Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   49   50   51   52   53   54   55   56   ...   122

- 109 - 
 
РЕЗЮМЕ 
Улвия Искендерова 
О ПРОБЛЕМЕ ДЕГРАДАЦИИ ПОЧВ В НАХЧЫВАНСКОЙ 
АВТОНОМНОЙ РЕСПУБЛИКЕ 
      
 
Сложность  рельефа  в  Нахчыванской  Автономной  Республике  и  резкий 
континентальный  климат  вызывают  разнообразие  почвенной  растительности.  Здесь,  в 
результате естественного и антропогенного воздействия, почва деградирует, что приводит к 
снижению плодородия почв и плодородия. В результате деградированные земли высевают из 
посева. 
К  факторам,  влияющим  на  почвенную  экологию,  также  влияют  антропогенные 
факторы, разрушение деревьев и кустарников, незапланированный транспорт, строительные 
материалы, горнодобывающая промышленность.      
Нахчыванская  соляная,  Аснинская  травертиновая  месторождения,  Джахриджай  и 
Лизберт  слияния  цементных  рудников,  расположенных  в  Нахчыванской  Автономной 
Республике, повредили землю. 
 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent N.Babayev
 
 
 


- 110 - 
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
 İLKİN VƏLİBƏYOV 
ilkin.vəlibəyov1980@gmail.com  
TAVAT İSMAYILLI 
                                                AMEA Naxçıvan Bölməsi 
UOT:913                         
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA VƏ ONA YAXIN SƏRHƏD 
ƏRAZİLƏRİNDƏ BAŞ VERMİŞ  ZƏLZƏLƏLƏRİN 
MAKROSEYSMİK VƏ İZOSEYST SAHƏLƏRİ 
( 1980-2003 –CÜ İLLƏR ) 
 
 
Açar  sözlər:  Zəlzələ,  ərazi,  qırışıqlıq,  qırılma,  makroseysmiklik,  izoseyst  xətlər,  zəlzələ 
ocağının parametrləri  
 
Keywords:  Earthquake,  area,  folded,  breaking,  macroseismic,  izoseist  lines,  the  parametr 
of the earthquake сenter 
 
Kлючевые:  Землетрясение,  площад,  сложенные,  ломая,  макросейсмические, 
изосейcт линии, параметры землетрясения центра  
Naxçıvan Muxtar Respublikasının tektonik quruluşu haqqında ilk məlumatlar 1930-1940-cı 
illərdə V.P.Renqarten, V.Y.Xain tərəfindən verilsə də, daha mükəmməl sxemlər 1945-1955-ci illər-
də Ş.Ə.Əzizbəyov tərəfindən aparılmış geoloji planlama işlərinə əsasən olmuşdur. Nəticədə Naxçı-
van  Muxtar  Respublikasının  ərazisində  ümumqafqaz  istiqamətli  Şərur-Culfa,  Zəngəzur  antik-
linoriumları,  Ordubad  sinklinorimu  və  Naxçıvan  törəmə  muldası  ayrılmışdır.  Sonralar  Zəngəzur 
antiklinoriumu  horst-qalxım  struktur  tipinə,  Naxçıvanın  tektonik  vahidləri  Araz  və  ya  Orta  Araz, 
Arazyanı adı altında Kiçik Qafqazın kənar tektonik zonasına aid edilmişdir.[1]   
Akademik  Ş.Ə.Əzizbəyov  tərəfindən  struktur  mərtəbələrinin  ayrılması  və  qırışıqların  yaş 
prinsipi əsasında MR-nın tektonik xəritəsi tərtib olunmuş, yaşa görə dörd qırışıq qrupu formalaşmışdır. 
Bunlar Orta Yura, Oliqosen, üst Miosen və orta Pliosendən qabaq əmələ gəlmiş qırışıqlardır.[2] 
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvanın Tektonik sxemi – Ş.А.Əzizbəyov 
 Antiklinallar: 1 – Orta Yuradan əvvəl; 2 – Yuxarı Oliqosendən əvvəl; 3 – Yuxarı Miosendən əvvəl; 4 – Orta 
Pliosendən  əvvəl.  Quruluşu:  5  –  Alpa  qədər  qalxma;  6  –  Orta  Alp  quruluşu;  7-9  Alpdan  sonrakı  quruluş  . 
Sərhədlərin quruluş mərtəbəsi: 10 – Yuxarı karbon; 11 – Aşağı təbaşir; 12 – Paliogen; 13 – Oliqosen; 14 – 
Miosen; 15 – Dördüncü dövr çöküntüləri; 16 –Qırılma xətti. İnturiziv və Effuzivlər: 17 – Oliqosendən sonra – 
Miosenə qədər yarımfazalı qranit inturizvlər 18 – Aşağı Pilosen intruziv və ekustriziv ; 19 – Aşağı piliosen 
effuzivi; 20 –Poliogen vulkanik mərkəzi. 


- 111 - 
 
MR-nın  ərazisinin  tektonikası  müxtəlif  yaşlı  və  istiqamətli  qırışıqların  əmələ  gəlməsi  və 
inturizvlərin  yayılmasına  görə  mürəkkəbdir.  Qırışıqlar  dedikdə-  bütövlüyü  qırılmadan  yer  qabığı 
laylarının dalğavarı bükülmələrinə deyilir. Qırışıqlıq layların yan tərəfdən basılması nəticəsində əmələ 
gəlir.  Qırışıqların  əmələ  gəlməsi  bəzi  hallarda  böyük  qırılmalara  səbəb  olur.  MR  –nın  ərazisi 
qırılmalarla sərhədlənən 4 seysmotektonik bloka ayrılmışdır. Bu bloklar bir-birləri ilə fərqlənən  eninə 
istiqamətli Nehrəm-  Ləkətağ, Vəlidağ-Qabaqyal,  uzununa istiqamətli isə  Ordubad-İrəvan və  Zəngəzur 
dərinlik  qırılmaları  boyunca  keçir.  Qırılmalar,  şariajlar  –tangensial  hərəkətlərin  məhsuludur.  Bu 
hərəkətlər nəticəsində yer qabığı titrəyir və bunun nəticəsində zəlzələlər əmələ gəlir.  
 
 
 
 
 
 
 
 
 
 
 
         
Tərtib edən T.Kəngərli 
Alpa qədər Naxçıvan Muxtar Respublikası ərazisinin dərinlik qırılmaları 
     Ümumi qafqaz istiqamətli qırılmalar 
11-11. Zəngəzur tektonik dərinlik qırılması 
12-12. Şərur -Ordubad tektonik dərinlik qırılması 
13-13. Cənubi Araz tektonik dərinlik qırılması 
  Eninə istiqamətli qırılmalar 
 IV-IV. Arpa çay-Samur tektonik dərinlik qırılması 
 III-III. Nehrəm-Ləkətağ (Əlincəçay) tektonik dərinlik qırılması                                    
   Ortaqonal (Perpendikulyar) istiqamətli qırılmalar 
 j-j. Şərur-Göyçə tektonik dərinlik qırılması 
Naxçıvan ərazisində zəlzələlərin instrumental tədqiqatlarına ötən əsrin 50-ci illərindən sonra 
başlanmışdır.  Apardığımız  araşdırmalar  1980-2003-cü  illəri  əhatə  edir.  Naxçıvan  Muxtar  Respub-
likasının  tektonik  plandakı  yeri,  geoloji-tektonik  inkişaf  yolu  seysmogeoloji  şəraitinin  mövcud 
vəziyyətini  formalaşdırır.  Regionun  seysmikliyi  və  seysmogeoloji  şəraiti  bilavasitə  seysmotektonik 
şəraitin mürəkkəbliyi ilə izah olunur. Naxçıvan Muxtar Respublikasında baş verən zəlzələlərin böyük 
bir hissəsi Zəngəzur seysmogen zonası, Türkiyə, Ermənistan və İİR ərazisi ilə əlaqədar olmuşdur.[3] 
 
 
 
           
 
 
 
 
 
1980-2003-cü illərdə Naxçıvan və ona yaxın ərazilərin seysmikliyi 
Tərtib edən: T.Məmmədov 
 
25.03.1980  –cı  il  zəlzələsi.  Naxçıvan  şəhərindən  10km  cənubda  baş  vermiş  zəlzələnin 
intensivliyi 5-6 bal hüdudlarında dəyişmişdi. MR ərazisində müxtəlif intensivlikdə hiss olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə