Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   56   57   58   59   60   61   62   63   ...   127

125 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
FİRDOVSİ  QASIMOV
 
Naxçıvan Dövlət Universiteti
 
UOT:  661:547·565·565·2·678·5 
  
OLİQOXLORANİLİNİN BLOKSOPOLİMERLƏŞMƏSİ 
Açar sözlər: polimer, monomer, möhkəmləndirici, epoksid qətranı 
Key words: polimer, monomer, hardener, epoxid tars 
Ключевые слова: полимер, мономер, отвердител, эпоксиднaя смолa 
Reaksiya qabiliyyətli  oliqoarilenaminlər, çox  yüksək olmayan temperaturda  yaxşı  həll olan 
və  asan  əriyən  olduqları  üçün,  həll  olmayan    və    əriməyən  yüksəkmolekullu    bloksopolimerlərin   
alınmasında   böyük   əhəmiyyətə   kəsb edirlər.  Bu bloksopolimerlərin  konstrusiya  materialları,  
yapışqanlar,    germetiklər,    mürəkkəb    plastiklərin    hazırlanmasında,    birləşdiricilərin    və  s.  
alınmasında  istifadə  olunurlar.(1,2) 
Bu məqsədlə   oliqoarilenaminlər qrupuna  aid  olan  oliqoxloranilinin  epoksid  qətranı  ilə  
bloksopolimerləşməsi  qanuna  uyğunluqları tədqiq edilmişdir. Tədqiqat göstərdi ki, oliqoxloranilin  
350-360 K-də  epoksid  qətranı  ilə  yaxşı  qarışır  və  450  K-dən  yuxarı temperaturda  əriməyən  
və    qismən  həll    olan    bloksopolimerlər    əmələ  gətirir.  Bu    bloksopolimerlər    354-390    K-də  
temperaturda    müəyyən    qüvvənin    təsiri    nəticəsində    yumşalır.  Az    miqdarda    (1.5-3.1    çək.%)  
qələvi  (KOH)  katalizatoru  oliqoxloranilinin  epoksid  qətranı  (100  s.h.) ilə bloksopolimerləşməsi  
374 K-də  başlayır  və  90  dəqiqə  ərzində  helfraksiya  10%-ə  çatır. 
Temperaturun   10

C  artması induksiya  dövrünün  35-dən  10  dəqiqəyə  qədər  azalmasına,  
reaksiya    sürətinin    0,6·10

-dən    4·10
-2 
    faiz    s
-1 
  artmasına    və      50    dəqiqə    ərzində    çevrilmə  
dərinliyinin  74%  artmasına  səbəb  olur. 
 395  K   temperaturda  bloksopolimerləşmə  dərinliyi  35  dəqiqə  müddətində  88%  olur. Bu 
göstəricilər  qələvi  katalizatorun   epoksid  qətranı  ilə  bloksopolimerləşmə   prosesində  əsas  rol 
oynadığını   göstərir. Reaksiyanın  sürət  və  getmə  dərinliyi  KOH  qıtlığından  çox asılıdır. 
Cədvəl 1 
Oliqoxloranilinin bloksopolimerləşməsinin kinetikası 
Cədvəl  1-dən  göründüyü  kimi  1.5  ç.%  qələvi  iştirakında  395  K  temperaturda  reaksiyanın  
sürəti  aşağı  ( 0,12∙10

  faiz.  S
-1 
),  induksiya  dövrü  isə    (Tinq.= 50  dəq)  böyük olur. Reaksiya  
qarışığında    katalizatorun    miqdarının      iki    dəfə    artması    bloksopolimerləşmənin    60    dəfə  
      Epoksid  
qətranı ç.h. 
Oliqoxloranilin 
ç.h. 
KOH  ç.% 
  T, K 
W,  10

faiz  , 
5
-1
 
Tinq., 
dəq. 
1  100 
30 
1.50 
395 
0.12 
50 
2  100 
30 
2.00 
395 
1.00 

3  100 
30 
2.50 
395 
4.50 
-- 
4  100 
30 
3.00 
395 
10.50 
-- 
5  100 
30 
2.50 
378 
0.40 
35 
6  100 
30 
2.50 
385 
1.40 
14 
7  100 
30 
2.50 
385 
3.9 
10 
 


126 
 
sürətlənməsinə  və  induksiya  dövrünün  olmamasına  səbəb  olur. Bu  şəraitdə  bloksopolimerlərin  
çıxımı  10  dəqiqə  müddətində  80% ,  50  dəqiqədə  isə  90%  olur.Çevrilmə  dərinliyi  78%-ə  
çatdıqda    reaksiyanın    sürəti    kəskin    azalır    ki,  bu  da    bir  tərəfdən    reaksiyaya    girən  qrupların  
azalması  ilə, digər tərəfdən  isə  dərin  çevrilmələr  zamanı  fəza  çətinliyi  yaradan  üçölçülü-torlu  
bloksopolimerlərin  əmələ  gəlməsi  ilə  əlaqədardır. 
Qara  rəngli    maddə    olan    bloksopolimerlərin    həll    olmaması    və    əriməməsi    onun  
üçölçülü-torlu  quruluşda  olduğunu  göstərir. Oliqoxloranilin  ilə  epoksid  qətranın  qarışığını  və  
bloksopolimerlərinin  İQ-spektrlərinin  müqayisəsi  onların  kifayət  qədər  fərqləndiyini  göstərir. 
Qarışığın  və  bloksopolimerlərin  İQ-spektrlərindəki  əsas  fərqli  hidroksil  qrupunun  3440-3465  
sm
-1 
  və  epoksid  həlqəsinin   910  sm
-1 
 udma  xəttinin  xarakteri  və  intensivliyindədir. Qarışıqda  
epoksid  həlqəsinin  intensiv   udma  spektri,  bloksopolimerlərin  spektrində   tamamilə    yox  olur. 
Təbii  ki,  bu  oliqoxloranilin    vı    epoksid    qətranının    sopolimerləşmə    reaksiyasının      getməsi    ilə  
əlaqədardır.  Bloksopolimerləşmə    zamanı    sopolimerləşmə    məhsullarının    tərkibində    hidroksil  
qrupları  əmələ  gəlir. Bu  səbəbə  görə  bloksopolimerlərin  spektrində  hidroksil  qrupunun  udma  
xəttinin  intensivliyi  başlanğıc  qarışığın  spektri  ilə  müqayisədə  2,5  dəfə  artır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Рагимов  А.В. Диссертация  доктора  химических  наук. Л.,1974 
2.
 
Рагимов    А.В.,  Исмайлова    Ч.О.,  Касумов    Ф.Х.,  Гореликова    А.С.    Исследование  
термоставильности    блоксополимеров    олигофениламина    и    епоксидиановой    смолы. 
Пластмасы, 1989 
 
ABSTRACT 
Firdovsi Gasimov 
The block polymerization of oligoxloraniline with epoxid tars. 
The  modern  work  is  dedicated  to  the  study  of  the  synthesis  of  the  new  reticulated  
copolymer-products    of    the    copolymerization    of    epoxybisphenol    oligomers    to  
oliglxloranilinam. It  is   established  that  oligoxloraniline  with   385-460  K-  to   the  temperature  
moderately  they  enter  into  the  block  polymerization  with  epoxybisphenol. However, a little  of  
the  addition    of   alkalis    they    reduce    temperature    the    beginning    of    reaction    to    378    K   and  
substantially  increase  the  rate  of  the  process  of  copolymerization. In  this  case  in  50  minutes  
the  output  of  gel  fraction  reaches  90%. 
 
РЕЗЮМЕ 
Фирдовси Касумов 
Блоксополимеризация  олигохлоранилина  с  эпоксидиановой  смолой 
Настояшая  работа    посвящена    изучению    синтеза    новых    сетчатых      сополимеров-
продуктов совместной  полимеризация  эпоксидиановых  олигомеров  с  олиглхлоранилинам. 
Установлено, что  олигохлоранилин  при  385-460 К температуре  умеренно вступают  
в  блоксополимеризацию  с  эпоксидиановой  смолой. Однако  небольщие  добавки  щелоцей  
понижают  температуру  начало  реакции  до  378  К  и  существенно  повышают  скорость  
процесса  сополимеризации. При  этом  за  50  минут  выход  гельфракции  достигает  90 %. 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor T. Əliyev 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə