Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   47   48   49   50   51   52   53   54   ...   122

- 105 - 
 
ABSTRACT 
Shafag Aliyeva 
SAFARI BABAYEV AND NAKHCHIVAN GEOGRAPHY 
 
The  article  deals  with  the  geographer  academician,SafaraliBabayev’s  researches.  His 
activity, on the field of Nakhichivan’s geography in the years of 1960-1970 is foregrounded. In the 
same  years,  the  main  subjects  of  scientist’s  researches,  the  scientific  considerations  which  are 
indicated  in  the  articles  that  belongs  to  the  different  fields  of  geography  are  analyzed.Safarali 
Babayev  attracted  everyone's  attention  with  his  scientific  researches  and  consideration  since  the 
beginning of his teaching and brought several innovation to geography. His written scientific works 
that  belong  to  the  different  fields  of  geography  proves  it  again.  The  importance  of  landscape  in 
scientific activities of academician is shown in this article. 
 
РЕЗЮМЕ 
   
 
 
 
 
 
 
 
 
Шафак Алиева 
САФАРИ БАБАЕВ И НАХЧЫВАНСКАЯ ГЕОГРАФИЯ 
 
В  статье  речь  идет  об исследованиях  учёного  географа  Сафарали  Бабаева.  На  первый 
план  выдвигается  его  деятельность  в  области  географии  Нахчывана  за  1960-1970-ые  годы. 
Анализируются основные темы исследований учёного тех лет, научные доводы, отраженные 
в статьях, которые написаны им относительно к различным отраслям географии. Начиная с 
преподавательской  деятельности,  Сафарали  Бабаев  всегда  привлекал  к  себе  внимание 
своими научными исследованиями и доводами и внёс в географическую науку ряд новшеств. 
Это  еще  раз  доказывают  написанные  им  научные  публикации,  относящиеся  к   различным 
отраслям  географической  науки.  В  статье  отмечается,  что  в  научной  деятельности  учёного 
основное место занимает тема ландшафта. 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent N.Babayev
 
 
 


- 106 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
 ÜLVİYYƏ İSGƏNDƏROVA                            
                                           Naxçıvan Dövlət Universiteti 
                                            isgenderova.86@mail.ru  
UOT:913 
NAXÇIVAN MR ƏRAZİSİNDƏ TORPAQLARIN 
DEQRADASİYA PROBLEMLƏRİNƏ DAİR 
 
 
Açar sözlər: torpaq örtüyü, antropogen, deqradasiya, şorlaşma 
 
Key wordssoil cover, anthropogenic, degradation, salting 
 
Ключевые словапочвенный покров, антропогенный, деградация, соление  
 
İnsan fəaliyyətinin bütün növləri təbiətin müxtəlif komponentlərinə ciddi təsir edir. Belə ki, 
cəmiyyətin  artan  tələbatının  ödənilməsi  üçün  ilk  növbədə  torpağa  təsir  edilərək  zəruri  məhsullar 
əldə edilir. Bunun nəticəsində də torpaqlar münbitliyini itirir, səhralaşma baş verir, nəticədə münbit 
torpaqlar deqradasiyaya uğrayır.  
 Naxçıvan MR relyefinin müxtəlifliyi, iqlimin kəskin kontinentallığı torpaq- bitki örtüyünün 
müxtəlifliyinə  səbəb  olmuşdur.  Nəticədə  ərazidə  az  qələviləşmiş,  duzlu,  çox  halda  strukturlu  arid 
tipli torpaqlar əmələ gəlmişdir(2.səh.19). Bu isə Naxçıvan MR ərazisində kənd təsərrüfatına yararlı 
torpaq  sahələrinin  azalmasına  təsir  göstərmişdir.  Müasir  dövrdə  ərazidə  bitkilərdən  yüksək  və 
keyfiyyətli  məhsul  almaq  üçün  torpaqlardan  maksimum  dərəcədə  istifadə  olunmalıdır.  Naxçıvan 
MR-da  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsinin  az  olması  və  əhalinin  kənd  təsərrüfatı 
məhsullarına  olan  tələbatını  ödəmək  məqsədilə  muxtar  respublikada  daimi  olaraq  torpaq 
tədqiqatlarının aparılması aktuallıq kəsb edir. 
Naxçıvan  MR-də  düzənlik  ərazilərinin  torpaqları  təbii  və  antropogen  təsirlər  nəticəsində 
deqradasiyaya uğramış, bu isə torpaqlarda münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə 
səbəb olmuşdur. 
Naxçıvanın  düzənlik  hissəsində  külək  eroziyası  üstünlük  təşkil  edir.  Eroziyaya  uğramış  və 
parçalanmış dağ yamaclarında, çay dərələrində güclü sellər əmələ gəlir. Bu zaman torpağın münbit 
üst qatı yuyulur. Bu cür eroziya proseslərinin qarşısını almaq üçün ərazidə dağətəyi düzənliklərdə, 
təpələrin  yamaclarında  çoxlu  sayda  ağac  və  kol  bitkiləri  əkilmişdir  (1.səh  167).  Külək  münbit 
torpaq  qatını  sovurub  aparmaqla  torpağı  münbitsizləşdirir,  çökəkliklər  yaratmaqla  sahələrin 
quruluşunu pozur. Şoran və şorakət süxurlar aşınaraq başqa yerlərə aparılır və həmin yararlı sahələri 
korlayır. Həmçinin külək eroziyasının materialları müxtəlif formalı təpələr yaradaraq münbit torpaq 
sahələrini  sıradan  çıxarır.  Külək  eroziyasının  qarşısını  almaq  üçün  bu  ərazilərdə  torpaqların 
münbitliyini  pozan  küləklərin  istiqaməti  müəyyənləşdirilməli  və  onlara  qarşısını  ala  biləcək 
istiqamətdə meşə zolaqları salınmalıdır. 
Yuxarıda  sadalanan  amillər-  torpaqların  şorlaşması  və  şorakətləşmə,  su  və  külək  eroziyası 
torpaqlara  təsir  edən  təbii  amillərdir.  Torpaq  deqradasiyasını  yaradan  səbəblər  arasında  təbii 
amillərlə  yanaşı  antropogen  amillər  də  böyük  rol  oynayır.  Antropogen  amillər  ətraf  mühitə,  o 
cümlədən  torpağa  təsir  göstərərək  insan  fəaliyyətinin  müxtəlif  formalarını  birləşdirir.  Antropogen 
amillərdən  olan  əhali  məskunlaşması  əsas  faktorlardan  biridir.  Ərazinin  mürəkkəb  fiziki-coğrafi 
şəraiti, düzənlik və çay vadilərində əhalinin sıx məskunlaşması, sənayenin inkişafı, ekstensiv kənd 
təsərrüfatına  malik  olması  və  b.  təsirlər  nəticəsində  burada  torpaqların  eroziyaya  uğramasına, 
şorlaşmasına,  bataqlıqlaşmasına  və  çirklənməsinə  şərait  yaradır.  Nəticədə  deqradasiyaya  uğrayan 
torpaqlar  əkin  dövriyyəsindən  çıxmışdır.  Ümumiyyətlə,  Muxtar  Respublikada  355  min  hektardan 
çox torpaq sahəsi müxtəlif dərəcədə səhralaşma-torpaq deqredasiyasına məruz qalmışdır (4. səh 22). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə