəsində, Lənkəran rayonunda aşkar edilmişdir (6).  
İnsanlar bu xəstəliklərə gənə və ağcaqanadların dişləməsi, xəstə heyvanların kəsimi zamanı 
qan və toxumalarla kontakdan, yaxud virus daşıyıcısı olan heyvanlar tərəfindən yoluxurlar. 
   Respublikamızda  bu  istiqamətdə  ən  son  araşdırmalar  2013-cü  ildə  şimal  bölgəsindən  olan 
Xaçmaz, Quba və Qusar rayonlarında aparılmışdır (2). Xaçmaz, Quba və Qusar rayonlarında 2013-
cü ilin  sentyabr ayında  ağcaqanadların 6 növünə rast gəlinmişdir. Aşkar edilmiş ağacaqanadların 
növ tərkibi 1-ci cədvəldə verilmişdir.  
 
 
                                Cədvəl 1 
Xaçmaz, Quba və Qusar rayonlarında rast gəlinən ağcaqanadların növləri 
 
       Növlər 
Miqdarı 
  Faiz (%) 
Cx.pipens 
108 
43.2 
Ae.vexans 
68 
27.2 
An.maculipennis  
46 
18.4 
Ae.caspius  
21 
8.4 
Cs.annulata 

1.6 
An.hyrcanus 

1.2 
Cəmi 
250  
 
 


110 
 
Cədvəldən göründüyü kimi  Cx.pipens (43.2 %) olmaqla dominantlıq təşkil edir, Ae.vexans 
(27.2 %)  nisbətən az rast gəlinir. Tək-tək rast gələn novlərə isə Cs.annulata (1.6% ) və An.hircanus 
(1.2%) olmuşdur. 
2015-ci ilin oktyabr- noyabr aylarında  Respublika Taun Əleyhinə stansiyası və onun cənub 
şöbəsi  ilə  birlikdə  Lənkəran,  Masallı  rayonları  və  Qızılağac  Qoruğunda  elmi-tədqiqat  işi 
aparılmışdır. Ağcaqanadlar yaşayış məntəqələrində işıq (BİCİ) və quru buz (CBC) tələləri vasitəsi 
ilə    toplanmış  və  laboratoriyada  stereoskopik  mikroskop  vasitəsi  ilə  növləri  təyin  olunmuşdur. 
Müayinələrin nəticələri 2-ci cədvəldə verilmişdir.  
                                                                                                            Cədvəl 2 
Lənkəran, Masallı  rayonları və Qızılağac D.T Qoruğunda  
rast gəlinən  ağcaqanadların növləri 
Növlər 
Miqdarı 
Faiz (%) 
Cx.pipens 
143 
38.1 
Ae.vexans 
101 
26.9 
Cx.theileri 
28 
7.5 
An.sacharovi 
26 
6.9 
Ae.caspius 
23 
6.1 
An.superpictus 
16 
4.3 
Cx.modestus 

2.4 
An.maculipennis 

1.9 
O.pulchripalpus 

1.9 
Cx.tritaeniorhynchus 

1.3 
M.richardin 

1.3 
Ae.geniculatus 

0.8 
An.claviger 

0.5 
Cəmi 
375 
 
 
Aparılmış tədqiqatlardan  aydın olur ki, Cx.pipens (38.1%) dominantlıq təşkil edir. Nisbətən 
az  rast  gəlinən  Ae.vexans  (26.9%),  tək-tək  rast  gəlinən  növlər  isə  Ae.geniculatus  (0.8%)  və 
An.claviger  (0.5%)  olmuşdur.  İdentifikasiya  olunmuş  nümunələr  virusoloji  laboratoriyaya  təqdim 
edilmişdir. Bu istıqamətdə elmi- tədqiqat işləri davam etməkdədir. 
 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Исмаилов. А, Касымов. М, Арбовирусы в Азербайджане. Биомедицина.     2009, 2, с.14-16 
2.
 
Bağırov  Ə.N.,  Əliyev  M.İ    Azərbaycanda  qansoran  ağcaqanadların  faunası  (1771-  1998) 
Azərbaycan təbabətinin müasir nailiyyətləri , Bakı 2012, 1, s. 94-96  
3.
 
World  Health  Organization  (WHO)  Factsheet  No.  8.  January  2013.  “Crimean-Congo 
Hemorrhagic Fever” http://int/mediacentre/factsheets/fs208/en/. Accessed 17 February 2015 
4.
 
Salmanov  M.A., Tagiyev  S.,  Huseynov A.,  Gizil-Agaj  Bay:  Governmental  Natural  Reserve: 
ecology, biology resources: yesterday, today and tomorrow, Book (in Azeri), 2011, 230 pp. 
5.
 
Мирзоева. Н, Ганбай. И. и.др.    Выделене вируса Синдбис от Желтой  цапли в Кызыл-
Агачском  заповеднике.  Тез.док.,  у  симпоз.  по  изучению  роли  нелетных  птиц  в 
распространении арбовирусов  Новосибирски, 1969, 5 
6.
 
Гайдамович С.Я ., Никифорова Л.П., Громашевский В.Л., Мирзoева Н.М     Выделение 
арбовирус  из  групп  А  и  Б  в  Азeрбайджане.  Мат.  ΧV  науч.  Сесс.  Ин  полимелита  и 
вирусной энцеф. ЛМН СССР,1968, 3, 185-186 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə