Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   54   55   56   57   58   59   60   61   ...   127

119 
 
 
Bu tənlikdə Rp - polyarizasiya müqaviməti, B – isə anod (ba) və katod (bk) Tafel əyriləri ilə 
bağlı  sabitləridir. ∆i və ∆E  fərqləri isə müvafiq olaraq korrroziya potensialından başlayaraq tətbiq 
edilən cərəyan sıxlığı və potensialdır. 
Sonra  bu  nöqtələrin  hamısından  keçən  orta  bir  əyri  çəkilərək  onun  meyli  hesablanır.  Eyni 
əməliyyat  həm  anod,  həm  də  katod  istiqamətində  aparılır.  Çəkilən  əyrinin 
  
   
  = 
 
 
 meyliməhz 
polyarizasiya  müqavimətidir.  Bu  səbəbdən  də  hər  iki  istiqamətdə  (anod  və  katod)  çəkilən  əyrinin 
eyni potensial aralığında həyata keçirilməsi məcburi deyil. 
Yuxarıdakı tənliklərdən də göründüyü kimi korroziya müqavimətinin tərsi korroziya sürəti 
ilə mütənasibdir və mütənasiblik sabiti qrafiki yolla alınan. 
E – lgi polyarizasiya  əyrilərinin bir funksiyasıdır.Tafel sabitləri
  
  
və 
 
 
 əldə edilə  bilirsə, 
korroziya sürəti  t. 5-  dən tapıla bilər. Əgər sistemdə
  
  
və 
 
 
qiymətləri bilinmirsə, 
  
  

 
 
= 0,12 
V bərabərliyindən B əmsalı 
B= 
    
  
   
 
 
      
 
  
    
 
 (t.2) 
tənliyindən  istiadə    etməklə  tapılan  0,026  V  qiyməti  qəbul  edilir.  Adətən  təcrübədə    potensialın 
qiyməti  dəyişdirilib  ona  uyğun  cərəyan  sıxlığının  qiyməti  qeyd  edilir  (daha  çox)  və  ya  əksinə 
əməliyyat aparmaqla  ∆E/
   qiymətləri müəyyən edilir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyev T.A. Kimya elmləri doktoru. dissertasiya. Bakı,2011, s.290  
2.
 
Жук  Н.П.  Курс  теории  коррозоии  и  защиты  металлов.  –Москва,  Металлургия.  1976, 
472с., с.428-430.  
3.
 
Семенова И.В. , Флорианович Г.М. , Хорошилов А.В.  Коррозия и защита от  коррозии. 
– Москва., Физматлит, 2006. c. 376. с. 16-18  
4.
 
Serkan  Kayacan  Metalik  ortamlarda  asit  çözeltileri  içinde  bazı  aminoasitler  ile  korozyon 
davranışlarının incelenmesi. KM491 Bitirme ödevi. Qazi Üniversitesi, 2014, s. 14-15 
5.
 
Mehtap  Topaktaş  Konuş  Alüminyum-bakır-silisyum  alaşımlarının  sulu  ortamlardaki 
koroziyonuna lantonitlerin etkisi. Yüksek lisans tezi. Ankara, Ankara Üniversitesi, 2005, s. 66  
6.
 
Fatma Sezin Akgül Alternativ akın impedans tekniyinde uygulanan farklı çeliklerin impedans 
parametrleri üzerine etkisi. Yüksek lisans tezi. Adana, 2011, s. 10-12 
7.
 
Hasan  Demir  Klorürlü  ortamlarda  bakırın  elektrokimyasal  davranışlarına  sistein  ve 
metiyonin’in etkileri. Yüksek lisans tezi. Adana, 2010, s. 12-13 
8.Süleyman  Yalçınkaya    Poli  (pirol-ko-o-toluidin)”in  elektrokimyasal  sintezi  karakterizasyonu 
ve demirli malzemeler üzerinde korozyon  performansının belirlenmesi. Doktora tezi. Adana, 
Çukurova Universitesi, 2008, S. 16,17.  
 
 


120 
 
ABSTRACT  
Tofig Aliyev  
  Yashar Hassanoghlu  
Najiba Huseynova  
USING METHODS OF DETERMINING THE POLARIZATION IMPEDANCE IN THE 
CORROSION RESEARCHES 
The  article  deals  with  one  of  the  contemporary  electrochemical  methods   in  the 
corrosion  researches,  concretely  the  method  of  determining  the  polarization  impedance.  The 
paper  explains  the  essence  of  this  method,  the  advantages  and  disadvantages  of  this  method 
compared to others have been shown. It also draws attention to the possibility of estimating of 
corrosion speed with the help of this method. 
 
РЕЗЮМЕ 
Тофик Алиев 
Яшар Гасаноглы 
Наджиба Гусейнова 
 
ПРИМЕНЕНИЕ МЕТОДА ОПРЕДЕЛЕНИЯ ПОЛЯРИЗАЦИОНОГО 
СОПРОТИВЛЕНИЯ В КОРРОЗИОННЫХ ИССЛДОВАНИЯХ 
Статья посвящена одним из современным электрохимическим методом коррозионных 
исследований,  а  именно,  методом  определения  поляризационного  сопротивления.  Описано 
сушность этого метода, показано преимщество и недостатки указанного метода по сравению 
с  другими  методами.  Показано  также  возможность  вычисления  скорость  коррозии  с 
помощью этого метода.  
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
 
 


121 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
VAQİF  FƏRZƏLİYEV 
Aşqarlar Kimyası İnstitutu  
NƏZƏR  NƏZƏROV 
Aşqarlar Kimyası İnstitutu 
 nazarov-nazar@rambler.ru 
MİRZƏ ALLAHVERDİYEV 
Aşqarlar Kimyası İnstitutu 
UOT: 542.978:541.127:547.496.3 
1-(4-(2-HİDROKSİFENİL)-6-METİL-2-TİOKSO-1,2,3,4-TETRAHİDROPİRİMİDİN- 5-İL) 
ETANONUN SİNTEZİ 
Açar sözlər: Tsiklik tiokarbamid, salisil aldehidi, etilasetoasetat, tiokarbamid 
Key words: Cyclic thiocarbamide, salicylic aldehyde, ethylasetoasetat, thiocarbamide 
Ключевые 
слова: 
Циклическая 
тиомочевиной, 
салициловая 
альдегид, 
этиласетоацетат, тиомочевиной 
1.
 
Ümumi hissə 
Tiokarbamid, 
salisil 
aldehidi 
və 
β-dikarbonilli  birləşmələrin  üçkomponentli 
kondensləşməsi  yolu  ilə  ilk  dəfə  tsiklik  tiokarbamidlər  sintez  edilmiş  və  qurluşu  təsdiq 
olunmuşdur. 
Ən  son  ədəbiyyat  məlumatlarına  görə,  tsiklik  tiokarbamidlər  və  onların  törəmələri 
antioksidləşdirici  xassə  ilə  yanaşı,  geniş  spektrdə  fizioloji  fəallığa  malik  maddələrdir.  Onlar 
antibakterial,  antivirus,  şiş,  hipertoniya  əleyhinə  və  digər  dərman  preparatları  kimi  tətbiq 
olunurlar.  Onların  bəzi  nümayəndələri  bitkilərin  boy  atmasında  və  eləcə  də  funqisid,  herbisid 
kimi  istifadə  edilir.  N-əvəzli  tiokarbamidlər  orqanizmi  rentgen  və  digər  şüalanmadan  qoruyan, 
metalları  korroziyadan  mühafizə  edən,  neft  məhsullarını  oksidləşmədən  qoruyan,  polimerləri 
stabilləşdirən, rezin istehsalında vulkanlaşmanı sürətləndirən vasitədir [1]. 
Dikarbonilli birləşmələrin müxtəlif aldehidlər və karbamidlə üçkomponentli kondensləşmə 
reaksiyaları  aparılsa  da,  onların  tiokarbamidlə  qarşılıqlı  təsir  reaksiyaları  ətraflı  tədqiq 
edilməmişdir  [2].  Tiokarbamid  və  onların  müxtəlif    törəmələri,  kükürd  üzvi  birləşmələrinin 
alınmasında  sərfəli  reagent  hesab  olunur.    Azot  və  kükürd  tərkibli  üzvi  maddələrin  müalicəvi 
əhəmiyyətə  malik  maddələr  olmasını  nəzərə  alaraq,    tərəfimizdən  dünya  ədəbiyyat 
məlumatlarında  rast  gəlinməyən,  geniş  təhlilə  ehtiyacı  olan  tsiklik  tiokarbamid  törəmələrinin 
ətrafında müəyyən qədər elmi və praktiki araşdırmalar aparılmışdır [3, 4, 5]. 
2.
 
Tədqiqatın metodikası 
β-dikarbonilli  birləşmələr,  tiokarbamid  və  salisil  aldehidinin  birmərhələli  kondensləşməsi 
əsasında, 1-(4-(2-hidroksifenil)-6-metil-2-tiokso-1,2,3,4-tetrahidropirimidin-5-il) etanonun alınması sxemi 
aşağıdakı kimidir: Bu maddənin alınması zamanı tiokarbamidin β-ketoefirlər və müxtəlif aldehidlərlə 
qarşılıqlı  təsir  reaksiyaları  həm  hidrogen  xlorid  həm  də  üçflüorsirkə  turşusu  mühitində 
öyrənilmişdir. Məlum olmuşdur ki, hər iki halda kondensləşmə zamanı götürülən hidrogen xlorid və 
üçflüorsirkə  turşusu  reaksiyanın  gedişinə  yalnız  katalitik  təsir  göstərir.Tutaq  ki,  katalizator  olaraq 
üçflüorsirkə  turşusundan  istifadə  olunduqda  baş  verən  prosesi  aşağıdakı  kimi  izah  etmək 
mümkündür. Üçflüorsirkə turşusunun təsirindən əvvəlcə elektronoakseptor qrup olan fenil radikalı 
aldehid  qrupundan  elektron  sıxlığını  özünə  doğru  çəkir.  Bu  zaman  aldehid  qrupundan  hidrogenin 
qopması  asanlaşır.  Temperaturun  təsirindən  asetilasetonda  olan  pi  (π)  rabitəsinin  qırılması  ilə  də 
birmərhələli üçkomponentli kondensləşmə reaksiyası baş verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə