Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   57   58   59   60   61   62   63   64   ...   127

127 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
 
ŞƏMİL MAHMUDOV 
Naxçıvan Dövlət Universiteti 
E-mail: shemil63@mail.ru 
UOT: 547.1:547.1-3 
DƏMİR KARBONİLİN ÇOX NÜVƏLİ KLASTER 
BİRLƏŞMƏLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ 
 
Açar sözlərmetal, karbonil, kompleksTHF, klaster, sintez, tsiklopentadienil, dimerləşmə, 
quruluş, spektr  
Key words: metаl, carbonyl, complex, THF, cluster, synthesis, cyclopentadiene, dimerization, 
structure, spectrum 
Ключевые слова: метал, карбонил, комплекс, ТГФ, кластер, синтез, тсиклопентадиенил, 
димеризация, структура, спектр 
Dimer dəmir karbonil kompleksi [C
5
H
5
Fe(CO)
2
]
2
 avtoklav metodu ilə (C
5
H
5
)
2
Fe-in P
co
=5-
10 atm-də karbonilləşdirilməsi yolu ilə sintez edilmişdir.  
İQ-spektrlər 400–4000 sm intervalında həm həlledici və həm də vazelin yağında suspenziya 
şəklində ± l sm
-1
 xəta ilə Specord-M-80 cihazında çəkilmişdir. EPR-spektrləri isə SE/X-2547 Radio 
RAN firmasının cihazında, g-faktorları rentgenflürosent analiz cihazında aparılmışdır. Etalon kimi 
Ga
2
S
3
-dən istifadə etməklə hesablama aparılmışdır. 
Komplekslərin  ərimə  (parçalanma)  temperaturaları  uzunluğu  12-15  mm,  diametri  isə  0,5 
mm  olan  3–4  mm  hündürlüyə  qədər  tədqiq  ediləcək  maddə  doldurulan  nazik  divarlı,  molibdenli 
kapilyarlarda təyin edilmişdir. 
I.Dimer [C
5
H
5
Fe(CO)
2
–HgCl]
2
 kompleksinin metallik Ga ilə qarşılıqlı təsir reaksiyasnın tədqiqi.  
 
Bunun üçün 1 mmol (0.81q) [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
 kompleksi 25 ml THF-da həll edildikdən 
sonra üzərinə 0.7 q-atom Ga ovuntusu əlavə edilərək qarışdırılmışdır. 
Bir neçə dəqiqədən sonra reaksiya qarışığı bulanmağa başlamış və təqribən 2 saatdan sonra 
Ga hamısı həll olunmaqla reaksiyaya daxil olmuşdur. Reaksiya qarışığı kağız filtratdan keçirilməklə 
alınmış çöküntülərdən təmizlənmiş və THF-da tam qovulmuşdur. Reaksiya qalığı əvvəlcə heksanla, 
sonra benzolla, daha sonra isə asetonla yuyulmuşdur. Asetonla reaksiya məhsulu [C
5
H
5
Fe(CO)
2
Ga–
]
2
Hg kompleksi qarışığından çıxarılmış tədqiq edilmişdir. Kompleks tünd çəhrayı rənglidir. 
T
ər
>148 (parç.); çıxım ~34%-dir. 
RFA-nə görə kompleks tərkibində Fe, Ga və Hg saxlayır. Kalibrovka olunmuş nümunədə bu 
elementlərin  (Fe:Ga:Hg)  müvafıq  olaraq  nisbətləri  4:2:1  kimi  müəyyən  edilmiş  və  tərkibində 
tetrahidrofuran molekulu (2 mol) vardır, [C
5
 H
5
Fe(CO)
2
Ga]
2
Hg(C
4
H
8
O)
2
. Kompleksin parçalanma 
temperaturu 172
0
C-dir. 
Kompleksin element tərkibi mikroanaliz metodu ilə müəyyən edilmiş və aşağıdakı nəticələr 
alınmışdır.  
Tapılmışdır, %: C 40.75, H 2.38, Ga 11.04. C
44
H
52
Fe
4
0
12
Ga
2
Hg.  
Hesablanmışdır,  %:  C  40.24,  H  2.44,  Ga  10.62.  İQ-spektr  (THF),  ν
co
  :  1812,  1972  sm
-1

Vazelin yağında, ν
co
 : 1836, 1940, 2004 sm
-1

 
II.[C
5
H
5
Fe(CO)
2
HgCl]
2
  ilə  La-nın  qarşılıqlı  təsir  reaksiyasının  tədqiqi.  1.2  q 
[C
5
H
5
Fe(CO)
2
HgCl]
2
 kompleksi 50 ml THF-da, üzərinə 1.6 q-atom lantan ovuntusu əlavə edilərək 
0°C  soyudularaq  5  saat  qarışdırılmışdır  və  reaksiya  qarışığı  otaq  temperaturuna  gətirilərək  1gün 
saxlanılmışdır.  Reaksiya  qarışığının  rəngi  açıq  sarı  olmuşdur.  Azot  atmosferində  məhlul  reaksiya 
qarışığı  çöküntüsündən  dekantasiya  ilə  ayrılaraq,  THF  isə  vakuum  altında  2/3  hissəsinə  qədər 
qovulmaqla  üzərinə  10  ml  heksan  əlavə  edilərək  soyuq  yerdə  5-6  saat  saxlanılmışdır.  Bu  zaman 
əsas kompleks xırda kristallar şəklində çökməyə başlamışdır. Kristalların qurudulmamış çəkisi 0.47 


128 
 
q, [C
5
H
5
Fe(CO)
2
HgCl]  görə  çıxım 63% olmaqla,  parçalanma temperaturu  T
parç
>130
0
C, kompleksi 
[C
5
H
5
(CO)CO

]
3
La(C
4
H
8
O)
5
 şəklində alınmışdır.  
 
İQ-spektr (THF), ν
co
 : 1650, 1775, 1860, 1920 sm
-1
.  
 
Vazelin  yağında,  ν
co
  :  1650,  1680,  1835,  1930  sm
-1
.  Mikroanalizin  nəticələri  təklif  olunun 
kompleksə uyğun gəlir. 
 
III.[C
5
H
5
Fe(CO)
2
]
2
  kompleksinin  süleymani  (HgCl
2
)  ilə  işlənməsi.  3.62  q  (1  mol) 
[C
5
H
5
Fe(CO)
2
]
2
 25 ml mütləqləşdirilmiş tetrahidrofuran (THF) həlledicisində həll edildikdən sonra 
5,4  q  (2  mol)  HgCl
2
  əlavə  edilərək,  əvvəlcə  20
0
  C-də  0,5  saat,  sonradan  isə  THF-nın  qaynama 
tempraturunda  2  saat  qarışdırılır.  Bu  zaman  reaksiya  qarışığının  rəngi  tünd  palıdı  rəngdən  açıq 
narıncı rəng alır və sonrakı qarışdırma rəngin dəyişməsinə təsir etmir. 
Reaksiya  qarışığının  qarışdırılması  və  qızdırılması  dayandırılır.  Həlledici  tam  qovrulur. 
Yerdə  qalmış  tünd  narıncı  qalıq  əvvəlcə  3x5  ml  heksanla,  sonra  isə  2x25  ml  dixloretanla  (DXE) 
ekstraksiya  edilir.  Heksanla  [C
5
H
5
Fe(CO)
2
]
2
  və  C
5
H
5
Fe(CO)
2
Cl,  DXE-la  isə  sintez  edilmiş  yeni 
birləşmə,  dimer  tsiklopentadienildəmirikikarbonil  merkur  xlorid  iki  nüvəli  [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
 
kompleksi alınır. [C
5
H
5
Fe(CO)
2
]
2
-yə görə çıxım 87 % və ya 3.58 q-dır. T
ər.
>128 (parç.). 
 
IV.Dimer [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
 kompleksinin elementar arsenlə qarşılıqlı təsir reaksiyasının 
tədqiqi.  Reaksiya  üçün  1-ci  eksperimentə  uyğun  olaraq  0.81q  [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
  birləşməsi  və 
3.0  q-atom  As  (1.5  q  artıq)  elementar  arsen  götürülmüşdür.  Onun  THF-da  reaksiya  məhsulu 
alınmışdır.  Odur  ki,  reaksiya  mühitindən  THF  qovulmuş  və  qarışıq  kompleksin  ərimə 
temperaturuna qədər (128
0
C) qızdırılmışdır. Belə ərimə nəticəsində alınmış açıq sarı rəngli birləşmə 
THF-la ekstraksiya edilmiş, sonra THF qovulmuş və qalıq yuxarıda göstərilən ardıcıllıqla işlənərək 
diarsenid  birləşməsi  alınmış  [C
5
H
5
Fe(CO)
2
–]
2
As
2
  və  tərkibi  tədqiq  edilmişdir.  Çıxım  42%-dir.  T
ər
 
117–121
0
 C-dir. 
 
Mıkroanalizin nəticələri: Tapılmışdır, %: C 21.06, H 1.18, Cl 9.12. C
14
H
10
Fe
2
Hg
2
Cl
2
O
4
.  
Hesablanmışdır,  %:  C  20.38,  H  1.21,  Cl  8.61.  İQ-spektr:  (THF)  ν
CO
  :  1840,  1920  sm
-1

Vazelin yağında: ν
CO
 : 1850, 1930 sm
-1
. Kompleksin benzolda molekul çəkisinin 825 olduğu 
müəyyən  edilmişdir  ki,  bu  da  onun  dimer  [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
  şəklində  olduğunu  sübut 
edir. 
III və IV qrup elementi nümayəndələrindən olan Ga, As və La tərkibli komplekslərin sintezi 
üçün bir neçə transmetallaşma reaksiyası tədqiq edilmişdir. 
Bunun üçün öncə [C
5
H
5
Fe(CO)
4
]
2
 dəmir kompleksindən istifadə etməklə HgCl
2
 ilə təsir edib 
bu kompleksin qeyri-simmetirik civə duzunu almaq tələb olunurdu. 
Bu  istiqamətdə  aparılan  tədqiqatlar  göstərmişdir  ki,  [C
5
H
5
Fe(CO)
2
]
2
  ilə  nisbətən  mülayim 
şəraitdə  HgCl
2
  ilə  simmetriyanın  pozulması  nəticəsində  [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
  klaster  birləşməsi 
əmələ gəlir. Bu birləşmənin ancaq dimer şəklində mövcudluğu isə onun dörd nüvəli klaster birləşmə 
əmələ gətirdiyini sübut edir: 
                                                                      C
5
H
5
Fe(CO)
2
HgCl          
            [C
5
H
5
Fe(CO)
2
]
2
+HgCl
2
                               II                                                                  (1) 
                             I                                       C
5
H
5
Fe(CO)
2
Cl             
                                                                                  III 
(1) reaksiyası ilə alınan II kompleksi dimerləşməyə meyilli olduğundan (2) reaksiyası ilə 4 
nüvəli dimer birləşməsini əmələ gətirir. Dimerin əmələ gəlməsi RHgCl-lərdə Cl-atomları hesabına 
xlor körpülərinin əmələ gəlməsi nəticəsində baş verir: 
                                                                                    Cl 
        2C
5
H
5
Fe(CO)HgCl         [C
5
H
5
Fe(CO)
2
–Hg                 Hg–Fe(CO)
2
C
5
H
5
]                       (2) 
                                                                                    Cl 
Bu  reaksiyalardan  biri  dimer  [C
5
H
5
Fe(CO)
2
HgCl]
2
  kompleksi  ilə  metallik  Ga  arasında 
aparılan (3) reaksiyasıdır: 
                    4C
5
H
5
Fe(CO)
2
HgCl + Ga
THF


[C
5
H
5
Fe(CO)
2
Ga(THF)
4
]
2
Hg  
           (3) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə